Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2523/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (oğlu) X14, Maraqlı şəxs2n nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Maraqlı şəxs2 X33 maraqlı şəxs qismində göstərilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi maraqlı şəxs qismində göstərilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X9 1965-1991-ci illər ərzində Laçın rayonu Maliyyə şöbəsində müxtəlif vəzifələrdə işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi və buna dair arayışın verilməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci il tarixdə X20 ilə rəsmi nikaha daxil olmuş və Laçın rayonunda yaşamışlar. X7 uzun müddət, yəni 1965-ci ildən Laçın rayonu Maliyyə şöbəsində fiziki şəxslər və kustar sənətkarların vergiyə cəlb olunması şöbəsində müfəttiş olaraq iş fəaliyyətinə başlamışdır. Həmin Maliyyə şöbəsində baş dövlət vergi müfəttişi vəzifəsinə yüksəlmişdir. Çalışdığı müddət yüksək iş qabiliyyəti və bacarığına görə SSSR Maliyyə Naziri və SSSR Həmkarlar İttifaqının rəhbərləri tərəfindən o vaxtlar Maliyyə sistemində ən yüksək fəxri ada layiq görülmüşdür. Hətta bu barədə müxtəlif dövlət qəzet və jurnallarda məqalələr dərc olunmuşdur. xx.xx.1977-ci il tarixdə maliyyə işində mükəmməllik vəsiqəsi və medalı ilə təltif edilmişdir. X20 1965-ci ildən 1991ci ilə kimi, yəni X19 yaranana qədər Laçın Rayonu Maliyyə şöbəsində çalışmışdır. 1991-ci ildə X23 yaranmış və X20 iş fəaliyyətini həmin təşkilatda davam etmişdir. Lakin uzun sürən xəstəlikdən sonra X20 xx.xx.2002-ci ildə dünyasını dəyişmişdir. Bundan sonra o, X9 həyat yoldaşı kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Laçın Rayonu Maliyyə şöbəsində iş fəaliyyəti və həmin təşkilatda iş stajı ilə bağlı arayışın alınmasına dair müraciət etmiş, lakin Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən heç bir köməklik edilməmiş və cavab məktublarında X9 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Laçın Rayonu Maliyyə şöbəsində işləməsi, çalışması, yəni uzun müddət həmin təşkilatda əmək fəaliyyətinin olması barədə heç bir məlumat verməmişlər və bu günə qədər müxtəlif məzmunlu məktublarla müraciətlər etməyinə baxmayaraq müsbət cavab ala bilməmişdir. Məsələ ilə bağlı ünvanlanmış sonuncu cavab məktublarında bildirilmişdir ki, sözügedən məsələyə dair arxiv sənədləri olmadığına görə əmək fəaliyyətinə dair arxiv arayışının verilməsi mümkün deyildir. Həmin illər ərzində X20 1965-1991-ci illərdə X19 yaranana qədər Laçın Rayonu Maliyyə şöbəsində işlədiyi 9 dövrdə onunla birlikdə işləmiş iş yoldaşları uzun illər onunla bərabər Laçın Rayonu Maliyyə şöbəsində işləmələrinin canlı şahidləridirlər. Maraqlı şəxs2 məhkəmə tərəfindən maraqlı şəxs qismində işə cəlb edilmişdir. Daha sonra tələbin azaldılmasına dair ərizə təqdim edərək, X9 1965-1991-ci illər ərzində Laçın rayonu Maliyyə şöbəsində müxtəlif vəzifələrdə işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi (oğlu) X22 ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2n nümayəndəsi Nümayəndə iddiaya etiraz edərək, təmin edilməməsini xahiş etdi. Digər maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndələrinin izahatlarını, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X10 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 1977-ci il tarixdə Laçın rayon Maliyyə şöbəsinə baş mühasib vəzifəsinə təyin edilmişdir. Həmin zaman X4 şöbədə vergi bölməsində inspektor vəzifəsində işləmişdir. X20 ilə 1991-ci il tarixədək bir yerdə işləmişlər. X9 ondan daha əvvəl Maliyyə şöbəsində işləməsini bilirdi. İş üzrə şahid qismində dindirilmiş X21 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 1988-ci il tarixdə Laçın rayon Maliyyə şöbəsinə işləmişdir. Həmin zaman X4 şöbəsində işləmişdir. X20 ilə 1991-ci il tarixədək bir yerdə işləmişlər. X9 ondan çox əvvəl Maliyyə şöbəsində işləməsini və ondan lazım olanda təcrübəli işçi kimi məsləhət aldıqlarını bilirdi. İş materiallarında olan: 034100 nömrəli, xx.xx.1977-ci il tarixli SSSR Maliyyə Nazirliyi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, X20 xx.xx.1977-ci il tarixdə “Maliyyə işi üzrə əlaçı” döş nişanı ilə təltif olunmuşdur; Maliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mərhum X9 şəxsi işi, həmçinin nazirlikdəki fəaliyyəti barədə təsdiqedici sənədlər Maliyyə Nazirliyinin arxivində olmadığından onun iş fəaliyyəti barədə arayış verilməsi imkan xaricindədir. Laçın rayon X8 müfəttiş işləmiş X5 ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1990xx.xx.1991-ci il tarixədək Laçın rayon X8 müfəttiş vəzifəsində işləmişdir. İşlədiyi müddətdə X20 da orada müfəttiş vəzifəsində işləmişdir. X2 təxminən 1970-ci il tarixdə Laçın rayon Maliyyə şöbəsinin müdiri işləmişdir. O, ibtidai sinifdə oxuyanda məktəb atasının iş yerinin yanında idi və o, X9 o vaxtlar orada işlədiyini görmüşdür; X6 əmək kitabçasının surətindən görünür ki, xx.xx.1977-ci il tarixdə Laçın rayon Maliyyə şöbəsində baş mühasib vəzifəsinə təyin edilmişdir; X12 əmək kitabçasının surətindən görünür ki, xx.xx.1989-cu il tarixdə Laçın rayon Maliyyə şöbəsində Dövlət gəlirləri müfəttişliyinə böyük iqtisadçı vəzifəsinə təyin edilmişdir; AZ-İ seriyalı, 819668 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2002-ci il tarixdə ölmüşdür; “Vergilər” qəzetinin xx.xx.2002-ci il tarixli, 10(96) tirajında “Ömrünün 38 ilini vergiyə həsr etmiş insan” başlığı altında yazıda qeyd edilmişdir ki, vergi xidməti orqanlarında ömrünün 38-40 ilini vergitutma işinə həsr etmiş adamlara çox az rast gəlmək olar. Onlar barmaqla sayılacaq qədərdilər. X13 belələrindən biridir. O, 1963-cü ildə məktəbi biritdikdən sonra əmək fəaliyyətinə başladığı ilk gündən Laçın rayonu Maliyyə şöbəsinin Dövlət gəlirləri şöbəsində müfəttiş vəzifəsində işləmişdir. 1977-ci ildə SSSR Maliyyə Nazirliyinin göstərişi ilə müttəfiq respublikalarda vergi ödənişinin vəziyyəti və maliyyə müfəttişliyinin iş bacarığını yoxlamaq üçün xüsusi komissiya təşkil olunmuşdur. Azərbaycanda bu cür yoxlama ucqar dağ rayonu olan Laçında keçirilmişdir. Maliyyiə Nazirliyinin xüsusi nümayəndəsi həmin sahəyə aid olan bütün göstəriciləri topladıqdan sonra idarə rəhbərliyinə heç bir söz demədən Moskvaya qayıdıb və təxminən 4-5 aydan sonra İ.İsayevi o dövrün maliyyə-vergi sisteminin ən yüksək adı-peşəkarlıq göstəricisi sayılan “SSSR-nin maliyyə əlaçısı” döş nişanı ilə təltif etmişlər. 1992-ci ildə Laçın rayonu işğal olunduqdan sonra İsayevlər ailəsi Bakının Nərimanov rayonu ərazisində yerləşən yataqxanaların birində məcburi köçkün kimi məskunlaşmışlar. İrşad İsayev isə Nərimanov rayonu vergi müfəttişi vəzifəsində işlə təmin olunmuşdur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, X20 1965-ci ildən 1991-ci il tarixədək Laçın rayonu Maliyyə şöbəsində müxtəlif vəzifələrdə işləmişdir. Ərizəçi ərinin əmək fəaliyyəti ilə bağlı Maliyyə Nazirliyinə müraciət etmiş, lakin iş stajı müəyyən edilmədiyi üçün arayışın verilməsindən imtina edilmişdir. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən ərinin iş stajı faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. “S.Eyvazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 iyun 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Xüsusi icraat qaydasında baxılan işlərdən biri də hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərdir. Belə ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə xüsusi icraat qaydasında baxılır (Mülki Prosessual Məcəllənin 307.1 və 307.2.11 -ci maddələri). Qeyd olunmalıdır ki, hüquqi əhəmiyyəti olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmiləşdirilir və müxtəlif sənədlərdə əks olunur (əmək kitabçaları, iş haqqında arayış, təhsil haqqında sənəd, vəsiyyətnamə və s.). Lakin hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa yolla bərpa etmək mümkün olmadıqda, həmin faktın mövcudluğu məhkəmə qaydasında müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktlar o halda məhkəmə qaydasında müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi faktın əks olunduğu sənədin şəxsə məxsus olması yazılı sübutlarla və şahid ifadələri ilə təsdiq edilə bilər. Prosessual qanunvericilikdə təsbit edilmiş xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalara müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktların bu qaydada müəyyən edilməsi üçün aşağıda göstərilən şərtlər tələb olunur:1) həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması (Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsi); 2) həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınmasının, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmaması (308-ci maddə); 3) hüquq haqqında mübahisənin olmaması (306.4-cü maddə). Sadalanan şərtlərdən hər hansı birinin olmaması xüsusi icraat qaydasında işə baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktları təsdiq edən sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü belə faktların müəyyən edilməsinin məhkəmədənkənar qaydasının qüvvədə olan qanunvericilikdə mövcud olmamasını nəzərdə tutur. Mülki Prosessual Məcəllənin 310.1 -ci maddəsinə müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli və hüquqmüəyyənedici sənədlərin əldə edilməsinin, yaxud itirilmiş sənədlərin bərpa edilməsinin başqa yolla mümkün olmaması haqqında sübutlar əlavə edilməlidir (məsələn, həmin sənədi verən orqanın ləğv edilməsi, faktın qeydiyyatının mövcud olmaması və s). Sadalanan normaların və qeyd edilən hüquqi mövqenin hazırki mübahisəyə tətbiqi baxımından qeyd edilməlidir ki, əvvəla ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquq əhəmiyyətlidir. Belə ki, qeyd edilən sənədin alınması üçün əsas təşkil edir və maraqlı şəxsin hüquqları qeydiyyatda almaqdan imtinasının əsaslarından biri də məhz sənədlərin Laçın rayonu işğal olunan zaman məhv edildiyidir. Qeyd edilən sənədləri bərpası mümkün deyildir, çünki həmin qurumların arxivi işğal zamanı məhv olunmuşdur. Bu səbəbdən məhkəmə ərizənin məhkəmə icraatını mümkün hesab etmişdir. Odur ki, ərizə əsaslı hesab edilməli və hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, X9 1965-1991-ci illər ərzində Laçın rayonu Maliyyə şöbəsində müxtəlif vəzifələrdə işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsində lazımi sənədlərin başqa qaydada alına bilinməməsi, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadığından mövcud şahid ifadələri və “Vergilər” qəzeti hüquqmüəyyənedici faktorlar kimi nəzərə alınmalıdır. Belə ki, şahid qismində ifadə vermiş X10 1977-ci il tarixdə Maliyyə şöbəsində baş mühasib vəzifəsinə təyin edildiyini, X20 ilə 1991-ci il tarixədək bir yerdə işlədiyini qeyd etmişdir. İfadəsində o, baş mühasib təyin edilən vaxt X9 Maliyyə şöbəsində vergi bölməsində inspektor vəzifəsində işlədiyini bildirmişdir. Buradan görünür ki, X3nun ifadələri 1977-1991-ci illərdə X9 Maliyyə şöbəsində işləməsi faktının təsdiq olunmasına cavab verir. Növbəti şahid qismində dindirilmiş X21 ifadəsində 1988-ci il tarixdən 1991-ci il tarixədək X20 ilə Maliyyə şöbəsinə bir yerdə işlədiklərini bildirmişdir ki, onun ifadəsi də 1988-1991-ci illərdə X9 Maliyyə şöbəsində işləməsi faktının doğrulanmasına rəvac verir. X3 digər şahid X15 nisbətdə daha tez Maliyyə şöbəsində X20 ilə işləməyə başladığından, X6 Maliyyə Şöbəsinə əməkdaş kimi təyin edildiyi tarixdən, yəni 1977-ci ildən X9 o vaxtlarda da Maliyyə şöbəsində vəzifədə olduğu şahidlə real görülərək öz düzgünlüyünü əks etdirir. 1977-ci ildən əvvəlki tarixdə X9 Maliyyə şöbəsində işləməsi nə dindirilmiş şahidlər tərəfindən onların hələ həmin dövrdə Maliyyə şöbəsində işləməyə başlamamasından, nə də bu məsələyə aydınlıq gətirə biləcək yaş dövrünü nəzərə alaraq başqa şahidlərin olmadığından həmin tarixdən əvvəl şəxsin orada işlədiyini canlı iş münasibəti zəminində görən mövcud olmamışdır. Lakin şahidlər X10 və X21 öz ifadələrində iş yerində X20 ilə daim həmsöhbət olduqları, onun iş təcrübəsi ilə tanış olduqları və məsləhətləşdiklərini, bu zaman da onlara X9 1965-ci ildən başlayaraq orada işləməsi barədə informasiya əldə etdiklərini bəyan etmişdirlər. Yəni bu xüsusda X9 1965-ci ildən Maliyyə şöbəsində işləməsi məlum olur. Digər mühüm əhəmiyyət kəsb edən möhtəbər subut “Vergilər” qəzetidir, hansı ki vergi və mühasibatlığa aid mövzularda məqalələrinin yazılmasında, müsahibələrin götürülməsində, o cümlədən hüquqi maarifləndirmə və vergi mədəniyyətinin formalaşdırılması sahəsində aktiv şəkildə fəaliyyət göstərir. Qəzetin məqalələrin də biri “Ömrünün 38 ilini vergiyə həsr etmiş insan” başlığı altında X16 həsr edilmişdir. Belə ki, “Vergilər” qəzetinin xx.xx.2002-ci il tarixli, 10(96) tirajında X9 Maliyyə şöbəsindəki uzunmüddətli, peşəkar xidmətləri, əmək fəaliyyətində göstərdiyi səriştələrdən bəhs edilmiş və bunun nəticəsində dövlətin etimadını qazanaraq, sayılan “SSSR-nin maliyyə əlaçısı” döş nişanı ilə təltif edilmişdir. X1 təltif edilməsinə dair məlumatın öz əksini tapması bir daha onu subut edir ki, X20 barəsində məqalə yazılarkən, dəqiq məlumatlara istinad edilmiş, onun həyatı və iş fəaliyyəti ətraflı araşdırılmışdır. Məqalədə həmçinin X9 38 il vergi sahəsində işləməsi göstərilmişdir. Qazetin xx.xx.2002-ci ildə tiraja buraxılmasını nəzərə alaraq, hesablama yolu ilə onu deməyə əsas verir ki, X20 1965-ci ildən Laçın rayon Maliyyə şöbəsində müxtəlif vəzifələrdə işləmişdir. Qeyd olunmuş məlumatları rəhbər tutaraq, belə qənaətə gəlirik ki, həqiqətən də bu yazılı mənbə özündə dövrün reallıqlarını əks etdirməklə, şifahi şəkildə bildirilmiş şahid ifadələrinə mötəbər qüvvə qazandırır. Məhkəmə həmçinin qeyd edir ki, X9 maliyyə sahəsində işləyən zaman hansı vəzifələri tutduğunu dəqiq müəyyən etmək məhkəmə tərəfindən mümkün olmadığından, onun maliyyə sahəsində müxtəlif vəzifələrdə işləməsi kimi hüququ faktın müəyyən edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X9 1965-ci ildən 1991-ci il tarixədək Laçın rayonu Maliyyə şöbəsində müxtəlif vəzifələrdə işləməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X9 1965-ci ildən 1991-ci il tarixədək Laçın rayonu Maliyyə şöbəsində müxtəlif vəzifələrdə işləməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2523/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2523/2024
19.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver