Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2528/2024 24.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin nümayəndəsi X5, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X16 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X17rşı (Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X17rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İddiaçı əmək müqaviləsinin ləğv edilməsi və Salyan Rayonu A.İbadov adına Pambıqkənd tam orta məktəbinin direktor vəzifəsindən azad edilməsi barədə nömrəsiz və tarixsiz əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və 27 mart 2024-cü il tarixdən başlayaraq onun işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İddiaçı əmək müqaviləsinin ləğv edilməsi və Salyan Rayonu A.İbadov adına Pambıqkənd tam orta məktəbinin direktor vəzifəsindən azad edilməsi barədə nömrəsiz və tarixsiz əmrinin ləğv edilməsi, əvvəlki direktor vəzifəsinə və pedaqoji fəaliyyətini davam etdirmək üçün dərs saatlarının qaytarılaraq tədrisin davam etdirilməsi, 27 mart 2024-cü il tarixdən başlayaraq onun işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün hər iki vəzifəyə uyğun əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 1998-ci ildə ADU-nun fizika fakültəsini bitirmiş, həmin ilin 17 avqust tarixli Əmri ilə Salyan Rayonu A.İbadov adına Pambıqkənd kənd orla məktəbində fizika müəllimi vəzifəsinə təyin edilmişdir. 01 dekabr 1999-cu il tarixli, 2 saylı Əmr ilə həmin məktəbdə direktor müavini vəzifəsinə, Salyan Rayon Təhsil Şöbəsinin 10 noyabr 2005-ci il tarixli, 91 saylı Əmri ilə həmin məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nömrəsiz və tarixsiz Əmri ilə onunla bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 27 mart 2024-cü il tarixdən ləğv edilmişdir. Göründüyü kimi iddiaçı 1998-ci ilin avqust ayından Salyan Rayonu A.İbadov adına Pambıqkənd orta məktəbində fəaliyyət göstərmişdir. İşlədiyi bütün müddət ərzində heç bir qüsuru, hər hansı bir iradı, töhməti, xəbərdarlığı, hər hansı bir pozuntusu və s. olmayıbdır. Əksinə işlədiyi müddət ərzində daimi irəli çəkilərək əvvəlcə məktəbdə direktor müavini, sonra isə həmin məktəbə direktor vəzifəsinə irəli çəkilmiş, yüksək və aparıcı işinə görə nümunəvi işçi kimi rəhbərlik tərəfindən qiymətləndirilmişdir. Lakin Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X13-Salyan Regional Təhsil idarəsinin yeni təyin olunmuş rəhbərliyi, müdir Sənan Mənsimlinin və Salyan Rayonu A.İbadov adına Pambıqkənd kənd orta məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Aybəniz Şahbazovun (onun məqsədi onun yerinə A.Məhərrəmovu direktor vəzifəsinə gətirməkdir və bütün işləri o düzüb qoşubdur) təşkilatçılığı ilə ona qarşı yalan, böhtan xarekterli məlumatlar toplanmış və məktəb kollektivinə qarşı hədə-qorxu gələrək, son aylarda müxtəlif yollarla onu və digərlərini kütləvi şəkildə tutduqları vəzifədən uzaqlaşdırmaq istəyirdilər. Bu məqsədlə dəfələrlə ona ərizə yazaraq öz xahişilə direktor vəzifəsindən uzaqlaşmasını bildirmişlər. Əgər könüllü olaraq işdən ərizəylə getməsə, o zaman qanunvericiliyin digər imkanlarından istifadə etməklə, qondarma bəhanələrlə, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən (işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) işdən qovulacağını bildirmişlər. Sonuncu dəfə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X13-Salyan Regional Təhsil İdarəsinin yeni təyin olunmuş rəhbərliyi, müdir X29 ilə (halbuki, belə bir səlahiyyəti yoxdur) komissiya yaradılaraq cəmisi 2 gün ərzində, yəni 26-28 fevral 2024-cü il tarixdə yoxlama aparılaraq (həmin vaxt o xəstə olmuşdur) tələm-tələsik qərar qəbul edilmişdir. 2006-cı il tarixdən hesablama palatası, Maliyyə Nazirliyi, hər il Salyan Rayon Təhsi Şöbəsinin daxili yoxlamaları olmuş və sonuncu geniş yoxlama 2018-ci il tarixdə 13 saylı X21 və 2023-cü ilin oktyabr ayında Salyan Rayon Təhsil Sektoru tərəfindən geniş yoxlama aparılıbdır. Sual olunur, niyə 4 aydan sonra yoxlama aparılır və bu qədər qüsur aşkar edilir? Şirvan-Salyan Regional Təhsil xx.xx.2024-cü il tarixli əmri ilə yaradılmış Komissiya tərəfindən tərtib edilmiş xx.xx.2024-cti il tarixli Aktda göstərilən faktlar təkzib edən dəlillər. 26 vevral 2024cü il tarixdə Komissiya yaradılır və həmin komissiyanın tərkibinə müxtəlif yerlərdə işləyən şəxslər daxil edilir və elə həmin gün araşdırma aparılır. Sual olunur, həmin gün onları necə bir yerə topladılar və ya onlar hansı qaydada məlumatİandırıldılar? Bir gün ərzində bu qədər araşdırma necə yekunlaşdırıldı? Ümumiyyətlə həmin şəxslər yoxlamada iştirak edibmi? və s. Abdullayeva Sudabayə 2006-cı ilədək əmək haqqı kartla verilmirdi. Əmək haqqını cədvələ qol çəkərək alırdı. 2006-cı ildən sonra əmək haqqı kartla alınırdı. A.Südabənin kartı bacısında olurdu. X14 məktəbin xadiməçisidir. Rəsulova Aytəkin kənddə bonkamat olmadığı üçün və yoldaşının vəfatı səbəbilə yalnız maaş veriləndə kartı ona verirdi. R.Aytəkin xanımın xahişilə maaşı alıb, kart ilə birgə özünə qaytarırdı. Çünki, o, həm savadsız idi və həm də kənddə bonkamat yox idi. O, mərkəzə gedəndə çıxarırdı. Qurbanova Gülnar xx.xx.2016-cı il tarixdən işə qəbul olunub. İşlədiyi tarixdən bu günkü günə qədər kartı özündə olub. Q.Gülnarın övladları azyaşlı olduqları səbəbindən o, bəzən işə gəlmirdi. Lakin bu davamlı olmayıb. Nuriyeva Sevər işə qəbul olandan analıq məzuniyyətinə çıxıb. Himayəsində azyaşlı övladı var. İşə gəlib. Lakin bəzən övladları xəstə olanda işə gəlməyib. Əmək haqqı kartı özündə olub. Əmək haqqını özü alıb. Əsgərova Şəhanə, Nuriyeva Sevər, Qurbanova Gülnar, Camalova Samirə işə girmək müqabilində ona pul verməyiblər. Onlar məşğulluğun göndərişi əsasında işə qəbul olublar. Abbasova Nurlana mövsümi ocaqçı vəzifəsinə təyin olunub. Kartı özündə olub. Maaşı özü alıb. İşə də gəlib. Fərdi təhsildə keçirilən dərsi Ə.Nuranə müəllim tədris etmişdir. Jurnalını yazıb, dərsini keçib, əmək haqqı pulu karta köçəndə özü pulunu almışdır. H.Gülünə müəllim M.Yağmur adlı şagirdə dərs keçməsə də, əmək haqqı kartı özündə olub, pulu özü almışdır. Əsgərova Rübabə müəllim də fərdi tədris də dərs keçməyib, əmək haqqı pulunu özü almışdır. Lakin bunlar məktəbin dərs hissə müdiri Səmədova Səbinənin məsulliyətsizliyindən baş vermişdir. Bölünmə dərslərində bölünmə müəllimləri dərsləri özləri keçmişlər, jurnalları yazmışlar və əmək haqlarını özləri almışlar. Bu müəllimlər Q.Lətifə, İ.Ramiz, A.Ayəddin, C.Mehriban, Ə.Rübabədir. Siniflər dərs zamanı birləşdirilməmişdir. Bölünmə dərslər zamanı şagirdlər boş sinif otaqlarında bölünərək dərs keçmişlər. Məsələn, fiziki tərbiyə dərsində şagirdlər zalda olmuşlar. Bu zaman boş qalan sinif otaqlarında ingilis dili dərsləri bölünərək keçirilmişdir. Fiziki tərbiyə dərsləri zamanı şagirdlər idman zalına aparılmışdır. Fakültativ dərsləri də müəllimlər həm 2022/2023, həm də 2023/2024 tədris ilində özləri keçmiş, jurnalları özləri yazmış, əmək haqlarını özləri almışlar. Cahangirova Mehriban özü keçib, jurnal özü yazıb, əmək haqqı özü alıb. Abıyev Ayəddin özü keçib, jurnal özü yazıb, əmək haqqı özü alıb. Məhərrəmov Abbas özü keçib, jurnal özü yazıb, əmək haqqı özü alıb. Q.Lazər özü keçib, jurnal özü yazıb, əmək haqqı özü alıb. Nuriyev Nurlan özü keçib, jurnal özü yazıb, əmək haqqı özü alıb. Qaraxanova İlhamə həm 2022/2023, həm də 2023/2024 cü tədris ilində fakültətiv dərsi özü keçib, jurnal özü yazıb, əmək haqqı özü alıb. M. Bənövşə İV sinifdə 1 saat dərsdənkənar məşğələni özü keçib, jurnalı özü yazıb, əmək haqqı özü alıb. Qarayeva Ayşən özü keçib, jurnal özü yazıb, əmək haqqı özü alıb (1 saat fakültativ pulu Ayşən müəllim üçün 80 manat deyil, çünki yeni gələn müəllimdir və stavkası çox aşağıdır). İddiaçı özü keçib, jurnal özü yazıb, əmək haqqı özü alıb (Regional Təhsil idarəsində məcbur edilərək izahat yazdırdılar ki, özü dərs keçməyib, lakin o dərs keçmişdir). Abbasova Nailə İİİ b sinfində dərsdənkənar məşğələni özü keçib, jurnalı özü yazıb, əmək haqqını özü alıb (O heç bir izahat verməyib). Dərnəklər bütün müəllimlər tərəfindən keçirilib. X24 nümayəndəsi Aqil Bəşirov məcbur edərək izahat yazdırıb ki, dərnəklər keçirilməyib. Dərnəklərin keçirilməsinə nəzarət sinifdən xaric işlər üzrə direktor müavinin vəzifəsidir. X1 dərnəklərə nəzarət etməlidir. Dərnəklərə nəzarət təlim-tərbiyə işləri üzrə müavinlər Səmədova Səbinə və Şahbazova Aybənizin vəzifə borcudur. Evdə təhsil alan şagirdə müəllimlər dərs keçmək üçün dərs cədvəlinə uyğun olaraq evlərə getmişlər. Hər ay valideynlər tərəfindən razılıq ərizəsi alınmışdır. Əgər belə bir hal var idisə, valideynlər niyə razılıq ərizəsi yazırdılar? Bütün dərslər müəllimlər tərəfindən keçirilib, pulunu da özləri alıblar. Şahbazova Aybəniz ona şər atıb. O ona heç vaxt 20 manat pul verməyib. Dərsə gəlməmək müqabilində ona pul verilməsi yalandır. Təmir üçün müəllimlər hər il öz aralarında yığışaraq emmusiya, rəng, lak və s. almışlar. Məktəbin fasad hissəsini isə o, öz əmək haqqıyla təmir etmişdir. Məktəb təmirində şagirdlərin valideynlərindən təmir işini bacaranlar kömək edib. Təmir işini görən ustaya da o, öz əmək haqqıyla pul vermişdir. Sinif açılma söhbəti olmayıb. Sadəcə işçilərdən bir nəfər şəhid anasının əl vergisi düzgün hesablanmamışdı. 433 manat pul idi. Şəhid anasına narahat olmamasını deyib. Maddi vəziyyəti yaxşı olmadığı üçün müəllim yoldaşlardan “özünə yaxın olan” müəllimlərdən 50, 30, 20 manat borc almışdır. Siyahı ilə, gələn ayların maaşında hissə-hissə qaytaracaq. Sinif açılmasında pul söhbəti yoxdur. 433 manatın 400 manatın şəhid anasına vermişdir ki, şəhid anası inciməsin. Özü verməyə çalışmışdır, lakin maddi imkanı aşağı olub. Attestat veriləndə pul almaq söhbəti yalandır. Ş.Aybəniz xanımın şər-böhtanlarına görə o, onu məhkəməyə verəcək. Ş.Aybənizin böhtanları və Regional Təhsil idarəsinin hərəkətlərindən o, iki dəfə beyin insultu keçirmişdir. Səhhətinə ziyan dəyib. Səs yazısı onun deyil. Məktəbin katibəsi Əsgərova Şəhanə və Şahbazova Aybənizin onu işdən çıxarmaq üçün qurduğu oyundur. Əsgərova Şəhanə və Şahbazova Aybəniz əlbir olmuşlar. Məktəbdə olmayan şeyləri, ona böhtan ataraq bir kağıza yazmışlar. Regional Təhsil İdarəsinin nümayəndəsi Rövşən Allahverdiyeva heç bir əsas olmadan vermişlər ki, qanunsuz olan bu kağız parçası əsasında məktəbdə Aqil Bəşirovun rəhbərliyi ilə yoxlama edilmişdir. Aqil Bəşirov müəllim və texniki işçilərə müəyyən pul miqdarı yazılmış kağızla məcburi şəkildə məktəbdə olmayan şeyləri boyunlarına qoymuş, əks halda onların işlərinə xitam veriləcəyi ilə onları qorxutmuşdur. İşlərini itirmək qorxusundan işçilər onun dedikləri ilə razılaşmışlar. Aqil müəllim hər bir işçiylə kobud hərəkətlərlə rəftar etmiş, qorxudaraq izahatlar almışdır. Aqil hər bir işçi ilə izahatı bunlar dediyi kimi yazmasa, işlərinə xitam veriləcəyini demiş, hətta telefonla Regional İdarəylə danışaraq filankəsin işinə xitam verilsin deyərək işçiləri qorxudub və işçilər “xitam verməyin, siz deyəni yazacağıq” demişlər. O, bilmək istəyir ki, məktəb təhsil ocağıdır, yoxsa “istintaq otağı”? O, fevral ayının 26-da səhər işə gəlib. Özünü pis hiss elədiyi üçün Şirvan Şəhər Mərkəzi xəstəxanasına getmək üçün məktəbdən çıxmışdı. Yolda ona müavin S.Səbinə zəng etdi ki, məktəbə yoxlama gəlib. Yoxlama iki qrup şəklində məktəbə gəlmişdi. Bir qrup Bəşirbəyli korpusuna, digəri Pambıqkənd korpusuna. Aqil Bəşirov onu direktor otağından qovdu: “Çıx otaqdan”. Aktda qeyd olunur ki, müəllim və texniki işçilərdən izahat alınan zaman o, direktor otağında olmuşdur. Yalan məlumatdır. O və müavinlər izahat alınan zaman orda olmamışlar. Abunə pulu 3-5 manat “mənə yaxın olan adamlar” verib. 120 manat (səhv etmirsə) - 4 ədəd “Qələbə” qəzetinə 3 aylıq abunə olmuşlar. Müqavilərə pul söhbəti olmayıb. Əvvəllər elektron imza yaranan vaxtlarda imzaları özləri etmirdilər. Salyan RTŞ-si olan vaxtlarda. O, elektron imzanı aparıb internet olan yerlərdə müqavilələri işlədirdi. İndi elektron imza məktəbdədir. Heç bir pul alınmayıb. İmzaları özləri edirdilər. İməclikdə pul söhbəti yalandır. Aylıq qəti yoxdur indi. 13 saylı Maliyyə hesablaşma mərkəzi yaranandan sonra və hal hazırda Regional Təhsil İdarəsi yaranandan məktəblərdə pul yığımı olmur. Siniflər şagirdlərin sayına uyğun açılır. Pul ilə sinif açılmır. Dərsə gəlməyən şagirdlərlə təşkilatçı Şahbazova Aybəniz məşğul olmalıdır, bu onun vəzifə borcudur. Ş.Aybəniz vəzifəsini düzgün yerinə yetirmədiyi, verdiyi tapşırıqları yerinə yetirmədiyi üçün o, ona “səndən təqdimat yazacam” deyib. O da ona belə şər-böhtanlar atdı. Hər kəs şahiddir ki, Ş.Aybəniz vəzifə tapşırıqlarını yerinə yetirmədiyi üçün onun işini də o, görməyə məcbur olurdu. O, məktəb və bazarı səhv salıb, məktəbdə alver işləri aparırdı. Direktor olaraq məktəbində belə hallardan əsəbləşib, ona haqlı olaraq etirazını bildirdi. O, Rövşən Allahverdiyevə əsassız, şər böhtan kağızı yazdı. Şagirdlərə qiymət yazmağa onun səlahiyyəti yoxdur. Yazılanlarla razılaşmır. Şər-böhtan yazmaqda Ş.Aybənizin əlbiri məktəbin katibəsi Əsgərova Şəhanədir ki, o, məktəbdən əri üçün iş istəyir. 2016-cı ildə məktəbdə gözətçi işi yarandı. Bu iş üçün Məşğulluqdan göndəriş verdilər. X23 əri Əsgərov Natiq şər-böhtanla müəyyən qurumlara müraciət etdi. Odur ki, onun gözətçi göstərişi ləğv olundu, ona iş verilmədi. Ə.Şəhanə ərinin işsiz qalmasının günahını onda görür, 2018, 2019, 2020 illərdə ərinin adında Ə. Şəhanə iş adı ilə ondan şikayət ərizələri də yazıblar. Lakin Salyan Təhsil Şöbəsi araşdırma apardı və ərizələrin əsassız olduğu sübut olundu. Ona şər - böhtan atılıb. O, haqqını tələb edir. Heç bir əsas olmadan, yalan məlumatlarla işdən çıxarılmışdır. O, işinin bərpa olunmasını istəyir. O, fevral ayının 27-də həkimə getmişdir. 27-i Aqil Bəşirov xəstəxanaya zəng vurub ki, onu xəstəxanaya götürməyin. Buna görə də onu Şirvan xəstəxanasında qəbul etmədilər. Fevral ayının 29-da o, xəstəxanaya yenidən gəlib. Başının MRT-ni, ürək kardioqramını, şəkər müayinəni görən həkim onu beyin insultu diaqnozu ilə xəstəxanaya yerləşdirdi. Lakin Salyan Təhsil Sektorunun müdiri Razıgül Dadaşova ona yenidən zəng elədi, “sən hansı xəstəxanadasan”. O, demədi ki, hansı xəstəxanadadır, çünki onu xəstəxanadan çıxartdıracaq. 5 gün xəstəxanada yatdı, mart ayının 15-ə kimi bülletində olub. Mart ayının 15-i Şirvan-Salyan Regional Təhsil idarəsi onu idarəyə çağırdı. Regional təhsil idarəsi Həmkarlar iclası keçirtdi, o, onlara bülletendə olduğunu desə də, əhəmiyyət vermədilər. Həmkarlar qərar olaraq 70 “ç” məcəlləsi bülletendə, o, razılaşmayıb. X33 Təhsil Sektorunun müdiri Razıgül Dadaşova onu otağa çağırdı. “Get, otur işində. Oranın direktoru sizsiz. Sizi işdən çıxartmayacağıq” dedi. Bülleten günü, yəni 15 martda onu işə göndərdi. O, 16 martdan işə başlamalı idi. Bülleteninə əsasən, 15 mart 2024-cü il tarixində bülletində ola-ola onu necə işə qaytarıblar? 15 mart 2024-cü il tarixində möhürü onu necə aktla almamışlar? 15 mart tarixində səhər tezdən Razıgül xanımın əmri ilə o, möhürü onu əvəz edən Yeganə Cəfərovaya vermişdi. Axşamüstü isə möhür aktla ona verildi. Bu da bir oyun idi. 18, 19 mart tarixlərdə işdə olmuşdur. 27 mart tarixdə onu əsassız olaraq Eşqi Bağırovun əmri ilə işdən çıxartdılar. Soruşmaq istəyir, bu nə oyundur? Onu gah işə qaytarırlar, gah çıxarırlar? xx.xx.2023-cü il Pambıqkənd kənd tam orta məktəbinin 29 saylı əmrinə əsasən vəzifə bölgüsü rəhbər işçilər arasında bölünmüşdür: İ a- İV a siniflərində İbrahimov Ramiz. İb- İV b siniflərində Məmmədova Ülkər. V-İX siniflərdə Səmədova Şəbinə. X-Xİ siniflərdə Şahbazova Aybənizə həvalə olunmuşdur. Belə olan təqdirdə V-İX siniflərdə davamiyyət, KSQ, BSQ yazılışı Səmədova Səbinəyə aiddir, məsuliyyəti o daşıyır. X-Xİ siniflərdə məsuliyyəti Şahbazova Aybəniz daşıyır. Və belə olan halda X8 aid olan məsələnin məsuliyyətini Şahbazova Aybəniz daşıyır. X18 məktəbə gəlmiş, 9-cu sinfi bitirmiş və valideynin ərizəsi ilə 10-cu sinfə qəbul edilmişdir. X sinfin axrında - may ayında dərsə gəlməyib. Pedaqoji şuranın qərarı ilə xx.xx.2023 cu il 07 saylı qərarı ilə təkrar sinifdə saxlanıldı və 2023-2024-cü tədris ilində təkrar olaraq X sinifdə saxlanıldı, o dərsə gəlmədi, “q” qoyuldu, qiymət yazılmadı. 30 yanvar 2024- cü ildə 03 saylı pedoqoji şuranın qərarı ilə valideyninin ərizəsi ilə məktəbdən çıxarılmışdı. Bu barədə Şirvan-Salyan Regional İdarəsi də cavab yazmışdır. Pedoqoji şuranın qərarına əsasən şagirdi qanunu olaraq məktəbdən çıxarmışlar. xx.xx.2024 tarixdə pedoqoji şura keçirilib, qanuni olaraq, şəkillər çəkilib. 21 nəfər dərsə gəlməyən şagirdlər haqqında dəfələrlə Şahbazova Aybənizə demişdir. Lakin vecinə olmayıb. Summativlərin yazılışı dərs hissə müdiri Səmədova Səbinəyə aid vəzifə borcudur. Bəs niyə o cavab vermir? X4 məktəbdən xəbəri olmayıb. Davamiyyət deyəndə, süd butulkaların götürüb düşüb kəndin içinə süd almağa. Dərsdən çıxanda 50 butulka ilə Şirvana süd satmağa aparırdı. Günortadan sonra Aybəniz məktəbdə olmurdu. Alverə gedirdi. Lakin bu gün işdən uzaqlaşdırılmalı olan o, olsa da, o, işdən uzaqlaşdırılmışdır. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən iddiaya etiraz ünvanlanaraq bildirilmişdir ki, İddiaçı Salyan Rayon Təhsil Şöbəsinin (indiki Şirvan-Salyan Regional Təhsil İdarəsi) 10 noyabr 2005-ci il tarixli 95 nömrəli əmri ilə həmin tarixindən Salyan rayon Pambıqkənd kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. Agentliyin direktoru X19 xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-252K/2024 nömrəli Əmri ilə Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 27 mart 2024-cü il tarixdən ləğv edilmişdir. Həmin Əmrin əsası kimi Şirvan-Salyan Regional Təhsil İdarəsinin (bundan sonra ŞirvanSalyan RTİ) müdiri Sənan Mənsimlinin əsaslandırması, Həmkarlar Təşkilatının 15 mart 2024- cü il tarixli qərarı, müvafiq izahatlar və aktlar göstərilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Şirvan-Salyan RTİ-nin müdiri Sənan Mənsimlinin və Salyan rayonu A.İbadov adına Pambıqkənd kənd tam orta məktəbinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Aybəniz Şahbazovanın təşkilatçılığı ilə ona qarşı yalan, böhtan xarakterli məlumatlar toplanmış və məktəb kollektivinə hədə-qorxu gələrək, son aylarda müxtəlif yollarla onu və digərlərini kütləvi şəkildə tutduqları vəzifədən uzaqlaşdırmaq istəyirdilər. Halbuki, iddiaçı vəzifəyə təyin edildiyi vaxtdan təxminən bir il sonra hüquqa və qanuna zidd əməllərlə öz fəaliyyətində nöqsanlara yol vermiş, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini və əmək funksiyalarını lazımi qaydada icra etməmiş, müxtəlif üsullarla rəhbərlik etdiyi məktəbin digər əməkdaşlarını ələ alaraq dövlət büdcəsi vəsaitlərini külli miqdarda mənimsəmişdir. Belə ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin (RTİ) xx.xx.2024-cü il tarixli, 3-29-34/3- 2-16F/2024 nömrəli əmrinə əsasən yaradılmış monitorinq komissiyası Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbdə maliyyə-təsərrüfat və tədris-pedaqoji sənədlərin işlənməsini, tədris prosesinin və bağlanmış əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinin qanunvericiliyin tələblərinə uyğun olması vəziyyətini araşdırmışdır. Araşdırma 13 komissiya üzvü, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adında tam orta məktəbin direktoru İddiaçı, həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Səbinə Səmədova, həmin məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Aybəniz Şahbazovanın iştirakı ilə 26-28 fevral 2024-cü il tarixlərində aparılmışdır. Monitorinq zamanı yoxlama aparılmış məktəbdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 13 iyul 2022- ci il tarixli F-438 nömrəli əmri ilə təsdiq edilmiş “məktəb sənədlərinin aparılması və saxlanması haqqında təlimat qaydaları”nın, “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə” barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli, 1486 nömrəli əmrinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının elm və təhsil nazirinin xx.xx.2014-cü il tarixli, 645 nömrəli əmrinin, Azərbaycan Respublikasının elm və təhsil nazirinin “Ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üçün tədris planlarının təsdiq edilməsi haqqında” xx.xx.2023-cü il tarixli 3-29/3-2-484F/2023 nömrəli əmrinin, “Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin (fakultativ kursların) təşkili Qaydası” barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2022-ci il tarixli, F- 529 nömrəli əmrinin, “Ümumi təhsil müəssisələrində dərnəklərin təşkili Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2022-ci il tarixli, F- 382 nömrəli əmrinin, “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 77 nömrəli qərarının, “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xx.xx.2018ci il tarixli, 8/1 nömrəli Kollegiya Qərarının, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin “Məktəbdaxili qiymətləndirmənin təşkilinə dair tövsiyələr”i barədə xx.xx.2021-ci il tarixli Təlimatın və əlaqəli digər aktların tələblərinin pozulduğu, dövlət büdcəsinə ümumilikdə 106119.99 (yüz altı min yüz on doqquz manat doxsan doqquz qəpik) manat ziyan vurulduğu aşkar edilmişdir. Sözügedən monitorinq keçirilən zamanı iddiaçı müvafiq məzmunlu izahatlar yazmış, “Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbdə keçirilmiş monitorinqin nəticələri haqqında Arayış”da göstərilən nöqsanlara yol verdiyini etiraf etmişdir: İddiaçının iddia ərizəsində göstərdiyi oxşar məqamlar yuxarıda qeyd edilən və onun tərəfindən şəxsən tərtib edilən izahatlarla təkzib edilir. İddiaçı həmin iddia ərizəsinin bir sıra abzaslarında özünün törətdiyi hüquq pozuntularını “mənə yaxın olan adamlar” başlığı altında etiraf etmiş, “özümə yaxın olan müəllimlər”dən müxtəlif məbləğlərdə aldığı rüşvəti “borc” və ya “abunə pulu” kimi qələmə verməklə həmin məbləğlərdə pul vəsaitini aldığını etiraf etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, yoxlama zamanı Aqil Bəşirov onu direktor otağından qovmuş, aktda qeyd olunduğunun əksinə müəllim və texniki işçilərdən izahat alınarkən direktor otağında olmamışdır. Qeyd edilən halla bağlı aparılmış araşdırmanın nəticəsində məlum olmuşdur ki, monitorinqin aparılması zamanı komissiya üzvləri tərəfindən direktor da daxil olmaqla məktəbin heç bir işçisinə zorakılıq tətbiq edilməmiş, etik davranış qaydaları pozulmamış, monitorinq qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmış və yekunlaşdırılmışdır. İddiaçı iməclik və aylıq adı altında yığılan pulları iddia ərizəsində təkzib edərək yalan olduğunu göstərsə də, iddiaçının yuxarıda qeyd edilən izahatlarından da göründüyü kimi o, müxtəlif dövrlərdə mütəmadi olaraq müxtəlif məbləğlərdə pul vəsaitlərini əsassız olaraq məktəb kollektivindən toplamışdır. İddiaçının yol verdiyi nöqsanlar və törətdiyi hüquq pozuntuları nəticəsində dövlət büdcəsinə ümumilikdə 106119.99 (yüz altı min yüz on doqquz manat doxsan doqquz qəpik) manat ziyan vurulduğu sübuta yetmişdir. Həmin ziyanla bağlı qarşılıqlı iddia ərizəsi hazırki mülki iş üzrə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə təqdim ediləcəkdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə Əmrin nömrəsi və tarixi mövcud deyildir. Agentlik daxilində əmrlər “X22” (DMS) vasitəsilə gücləndirilmiş elektron imzadan istifadə etməklə həyata keçirilir. Sənədlər elektron imza ilə imzalanır və möhürlənir. Sənədin üzərində mövcud olan QR kodu skan etdikdən sonra onun üzərindəki təhlükəsizlik kodunu daxil etməklə sənədin nömrəsini, sənədin tarixi, imzalayan şəxs və imzalayan şəxsin vəzifəsi elektron sistem vasitəsilə görmək mümkündür. Sözügedən əmr Agentliyin direktoru X26 tərəfindən xx.xx.2024-cü il tarixində 3-29-69/3-1-252K/2024 nömrəsi ilə imzalanmışdır. Beləliklə, əmrin tarixi və nömrəsi mövcuddur, bu barədə iddiaçının iddiası əsassızdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, işəgötürən qanunvericiliyin tələbini kobud şəkildə pozaraq Salyan rayonu A.İbadov adına Pambıqkənd kənd tam orta məktəbinin öz həmkarlar təşkilatı olmasına baxmayaraq, başqa təşkilatın razılığını almışdır. Qeyd edilən məsələ ilə bağlı aparılmış araşdırmanın nəticəsində müəyyən edilmişdir ki, İddiaçı rəhbərlik etdiyi məktəbin həmkarlar ittifaqı təşkilatına deyil, Şirvan-Salyan RTİ-nin İlk həmkarlar təşkilatına üzvdür və onun işəgötürəni qismində məhz Şirvan-Salyan RTİ çıxış etdiyindən, bu hissədə qanunvericiliyin tələbi gözlənilmiş və işçinin üzvü olduğu həmkar ittifaqı təşkilatından razılıq alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş edərək bildirmişdir ki, direktor kimi işlədiyi dövrdə onun 12 dərs saatı olmuşdur. Onun direktor vəzifəsinə xitam verilməsi ilə bağlı əmr olsa da, müəllim kimi fəaliyyətinə xitam verilməsi barədə əmr mövcud deyil. Qarşı tərəf müəllim kimi fəaliyyətinə xitam verildiyini bildirsə də, bununla bağlı sübut təqdim etmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil da oxşar məzmunda izahat vermişdir, əlavə olaraq bildirmişdir ki, iddiaları əvvəlcə işdən azad olunma əmrinin ləğv edilərək iddiaçının əvvəlki işinə bərpasına dair olsa da, sonradan iddia tələblərini dəqiqləşdirmişlər. Hazırda iddiaçının qanunsuz olaraq pedoqoji fəaliyyətdən kənarlaşdırılmasının dayandırılması və tədrisin davam etdirilməsinə imkan verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Bu iddia tələbləri həm hüquqi, həm də faktiki cəhətdən əsaslıdır. Belə ki, “Təhsil haqqında” Qanuna görə, ümumi təhsil məktəblərinin kollegial ali idarəetmə orqanı pedaqoji şuradır. Şübhəli hal olduğu halda, iddiaçı pedaqoji şuraya dəvət olunmalı idi, habelə prokurorluğun araşdırmasının nəticəsinə uyğun olaraq ya vəzifəsindən kənarlaşdırılmalı, ya da vəzifəsində qalıb işləməli idi. Kütləvi pozuntular aşkarlandığı təqdirdə, məktəb nəzarətə götürülüb yoxlanma aparılmalı idi. Lakin, bunlar həyata keçirilməyib, müxtəlif kəndlərdən olan komissiya üzvlərinin 2 günə apardığı yoxlama nəticəsində iddiaçının hüquqlarının pozulmasına gətirib çıxaran yekun qərar verilib – onun (iddiaçının) vəzifəsinə xitam verilib. Halbuki, Maliyyə Nazirliyi tərəfindən uzun müddət yoxlama aparılmışdır. Həmin yoxlanma hələ də yekunlaşmamışdır. Sözügedən komissiya isə 2 günə cinayət əməlinin olmasını müəyyən etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin nümayəndəsi X10 iddianı qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, şəxs direktor kimi vəzifəyə təyin edilən zaman yeni müqavilə bağlanılır. Bu zaman onun müəllim kimi fəaliyyətinə xitam verilir və direktor vəzifəsinə təyin edilir. Bu isə “Ümumi Təhsil Haqqında” Qanunun 27-ci maddəsi və Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 156 nömrəli qərarına uyğun həyata keçirilir. İndiki halda da bu cür olmuşdur – iddiaçı əvvəlcə müəllim kimi fəaliyyət göstərmiş, direktor vəzifəsinə təyin edildikdən sonra isə, müəllim kimi vəzifəsinə xitam verilmişdir. Müvafiq əmrləri məhkəməyə təqdim etmişlər, lakin müəllim kimi vəzifəyə təyin olunan zaman müqaviləni tapa bilməmişlər. Ümumiyyətlə, müəllimlərin işə qəbulu qaydası fərqlidir. Müəllim kimi fəaliyyət göstərmək üçün MİQ imtahanından keçmək zəruridir. Nazirlər Kabinetinin qərarına görə də, ancaq mərkəzləşdirilmiş qaydada Təhsil Nazirliyinin keçirdiyi müsabiqədən keçən şəxslər müəllim kimi fəaliyyət göstərə bilərlər. Məsələ ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılaraq iddiaçının əlavə 3 illik fəaliyyəti də yoxlanılır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X27 bildirmişdir ki, “Təhsil Haqqında” Qanunun 36.1-ci maddəsinə görə, əmək müqaviləsinə xitam verilmiş işçi 1 il müddətinə pedoqoji fəaliyyətlə məşğul ola bilməz. İddiaçının da, müəllim kimi fəaliyyət göstərmək hüququ yoxdur. İddiaçı yalnız MİQ imtahanından keçdikdən sonra müəllim kimi fəaliyyətə başlaya bilər. İddiaçı tərəfindən korrupsiya halları ilə bağlı etik davranış qaydalarında pozunutlara yol verilib. Direktor kimi vəzifəsinə xitam verilən şəxs yalnız MİQ imtahanından keçərək müəllim kimi fəaliyyət göstərə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, 2013-cü ilin noyabr ayında işə qəbul olan zaman iddiaçını tanımışdır. O, ibtidai sinif müəllimi kimi həmin məktəbdə işləyir. Qaynatası Dilbər xanıma işə düzəlmək üçün 2000 manat pul vermişdi. Həyat yoldaşı pulu qaynatasına verib, o da iddiaçıya verib. Qaynatası məktəbdə işləyirdi. Maşınları var idi. Onu satdılar və həmin puldan verdilər. Bir evdə yaşayırdılar. Həyat yoldaşı pulu evdən aparan zaman görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 bildirmişdir ki, o, Pambıqkənd məktəbində 2021-ci ildən xadimə işləyir. Dilbər xanıma onu işə düzəltməsi üçün 2500 manat pul vermişdir. Pulu isə məktəbin həyətində vermişdir. Bankdan baldızının adına kredit götürmüşdür. Həmin krediti işə düzəlmək üçün vermişdir. İddiaçı özü məbləği demişdi. Əmək haqqı 230 manat idi, lakin indi artıb. Onun oğlu qazidir. İş üçün Salyan rayon İcra Hakimiyyətinə müraciət etmişdi. Sonra Dilbər xanımla yoldaşı onların evinə gəldilər və vakansiya olduğunu bildirlər. Lakin, oğlu mühafizə kimi işləmək istəmədi. O da deyib ki, əgər ona uyğun iş varsa o məktəbdə işləsin. Pulu Dilbər xanıma özü vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, 2006-cı ildən məktəbdə o, xadimə işləmişdir. İddiaçıya işə düzəlməklə bağlı pul verməmişdir. Lakin, onun maaş kartı direktorda olub. Onun akladı tam olub, lakin iddiaçı ona yarım aklad verib. Komissiya gəldikdən sonra məlumatı olub. Əvvəl maaşı 120 manat idi, sonardan 150 manat oldu. Daha sonra isə 155 manat oldu. Lakin bir müddət sonra kəsinti oldu və 153 manat maaş aldı. O, maaşını direktordan alırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, ibtidai sinif müəllimidir və 2021-ci ilin sentyabr ayından işləyir. Onun adına fərdi təhsil yazılmışdı. Maaş kartına pul gəlirdi əlavə və o da həmin pulu iddiaçıya verirdi. Maaşıyla bərabər yüklənirdi. Nə qədər əlavə olduğunu bilmirdi. O, pulu çıxarıb Dilbər xanıma verirdi. Dilbər xanım ona deyirdi ki, “jurnal yazacaqsız və uşaqla yaxşı məşğul olmaq lazımdır. Buna görə sizə 50 manat verəcəm”. Fərdi təhsil keçirilən şagirdin digər uşaqlarla bir sinifdə oturacağını demişdi. Maaş artdıqca məbləğ dəyişirdi. 140 manat da olub, 125 manat da əlavə olub. 2022-2023-cü il üçün tam olaraq əlavəni iddiaçıya vermişdir. Daha sonra 2023cü ilin fevralın 26-da araşdırma başladıqdan sonra verilmədi. Sonra isə fərdi təhsili qanuni şəkildə keçərək özü pulu almışdır. Kart özündə olub. Fərdi təhsil keçmişdir. Digər uşaqlarla bir yerdə dərs keçmişdir. İddiaçı özü hesabladı və 50 manatının ona çatacağını demişdi. Qalan pulu isə iddiaçının özünə verirdi. Pulu özü çıxarırdı kartdan. Fərdi təhsildə uşağa ayrı sinifdə dərs keçirilməli idi. Aprel ayından artıq ayrı otaqda dərs keçir. 2021-ci ildə MİQ imtahanından keçərək işə başlamışdır. 2022-ci ildə Dilbər xanım dedi ki, “sənə fərdi təhsil yazmışam”. Həmin vaxt mənə ayrıca jurnal da verdi. O dedi ki, “əziyyətlə gəlmişəm bu yerə, istəmərəm problem olsun”. O dedi ki, “narahat olma qanuni şəkildədir”. O da razılaşdı. Pulu öz kartından iddiaçının qızının kartına göndərmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İşin müəyyən olunmuş hallarına görə iddiaçı, Salyan Rayon Təhsil Şöbəsinin 1 saylı xx.xx.1998-ci il tarixli əmrinə əsasən Salyan rayon Pambıqkənd kənd tam orta məktəbinə fizika ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmiş, 23 saylı xx.xx.1999-cu il tarixli əmr ilə həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi boş olduğuna görə həmin vəzifəyə təyin edilmiş, 91 saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən isə 1 il sınaq müddətinə həmin məktəbin direktoru vəzifəsinə irəli çəkilmişdir. İşin müəyyən olunmuş digər halına görə, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-252K/2024 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 27 mart 2024-cü il tarixdən xitam verilmiş, əmrə əsas kimi Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin əsaslandırması, Həmkarlar Təşkilatının 15 mart 2024-cü il tarixli qərarı, müvafiq izahatlar və aktlar göstərilmişdir. Həmin əmrdən aydın olur ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbdə aparılmış yoxlama nəticəsində tədris prosesinin təşkili, əmək qanunvericiliyinə əməl edilməsi, evdə təhsilin təşkili, dərslərin əvəzetmə ilə verilməsi və rəsmiləşdirilməsi, şagirdlərin dərsə davamiyyəti, normativ sənədlərin işlənməsi, dövlət əmlakının mühafizəsi və istifadəsi sahəsində ciddi nöqsanlara yol verildiyi aşkar edilmişdir. Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. İş materiallarından aydın olur ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbdə aparılmış yoxlama zamanı məktəbin direktoru İddiaçı da izahatı alınmış, iddiaçı müxtəlif (xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-ci il tarixli) izahatlarında yoxlama zamanı aşkarlanan nöqsanlara yol verdiyini etiraf etmişdir (məsələn: məktəbdaxili qiymətləndirilmənin keçirilməsi ilə bağlı əmrin verilməməsi, buraxılan və əvəz edilən dərslərin uçotu jurnalında heç bir əvəzetmə yazılmaması, dərsdənkənar məşğələlərin düzgün təşkil olunmaması, məşğələlər keçirilmədiyi halda, jurnalın yazılması və əmək haqqının ödənilməsi, fərdi tədris prosesi barədə qaydaların pozulması, işə daxil olunarkən ona pul verilməsi, bəzi işçilərin uzun müddət işə gəlməməsi, məktəbdə dərnəklərin təşkili və keçirilməsi qaydalarının pozulması, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi). Salyan rayonu üzrə təhsil sektorunun müdiri Razıgül Dadaşova, Salyan rayonu üzrə təhsil sektorunun metodisti Yeganə Cəfərova və Salyan rayonu üzrə təhsil sektorunun metodisti Fərqanə Cəbrayılovanın imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən aydın olur ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xx.xx.2024cü il tarixdə xitam verilmiş, Əmək Məcəlləsinin 189.3-cü maddəsinə əsasən İddiaçı həmin intizam tənbehi əmri ilə tanış edilərək ona əmək kitabçasının iş yerindən götürülməsi təklif olunmuş, lakin o, bundan imtina etmişdir. İş materiallarından aydın olur ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən iddiaçıya məktub ünvanlanaraq, əmək kitabçasının təhvil verilməsi üçün həmin idarənin Salyan şəhərində yerləşən inzibati binasına gəlməsi və inzibati təşkilat sektoruna müraciət etməsi təklif edilmiş, habelə onun razılığı əsasında əmək kitabçasının poçt vasitəsilə qeydiyyatda olduğu ünvanına göndərilmə imkanı barədə məlumatlandırılmışdır. İş materiallarından həmçinin aydın olur ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən Salyan rayon prokurorluğuna xx.xx.2024-cü il tarixdə müraciət edilərək, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbdə aparılmış yoxlama nəticələri (tədris prosesinin təşkili, əmək qanunvericiliyinə əməl edilməsi, evdə təhsilin təşkili, dərslərin əvəzetmə ilə verilməsi və rəsmiləşdirilməsi, şagirdlərin dərsə davamiyyəti, normativ sənədlərin işlənməsi, dövlət əmlakının mühafizəsi və istifadəsi sahəsində ciddi nöqsanlar), xüsusilə dövlət büdcəsinə ümumilikdə 106119,99 manat ziyan vurulması barədə məlumat verilmiş və qeyd edilənlərə hüquqi qiymət verilməsi xahiş edilmişdir. Salyan Rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarından aydın olur ki, 24-3-2-2- 446-0286 (78c-24) nömrəli material üzrə Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbinin 2021/2022, 2022/2023 və 2023/2024-cü tədris illəri ərzində maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması, yoxlamanın Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ixtisaslı mütəxəssislərinə həvalə edilməsi və qərarın icra olunması üçün həmin nazirliyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin xx.xx.2024-cü il tarixli N-124 saylı əmrinin surətindən görünür ki, Salyan Rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarına əsasən Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin 15 sentyabr 2021-ci il tarixdən 01 iyul 2024-cü il tarixə kimi dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması məqsədilə, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin 15 sentyabr 2021-ci il tarixdən 01 iyul 2024-cü il tarixə kimi dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması üzrə nəzarət tədbirinin təyin edilməsi qərara alınmışdır. Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi mediasiya prosesində iştirak etmədiyindən İddiaçı müvafiq arayış verilmiş və o, 60 manat mediasiya xərci ödəmişdir. İlk növbədə qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması (“c” bəndi) və əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi (“e” bəndi) belə halların sırasında göstərilmişdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 186-cı və 187-ci maddələrinə görə isə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “direktor vəzifəsindən azad edilməsi barədə əmrin ləğv edilməsi, əvvəlki direktor vəzifəsinə bərpa edilməsi və həmin vəzifə üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbini irəli sürməkdə haqlı olmamışdır. Belə ki, işin hallarından da göründüyü kimi, müvafiq yoxlama nəticəsində iddiaçının rəhbəri olduğu məktəbin fəaliyyətində ciddi nöqsan və çatışmazlıqlar aşkar edilmişdir. Həmin yoxlama zamanı iddiaçının da izahatı alınmış, yuxarıda da göstərildiyi kimi iddiaçı həmin izahatlarında yoxlama zamanı aşkarlanan nöqsanlara yol verdiyini (məsələn: məktəbdaxili qiymətləndirilmənin keçirilməsi ilə bağlı əmrin verilməməsini, buraxılan və əvəz edilən dərslərin uçotu jurnalında heç bir əvəzetmə yazılmamasını, dərsdənkənar məşğələlərin düzgün təşkil olunmamasını, məşğələlər keçirilmədiyi halda, jurnalın yazılması və əmək haqqının ödənilməsini, fərdi tədris prosesi barədə qaydaların pozulmasını, işə daxil olunarkən ona pul verilməsini, bəzi işçilərin uzun müddət işə gəlməməsini, məktəbdə dərnəklərin təşkili və keçirilməsi qaydalarının pozulmasını, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsini) etiraf etmişdir. İddiaçı həmin izahatları zorakılıq və hədə təsiri altında yazdığına dair dəlillər də irəli sürməmiş, habelə cavabdehin mövqeyi ilə razılaşmadığı təqdirdə, həmin izahatları hansı səbəbdən yazdığının məntiqli izahını verə bilməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə, onun direktor kimi əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olmaması barədə iddiaçının arqumentləri əsaslı hesab edilə bilməz. İddiaçının “direktor kimi əmək müqaviləsinə xitam verildiyi zaman həmin məktəbin həmkarlar ittifaqı təşkilatının razılığının alınmaması” ilə bağlı arqumentə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının rəhbəri olduğu məktəbin həmkarlar ittifaqı təşkilatına deyil, Şirvan-Salyan RTİ-nin İlk həmkarlar təşkilatına üzv olduğu və mübahisəli əmr qəbul edilən zaman Şirvan-Salyan Regional Təhsil İdarəsinin ilk həmkarlar təşkilatının razılığının alındığı müəyyən olunmuşdur. Məhkəmə həmçinin iddiaçının uzun müddət intizam tənbehi almadan işləməsinin nəzərə alınmaması dəlili ilə bağlı qeyd edir ki, əmək qanunvericiliyində işçi ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsindən öncə mütləq qaydada işəgötürən tərəfindən başqa intizam tənbehinin tədbiq edilməsi qaydası nəzərdə tutulmamışdır. Belə ki, Əmək Məcəlləsinin 186.2-ci maddəsində işəgötürənə işçinin əmək fəaliyyətində yol verdiyi nöqsanların ağırlıq dərəcəsinə uyğun olaraq intizam tənbehi tətbiq etmək hüququ verilmişdir. Bununla belə, məhkəmə “pedaqoji fəaliyyətini davam etdirmək üçün dərs saatlarının qaytarılaraq tədrisin davam etdirilməsi və həmin vəzifəyə uyğun əmək haqqının ödənilməsi” hissədə iddianı əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, iddia tələbi vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan məhkəmə iddiaçının müəllim olaraq pedoqoji fəaliyyətlə məşğul olmasına hər hansı bir maneəni hüquq pozuntusu olaraq qiymətləndirir. Belə ki, müəllim müvafiq təhsil müəssisəsində öz əmək funksiyasını yerinə yetirən və tədris prosesi ilə məşğul olan bir işçidir. Əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ hər kəsin konstiton hüququ olmaqla, Azərbaycan Respublikası Konstitusiyası başda olmaqla, həm ölkə daxili, həm də ölkə xarici qanunvericilikdə qorunur. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Nəzərə alınmalıdır ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun və digər normativ hüquqi aktlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir. Həmin Qanunun 33.2.1-ci maddəsinə əsasən normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq təhsilverənlərin (müəllimlərin) hüquqlarından biridir. Həmin Qanunun 36-cı maddəsinə əsasən dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil müəssisələrində təhsilverənlərin sosial müdafiəsi bu Qanunla, “Ümumi təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər qanunları ilə, həmçinin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2 əsasən Agentliyin vəzifələri içərisində dövlət təhsil müəssisələri işçilərinin əməyinin stimullaşdırılmasına, o cümlədən onların mükafatlandırılmasına dair təklifləri Nazirliyə təqdim etmək (3.1.30); təhsil müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək (3.1.34); müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və ümumiləşdirmək (3.1.37) kimi vəzifələr mövcuddur. Eyni zamanda dövlət təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsinə, maddi rifahının yaxşılaşdırılmasına və onlara dövlət qayğısının artırılmasına dair təklifləri Nazirliyə təqdim etmək (4.1.7) Agentliyin əsas hüquqlarından biri kimi göstərilmişdir. İşin mübahisəsiz hallarına görə, iddiaçı, Salyan Rayon Təhsil Şöbəsinin 1 saylı xx.xx.1998-ci il tarixli əmrinə əsasən Salyan rayon Pambıqkənd kənd tam orta məktəbinə fizika ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmişdir. O, 23 saylı xx.xx.1999-cu il tarixli əmr ilə həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi boş olduğuna görə həmin vəzifəyə təyin edilmişdir. 91 saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən isə iddiaçı 1 il sınaq müddətinə həmin məktəbin direktoru vəzifəsinə irəli çəkilmişdir. Tərəflər mübahisələndirmirlər ki, iddiaçı direktor müavini və direktor vəzifələrini icra etməklə yanaşı, fizika müəllimi kimi pedaqoji fəaliyyətini də davam etdirmiş və 12 saat dərs yükü olmuşdur. Cavabdehin nümayəndəsi də iddiaçı ilə müəllim kimi əmək müqaviləsinin bağlandığını qəbul etmiş, izahatında həmçinin həmin müqavilənin ləğv edilməsinə dair məlumatının olmadığını göstərmişdir. İddiaçı məhz bu hala əsaslanmaqla cavabdehin onu direktor kimi vəzifədən azad etməklə yanaşı, müəllim kimi əmək müqaviləsini ləğv etmədən onu pedaqoji fəaliyyətdən də əsassız olaraq kənarlaşdırdığını iddia edərək müvafiq iddia tələbini irəli sürmüşdür. Məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü həmin dəlillər əsaslıdır. Belə ki, qeyd edildiyi kimi, onunla fizika müəllimi kimi əmək müqaviləsi bağlandığı mübahisəsizdir, bununla belə, həmin müqavilənin ləğv edilmiş olduğu müəyyən edilmir. Bu isə, iddiaçının əsassız olaraq pedaqoji fəaliyyətdən kənarlaşdırdığı qənaətinə gəlməyə əsas verir. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının məktəb direktoru olaraq qüsurlara yol verməsi və bu səbəbdən də əmək müqaviləsinə xitam verilməsi müəyyən edilsə də, onun həmin tədris müəssisəsində müəllim kimi fəaliyyətinin davam etdirilməsinə mane ola biləcək hər hansı bir əsas müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının Salyan rayonu Pambıqkənd kənd orta məktəbinə fizika müəllimi olaraq işə götürülməsinə dair əmək müqaviləsi və buna dair xx.xx.1998-ci il tarixli əmr hələ də qüvvədə olduğundan, onun həmin məktəbdə müəllim olaraq fəaliyyətinə heç bir maneə törədilə bilməz. Bu qənaətə gələrkən məhkəmə xüsusilə nəzərə alır ki, əmək qanunvericiliyi işçinin öz əmək funksiyaları ilə yanaşı başqa vəzifələr üzrə əmək funksiyalarını tam və ya qismən icra etməsini qadağan etməmiş, əksinə bu cür hallarda əməyin ödənilməsi qaydasını ayrıca tənzimləmişdir (ƏM m. 160 və 161). Məhkəmə, iddiaçı ilə müəllim kimi əmək münasibətinin davam etdiyi halda, cavabdehin onu pedaqoji fəaliyyətdən qanunsuz olaraq kənarlaşdırılması ilə bağlı gəldiyi qənaətə uyğun həmçinin hesab edir ki, bu hal (iddiaçının müəllim kimi işindən kənarda qalması) işəgötürənin təqsirinə görə baş verdiyindən iddiaçıya məcburi iş buraxma dövrü üçün əmək haqqı da verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Salyan rayonu Pambıqkənd kənd orta məktəbində pedoqoji fəaliyyəti davam etdirilməli və həmin fəaliyyətə uyğun məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə həvalə olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Salyan rayonu Pambıqkənd kənd orta məktəbində pedoqoji fəaliyyəti davam etdirilsin və həmin fəaliyyətə uyğun məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə həvalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2528/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2528/2024
24.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver