Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2522/2020 24.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Ərizəçi Maraqlı tərəf DSMF publik hüquqi şəxs –X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun müalicə sənədlərinin və anası tərəfindən xəstəliyi ilə bağlı apardığı gündəlik qeydlərin qanuna müvafiq qaydaya uyğun olaraq qeyd edilən faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Anadangəlmə epilepsiya xəstəsidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi HƏEK-nin rəyinə əsasən ona generalizə olunmuş tez-tez olan qıcolma tutmaları ilə kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi diaqnozu qoyulmuşdur. Müxtəlif illərdə xəstəliyi ilə bağlı bir çox şəhərlərdə müvafiq müalicələr almışdır. X4, Respublikanın Baş Psixiatrı professor Ağabəy Sultanov, professor Nadir İsmayılov və professor Mollazadə tərəfindən müayinə və müalicələr almışdır. 1971-ci ildən Bakı Şəhər Psixonevroloji Dispanserdə qeydiyyatdadır. 1972-ci ildə Kiyev şəhərinin Psixonevroloji Dispanserində professor Laptiyev, 1973-cü ildə Moskva şəhərində yerləşən X5 Dispanserində baş epileptoloq professor A.S.Remezova, aparıcı həkim professor A.A.Terentiyeva, baş həkim professor O.A.Trifonov, professor P.A.Konstantinov və professor Ledenyov tərəfindən ildə iki dəfə müayinə və müalicə olunmuşdur. Hal-hazırda Bakı şəhəri, Nərimanov rayonu 4 nömrəli poliklinikanın psixiatrı Aziyat Mustafayev tərəfindən müalicələri davam etdirilir. 2000-ci ildən isə birinci qrup əlildir. Anası Maraqlı şəxs1 Bakı şəhəri, Nərimanov rayonu 6 nömrəli uşaq poliklinikasının Uşaq Pulmonoloji şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Yuxarıda qeyd olunan və onda baş verən qıcolmaları anası özünün şəxsi gündəliyində qeyd etmişdir. Moskva şəhərində olduqları zaman müalicələrin gedişatını bir həkim kimi izləmiş və yaxından iştirak etmişdir. Bu faktın müəyyən olması ona görə zəruridir ki, o, birinci qrup əlildir, uşaqlıqdan yuxarıda qeyd olunan xəsləlikdən əziyyət çəkir və bununla yanaşı gələcəkdə atasından anası Maraqlı şəxs1 keçən pensiya pulunu o birinci qrup əlil olduğundan gələcəkdə anasının vəfatından sonra anası alan pensiyanı öz adına keçirərək ala bilsin. Hesab edir ki, yuxarıda göstərilən kəskin səbəblərə əsasən onun irəli sürdüyü ərizə tam əsaslı olduğundan təmin olunmalıdır. Ona görə də, bu işin həll olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun uşaqlıqdan sağlamlıq imkanı məhdud olan şəxs kimi (birinci qrup) əlillik faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə müvafiq qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən cəlb edilmiş maraqlı tərəf DSMF publik hüquqi şəxsin nümayəndəsi X2 ərizənin təmin edilməməsini xahiş etmişdir. Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Maraqlı şəxs1 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Seriya AZE №0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962ci il təvəllüdlü olmaqla Bakı şəhəri Ə.Vahid küç.ev 20-də qeydiyyatdadır. İşdə olan 114 saylı müayinə aktindan surətindən görünür ki, Ərizəçi xx.xx.2000-ci il tarixdən müddətsiz 1-ci qrup əlildir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-2522/2020 saylı qərardadına əsasən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur; Ərizəçi (anadangəlmə epilepsiya) hazırda hər hansı bir xəstəlik aşkar edilirmi? Ərizəçi aşkar edilmiş xəstəlik anadangəlmədirmi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2020-ci il tarixli, 2054 saylı rəyindən görünür ki, 1962-ci il təvəllüdlü Ərizəçi adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Ərizəçi adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onun “Epilepsiya generalizə olunmuş tez-tez olan qıcolma tutmaları ilə kəskin ifadə olnmuş şəxsiyyət dəyişikliyi ilə” xəstəliyindən əziyyət çəkdiyi müəyyən edildi. Qeyd olunan xəstəliyin anadangəlmə olması istisna edilmir. Rəy ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi HƏEK-nin Ərizəçi adına tərtib edilmiş 114 saylı müayinə aktından çıxarışdan görünür ki, onun əlilliyi xx.xx.2004-cü ildən müddətsizdir. Diaqnoz: “Epilepsiya generalizə olunmuş tez-tez olan qıcolma tutmaları ilə kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi ilə”. Kənar şəxsin qulluğuna ehtiyacı var.“İsmayıllı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsində Ərizəçi adına tərtib edilmiş tibbi arayışdan görünür ki, o, həqiqətən də 2018-ci il tarixdə epleptik tutma zamanı yıxılaraq, isti çaynik üzərinə dağılmışdır və İsmayıllı RMX-nın travmatologiya şöbəsinə gətirilmişdir. Xəstəyə ambulator yardım göstərilmişdir. Ərizəçi xx.xx.2020-ci il tarixdə məhkəmətibbi müayinəsi keçirilmişdir. Deməsinə görə, müxtəlif illərdə epilepsiya xəstəliyi ilə bağlı bir çox şəhərlərdə müvafiq müalicələr almışdır. X4, Respublikanın Baş Psixiyatrı prof. Ağabəy Sultanov, Nadir İsmayılov və prof. Mollazadə tərəfindən müayinə və müalicələr almışdır. 1971-ci ildən Bakı şəhər Psixonevroloji Dispanserdə qeydiyyatdadır. 1972-ci ildə Kiyev şəhərinin Psixonevrolojİ Dispanserdə, 1973-cü ildə Moskva şəhərində yerləşən X5 Dispanserində, müayinə və müalicələrdə olumuşdur. Hal-hazırda Bakı şəhəri, N.Nərimanov rayonu 4 saylı poliklinikanın psixiyatrı tərəfindən müalicələri davam etdirilir. 2000-ci ildən isə 1-ci qrup əlildir.Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir.Məhkəmə-tibbi müayinəsi zamanı sağ yuxarı ətraf bazu-said nahiyəsinin arxa və ön tərəfdən geniş sahəli piqmentasiya, sağ və sol qoltuqaltı xətt üzrə kiçik ölçülü bir neçə ədəd dəri defektləri, qarnın ön səthində perpendikulyar yerləşmiş cərrahiyyə əməliyyat izi, hər iki aşağı ətraflarda baldırın orta 1/3-dən başlayaraq aşıq baldır oynağı əhatə olmaqla tünd qəhvəyi rəngli dəri toxumasının defekti ilə müşayiət olunan trofiki pozğunluq və şişkinlik qeyd olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. X7 Azərbaycan Respublikası Qanununun 140-cü maddəsinə əsasən Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri; 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; Məhkəmə hesab edir ki, Ərizəçi ərizəsinin məzmunundan, onun izahatından və ekspertiza rəyindən göründüyü kimi, ərizəçi anadangəlmə “Epilepsiya generalizə olunmuş tez-tez olan qıcolma tutmaları ilə kəskin ifadə olnmuş şəxsiyyət dəyişikliyi” xəstəliyindən əziyyət çəkir.O, 2000ci il tarixdən müddətsiz 1-ci qrup əlildir.Bu baxımdan Ərizəçi 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu faktını təsdiq edən lazımi sənədləri başqa qaydada alması açıq-aşkar qeyri-mümkün olması öz hüquqi təsdiqini tapmışdır. Göstərilənləri nəzərə alaraq, müvafiq faktın sair yolla müəyyən edilməsi qeyri-mümkün olduğundan, Ərizəçi yetkinlik yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1962-ci il təvəllüdlü Ərizəçi 18 yaşına çatanadək (anadangəlmə) sağlamlıq imkanlarının məhdudluğu faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2522/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2522/2020
24.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver