Məhkəmə qərarları › İş №2(005)-2504/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2504/2021

25.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2504/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-nə qarşı “mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair ilkin; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-na qarşı “müqavilənin ləğv edilməsi” tələbinə; mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MTK-ya qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsinə dair” ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m, yaşayış sahəsi 87,90 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B19/1 saylı mənzil sahəsinə dair İddiaçı müqavilə üzrə hüququnu tanımaqla həmin sahədən istifadəsi ilə bağlı bütün maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh2 MMC və Cavabdeh1 MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 05.07.2018-ci il tarixində “Orxan-TİT" MMC və “Konstra" MTK arasında podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, “Konstra"xxxx" MMC isə bunun müqabilində müqavilə ilə şərtləndirilmiş pul məbləğinin ödənilməsi öhdəliklərini üzərlərinə götürmüşlər. “Konstra" MTK 05.07.2018-ci il tarixli müqaviləni imzaladıqdan sonra sözügedən tikinti işləri nəticəsində ııışa ediləcək binalarda yerləşən mənzillərin satışı üzrə səlahiyyətli nümayəndə qismində iştirak edərək mənzillərin satışını həyata keçirmişdir. Qeyd edilməlidir ki, Konstra MTK-nin adından sosial şəbəkələrdə və digər informasiya vasitələrində gedən yazılı və video göruııtulü reklamlarında ünvan 2 ünvanında tikilməkdə olan binanın satışını həyata keçirdiyi bildirilməkdədir. Eyni zamanda tikilməkdə olanıı binanın olduğu yerdə də “Konstra" MTKnin reklamı yerləşdirilmişdir. “Konstra" MTK ilə hazırkı iş üzrə İddiaçı arasında ünvan 3 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin B blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m, yaşayış sahəsi 87,90 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət mənzil sahəsinin alqı-satğısıııa dair 07.02.2019-cu il tarixli, B-168/8 saylı müqavilə imzalanmışdır. Sözügedən müqaviləyə əsasən İddiaçı tərəfindən “Konstra" MTKya 88587,00 AXN məbləğində maliyyə vəsaiti ödənilməli olduğu göstərilmişdir və 07.02.2019- cu il tarixdə iddiaçı tərəfindən yuxanda qeyd edilmiş məbləğ tam şəkildə ödənilmiş, həmin məbləğin ödənilməsi faktı isə Cavabdeh1 MTK tərəfindən tərtib edilmiş 07.02.2019-cu il tarixli, 137 saylı maliyyə arayışı ilə təsdiq edilmişdir. “Konstra" MTK ilə iddiaçı arasında bağlanmış müqavilədə qeyd edilmiş mənzil sahəsi tərəflərin qarşılıqlı razılığı əsasında digər mərtəbədə yerləşən eyni sahəli yaşayış mənzili ilə əvəz edilmişdir. Beləliklə iddiaçıya 07.02.2019-cu il tarixli, B-168/8 saylı müqavilə ilə müəyyən edilmiş ünvan 4 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin B blokunun 8-ci mərtəbəsi sahəsi 98,43 kv.m, yaşayış sahəsi 87,90 kv.nı olan izolə olunmuş 2 otaqdan ibarət mənzil sahəsinin deyil, ünvan 4 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m, yaşayış sahəsi 87,90 kv.nı olan izolə olunmuş 2 otaqdan ibarət mənzil sahəsinin verilməsi razılaşdırılmışdır. Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında faktiki yerinə yetirilmiş Tikinti Quraşdırma İşlərinin (TQİ) həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura şəklində ödənilməsinə dair 07.01.2020-ci il tarixli ‘Təhvil-Təslim AKT” imzalanmışdır. Həmin razılaşmaya əsasən ümumi mənzil sahəsi 6700 (Altı min yeddi yüz) kv m. olan 62 ədəd mənzilin naturada Cavabdeh1 MTK-ya verilməsi barəsində razılığa gəlinmişdir. Həmin razılaşmaya əsasən 24.01.2020-ci il tarixdə Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 MMC-yə B bloku, Sıra № 1, mərtəbə 19, otaq sayı 2, 98,43 kv.m-lik mənzil sahəsinin İddiaçı adına rəsmiləşdirlməsi barədə 046 saylı bildiriş göndərilmiş və Cavabdeh2 MMC tərəfindən sözügedən bildirişə əsasən həmin mənzil sahəsi iddiaçının adma rəsmiləşdirilmiş və bu fakt Cavabdeh2 MMC-nin möhrü və səlahiyyətli şəxsin imzası ilə təsdiqlənmişdir (Qoşma 4). Qeyd edək ki, Cavabdeh1 MTK-nın "xxxx" MMC-yə qarşı “təhvil-təslim aktının etibarsız hesab edilməsi və pul tələbi barədə ” iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 MTK tərəfindən həyata keçirilən tikinti işlərinə çəkilmiş xərclərin Cavabdeh2 MMC-dən alınıb Cavabdeh1 MTK-ya ödənilməsi barədə xahiş etmişdir. Bildirir ki, e-2-2( 113)- 113/2021 saylı iş üzrə mübahisə hazırda davanı etməkdədir. Bu isə öz növbəsində iddiaçının hüquqlarına həyata keçirilməsində müəyyən maneələrin meydana gəlməsinə səbəb olmaqdadır. İşin faktiki hallarından da görüldüyü kimi Cavabdeh2 MMC və Cavabdeh1 MTK arasında podrat müqaviləsi bağlanmışdır. Podrat müqaviləsinə görə “Konstra MTK”-ya apardığı tikinti işləri müqabilində ümumi sahəsi 6700 (Altı min yeddi yüz) kv m. olan 62 ədət mənzilin verilməsi barəsində razılığa gəlinmişdir. Beləliklə də “Konstra MTK" 07 yanvar 2020-ci il tarixli “Təhvil-Təslim aktı” müəyyən edilən mənzillərin satışını həyata keçirməkdə səlahiyyətli olmuş və "xxxx" MMCnin səlahiyyətli nümayəndəsi qismində hərəkət etmişdir. Eyni zamanda “Konstra MTK” ünvan 4 ünvanında tikilməkdə olan binanın satışını həyata keçirdiyini sosial şəbəkələrdə və digər informasiya vasitələrində yazılı afişlərlə və video çarxlarla reklam etmişdir. Qayda olaraq hər hansı bir vətəndaşın tikilməkdə olan binadan ev alarkən həmin mənzili satmaqla səlahiyyətli olan şəxsi şəraitə görə müəyyən edə bilir. Cavabdeh1 MTK müqaviləyə əsasən binanın tikintisini həyata keçirməkdə olduğu, bütün vasitələrlə həmin binadan mənzil satışını həyata keçriməklə səlahiyyətli olduğunu elan etdiyi, tikinti aparılan binadan öz reklam afişlərini astığı nəzərə alınarsa iddiaçının həmin binada mənzil satışı həyata keçirən Konstra MTK-nin tam səlahiyyətli olduğunu düşənməkdə tamamilə haqlı olduğu öz-özlüyündən məlum olur. Qeyd olunan şərait iddiaçı və digər bütün üçüncü şəxslər baxımından Cavabdeh1 MTK-nın normalda həmin mənzillərin satışı baxımından tam səlahiyyətli olduğuna dair hüquqi nəticə əmələ gətirir. Nəzərə alınmalıdır ki, iddiaçı ilə müqavilənin bağlandığı dövrdəki şəraitdə Orxan TİT MMC ümumiyyətlə bina baxımından aidiyyəti və səlahiyətli şəxs kimi görünmürdü və belə bir görüntünün formalaşmasında Orxan TİT MMC-nin birbaşa özünün rolu olmuşdur. Nəticə etibarı ilə, iddiaçının Cavabdeh1 MTK ilə bağladığı mənzil sahəsinin alqı-satğısına dair 07.02.2019-cu il tarixli, B-168/8 saylı müqavilə baxımından əwəla Cavabdeh1 MTK tam slahiyyətli şəxsdir. Qaldı ki, Cavabdeh1 MTK, Orxan TİT MMC ilə ilə aralarında bağlanmış müqaviləyə zidd şəkildə alğı-satqı müqavilələri bağlamış olsaydı da belə, iddiaçıya münasibətdə Cavabdeh1 MTK hüquqi baxımdan yenə də səlahiyyətli şəxs hesab olunur. Belə ki, Cavabdeh1 MTK, Orxan TİT MMC-nin fakitki və yazılı razılığı ilə mənzillərin satışını həyata keçirmişdir. Cavabdeh1 MTK, bu mənzillərin satışını Orxan TİT MMC ilə öz aralarındakı müqavilə şərtərinə zidd şəkildə həyata keçirməsi, iddiaçı ilə Cavabdeh1 MTK arasındakı müqavilənin etibarlılığına hüquqi baxımdan heç bir təsiri yoxdur. Çünki müqavilə yalnız onun tərəfləri üçün öhdəlik əmələ gətirə bilər və bu səbələ də müqavilələrdən əmələ gələn hüquqlar (tələb hüquqları) nisbi mahiyyətdə olur, yəni sözü gedən tələb hüquqları hamıya deyil, yalnız müqavilənin tərəflərinə qaşrı irəli sürülə bilər. Bu səbəblə də Orxan TİT MMC, Cavabdeh1 MTK ilə öz aralarında bağlanmış müqavilə öhdəliklərinin pozulmasına istinad edərək həmin müqavilənin tərəfi olmayan iddiaçıya qarşı heç bir tələb irəli sürə bilməz. Yuxarıda da qeyd edildiyi kimi hüquqi müstəvidə Cavabdeh1 MTK tam səlahiyyətli subyekt kimi iddiaçı ilə müqavilə bağlamışdır. Ancaq, hətta Cavabdeh1 MTK, “Orxan TİT " MMC-nin təmsilçi və nümayəndəsi hesab olunduğu təqdirdə belə yenə də qanunvericliyin tələblərinə görə, iddaçı səlahiyyətli şəxslə müqavilə bağlamış lıcsab olunur. Çünki AR Mülki Məcəlləsinin 359.1-ci maddəsinə görə “Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə mətnində də görülür ki, təmsilçinin səlahiyyəti fəaliyyət göstərdiyi şəraitə görə də müəyyən edilir. Bu səbəblə də hətta mənzillərin satışı baxımından "xxxx" MMC səlahiyyətli şəxs olsaydı da belə yenə də Cavabdeh1 MTK iddiaçı ilə bağlanan müqavilə baxımından "xxxx" MMC-nin tam səlahiyyətli nümayəndəsi hesab olunar. Çünki şəraitə görə, Cavabdeh1 MTK-nın səlahiyyətli olduğu aşkar bəlli olur. Beləliklə, hətta binadakı sahələrin satışı baıxmından "xxxx" MMC əsl hüquq sahibi şəxs hesab olunsa belə, yenə də müqavilənin bağlandığı şəraitdən Cavabdeh1 MTK, "xxxx" MMC-nin səlahiyyətli təmsilçisi və nümayəndəsi hesab olunur və MM-nin 359.1 -ci maddəsinin tələbləri baxımından mənzil sahəsinin alqı-satğısına dair 07.02.2019-cu il tarixli, B-168/8 saylı müqavilə əslində "xxxx" MMC-nin adından bağlanmış hesab olunar. Digər qeyd edilməsi mütləq hal isə odur ki, “Kəııstra” M TK ilə İddiaçı arasında bağlanmış 07.02.2019-cu il tarixli, B-168/8 saylı müqavilə qarşılıqlı razılıq əsasında dəyişdirilmiş, bunun isabtı isə Cavabdeh1 MTK tərəfindən "xxxx" MMC-yə təqdim edilmiş 24.01,2020-ci il tarixli 046 saylı bildiriş olmuş və "xxxx" MMC tərəfindən sözügedən bildirişə əsasən həmin mənzil sahəsi iddiaçının adına rəsmiləşdirilmiş, bu fakt Cavabdeh2 MMC-nin möhrü və səlahiyyətli şəxsin imzası ilə təsdiqlənmişdir. AR Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmçinin 423.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Qeyd edilən maddələrdən də göründüyü kimi tərəflər aralarında bağlanmış müqaviləyə hər hansı dəyişiklik etmək istədikdə, bu dəyişiklik ya qanunvericiliyin tələblərinə uyğun olaraq, ya da müqavilə ilə razılaşdırılmış formada həyata keçirilməlidir. 07.02.2019-cıı il tarixli, B-168/8 saylı müqavilənin 7.3-cü bəndinə əsasən Müqaviləyə hər hansı dəyişiklik və əlavələr hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən, imzalandıqdan və möhürləndikdən sonra etibarlıdır. Məhz tərəflər də bu şəkildə hərəkət edərək 24.01.2021 -ci il tarixli 046 saylı bildirişlə 07.02.2019-cu il tarixli, B-168/8 saylı müqaviləyə dəyişiklik etdiklərini açıq və aydın şəkildə ifadə etmiş, bildiriş həm Cavabdeh1 MTK, həm də Cavabdeh2 MMC tərəfindən imza və möhürlə təsdiqlənmişdir (Qoşma 4). Nəhayət və hüquqi baxımıdan ən əhəmiyyətlisi isə odur ki, iş materiallarından görünür ki Cavabdeh1 M l'K tərəfindən Cavabdeh2 MMC-yə göndərilmiş 24.01,2020-ci il tarixli, 046 saylı bildirişə əsasən B bloku, Sıra № 1, mərtəbə 19, otaq sayı 2, 98,43 kv.m-lik mənzil sahəsinin İddiaçı oğ unun adına rəsmiləşdirlməsi tələb edilmiş və Cavabdeh2 MMC tərəfindən sözügedən bildirişdəki məlumat təsdiqlənmiş və həm Cavabdeh1 MTK, həm də Cavabdeh2 MMC bu faktı imza və möhürləri (b təsdiqləmişlərdir (Qoşma 4). Bu fakt hüquqi baxımdan iş üzrə hər cür şübhə və tərəddütləri aradan qaldırır. Belə ki, hətta Konstra MTK mənzillərin satışı ilə bağlı səlahiyyətli olmadığı bir anlıq ehtimal edilsə belə yenə nəticə dəyişməyəcək. Çünki Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 MMC-yə göndərilmiş 24.01.2020-ci il tarixli bildiriş əsasında mənzil sahəsinin iddiaçının adma rəsmiləşdirilməsi və mənzilin iddiaçıya təhvil verilməsi Cavabdeh2 MMC baxımından səlahiyyəti nümayəndənin hərəkətini bəyənmə mahiyyətindədir. Məsələ ilə bağlı AR Mülki Məcəlləsinin 360.1 və 360.2-ci maddələrində qeyd edilir ki, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə kı. başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Təmsil eddən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Beləliklə maddə ınəntinindən də görülülür ki, Cavabdeh1 MTK-nin təmsil edilən adma hərəkət etmə səlahiyyəti olmadığı qəbul edilsə belə sonradan bu hərəkətlərinin "xxxx" MMC tərəfindən bəyənilməsi ilə müqavilə bağlandığı andan təmsil edilən baxımından mülki hüquq və vəzifələr yaradır. Yuxarıda qeyd edilmiş 07.02.2019-cu il tarixli müqavilə və 07.02.2019-cıı il tarixli Maliyyə arayışı X1 üzvü olduğunu və pay hüququna malik olduğunu bir daha sübut edir. Bu baxımdan iddiaçı hesab edir ki, ünvan 5 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m, yaşayış sahəsi 87,90 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət mənzil sahəsinə dair digər şəxslərin müdaxiləsindən müdafiə, eləcə də iddiaçı tərəfindən həmin mənzil sahəsi üzərində mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsi məqsədi ilə İddiaçı sözügedən mənzil sahəsinə dair hüquqların heç bir maneəsiz həyata keçirilməsi cavabdehlər tərəfindən tanınması mütləq məcburi haldır. Daha sonra İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m, yaşayış sahəsi 87,90 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B19/1 saylı mənzil İddiaçı təhvil verilməsi və həmin mənzil sahəsindən istifadə ilə bağlı bütün maneələrin aradan qaldırılması öhdəliyinin "xxxx" MMC və Cavabdeh1 MTK-nın üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə 19.04.2021-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia tələbi təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini, ünvan 6 ünvanında inşa edilənə girişli 21 mərtəbəli yaşayış evinin Giriş B blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98.43 kv.m olan 2 otaqdan ibarət mənzilə üzrə Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 06.05.2021-ci il tarixdə məhkəmə iclasında Cavabdeh2 MMC-nin qarşılıqlı iddia ərizəsi icraata götürülmüşdür. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər “Konstra" MTK və “Orxan-TİT" MMC-yə qarşı 2(005)-2504/2021 nömrəli mülki iş məhkəmənin icraatındadır. İddiaçı məhkəməyə müraciət edərək ünvan 7 ünvanında inşa edilən 3 girişili 21 mərtəbəli yaşayış evinin Giriş B blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98.43 kv.m olan 2 otaqdan ibarət mənzilə İddiaçı müqavilə ü/.rə hüququnu tanımaqla həmin sahədən istifadəsi ilə bağlı bütün maneələrin aradan qaldırılması öhdəliyin "xxxx" MTK və "xxxx" MMC üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, X13 ilə "xxxx" MTK arasında 7 fevral 2019-cu il tarixli 13-168/8 saylı müqavilə imzalanmışdır. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən "KONSTRA” MTK Möhsün Sənani küçəsi ev 13/15 ünvanında inşa edilən 3 girişli 21 mərtəbəli yaşayış evinin Giris B blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98.43 kv.m olan 2 otaqdan ibarət mənzilin Payçıya verilməsini, payçı isə müqavilə dəyərinin kooperativə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh2 MMC (“Sifarişçi”) ilə Cavabdeh1 MTK (“Podratçı”) arasında 05 iyul 2018-ci il tarixdə № 0507/01-18 saylı “Podrat” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, “Podratçı" “Sifarişçrnin tapşırığına uyğun olaraq, layihəsi “Azərdövlətlayihə” DBLİ tərəfindən hazırlanmış, ünvan 8 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirilməsinə dair razılığa gəlmişlər. Cavabdeh2 MMC ilə “Konstra" MTK arasında bağlanmış 5 iyul 2018-ci il tarixli müqavilə ilə görüləcək işlərin ümumi dəyəri 5,000,000 AZN (beş milyon) manat müəyyən edilmişdir. Həmin müqavilənin 2.1 bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulan işlərin ümumi dəyəri Podratçı tərəfindən müvafiq qaydada hesablanmış və Sifarişçiyə təqdim olunmuş işlər həcminə əsasən müəyyən edilir. Müqavilə üzrə görüləcək işlərin icrası, təhvili və dəyərin ödənilməsi müqaviləyə əlavə olunacaq təhvil qəbul aktlarına və tərəflərin imzaladıqları digər yazılı razılaşmalarda göstərilən ardıcıllıqla həyata keçirilir. Bağlanmış “Podrat" müqaviləsinə əsasən, podratçı, sifarişçinin tapşırığı ilə, özünün və ya sifarişçinin materiallarından istifadə etməklə, konkret işi müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, həmçinin müqavilə şərlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürmüş. Sifarişçi isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götiirmişdür. Qeyd etmək istəyirlər ki, sifarişçi “Orxan-TİT" MMC ilə podratçı “Konstra" M İK arasında ünvan 9 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 5 iyul 2018-ci il tarixli 0507/01-18 başlanılmış, tikinti işləri icra olunduğu müddəi ərzində podratçı tərəfindər olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı əsasında qəbu yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilməsi (barter olunması) nəzərdə tutulsa da, Cavabdeh1 MTK-nın icraçı direktoru X8 tərəfindən MTK-nın digər payçıları olan X14, X19, X31 tir oğlu. X20 və qeyrilərinin köməkliyi ilə müqavilənin qeyd olunan bəndinin şərtləri pozulmaqla qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara ümumilikdə 17.545,45 kv.metr sahəsi olan 169 mənzilin saxta müqavilələr əsasında satışı həyata keçirilmişdir. 07 yanvar 2020ci il tarixli “Təhvil-Təslim" Aktından görünür ki, tərəflər “A” və “B" blokları üzrə yerinə yetirilmiş Forma2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma İşlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə razılığa gəlmişlər. Tərəflər təsdiq etmişlər ki, '‘Podratçı" tərəfindən (on iki min yeddi yüz əlli səkkiz, 23) kv.m həcmində beton (taxta-qəlib) işləri yerinə yetirilmişdir. Sözügedən Akta əsasən “Podratçı" tərəfindən ümumi dəyəri 6.490,000.00 (GDV daxil) (altı milyon dörd yüz doxsan min) manat məbləğində tikinti quraşdırma işləri yerinə yetirilmiş,12758,23 kv.m (on iki min yeddi yüz əlli səkkiz, 23) olan tikinti quraşdırma işlərinin müqabilində, Podratçıya 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin dəyərinin natura ifadəsində əvəzlənməsi barədə razılığa gəlmişlər. Sonradan 21 yanvar 2020-ci il tarixdə A və B blokları üzrə yerinə yetirilmiş Forma2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma işlərinin həcmi və onun hesablanmış dəyərin əvəzinin natura ifadəsir.də ödənilməsi barədə 07 yanvar 2 "Təhvil- Təslim Aktf’na əsasən Sifarişçi tərəfindən Podratçıya 62 (altmış iki) ədəd mənzilin verilməsi barədə, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəlmişlər. 24 yanvar 2020-ci il tarixdə isə Pocratçı tərəfindən Sifarişçiyə məktub göndərilərək. “Təhvil-Təslim Aktı”nın və “Mənzillərin Bölgü Aktf'nın müddəalarına uyğun olaraq 62 (altmış iki) ədəd, 700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin onlar tərəfindən göstəriləcək şəxslərin adına rəsmiləşdirilməsi xahiş edilmişdir. Lakin hal-hazırda Cavabdeh1 MTK 12.03.2020-ci il tarixdə 07.01.2020-ci il tarixli təhvil-təslim aktının etibarsız hesab edilməsi barədə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. e-2-2(113)-113/2021 nömrəli iş Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatmdadır. İş üzrə dəfələrlə məhkəmə baxışı təyin edilmiş, 15 möhkəmə iclası keçirilmişdir. 19.03.2021 -ci il tarixli qəraıdad i.ə iş üzrə icraat dayandırılmış, məhkəmə Cavabdeh1 MTK tərəfindən görülən işlərin həcmi və işlərin görülməsinə sərf edilmiş materialların qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin etmişdir. "xxxx" MMC-nin iddiaçı qarşısında öhdəliyi "xxxx" MTK-nın iddiasının təmin edilib- edilməməsindən asılıdır. Həmin təhvil-təsl.m aktına görə Cavabdeh2 MMC-nin üzərinə müəyyən öhdəçilik götürmə ehtimalı vardır. Həmin təhvil-təslim aktı etibarsız sayıldığı halda, “Orxan-TİT' MMC-nin iddiaçı qarşısında heç bir öhdəçiliyi olmayacaqdır. Belə ki, təhvil- təslim aktının etibarsız sayıldığı halda iddiaçıya mənzil verilməsi barədə razılaşma öz əhəmiyyətini itirəcəkdir. Lakin, onlara məlum olmuşdur ki, "Sifarişçi "nin razılığı və xəbəri olmadan ona məxsus mənzillər, qeyri-yaşayış sahələri, o cümlədən qarajlara dair “Podratçı" tərəfindən digər şəxslərlə saxta müqavilələr bağlanılmışdır. Cavabdeh1 MTK-nın əməkdaşları tərəfindən saxta müqavilələrin tərtib olunması barədə ilk vaxtlar “Konstra" MTK-nın özünə xəbərdarlıq, 24.02.2020-ci il tarixdə isə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilmişdir. Cavabdeh1 MTK-nın direktoru Rəsulov D tərəfindən Cavabdeh2 MMC-yə məktub göndərilərək bildirilmişdir ki, Cavabdeh1 şirkəti olaraq üzərilərinə onu götürmüşlər ki, bundan sonra bütün alqı-satqı və barter əməliyyatlarını sifarişçinin ümumi razılığı olmadan həyata keçirməyəcəkdirlər. Lakin ‘‘konstra” MTK-mn verdiyi zəmanətə baxmayaraq, qanunsuz əməllərini davam eldiyinə dair şübhələrimiz vardı. Buna görə 18 aprel, 24 iyun və 10 iyul 2019-cu il tarixlərində Cavabdeh1 MTK-mn sədri X9 bildirişxəbərdarlıqlar ünvanlamışıq. Xəbərdarlıqlarda bildirmişik ki, tərəflər arasında bağlanmış qüvvədə olan müqavilə və razılaşmalara əsasən tikinti işlərinin müqavilə üzrə vaxtında yerinə yetirilmir, tərəflər arasında yazışmalar nəticəsində razılaşdırılmış qrafıkdən geri qalır, Cavabdeh1 MTK-dan ətraflı rəsmi hesabatlar tələb elmişik. Lakin onların qanuni tələbləri diqqətə alınmamış, xəbərdarlıqlarının üçünə də cavab gəlməmiş, tələbləri yerinə yetirilməmişdir. Göründüyü kimi, iddiaçının “Podradçı” Cavabdeh1 MTK ilə bağlanmış müqavilədən və qeyd olunan mənzilin onun mülkiyyətinə verilməsindən “Orxan-“TİT" MMC-nin “Sifarişçi" kimi heç bir razılığı olmamış və məlumatlandırılmamışdır. 24 fevral 2020-ci il tarixdə onların Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında X2 olduğu Cavabdeh1 MTK-mn icraçı direktoru vəzifəsində işləmiş X3 qanunsuz hərəkətləri barədə fakt üzrə cinayət işi başlamışdır. Bildirir ki, cinayət işinin başlanmasına səbəb və əsas "Konstra” MTK-nın vəzifəli şəxslərinin sifarişçi Cavabdeh2 MMC ilə bağlanmış müqavilə əsasında ünvan 10 ünvanında inşa etdikləri çoxmərtəbəli yaşayış biııalarındakı mənzilləri hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə saxta müqavilələr əsasında ayrı-ayrı vətəndaşlara satmış və bununla da etibarlarından sui-istifadə elməklə onları aldadaraq külli miqdarda pul vəsaitlərini ələ keçirməsi və bununla bağlı toplanmış material üzrə cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. Aparılmış ilkin istintaqla müəyyən edilmişdir ki, sifarişçi “Orxan-TİT" MMC ilə podratçı Cavabdeh1 MTK arasında ünvan 9 ünvanında yerləşən 3 b'.oklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 05 iyul 2018-ci il tarixli, 0507/01-İX saylı müqavilə üzrə “Konstra" MTK tərəfindən qeyd olunan ünvanda tikinti işlərinin icrasına başlanılmış, tikinti işləri icra olunduğu müddət ərzində podratçı tərəfindən satış lıüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə \enilmiş işlərin dəyəri əvəzləşdirilməsi (bartcr olunması) nəzərdə tutulsa da, Cavabdeh1 MTK-mn icraçı direktoru X11 tərəfindən MTK-mn digər payçıları olan X14, X19, X15, X20 və qeyrilərinin köməkliyi ilə müqavilənin qeyd olunan bəndinin şərtləri pozulmaqia qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara ümumilikdə 17.545.45 kv.metr sahəsi olan 169 mənzilin saxla müqavilələr əsasında satışı həyata keçirilmişdir. Cinayət işi 03 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya)a qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə başlanılmış və həmin tarixdə istintaqın aparılması Baş İdarənin istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, 1 dərəcəli hüquqşünas X4 həvalə edildilməklə istintaqı aparılır. İddiaçının iddia ərizəsində paylı mülkiyyətlə əlaqədar istinad etdiyi istinad etdiyi Mülki Məcəllənin müddəalarına Cavabdeh2 MMC-nin heç bir aidiyyəti yoxdur. Belə ki, “Konstra" MTK ilə "Orxan-1İ1” MMC arasında birgə fəaliyyət ilə əlaqədar heç bir müqavilə bağlanmamışdır. Məhkəmənin nəzərinə bir daha çatdırır ki, Cavabdeh1 MTK-mn öhdəçiliyinin təmin edilməsi barədə "Orxaıı-TİT” MMC üzərinə heç bir öhdəçilik götürməmişdir. "xxxx" MMC-nin həmçinin iddiaçıya hor hansı mənzil verilməsi öhdəçiliyi olmamış və iddiaçı ilə “Orxan-TİT" MMC arasında heç bir razılaşma, müqavilə öhdəçiliyi olmamışdır. Qeyd olunan hüquq normalarına əsasən, iddiaçının Cavabdeh1 MTK ilə bağladığı müqavilə üzrə mənzilin dəyərinin ödənilməsi, yaxud nə qədər ödənilməsi faktı müəyyən edildikdən sonra, müqavilə ilə ödənilmiş muzd barədə mədaxil qəbzinin qanuna uyğunluğunu, ümumiyyətlə həmin muzdun ödənilməsi barədə heç bir sübut müəyyən edilməmişdir. İddiaçı öz hüququndan sui-istifadə etməklə Cavabdeh2 MMC-nin heç bir öhdəçiliyi olmadan işə cəlb etmiş, Cavabdeh1 MTK-dan mənzil tələbi yox, ona vurulmuş zərər məbləği barədə iddia qaldırması daha qanuna uyğun, məqsədə müvafiq olardı. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında ilkin iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia ərizəsi əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Cavabdeh1 "xxxx" MMC-nin direktoruna ünvanlanmış 24.01.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh2 MMC və “Konstra MTK” 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetirlmiş Tikinti Quraşdırma İşlərinin (TQİ) həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair 07 Yanvar, 2020-ci il tarixdə imzalanmış “Təhvil-Təslim AKTının”, habelə tərəflər arasında 21 Yanvar, 2020-ci il tarixdə imzalanmış 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü AKT-ının” müddəalarına uyğun olaraq, Mənzil: B bloku, Sıra № 1, mərtəbə 19, otaq sayı 2,98,43 m2 İddiaçı adına rəsmiləşdirilməsi xahiş olunmuşdur. Cavabdeh1 07.02.2019-cu il tarixli B-168/8 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən “Kooperativ” ünvan 11 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 08-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98.43 m2 yaşayış sahəsi 87,90 m2 olan izolə olunmuş 2 otaqdan ibarət B8/01 saylı mənzilin “Payçıya” verilməsini, “Payçı” isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürürlər. Cavabdeh1 MTK-nın 07.02.2019-cu il tarixli 137 nömrəli maliyyə arayışının surətindən görünür ki, İddiaçı ona görə ki, o həqiqətən Cavabdeh1 MTK-nın ünvan 12 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində giriş B blokunun 08-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 m2 yaşayış sahəsi 87,90 m2 olan izolə olunmuş 2 otaqdan ibarət B8/01 saylı mənzilin dəyərini tam ödəmişdir. Cavabdeh1 MTK şirkətinə C-168/8 nömrəli müqaviləyə əsasən yuxarıda qeyd olan şəxsin borcu yoxdur. ”Orxan TİT” MMC-nin 07 yanvar 2020-ci il tarixli təhvil-təslim altının surətindən görünür ki, sifarişçi "xxxx" MMC ilə podratçı Cavabdeh1 MTK arasında 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq, sifarişçiyə məxsus, ünvan 13 ünvanında yerləşən 0.3112 ha torpaq sahəsində 3 girişli, 21 mərtəbəli yaşayış binasının tikintisi podratçıya həvalə olunmuşdur. 05 iyul 2018-ci il tarixli №0507/01-18 nömrəli müqavilənin surətindən görünür ki, bir tərəfdən Azərbaycan Respublikasının qanunları əsasında təşkil olunmuş və mövcud olan, hüquqi ünvanı Azərbaycan Respublikası, ünvan 14ət mülkiyyətində olan hüquqi şəxs, "xxxx" MMC, X10 şəxsində, bundan sonra “sifarişçi” adalandırılacaq və digər tərəfdən Cavabdeh1 MTK (VÖEN: **********), X12 şəxsində, bundan sonra “Podratçı” adlandırılacaq, sifarişçinin tapşırığına uyğun olaraq, “Azərdövlətlayihə” DBLİ tərəfindən hazırlanmış, ünvan 15 ünvanında yerləşən 3, bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair (burada “iş” adlanacaq) texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetrilməsinə dair razılığa gələrək ehtimal olunan qiymət 5.000.000.00 manatı, ödəniş yerinə yetirilmiş işlər həcminə uyğun olaraq, tərəflərin qarşılıqlı razılaşmasına əsasən müvafiq həcmdə mənzil sahəsi ilə əvəz (barter) edilməsi müəyyən edilmişdir. 21.01.2020-ci il tarixli mənzillərin bölgü aktının surətindən görünür ki, tərəflər təsdiq edirlər ki, 07 yanvar 2020-ci il tarixində imzalanmış “Təhvil-Təslim AKT-na” uyğun olaraq, sifarişçi Cavabdeh2 MMC tərəfindən, podratçı “Konstra MTK”-a 62 (altmış iki) ədəd mənzilin verilməsi barədə razılığa gəlinmiş 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəlmişlər. Həmin siyahıya C5-4 saylı mənzil də daxildir. 07 yanvar 2020-ci il tarixli Təhvil-Təslim “AKT”ının surətindən görünür ki, Biz bu "AKT” İmza edənlər, bu sənədi ondan ötrü tərtib edirik ki, ünvan 16 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar olaraq, Podratçı şlrlot “Konstra" MTK (VÖEN: **********) tərəfindən kooperativin sədri X7 şəxsində (Ş/V AZE 17186261 09.06.2017-d İldə ASAN2 tərəfindən verilmişdir) və Sifarişçi şirkət "ORXAN-TİT MMC-nln (VÖEN: **********) direktoru Həsəno/ Məhərrəm İsrail oğlunun şəxsində (Ş/V AZE09513900 06.09.2012-d İldə Xətai RPİ tərəfindən verilmişdir), A və B blokları üzrə yerinə yetirilmiş Forma2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma İşlərinin (TQİ) həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura İfadəsində ödənilməsi barədə razılığa gəldilər. Sifarişçi "Orxan Tir MMC ilə Podratçı “KONSTRA" MTK arasında 05 İyul 2018-d İİ tarixində İmzalanmış müqavilənin şərtlərinə uyğun olaraq, sifarişçiyə məxsus, ünvan 17 ünvanında yerləşən 0.3112 ha torpaq sahəsində 3 girişll, 21 mərtəbəli yaşayış binasının tildntlsl Podratçıya həvalə olunmuşdur. Tərəflər təsdiq edirlər kl, "xxxx" MTK tərfirıdən 12,758.23 (on iki min yeddi yüz əlil səkkiz, 23) kv.m həcmində beton (taxtaqəlib) İşləri yerinə yetirilmişdir. Tərəflər təsdiq edirlər ki, Podratçı tərəfindən yerinə yetirilmiş TQl-nin ümumi dəyəri, X29 daxil olmaqla 6,490,00ö*Q0-$tı mllyon,dörd yüz doxsan mln) manat təşkil edir. Tərəflər təsdiq edirlər kl, Podratçı “Konstra" MTK tərəfindən, sifarişçi “ORXAN-İTT MMC şirkətinə sadələşdirilmiş tikinti vergisinin ödənilməsi məqsədilə 1,610,705.00 (bir milyon aib yüz on min yeddi yüz beş) manat məbləğində vəsait ödənmişdir. Tərəflər təsdiq edirlər Podratçı "KONSTRA MTK" tərəfindən ümumi dəyəri 6,490,000.00 (ƏDV daxil) (altı milyon dörd yüz doxsan mln) manat məbləğində tikinti quraşdırma İşləri yerinə yetirilmiş, 12,758.23 kv.m (on iki mln yeddi yüz əlli səkkiz, 23) olan TQl-nln, habelə sifarişçi “ORXAN-TİT" MMC-yə vergi məqsədəri üçün ödənilmiş 1,610,705.00 (bir milyon alta yüz on min yeddi yüz beş) manat vəsaitin müqabilində, Podratçı “Konstra" MTK-a 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin dəyərinin natura İfadəsində əvəzlənməsi barədə razılığa gəldilər. Tərəflər təsdiq edirlər kl, Sifarişçi tərəfindən, Podratçıya təqdim olunmuş 6700,00 (altı mln yeddi yüz) kv.m yaşayış sahəsinə müqabil müvafiq mənzillərin siyahısı Sifarişçi tərəfindən təsdiq olunması üçün 15 (on beş) İş günü müddətində Sifarişçiyə təqdim olunacaqdır. "ORXAN” TİT" MMC və “Konstra" MTK təsdiq edirlər kl, AKT-nın predmeti olan və faktiki yerinə yetirilmiş TQl-nin həcminə və onun hesablanmış dəyərinə dair bir-birilərinə qarşı iddiaları yoxdur. Məhkəmə hər iki (ilk və qarşılıqlı) iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir. Göründüyü kimi, cavabdeh podrat müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətsizliyi, müqavilə bağlandıqdan 2 ilə yaxın müddət ərzində qeyd olunan ərazidə hər hansı inşaat işləri aparılmaması öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən, Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. İddiaçının iddia tələbində qeyd etdiyi hər iki cavabdehə yönələn tələbə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli müqavilənin həqiqiliyi tərəflər arasında öhdəliyin yerinə yetirilməsini şərtləndirir. Mənzil Məcəlləsinin 113.2-ci maddəsinin də tələblərinədən aydın olur ki, pay haqqının tam ödənilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün əsasdır. Qanunvericinin belə mövqeyindən aydın olur ki, pay haqqının tam ödənilməsi mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçməsi ilə istifadə hüququnu şərtləndirir. Öhdəliklə bağlı Cavabdeh1 MTK-nın müqavilə bağlaması məhz onun bu müqavilə şərtlərini yerinə yetirilməsini məcburi edir. Bu səbəbdən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m, yaşayış sahəsi 87,90 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B19/1 saylı mənzil cavabdeh MTK tərəfindən təhvil verilməlidir. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, mənzilləri iddiaçıya təhvil verməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh qeyd edilən müqavilələr əsasında iddiaçıdan mənzilin dəyərini almaq hüquqlarına malik olduğu kimi, eyni zamanda həmin müqavilə əsasında qeyd edilən mənzilin iddiaçıya təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh MTK göstərilən müqavilə əsasında iddiaçıdan mənzilin dəyərini almasına dair hüquqlarından istifadə etmiş, həmin əmlakı iddiaçıya təhvil verilməli olmalarına dair vəzifələrini isə icra etməyərək, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, cavabdeh mənzili iddiaçıya təhvil vermədiyindən iddiaçı mənzilin ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməlidir. İşin hallarından aydın olur ki, cavabdeh MTK iddiaçı ilə bağlanmış sözügedən müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verməli olduğu əmlakı ona verməmiş, iddiaçı ilə müqavilə münasibətlərinin mövcudluğunu ümumiyyətlə inkar etmişdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsi baxımından öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İddiaçının mübahisələndirdiyi müqavilədən görünür ki, həmin müqavilələr Cavabdeh1 MTK-nın səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürü ilə təsdiqlənmişdir. Bundan başqa 21.01.2020-ci il tarixli mənzillərin bölgü aktının surətindən görünür ki, tərəflər təsdiq edirlər ki, 07 yanvar 2020-ci il tarixində imzalanmış “Təhvil-Təslim AKT-na” uyğun olaraq, sifarişçi Cavabdeh2 MMC tərəfindən, podratçı “Konstra MTK”-a 62 (altmış iki) ədəd mənzilin verilməsi barədə razılığa gəlinmiş 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəlmişlər. Həmin siyahıya İddiaçı verilən B19-1 saylı mənzil də daxildir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında faktiki yerinə yetirilmiş Tikinti Quraşdırma İşlərinin (TQİ) həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura şəklində ödənilməsinə dair 07.01.2020-ci il tarixli “Təhvil-Təslim” AKT imzalanmışdır. Həmin razılaşmaya əsasən ümumi mənzil sahəsi 6700 (Altı min yeddi yüz) kv m. olan 62 ədəd mənzilin naturada Cavabdeh1 MTK-ya verilməsi barəsində razılığa gəlinmişdir. Həmin razılaşmaya əsasən, 24.01.2020-ci il tarixdə Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 MMC-yə B bloku, Sıra № 1, mərtəbə 19, otaq sayı 2, 98,43 kv.m-lik mənzil sahəsinin İddiaçı adına rəsmiləşdirlməsi barədə 046 saylı bildiriş göndərilmiş və Cavabdeh2 MMC tərəfindən sözügedən bildirişə əsasən həmin mənzil sahəsi iddiaçının adınaa rəsmiləşdirilmiş və bu fakt Cavabdeh2 MMC-nin möhürü və səlahiyyətli şəxsin imzası ilə təsdiqlənmişdir. Yuxarıda deyilənlərə əsasən də məhkəmə hesab edir ki, ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m, yaşayış sahəsi 87,90 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B19/1 saylı mənzil Cavabdeh1 MTK tərəfindən İddiaçı təhvil verilməli və həmin mənzil ilə bağlı İddiaçı yaradılan maneələr aradan qaldırılmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-na qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə münasibətdə qeyd edilməlidir ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Sadalanan qanunvericlik əsaslarından da göründüyü kimi müqavilənin ləğv edilməsini yalnız müqavilə tərəfi tələb edə bilər. Bununla belə işin hallarından göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC İddiaçıla Cavabdeh1 MTK arasında bağlanmış 07.02.0291-cu il tarixli B-168/8 saylı müqavilə tərəfi olmadığı halda müqavilənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, ilkin və qarşılıqlı iddiaçının iddia ərizələrində qeyd etdiyi ümumi tələblərə birlikdə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia təmin edilməli, Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 07.02.0291-cu il tarixli B-168/8 nömrəli müqavilə əsasında ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m, yaşayış sahəsi 87,90 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B19/1 saylı mənzil Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilməli və həmin mənzildən istifadə ilə bağlı İddiaçı yaradılan maneələr aradan qaldırılmalı, qarşılıqlı iddia tələbləri üzrə 07.02.0291-cu il tarixli B-168/8 nömrəli müqavilənin ləğvinə əsas olmadığından və ilkin iddia ilə müqavilə üzrə tələbə hüquqi qiymət verildiyindən qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, dövlət rüsumu ilə bağlı tələb olmadığından tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Konstra” Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 07.02.0291-cu il tarixli B-168/8 nömrəli müqavilə əsasında ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m, yaşayış sahəsi 87,90 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B19/1 saylı mənzil Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilsin və həmin mənzildən istifadə ilə bağlı İddiaçı yaradılan maneələr aradan qaldırılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-ya qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar