Məhkəmə qərarları › İş №2(005)-2501/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2501/2021

17.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2501/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdehin iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Bakı şəhəri Nərimanov rayonu. A. Neymətulla küçəsi 76A, 34 nömrəli mənzilə istifadə hüquqlarına xitam verilməsi və qəbul edilmiş qətnamə cavabdehlərın mübahisəli ünvandan qeydiyyatdan çıxarılması üçün əsas hesab edilmişi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, X1 Bakı şəhəri Nərimanov rayonu, A. Neymətulla küçəsi 76A, 34 nömrəli mənzili Bakı şəhəri, 50 saylı Notariat kontorunda 01 may 2020-ci il tarıxde daşınrraz emlakin aiqi-satqı müqaviləsi (AN-İ № 0852057) bağlayaraq almışdır. Daşınmaz Əmlakın Dövlət Reyest Xidməti tərəfindən həmin menzilə dair 05.05.2020-ci il tarixdə ona Çıxarış verilmişdir. Qeyd etmək lazimdir ki, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən 11 ay keçməsinə baxmayaraq, iş üzrə cavabdeh hələ də ona məxsus mənzildə qeydiyyatdadır. Halbuki, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 13 bəndində cavabdehlərin 01.07.2020-ci il tarixdən qeydiyyatdan çıxarılmaları barədə öhdəlik götürmüşdürlər. İş materiallarına əlavə olunan Nərimanov rayon 116 saylı MKİS-nin Forma 2 arayışına əsasən iş üzrə cavabdeh onun mülkiyyəti olan Nərmanov rayonu, A. Neymətulla küçəsi. 76A, 34 nömrəli mənzildə qeydiyyatdadır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, lakin İddiaçı məhkəmə dəftərxanası vasitəsilə 12.06.2021-ci il tarixli ərizə ilə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, göstərilənlərə əsasən iddia ərizəsinə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 116 saylı Mənzil-Kommunal İstismar sahəsinin 07 saylı, 15.03.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 76 nömrəli evin 34 nömrəli mənzilində qeydiyyatdadır. İş materiallarında olan, AN-İ seriyalı ******* saylı, 01.05.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, satıcıX3 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.47 kv.m, yaşayış sahəsi 45.87 kv.m olan mənzili İddiaçı mülkiyyətinə verir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05.05.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 76A saylı evin 34 saylı mənzili İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu X4 ünvanlanmış 01.05.2020-ci il tarixli ərizənin surətindən görünür ki, satıcı X3 və alıcı İddiaçı X2 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin 120000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. İş materiallarında olan Cavabdeh Azərbaycan Respublikasının Çexiyadakı Səfirliyi vasitəsilə ünvanlandığı 20.02.2020-ci il tarixli ərizənin surətindən görünür ki, X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 76 A ünvanında yerləşən 34 saylı mənzilin satılmasına etiraz etmirəm, mənzillə bağlı heç bir iddiası yoxdur və gələcəkdə məhkəməyə müraciət etməyəcək. İş materiallarında olan RPA**********6 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinin surətindən görünür ki, Sığortaçı “xxxx” ASC Sığortalı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 76A, 34 saylı mənzili 02.05.2020-ci il tarixdən 01.05.2021-ci il tarixədək 25000 manat məbləğində sığortalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, 01.05.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 76A saylı evin, 34 saylı mənzilini İddiaçı mülkiyyətinə vermişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 054.05.2020-ci il tarixli çıxarışa əsasən qeyd olunan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda cavabdeh mübahisəli mənzildə qeydiyyatdadır. (116 saylı Mənzil-Kommunal İstismar sahəsinin 07 saylı, 15.03.2021-ci il tarixli arayış). İddiaçı mülkiyyət hüquqlarının pozulması ilə tələbini əsaslandırır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 76A saylı evin, 34 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə habelə qeyd edir ki, iddia tələbi üzrə cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı məsələ müvafiq icra hakimiyyətinin səlahiyyətinə aid olduğundan iddia tələbi həmin hissədə əsaslı deyil, bu səbəbdən də təmin edilə bilməz. Bundan başqa məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 76A saylı evin, 34 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar