Məhkəmə qərarları › İş №2(005)-2488/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2488/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2488/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.10.2018ci il tarixli müqaviləsinə əsasən LİSA markalı mebel üçün 194 (yüz doxsan dörd) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə. 23.02.2019-cu il tarixli müqaviləsinə əsasən Gorenje markalı soyuducu üçün 819 (səkkiz yüz on doqquz) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat cərimə, ümumilikdə 1113 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1143 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, “xxxx” MMCilə 10.10.2018-ci il və 23.02.2019-cu il tarixli müqaviləsinə əsasən, LİSA markalı mebel, Gorenje markalı soyuducu almış və nəticədə 1113 (min yüz on üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.10.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 648 (altı yüz qırx səkkiz) manat (24 ay’ x 27 manat + 0 manat ilkin ödəniş) LİSA markalı mebel üçün ümumilikdə, 213 (iki yüz on üç) manat olmaqla ondan, 194 (yüz doxsan dörd) manat ödənilməmişhissə, güzəşt olunaraq 19 (on doqquz) manat cərimə; 23.02.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2592 (iki min beş vüz doxsan iki) manat (18 ay x 117 manat + 486 manat ilkin ödəniş) Gorenje markalı soyuducu üçün ümumilikdə. 900 (doqquz yüz) manat olmaqla ondan. 819 (səkkiz yüz on doqquz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 81 (səksən bir) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2227 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa,müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 10.10.2018-ci il və 23.02.2019-cu il tarixli alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, cavabdeh LİSA markalı mebel, Gorenje markalı soyuducu almış və nəticədə 1113 (min yüz on üç) manat borc yaranmışdır. Bildirişlərdən görünür ki, Cavabdeh müqaviləyə əsasən LİSA markalı mebel, Gorenje markalı soyuducu tam qüsursuz vəziyyətdə təhvil almışdır. 10.10.2018-ci il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 27 manat məbləğində müəyyən edilmişdir. 23.02.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş məbləği 117 manat məbləğində müəyyən edilmişdir. 19.03.2021-ci il tarixli maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər iki müqvilə üzrə 1013manat əsas borc, 100 manat cərimə pulu olmaqla, cəmi 1113 manat borcu vardır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, MCavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikd ə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh X1 alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün Cavabdeh öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Göründüyü kimi, Cavabdeh əşyanı alaraq, müəyyən olunmuş vaxtda və həcmdə ödəmək öhdəliyi götürsə də, üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 10.10.2018-ci il tarixli müqaviləsinə əsasən LİSA markalı mebel üçün 194 (yüz doxsan dörd) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə. 23.02.2019-cu il tarixli müqaviləsinə əsasən Gorenje markalı soyuducu üçün 819 (səkkiz yüz on doqquz) manat ödənilməmiş hissə, 81 (səksən bir) manat cərimə, ümumilikdə 1113 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1143 manat Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1013 manat ödənilməmiş hissə, 100 manat cərimə, ümumilikdə 1113 (min yüz on üç) manat borc, 30 (otuz) dövlət rüsumu “xxxx“MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar