Məhkəmə qərarları › İş №2(005)-2506/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2506/2025

12.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2506/2025 12.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfaərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin hesablanıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh ilə bağladığı əmək müqaviləsi əsasında SOCAR**********00070020B00610 saylı əmrə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2024cü il tarixədək X2 13 saylı Briqadasında 12-ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə böyük mexanik vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxmaqla əlaqədar əmək müqaviləsi ləğv edilmişdir. ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyi adından çıxış edən Baş direktor X5 və işçilərin adından çıxış edən X4 Komitəsinin sədri X6 arasında bağlanmış Kollektiv müqavilənin 5.13-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi öhdəliyi qoyulmuşdur. Bununla bağlı cavabdeh şirkətin müdirinə ərizə ilə müraciət edərək müavinət miqdarının ödənilməsini xahiş etsə də, bu, nəticəsiz qalmışdır. Cavabdeh tərəf iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğundan aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Azərbaycan Neft və Qaz X3 İttifaqı və Azərbaycan Dövlət Neft Şirkətinin xx.xx.2009-cu il tarixli, 57/06- 19ə nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarının 4-cü bəndinə və ARDNŞ-nin və ANQSİHİRK-in xx.xx.2009-cu il tarixli, 112/07-22ə nömrəli Əmr-Qərarı ilə edilmiş müvafiq dəyişikliyə əsasən “işçi qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda, bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi” məsələsi ilə bağlı müddəa öz əksini tapmışdır. Trest müdirinin izahatında qeyd edilmişdir ki, 112/07-22ə nömrəli Əmr-Qərarda nəzərdə tutulan “qanunvericiliklə müəyyən olunmuş pensiya yaşı dedikdə” Azərbaycan Respublikası Əmək pensiyaları haqqında Qanunun “Yaşa görə əmək pensiyası” fəslində nəzərdə tutulduğu kimi 63 yaşına çatmış kişilər və 59 yaşına çatmış qadınlarla yanaşı həmçinin, güzəştli şərtlərlə əmək pensiyası hüququ olanlar, çoxuşaqlı qadınlar, sağlamlıq imkanları məhdud uşağı olan analar, uşaqlarını təkbaşına böyüdən atalar və qəyyumların müvafiq olaraq əmək şəraitinə, uşaqlarının sayına, sağlamlıq imkanlarına və sair hallara görə müxtəlif yaşlarda əmək pensiyasından istifadə etmək hüququna malik olan işçilər başa düşülür. İşçi yuxarıda qeyd edilən pensiya yaşına çatdıqda, bir ay müddətinə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının 5 misli məbləğində işdənçıxma müavinəti ödənilə bilər. İşçi əvvəllər güzəştli şərtlərlə pensiyaya çıxıbsa və pensiya yaşına çatdıqda əmək müqaviləsinə xitam verilirsə, ona orta aylıq əmək haqqının beş misli məbləğində birdəfəlik müavinət ödənilmir. İddiaçı xx.xx.2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. O, pensiya təyin edildikdən sonra Trestdə əmək fəaliyyətinin həyata keçirilməsinə davam etmiş və işdən çıxmamışdır. Habelə 2017-ci ildə qanunla müəyyən edilmiş pensiya yaşına çatdıqda işdən çıxmaqla bağlı iradəsini ifadə etməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün edir. Məhkəmə tərəfin izahatını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ИT-İ ******* nömrəli Əmək kitabçasından görünür ki, xx.xx.2021-ci il tarixdə Bağıyev X1 İstehsalat Bölmünün 13 saylı Briqadasında 12-ci dərəcəli avadanlıqların təmiri və xidməti üzrə böyük mexanik vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxma ilə əlaqədar əmək müqaviləsi ləğv edilmişdir; xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh müdirindən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsini xahiş etmişdir; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi xx.xx.2025-ci il tarixdə keçirilmiş mediasiya sessiyasında iştirak etməmişdir; Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərkimya” İstehsalat Birliyi və Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış 2024-2026-cı illər üçün Kollektiv Sazişin 5.13-cü bəndinə əsasən ştat vahidlərinin mütərəqqi normativlər hesabına təkmilləşdirilməsi və işçilərin say tərkibinin optimallaşdırılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi nəticəsində AR ƏM-nin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndlərinə, o cümlədən əmək fəaliyyətini dəniz obyektlərində həyata keçirən şəxslərin struktur dəyişiklikləri ilə əlaqədar quru obyektlərində yerləşdirilməsi ilə bağlı AR ƏM-nin 68-ci maddənin 2-ci hissəsinin “c” (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş (SOCAR üzrə sosial dayanıqlığının təmin olunmasına dair proqrama qoşulan şəxslər istisna olmaqla), habelə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilir; İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2024-cü il tarixdən pensiya yaşına çatdığı üçün əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir; xx.xx.2024-cü il tarixli, 14-2-15/3-1K-869/2024 nömrəli əmrdən görünür ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsini rəhbər tutaraq və yaşa görə əmək pensiyasına çıxmasını nəzər alaraq İddiaçı xx.xx.2014-cü il tarixli, 1088 nömrəli əmək müqaviləsinin ləğv edilməsi əmr olunmuşdur; İşçi haqqında əlavə məlumat barədə çıxarışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır; Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh müdirinin izahatından görünür ki, işçi pensiya yaşına çatdıqda, bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilə bilər. İşçi əvvəllər güzəştli şərtlərlə pensiyaya çıxıbsa və pensiya yaşına çatdıqda (kişilər 63, qadınlar 59 yaşa) əmək müqaviləsinə xitam verilirsə, ona orta aylıq əmək haqqının beş misli məbləğində birdəfəlik müavinət ödənilmir. Beləliklə, məhkəmədə müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh ilə əmək müqaviləsi bağlayaraq əmək münasibətlərinə daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə onun əmək müqaviləsinə təqaüd yaşına çatdığına görə xitam verilmişdir. İddiaçı istehsalatın zərərli sahələrində işlədiyindən güzəştli şərtlərlə onun 2017-ci ildən pensiya hüququ yaranmış, eyni zamanda əmək münasibətlərinə davam etməklə xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndə çalışmışdır. Hazırda iddiaçı pensiya yaşına çatdığı üçün orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsini xahiş edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh isə etiraz edərək, iddiaçının yaşla əlaqədar əmək pensiyası hüququnun 2017-ci ildən yarandığı üçün hazırda idda tələbinin əsassız olduğunu bildirir və iddianın rədd olunmasını xahiş edir. Məhkəmə hazırkı mübahisə ilə bağlı aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddəsinə (əmək hüququ) əsasən: İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 38-ci maddəsinə (sosial təminat hüququ) əsasən: İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 35-ci maddəsinə əsasən, münasibətlərin tənzimlənməsi sahəsindən asılı olaraq aşağıdakı kollektiv sazişlər bağlanıla bilər: a) Baş kollektiv saziş - respublikada sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən edir. b) Sahə (tarif) kollektiv sazişi - müvafiq sahənin sosial-iqtisadi inkişafı istiqamətlərini, peşə qrupları, sahənin işçiləri üçün əmək şəraiti və əmək haqqı, sosial təminatları müəyyən edir. c) Ərazi (rayon) kollektiv sazişi - ərazi xüsusiyyətləri ilə bağlı müəyyən sosial-iqtisadi problemlərin həlli şərtlərini müəyyən edir. 39-cu maddəsinə əsasən: 1. Kollektiv saziş bir ildən üç ilədək müddətə bağlanıla bilər. 2. Kollektiv saziş imzalandığı və ya sazişdə göstərilən gündən qüvvəyə minir. 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 10-1.1-ci maddəsinə əsasən, Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. "xxxx" Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası; 4.1.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası; 4.1.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası. 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda qeyd olunan hüquq normalarını təhlil edərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Qanunvericiliyin tələbləri baxımından Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Yəni dövlət müəssisəsində çalışan hər bir vətəndaş 65 yaşınadək çalışa bilər. Bu müddətin uzadılması səlahiyyəti isə müvafiq dövlət orqanının rəhbərinə həvalə edilmişdir. Digər tərəfdən Qanunla əmək pensiyasının üç növü müəyyən edilmişdir ki, bunlardan biri də yaşa görə əmək pensiyasıdır. Yaşa görə əmək pensiyası hüququ isə müxtəlif şərtlərlə əmələ gələ bilər. Belə ki, yaşa görə əmək pensiyası hüququnun əmələ gəlməsi üçün ümumi şərt kişilərin 63 yaşına, qadınların isə 60 yaşına çatmış olması və fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması kimi müəyyən edilir (Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Güzəştli şərlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün isə fərqli şərtlər – fərqli yaş hədləri və stajlar nəzərdə tutulur. Yuxarıda qeyd olunanlardan da aydın olduğu kimi, Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinin 65 olması, yaşa görə əmək pensiyası hüququnun daha erkən yaşlarda əmələ gəlməsini istisna etmir. Hazırkı iş üzrə iddiaçı "xxxx" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərkimya” İstehsalat Birliyi və Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış 2024- 2026-cı illər üçün Kollektiv Sazişin 5.13-cü bəndinə istinad edərək, yaşa görə əmək pensiyasına çıxdığı üçün cavabdehdən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsini tələb edir. Sözügedən Sazişin 5.13-cü bəndinin məzmunundan aydın olur ki, işçilərə qanunvericiliklə nəzərdə tutulmuş pensiya yaşına çatdıqdan sonra 1 ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək imkanı təklif edilir, şəxs bu imkandan istifadə etdiyi halda isə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 2017-ci ildən yarandığından o, SOCAR-ın və Azərbaycan Neft Qaz X3 İttifaqı Respublika Komitəsinin ANQSİHİRK-nın xx.xx.2009-cu il tarixli, 57/06-19ə nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr-qərarına əsasən bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etməklə bu imkandan istifadə edərək, müstəsna hal kimi işəgötürən tərəfindən onun orta aylıq əmək haqqının 5 misli məbləğində işdənçıxma müavinətinin ödənilməsini tələb edə bilərdi. Lakin iddiaçı 2017-ci ildə yaranmış bu hüququndan istifadə etməməyi seçərək, əmək münasibətlərini davam etdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə mülki işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar