Məhkəmə qərarları › İş №2(005)-2519/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2519/2022

03.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2519/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov rayonu, ZDS İK-nın 2 saylı xx.xx.1963-ci il tarixli Protokoluna əsasən Ərizəçi Şıxkərim oğlunun atası X2 verilən ünvan 1 ünvan ünvan 2vanın, ünvan 3ən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 9-da yerləşən 9 saylı mənzil Nərimanov RİK-nin 03 may 1963-cü il tarixli 06878 saylı Orderinə əsasən, ailənin mənzil şəraitinin təmin edilməsi üçün X1 ayrılmışdır. Hazırda iş materiallarına əlavə edilmiş Orderin arxasında qeyd edilən ailə tərkibindən də bu qeyd etdiyi hallar öz təsdiqini tapır. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialın tərəfindən verilən xx.xx.2022-ci il tarixli №BA-00330-2022 saylı məktubuna əlavə edilən arxiv- çıxarışından da həmin orderin hələ də qüvvədə olduğu müəyyən edilir. Həmçinin ərizəyə əlavə edilən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışla tam təsdiq edilir ki, ərizəçi və ailə üzvləri qeyd edilən mənzildə qeydiyyatda olmaqla bu ünvanda yaşayırlar. Məhkəmənin diqqətinə onu da çatdırmaq istəyirəm ki, o yuxarıda göstərilən sənədlərlə birlikdə yaşadığı mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün aidiyyəti üzrə maraqlı şəxsə ərizə ilə müraciət etmişdir. Ərizəyə əlavə edilən sənədlər araşdırıldıqdan sonra Maraqlı şəxs tərəfindən ünvanlanan xx.xx.2022-ci il tarixli **********29 saylı məktubla ərizəçiyə bildirilmişdir ki, aparılan araşdırma nəticəsində Nərimanov rayon ZDS İK-nin 2 saylı xx.xx.1963-cü il tarixli protokolunda qeyd edilən ünvanda yerləşən evin nömrəsi 23 göstərilmişdir, lakin əlavə olunan digər sənədlərdə (DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında 48/840/ saylı arayış, razılıq ərizələri, 151 saylı MK/S-nin arayışı) evin nömrəsi 26 göstərilmişdir. Həmçinin sənədlərdə qeyd olunan 23 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmadığı müəyyən edilmişdir. Əlavə olaraq Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 23 saylı evin, 9 saylı mənzilinə dair Nərimanov rayonu, ZDS İK-nın 2 saylı xx.xx.1963-cü il tarixli Protokolu əsasında verilmiş 06818 saylı, xx.xx.1963 tarixli orderdə mənzilin nömrəsində düzəliş edilsə də, düzəliş edilməsi barədə hər hansı qeyd aparılmamışdır. Qeyd edilənlərdən də görünür ki, Nərimanov rayon, ZDS İK-nın 2 saylı xx.xx.1963-cü il tarixli protokolu ilə onlara ayrılan 23 saylı mənzilin nömrəsi sonradan hansısa səbəbdən 26 ilə əvəzlənmişdir. Lakin, biz bunun hansı səbəbdən olmasını və hansı sənəd əsasında bu düzəlişin edilməsini təsdiq edə bilmirik. Lakin, hazırki ərizəyə əlavə edilən Bakı şəhəri MKD-nin 3 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 151 saylı MKİS-nin Arayışından da görünür ki, ünvan 5 ünvanı Neft prospekti, Montin qəsəbəsi, ev 23 mənzil 9 yuxarıda göstərilən ünvanla eynidir. Bu səbəbdən də qeyd edilən hissədə hüquqi əhəmiyyətli faktın tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Nərimanov RİK-nin 03 may 1963-cü il tarixli 06878 saylı Orderindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, Neft küçəsi, ev 23, mənzil X1 ayrılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-00330-2022 nömrəli xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş 2 nömrəli xx.xx.1963-cü il tarixli protokolunda edilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, Neft küçəsi, ev 23 X1 6 nəfərlik ailə üzvünə 47 kv.m sahəsi olan mənzilə dair orderin verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri MKD-nin 3 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 151 saylı MKİS-nin Arayışından da görünür ki, ünvan 5 ünvanı Neft prospekti, Montin qəsəbəsi, ev 23 mənzil 9 ünvanı ilə eynidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.1956-cı il təvəllüdlü X3, 18..08.2016-cı il təvəllüdülü X12, xx.xx.1991-ci il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.1984cü il təvəllüdlü X5, xx.xx.1985-ci il təvəllüdlü X6 və xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi ünvan 6 ünvanında daimi qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********29 nömrəli cavab məktubundan görünür ki, ünvan 7 ünvanda yerləşən evin nömrəsi 23 göstərilmişdir, lakin əlavə olunan digər sənədlərdə (DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayış, razılıq ərizələri,151 saylı MKİS-nın arayışı) evin nömrəsi 26 göstərilmişdir. Həmçinin sənədlərdə qeyd olunan 23 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmadığınız müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 23 saylı evin. 9 saylı mənzilinə dair Nərimanov rayon ZDS İK-nın 2 saylı, 19 04.1963-cü il tarixli protokolu əsasında verilmiş 06878 saylı 03 05.1963cü il tarixli orderdə mənzilin nömrəsində düzəliş edilsə də, düzəliş edilməsi barədə hər hansı qeyd aparılmaması qeyd olunmuşdur. İş materialların əlavə edilmiş müvafiq məhkəmə sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********45 nömrəli cavab məktubundan görünür ki, ünvan 1 ünvan ünvan 8erləşən mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumatın aşkar edilmədiyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 9-da yerləşən 9 saylı mənzil Nərimanov RİK-nin 03 may 1963-cü il tarixli 06878 saylı Orderinə əsasən, ailənin mənzil şəraitinin təmin edilməsi üçün X1 ayrılmışdır. Ərizəçi və ailə üzvləri hal-hazırda qeyd edilən mənzildə daimi qeydiyyatda olmaqla bu ünvanda yaşayırlar. Ərizəçi müvafiq mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün maraqlı şəxsə müraciət etdikdə, Nərimanov rayon ZDS İK-nin 2 saylı xx.xx.1963-cü il tarixli protokolunda qeyd edilən ünvanda yerləşən evin nömrəsi 23 göstərilmişdir, lakin əlavə olunan digər sənədlərdə (DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında 48/840/ saylı arayış, razılıq ərizələri, 151 saylı MK/S-nin arayışı) evin nömrəsi 26 göstərilmişdir. Həmçinin sənədlərdə qeyd olunan 23 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmadığı müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 23 saylı evin, 9 saylı mənzilinə dair Nərimanov rayonu, ZDS İK-nın 2 saylı xx.xx.1963-cü il tarixli Protokolu əsasında verilmiş 06818 saylı, xx.xx.1963 tarixli orderdə mənzilin nömrəsində düzəliş edilsə də, düzəliş edilməsi barədə hər hansı qeyd aparılmadığı bildirilmişdir. Qeyd olunanlara əsasən ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin daimi qeydiyyatda olduğu ünvana yerində baxış iclası təyin edilmişdir. Baxış zamanı ərizəçinin daimi qeydiyyatda olduğu ünvan 9 ünvanında yaşayan qonşularının şəxsiyyətlərini təsdiq edən sənədlərində qeydiyyat ünvanlarının ünvan 10ir. Eyni zamanda Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 26 ünvanında olan 12 və 56 saylı mənzillərə dair qeydə alınmış mülkiyyət hüquqlarının təsdiq olunması barədə çıxarışlarda tam ünvanın ünvan 11 edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi qanunverici müvafiq sənədlər üzrə faktın müəyyən edilməsi imkanını tanımışdır. Hazırda ərizəçi tərəfindən hüquqi əhəmiyyəli faktın müəyyən edilməsi üzrə mübahisə predmeti olaraq göstərdiyi dövlət aktının ərizəçi və onun ailə üzvlərinə məxsusluğunun müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ mövcuddur. Belə olan halda məhkəmə araşdırması zamanı təqdim olunmuş sübutlara əsasən bildirir ki, Nərimanov rayon ZDS İK-nin 2 saylı xx.xx.1963-cü il tarixli protokolunda qeyd edilən ünvanda yerləşən evin nömrəsi 23 olmasına dair məlumatlar, hazırda məhkəmə araşdırması zamanı qeyd olunan şəxslər barəsində daha sonrakı tarixlərdə müvafiq dövlət orqanları tərəfindən tərtib edilmiş sənədlərlə uyğunsuzdur. Həmçinin müvafiq orqanlar tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 26 ünvanına dair daimi qeydiyyat və mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə sənədlər tərtib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli Qərarın 6.3-cü bəndinə əsasən Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Nərimanov rayonu, ZDS İK-nın 2 saylı xx.xx.1963-ci il tarixli Protokoluna əsasən Ərizəçi Şıxkərim oğlu atası X2 verilən ünvan 1 ünvan ünvan 2vanın, ünvan 3ən edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Nərimanov rayonu, ZDS İK-nın 2 saylı xx.xx.1963-ci il tarixli Protokoluna əsasən ərizəçinin atası X2 verilən ünvan 1 ünvan ünvan 2vanın, ünvan 3ən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar