Məhkəmə qərarları › İş №2(005)-2484/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2484/2024

13.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2484/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə mənzillə təmin olunma tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: mənzil ilə təmin olunma; subyektiv cavabdehlik) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi İddiaçı, onun nümayəndəsi X1, vəkili Vəkil2, Üçüncü şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə mənzillə təmin olunma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı anadangəlmə gözdən əlildir və 2008-ci n Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən təmin edildiyi ünvan 1 ünvanında ikiotaqlı 35 nömrəli mənzildə yaşayır və qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 may 2015-ci tarixli 2(005)-2010/2015 nömrəli qətnaməsinin icrasını təmin məqsədilə 1-ci qrup gözdən əlil İddiaçı mənzil növbəsinə götürülməsi haqqında Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 347 nömrəli Sərəncamı ləğv edilmiş və o, xx.xx.1992-ci il tarixdən yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayonunda mənzil növbəliliyinə uçota götürülmüşdür. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdehnə qarşı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə mənzillə təmin olunma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasından güzəştli şərtlərlə növbəlilik əsasında 1-ci qrup gözdən əlil kimi 7 nəfər ailə tərkibi (iki ailə) nəzərə alınmaqla, mənzillə təmin olunma öhdəliyi cavabdeh Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X9 qeyd etdiyi ünvanda 7 nəfər ailə üzvü ilə birlikdə ümumi sahəsi 60.2 kv m, yaşayış sahəsi 33,6 kv.m, yardımçı sahəsi 26,6 kv.m olan 2 otaqlı mənzildə 2008-ci ildən hal-hazıradək yaşayır və uşaqlıqdan 1-ci qrup gözdən əlildir. Hazırda yaşadığı mənzil ailə tərkibi üzrə yetərli olmadığından, “mənzil şəratinin yaxşılşdırılması" üçün növbəyə götürülməyi barədə onu səlahiyyətli orqanlara müraciətlər etməyə vadar etmişdir. Belə ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 06 may 2015ci il tarixli, 2(005)- 2010/2015 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Nərimanov rayon İcra hakimiyyəti Başçısının 15 may 2015-cı il tarixli 182 nömrəli Sərəncamı ilə 1-ci qrup gözdən əlil kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülməyi xx.xx.1992-ci il tarixdən hesab edilmişdir. Həmin Sərəncamın surəti aidiyyəti üzrə cavabdeh Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə və üçüncü şəxsə göndərilmişdir: 2015-ci ildən halhazıradək etdiyim müraciətlərə cavabdeh və üçüncü şəxslər tərəfindən müxtəlif səpkili cavablar verilmişdir. Verilmiş cavablardan məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli və Azərbaycan Respublikası Nazirlər kabinetinin 16 avqust 2021-ci il tarixli 492 S nömrəli Sərəncamlarının tələbləri qaydasına Vətən Müharibəsi və X7 şəhid ailələrinin və qazilərinin, Çernobıl AES qəzasının aradan qaldırılması ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və gözdən əlil şəxslərin yaşayş sahələri ilə təmin edilməsi Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qürumları tərəfindən keçirilir. Həmin şəxslərin Bakı şəhərinin bu və ya digər yaşayış məntəqələrində yaşayış sahəsi ilə təmin edilməsi bilavasitə həmin qürumun səlahiyyətlərinə aiddir. Mənzil şəraitinin yaxşılaşdırılması barədə növbəliliyim 09 04.1992ci ildən hesab olunmasına baxmayaraq cavabdeh və 3-cü şəxs dolayısı yollarla mənim 15 may 2015-ci ıl tarixdən növbədə dayanmağımı gündəmə gətirməklə hazırda inşa olunmuş və bölgüsü gedən ünvan 3 ünvanında inşa edilmiş cavabdeh Azərbaycan Gözdən Əlillər Cəmiyəti İctimai' Birliyinə məxsus olan çoxmənzilli binadan növbəlilik əsasında mənzilin ayrılmasının mümkün olmayacağını bildirmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, 1-ci qrup gözdən əlil kimi Respublikada, o cümlədən yaşadığı Nərimanov rayonu üzrə güzəştli şərtlərlə mənzillə təmin olunmağı Siyahı üzrə təsdiq olunmuş və növbədə 1-ci sıradadır. Növbəlilik barədə ərazi üzrə Bakı şəhəri Nərimanov RlH-i tərəfindən müvafiq Siyahı cavabdeh Gözdən Əlillər Cəmiyyətinə və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinə təqdim edilmişdir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən də məlum olur ki, onun mənzil şəraiti 7 nəfərin yaşaması üçün yetərli deyil və birinci növbədə mənzillə təmin olunmalıdır. Azərbaycan GƏC İB-i 2 otaqlı mənzillə təmin olunduğu zaman onun əlilliyindən istifadə edərək aldadılma nəticəsində 1 otaqlı mənzili bağışlama yolu ilə (əvəzsiz) ondan almış, əvəzində 3 otaqlı mənzil vermək adı ilə hazırda yaşadığı 2 otaqlı mənzili vermişdir. Daha sonra söz vermişdir ki, həmin ünvana yaxın sifariş əsasında yem tikiləcək çoxmərtəbəli yaşayış evindən yeni mənzil veriləcəkdir. Buna baxmayaraq, cavabdeh Cəmiyyət hal-hazırda 2008-ci ildə başına açdığı oyunları təkrarlayaraq, o müxtəlif cavablarala yola verir və bildirir ki, iki dəfə gözdən əlil kimi Sizə mənzil verilmişdir, qanunla yeni mənzil verilməsi mümkün deyildir. Gedin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinə müraciət edin. Həmin qürum da onun mənzil növbəsində durmağını 2015-ci ildən gündəmə getirərək, Əlillər Cəmiyyətinə müraciət edilməsini tövsiyyə etmişdir. Cavabdeh və 3-cü şəxslərin hərəkətlərinin nəticəsi olaraq konkret şəkildə mənim mənzillə təmin olunmamağına qanunla tənzimlənən səbəblər göstərilmir. Müraciətləri əsasında cavabdeh eyni məzmunda, eyni formada dəfələrlə müraciətlərinə cavab vermiş, konkret olaraq mənzillə təmin etməyəcəyini bildirir. İstər cavabdeh, istərsə də üçüncü şəxslər onu çıxılmaz vəziyyətə salmışlar. Məcbur olub mənzillə təmin olunmağı üçün məhkəməyə müraciət edir. Məhkəməyə məlum edir ki, cavabdeh Cəmiyyət tərəfindən gözdən əlillərin mənzillə təmin olunması üçün tikinti şiurkəti “Sevinc" MMC ilə müqavilə başlanmış və Cəmiyyətin sifarişi əsasında Bakı şəhəri, Nərimanov rayonu, F Yusifov küçəsi.40 ünvanında inşa edilən çoxmənzilli, hündürmərtəbəli yaşayış binasından 75 mənz tikilib sifarişçiyə təhvil verilmiş, cavabdeh də hal-hazırda mənzillərin bölgüsünü, siyahıdan kənar şəxslərə paylanması işləri ilə məşğuldur. Cavabdeh Cəmiyyət rəhbərliyinin qəbulunda dəfələrlə olmağı heç bır nəticə verməmiş, konkret olaraq bildirilmişdir ki,həmin ünvanda inşa edilən binadan Sizə mənzil verilməyəcəkdir. Cavabdehin hərəkətlrərinə, ədalətsizliyə artıq dözümüm və səbrim çatmır, apardığım mücadilə məni yenidən məhkəməyə müraciət etməyə vadar etmişdir. Hesab edir ki, uzun illər Nərimanov rayonu ərazisində yaşadığından,1-ci qrup gözdən əlil kimi bu ərazidə yerləşər poliklinikada işlədiyimdən, ailə tərkibimdə digər əlillərin olması səbəbindən, güzəştli şərtlərlə mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərə alınmaqla ünvan 3 ünvanında inşa edilmiş gözdən əlillər və digər imtiyazlı şəxslər üçün nəzərdə tutulmuş çoxmənzilli yaşayış binasından 7 nəfər ailə üzvü (həyat yoldaşı, 2 oğlu, 1 gəlin, 2 nəvə, 2 ailənin 2 otaqlı mənzildə yaşaması mümkün deyildir) nəzərə alınmaqla qanuna müvafiq yaşayış sahəsinin ayrılması vəzifəsi cavabdehin üzərinə qoyulmalı və bu barədə məhkəmə qərarı qəbul edilməlidir. ünvan 5 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasından güzəştli şərtlərlə növbəlilik əsasında 1-ci qrup gözdən əlil kimi 7 nəfər ailə tərkibi (iki ailə) nəzərə alınmaqla, mənzillə təmin olunma öhdəliyi cavabdeh Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin üzərinə qoyulmasını istəyir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh ərizə təqdim edərək, bildirmişdir ki, AZ.GƏC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən AZ.GƏC-ə 57 mənzil təhvil verilmiş və təhvil verilən mənzillər artıq Bakı şəhəri üzrə mənzil növbəsində olan gözdən əlil vətəndaşların istismarına verilmişdir. Müqaviləyə əsasən bu mənzillərdən bəziləri Bakı şəhəri Nərimanov rayon ərazisində bəziləri Bakı şəhərində "xxxx" MMC tərəfindən tikilən digər yaşayış komplekslərindən verilmişdir. İddiaçı AZGƏC-in xx.xx.2008ci il tarixli mənzil məişət komissiyasının protokoluna əsasən ünvan 6 ünvanda ümumi sahəsi 68 kv.m olan iki otaqlı mənzil şəraiti ilə təmin olunmuşdur. İddiaçı təkrarən mənzil növbəsinə aidiyyəti üzrə Nərimanov rayon İcra Hakimiyyətində dayanmışdır. AzGƏC hər hansı bir üzvü qarşısında onu mənzil şəraiti ilə təmin etmək öhdəliyi daşımır. AZGƏC özünü maliyyəşdirən içtimai birlikdir və mənzil fondu yoxdur. Bu səbəbdən mənzil növbəliliyi də AZGƏC-də yoxdur. AZGƏC-n üzvlərini mənzil şəraiti ilə təmin etmək öhdəliyi heç bir qanunverici orqan tərəfindən müəyyən edilməmişdir. AZGƏC humanizm prinsiplərinə əsaslanaraq İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində tikilən mənzillərdən verilməsini təklif etmişdir. Lakin İddiaçı təklifi rədd edərək inadla Nərimanov rayon ərazisində mənzil tələb etmişdir. İddiaçı AzGƏC tərəfindən yuxarıda qeyd edildiyi kimi 2008-ci ildə Nərimanov rayon ərazisində mənzil şəraiti təmin edilib. AZGƏC-in hər dəfə eyni üzvünü Nərimanov ərazisində mənzil şəraiti ilə təmin etmək başqa üzvlərə qarşı diskriminasiya kimi qiymətləndirilə bilər. Bundan əlavə Cəmiyyət İddiaçı ümumiyyətlə mənzil şəraiti ilə təmin etmək öhdəliyi daşımır. Hal-hazırda mənzil növbəsində olan gözdən əlil vətəndaşların mənzil şəraiti ilə təmin edilməsi səlahiyyəti ƏƏSMMN tabeliyində Sosial Xidmətlər Agentliyi daşıyır. İddiaçı Sosial Xidmətlər Agentliyindən Nərimanov rayon ərazisində mənzil tələb etdiyi üçün həm Sosial Xidmətlər Agentliyi tərəfindən həm də Bakı İnzibati Məhkəməsi tərəfindən iddia tələbi rədd edilmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi X5, vəkili Vəkil2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X10, iddia tələbinin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinı buraxdığını bildirmiş və Agentliyin icraatda üçüncü şəxs kimi işirakına xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs – Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Mülki işin materialları - Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin Nizamnaməsinin 2.1-ci bəndindən görünür ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin əsas məqsədi gözdən İ və İİ dərəcəli əlilləri öz ətrafında birləşdirib onlara hərtərəfli xidmət göstərmək üçün hüquq və mənafelərini müdafiə etmək, gözdən əlillər barədə dövlət siyasətinin müəyyən edilməsində və həyata keçirilməsində fəal iştirak etmək, sosialreabilitasiya və cəmiyyətə inteqrasiya ilə məşğul olmaq, əmək, təhsil, tibb, peşə hazırlığı, idman və mədəni həyat tərzinə əlilləri cəlb etməklə sosial müdafiələrini və ictimai fəallıqlarını inkişaf etdirmək, habelə maddi-məişət şəraitlərinin yaxşılaşdırılmasına kömək etməkdir. - 18 may 2010-cu il tarixli bağışlama müqaviləsindən görünür ki, İddiaçı AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş 11/10387 arayışa və xx.xx.1999-cu il tarixdə verilmiş 1016 kitab, 152652 səhifə, 30/152652 qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal -1 küçəsi, 4 nömrəli binada yerləşən bir otaqlı, 16.59 kv.m yaşayış sahəsi 31,89 kv.m ümumi sahəsi olan 128 mənzili tam X2 bağışlamışdır. - ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 4, 128 saylı mənzil X2 məxsusdur. Bu xx.xx.2010-cu il tarixində qeydiyyata alınmışdır. - Cavabdeh 23 may 2014-cü il tarixli məktubundan görünür ki, AZGƏC bütün üzvlərinin mənzil probləmlərinin həlli üçün bütün gücünü səfərbər etmişdir. Hər bir gözdən əlilin sosial rifahı AZ GƏC-in maraqları çərçivəsindədir. Lakin qanunvericliyin tələbi daim yüksəkdədir. Bu baxımdan onun mənzili probleminin həlli yalnız qanunvericiliyin tələbinə uyğun şəkildə öz həllini tapmalıdır. - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Təminat Xidmətinin 15 oktyabr 2014-cü il tarixli məktubundan görünür ki, Nərimanov Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış gözdən əlillər şəxslər barədə Nazirliyə təqdim olunmuş xx.xx.2014-cü il tarixli, 1/254 nömrəli məktubda onun xx.xx.2009-cu il tarixdən növbəyə dayandığı qeyd edilmişdir. Nazirliyin sifarişi ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində gözdən əlil vətəndaşlar üçün 132 mənzilli yaşayış binası inşa edilir. İnşası başa çatdırıldıqdan sonra mənzil növbəsinə dayanmış digər gözdən əlil şəxslərlə yanaşı onun da yaşayış binasından mənzillə təmin olunması məsələsinə növbəlilik qaydasında baxılacaqdır. - Cavabdeh nin 16 aprel 2015-ci il tarixli məktubundan görünür ki, Mənzil Məcəlləsinə əsasən növbəyə duran vətəndaşların otaq sayına görə deyil ailə ailə üzvlərinin sayına əsasən mənzil sahəsinin təyin edilməsi nəzərdə tutulur. Bu baxımdan İ.Əsgərovun ailə tərkibi nəzərə alınaraq öz razılığı ilə ona 33,60 kv.m mənzil verilmişdir.İ.Əsgərovun mənzil uçot sənədləri bütövlükdə qanuna uyğun olaraq Nərimanov Rayon İcra Hakimiyyətinə təhvil verilmişdir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2010/2015 saylı, 01 may 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən güzəştli şərtlərlə mənzil növbəsinə götürülməyi xx.xx.1992-ci il tarixdən hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. - 116 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, İddiaçı Bakı şəhəri, F.Yusifov küçəsi, ev 45, 35 saylı mənzil də pasport qeydiyyatındadır və yaşayır. - Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli Sərəncamından görünür ki, Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 may 2015-ci tarixli 2(005)-2010/2015 nömrəli qətnaməsinin icrasını təmin məqsədilə 1-ci qrup gözdən əlil İddiaçı mənzil növbəsinə götürülməsi haqqında Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli 347 nömrəli Sərəncamı ləğv edilmiş və o, xx.xx.1992-ci il tarixdən yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayonunda mənzil növbəliliyinə uçota götürülmüşdür. - Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, 1-ci qrup gözdən əlil Əskərov X4 Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 06 may 2015-ci il tarixli, 2(005)- 210/2015 saylı qətnaməsinə əsasən xx.xx.1992-ci il tarixli Sərəncamı ilə 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 oğlu) yaşayış yeri üzrə mənzil növbəsindədir. - xx.xx.2015-ci il tarixli arayışdan görünür ki, F.Yusifov küçəsindəki, 45A nömrəli evin 35 nömrəli mənzilində 6 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 oğlu, gəlini, nəvəsi) qeydiyyatda olan vətəndaş İddiaçı ondan ötrü ki, o həqiqətən 3 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu Tural) xx.xx.1992-ci il tarixli Sərəncamına əsasən yaşayış yeri üzrə 1-ci qrup gözdən əlil kimi mənzil növbəsindədir. - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Təminat Xidmətinin 20 aprel 2016-cı il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış gözdən əlil şəxslər barədə Nazirliyə təqdim edilmiş 24 noyabr 2014-cü il tarixli 469 nömrəli məktubda onun 16 sentyabr 2010-cu il tarixdən mənzil növbəsinə dayandığı qeyd edilmişdir. Bu məktub və növbəlilik siyahısı 2014-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internət səhifəsində yerləşdirilmişdir. O 2008-ci ildə gözdən əlil şəxs kimi dövlət tərəfindən 3 otaqlı mənzillə təmin edildiyi üçün Komissiyanın qərarı ilə həmin yaşayış binasında mənzillə təmin olunmamışdır. - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 22 avqust 2016-cı il tarixli Sərəncamından görünür ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İçtimai Birliyinin xx.xx.2016-cı il tarixli 06/083 saylı müraciətini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2016-cı il tarixli, **********17 saylı,Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2015-ci il tarixli, **********97 saylı razılıq məktublarını, Cavabdehilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləni nəzərə alaraq, ünvan 7 ünvanda yerləşən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə məxsus qeyri-yaşayış tikililərinin yerləşdiyi 1,0100 ha torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisini layihələndirilməsi üçün həmin İçtimai Birliyə icazə verilmişdir. - 01 noyabr 2019-cu l tarixli əlavə razılaşmadan görünür ki, . Cavabdeh ilə "xxxx" MMC yaşayış və qeyri-yaşayış sahələrinin tikintisi haqqında xx.xx.2015-ci il tarixli müqaviləyə dair əlavə razılığa gəlinmişdir. - Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, mənzil məsələsinə dair müvafiq köməkliyin göstərilməsi barədə Nərimanov rayon sakinləri ilə təşkil edilmiş səyyar görüşdə Nərimanov Rayon İcra Hakimiyyətinə təqdim etdiyi müraciətə baxılmış və istəyi nəzərə alaraq tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq qaydaad müraciət edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X6 haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı birinci dərəcə əlilliyi – (hər iki gözü tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0,05-dən az olması və ya görmə sahəsinin 10-dərəcədəyək konsentrik daralması) müəyyən edilmişdir.Ona görmə itiliyinin enməsi diaqnozu qoyulmuşdur. - Cavabdeh Sosial Xidmətlər Agentliyinə ünvanlanan 25 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Az.GƏC-in rəhbərliyi İddiaçı vəziyyətinin qanunvericiliyə uyğun araşdırlaraq ona dəstək göstərilməsi və mənzil uçot sənədlərinə əsasən mənzil şəraiti ilə təmin edilməsinə dəstək göstərilməsini xahiş edir. - Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015--ci il tarixli 182 nömrəli Sərəncamı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-2010/2015 nömrəli iş üzrə 01 may 2015-ci il tarixli qətnaməsini icrası təmin edilmiş və onun güzəştli şərtlərlə olan mənzil növbəliliyi xx.xx.1992-ci il tarixdən hesab edilməsi qərara alınmışdır. Hal-hazırda AR Prezidentinin 25 yanvar 2021-ci il tarixli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492S nömrəli Sərəncamlarının tələbləri qaydasında vətən müharibəsi və X7 şəhid ailələrinin və qazilərinin, Çernobl AES qəzasının aradan qaldırılması ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və gözdən əlil şəxslərin yaşayış sahələri ilə təmin edilməsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir. Həmin şəxslərin Bakı şəhərinin bu və ya digər yaşayış məntəqələrində yaşayış sahəsi ilə təmin edilməsi bilavasitə həmin qurumun səlahiyyətlərinə aiddir. -Cavabdeh İddiaçı ünvanlanan 27 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2008-ci il tarixli mənzil məişət komissiyasının protokoluna əsasən ünvan 8 ünvanında ümumi sahəsi 68 kv.m olan 2 otaqlı mənzil şəraiti ilə təmin olunmuşdur. Eyni zamanda vaxtilə AZ.Gəc tərəfindən ona verilmiş Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal qəsəbəsində 4 saylı yaşayış evinin 128 saylı mənzili tərəfindən verilmiş notarial təsdiqli razılıq ilə mənzil növbəsində olan digər Cəmiyyət üzvü X2 verilmişdir. Mənzil sayının az olması onun ailə tərkibinə görə mənzil şəraiti ilə təmin edilməsinə imkan verməmişdir. Bu baxımdan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən o yenidən əvvəlki tarix qalmaq şərti ilə (xx.xx.1992-ci il) genişləndirilmə üzrə mənzil növbəsinə götürülmüşdür. Az.GƏC tərəfindən göstərilən dəstəklə mənzil uçot sənədlərini aidiyyəti üzrə Sosial Xidmətlər Agentliyinə təqdim edilmiş lakin mənzil şəraiti ilə təmin olunduğuna görə mənzil ala biləcəyi barədə məlumat verilmişdir. Halbuki AzGƏC tərəfindən SXA ünvanlanmış məktubda da onun ailə tərkibi böyük olduğu və yaşadığı mənzilin ailə tərkibinə uyğun olmadığı bildirilir. Ona genişləndirmə üzrə iki dəfə AZGƏC tərəfindən mənzil verilib. Cəmiyyətin minlərlə mənzil şəraitinə ehtiyacı olan və növbədə olan üzvü vardır. Ona görə də onun mənzil şəraiti ilə təmin edilməsi AzGƏC-in imkanları xaricindədir. Ona mənzil verilməsindən 14 ildən çox zaman ötmüşdür. Mənzil şəraitinin genişləndirilməsi üçün Sosial Xidmətlər Agentliyinə müraciət etməsi və ailə tərkibinə əsasən mənzil şəraiti ilə təmin edilməsi daha məqsəduyğundur. - AR Ali Məhkəməsinin 2-1(102)-215/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiysının xx.xx.2023-cü il tarixli, 2-1(103)- 2686/2023 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. - Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015--ci il tarixli 182 nömrəli Sərəncamı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-2010/2015 nömrəli iş üzrə 01 may 2015-ci il tarixli qətnaməsini icrası təmin edilmiş və onun güzəştli şərtlərlə olan mənzil növbəliliyi xx.xx.1992-ci il tarixdən hesab edilməsi qərara alınmışdır. Hal-hazırda AR Prezidentinin 25 yanvar 2021-ci il tarixli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492S nömrəli Sərəncamlarının tələbləri qaydasında vətən müharibəsi və X7 şəhid ailələrinin və qazilərinin, Çernobl AES qəzasının aradan qaldırılması ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və gözdən əlil şəxslərin yaşayış sahələri ilə təmin edilməsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir. Həmin şəxslərin Bakı şəhərinin bu və ya digər yaşayış məntəqələrində yaşayış sahəsi ilə təmin edilməsi bilavasitə həmin qurumun səlahiyyətlərinə aiddir. - Cavabdeh İddiaçı ünvanlanan 01 mart 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2008-ci il tarixli mənzil məişət komissiyasının protokoluna əsasən ünvan 8 ünvanında ümumi sahəsi 68 kv.m olan 2 otaqlı mənzil şəraiti ilə təmin olunmuşdur. Eyni zamanda vaxtilə AZ.Gəc tərəfindən ona verilmiş Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal qəsəbəsində 4 saylı yaşayış evinin 128 saylı mənzili tərəfindən verilmiş notarial təsdiqli razılıq ilə mənzil növbəsində olan digər Cəmiyyət üzvü X2 verilmişdir. Mənzil verilərkən ailə tərkibi 4 nəfərdən ibarət olduğuna görə mövcud qanunvericiliklə adambaşına düşən yaşayış norması əsas tutularaq ona ümumilikdə 68 kv.m mənzil sahəsi verilmişdir. Ailə tərəkibində artım olduğuna və yaşayış sahəsi verilərəkən tərəfindən gözdən əlil vətəndaşa mənzil verildiyinə görə eləcə də mənzil fondu olmadığından Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən o yenidən əvvəlki tarix qalmaq şərti ilə (xx.xx.1992-ci il) genişləndirilmə üzrə mənzil növbəsinə götürülmüşdür. Az.GƏC tərəfindən göstərilən dəstəklə mənzil uçot sənədlərini adiyyəti üzrə Sosial Xidmətlər Agentliyinə təqdim etmiş lakin mənzil şəraiti ilə təmin olunduğuna görə mənzil ala biləcəyi barədə məlumat verilmişdir. Ona genişləndirmə üzrə iki dəfə Az.GƏC tərəfindən mənzil verilib. Cəmiyyətin minlərlə mənzil şəraitinə ehtiyacı olan və növbədə olan üzvü vardır. Ona görə də onun mənzil şəraiti ilə təmin edilməyi Az.GƏC-in imkanları xaricindədir. Məktubda qeyd edilən Sevinc MMC ilə AzGƏC arasında bağlanmış müqaviləyə əsasən bildirilir ki, bu cəmiyyətin şəxsi maraqlarında olan məsələdir və hal-hazırda müqavilə üzrə öhdəliklərin tam yerini yetirilməsi mümkün görünmədiyi üçün mənzil bölgüsü barədə də heç bir məlumat verilmir. Belə ki, müqavilədə nəzərdə tutulan yaşayış binalarından biri və tikilməkdə olan binalardan yuxarı mərtəbələr Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müvafiq razılıq verilmədiyi üçün inşası dayandırılmışdır. Bu səbəblə də mövcud müqavilə tələb və öhdəliyinin dəyişdirilərək, yaşayış sahələri əvəzində qeyri-yaşayış sahələrinin AzGƏC-ə verilməsi üçün danışıqlar aparılmadıqdadır. Lakin vahid nəticə əldə olunmamışdır. Lakin ona mənzil verilməsindən 14 ildən çox zaman ötmüşdür. Azgəc üzvlərinin mənzil şəraiti ilə təmin etmək öhdəliyi daşımır. Cəmiyyət yalnış aidiyyəti üzrə müvafiq dövlət orqanları qarşısında üzvlərinin sosial rifahı üçün məsələ qaldıraraq vəkillik siyasəti yürüdür. Cəmiyyət büdcədən maliyyələşməyən və kommersiya fəaliyyəti olmayan İçtimai Birlikdir. Cəmiyyətin vaxtilə mümkün instansiyalarına müraciət edilərək onun mənzil şəraitini təmin etməsi ilə o Nərimanov rayon ərazisində mənzil şəraiti ilə təmin edilmişdir. Hal-hazırda AzGƏC-in təşəbbüsü ilə Sosila Xidmətlər Agentliyi tərəfindən mənzillər verilir. Mənzil şəraitinin genişləndirilməsi üçün Sosial Xidmətlər Agentliyinə müraciət edilməsi və ailə tərkibinə əsasən mənzil şəraiti ilə təmin edilməsini daha məqsədəuyğundur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 14 mart 2024-cü il tarixli məktubundan görünür ki, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda bu sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim edilmiş növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş növbəlilik siyahılarında 15 may 2015-ci il tarixindən mənzil növbəsinə dayandığı qeyd edilmişdir. Sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Agentliyə təqdim etdiyi sənədlərə baxılarkən 2008-ci ildə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında ikiotaqlı 35 nömrəli mənzillə təmin edildiyi aşkar edilmişdir. Bu səbəbdən, sosial məişət şəraitinin Nazirlik tərəfindən yenidən yaxşılaşdırılması mümkün deyildir. Nazirliyin sifarişi ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində Bakı şəhərinin rayon icra hakimiyyətlərində mənzil növbəsinə dayanmış gözdən əlilliyi müəyyən edilmiş şəxslər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası inşa edilmişdir. Həmin yaşayış binasındakı mənzillərin bölgüsünü həyata keçirmək məqsədilə Nazirliyin 08 dekabr 2015-ci il tarixli 11/7-281 nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən Bakı şəhərinin rayon icra hakimiyyətlərində mənzil növbəsinə dayanmış şəxslərin növbəlilik siyahısı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq araşdırılmış və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan gözdən əlilliyi müəyyən edilmiş şəxslər növbəlilik qaydasında mənzillə təmin edilmişdir. - "xxxx" MMC-nin 19 mart 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh sifarişi əsasında "xxxx" MMC tərəfindən ünvan 9 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binalarından Cavabdehnə ümumilikdə 19 ədəd 1 otaqlı mənzil verilməsi nəzərdə tutulmuşdur. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 02 avqust 2024-cü il tarixli məktubundan görünür ki, Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-14/2-52/2024 nömrəli məktubu ilə Nazirliyə təqdim olunmuş mənzil növbəsinə dayanmış gözdən əlilliyi olan şəxslərin siyahısında İddiaçı məhkəmə qətnaməsinə əsasən ehtiyacı olan qismində uçotda olduğu göstərilmişdir. Nazirliyin arxiv balansında İddiaçı mənzilverilib-verilməməsinə dair əsas olmuş hər hansı məlumat aşkar edilməmişdir. - Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinin 22 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Nərimanov Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış gözdən əlil şəxslərin qeyd ounan binada mənzillə təmin olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilmişdir. - Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 09 iyul 2024-cü il tarixli məktubundan görünür ki, AR Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492S nömrəli Sərəncamının tələbləri qaydasında şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində xx.xx.2021-ci il tarixindən mənzil növbəsinə götürülmüş gözdən əlil şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir. - "xxxx" MMC-nin 24 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Cavabdehnə verilməsi nəzərdə tutulmuş mənzillərin sayı 57 mənzilə endirilmişdir. Hazırda tikinti işləri davam etdirilir. Müqavilə üzrə Cavabdehnə verilməsi nəzərdə tutulmuş 57 ədəd mənzilin sonuncu hissəsi 2024-cü ilin may ayında Cavabdehnə təhvil verilmişdir. Mülki işə tətbiq edilən hüquq və işə baxan məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun 31.1-ci addəsinə əsasən, əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 95-ci maddəsinə əsasən, Əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda (dövlət sosial (ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sair) xidmət müəssisələrinin) yaşayış sahələri qanunvericiliyə uyğun olaraq tibbi və sosial-məişət xidmətlər göstərilməsinə ehtiyacı olan hesab edilən vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Qeyri hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında AR Qanununa əsasən, ictimai birliklər təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. İctimai birlik müəyyən sosial layihələr həyata keçirə, üzvlərinin sosial rifahının yaxşılaşdırılması üçün məyyən xidmətlər göstərə bilər, lakin cavabdeh ictimai birlik gözdən əlillərin mənzil təminatı ilə bağlı hər hansı bir öhdəlik daşımır. Belə ki, bu sahədə dövlət siyasətini həyata keçirən konkret inzibati orqan var və həmin inzibati orqan gözdən əlillərin mənzil təminatını həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbяr tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinə qarşı “İ qrup gözdən əlil olaraq cavabdehin sifarişi əsasında inşa olunan binalarda mənzillə təmin olunma” tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olubolmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, gözdən əlilliyi olan şəxslərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədilə onlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsidir. Belə ki, AR Nazirlər Kabinetinin 16 avqust 2014-cü il tarixli, 492s nömrəli Sərəncamı ilə Vətən müharibəsi və X7 şəhid ailələrinin və qazilərinin, Çernobl AES qəzasının aradan qaldırılması ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və gözdən əlil şəxslərin yaşayış sahələri ilə təmin edilməsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir. Eyni zamanda, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin Nizamnaməsindən görünür ki, birliyin əsas məqsədlərindən biri gözdən əlillərin mənzillə təmin edilməsi deyil, onların maddi-məişət şəraitlərinin yaxşılaşdırılmasına kömək etməkdən ibarətdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh hazırki iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur. Hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi şəxs isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Belə ki, işin mübahisəsiz hallarına əsasən gözdən əlilliyi olan şəxslərə mənzillərin verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumuna (Sosial Xidmətlər Agentliyinə) tapşırıldığından və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin iddiaçının mənzillə təmin edilməsi vəzifəsinin olmaması müəyyən edildiyindən, iddiaçının hazırkı iddia tələbi ilə təmin edilə bilməz. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Belə olan təqdirdə aydın olur ki, iddiaçı hazırki iddianı subyektiv cavabdehlik daşımayan şəxsə qarşı qaldırmışdır, bu səbəbdən də onun iddiası təmin edilə bilməz. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə mənzillə təmin olunma tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki iş materiallarından olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Halbuki “Dövlət rüsumu” haqqında Qanunun 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Cavabdehnə qarşı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə mənzillə təmin olunma tələbinə dair iddia ərizəsi rədd edilsin. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar