Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2500/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh Ağabey oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Ağabey oğluna qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Ağabey oğluna qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, tərəflər 10 yanvar 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan 30 oktyabr 2008-cı ildə X1,24 iyun 2012-ci ildə X2 anadan olmuşdur. Əvvəl aralarında münasibət normal olmuş, sonradan münasibətləri pozulmuş və Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 31.10.2016-cı il tarixli,2(005)-8454 saylı qətnaməsi ilə nikah pozulmuşdur. İddiaçı Cavabdeh tərəfdən uşaqların saxlanması üçün yardım etmədiyini və özünün uşaqları saxlamaqda çətinlik çəkdiyini bildirmişdir. İddiaçı məhkəmə iclası zamanı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdi. Cavabdeh Ağabey oğlu məhkəmə iclasında iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən-iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Ağabey oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2500/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2500/2021
30.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver