Məhkəmə qərarları › İş №2(005)-253/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-253/2020

06.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-253/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X6, Cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X13 və X12 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X15, X14 və X7 qarşı “cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsində olan əmlakların cavabdehin qanunsuz sahibliyindən alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X15 və X14 qarşı “cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsində olan əmlakların cavabdehin qanunsuz sahibliyindən alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarəsinə verilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2338,70 kv.metr olan qeyri-yaşayış sahəsindən çıxarılması, obyektin cavabdehin qanunsuz zəbtindən alınıb onun icarəsinə, istifadəsinə qaytarılması, obyektin içərisində olan əşyaların cavabdehin qanunsuz istifadəsindən alınıb onun sahibliyinə qaytarılması, cavabdehin qanunsuz istifadəsi nəticəsində obyektin istifadəsindən əldə olunmuş gəlirin müəyyən edilib cavabdehin ödəniş hesabına ona qaytarılması, obyektin cavabdehin istifadəsində olduğu müddətə görə ödədiyi icarə haqqının cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 2338,70 kv.metr olan qeyri-yaşayış sahəsi əmlakın mülkiyyətçiləri (iddia tələbi üzrə üçüncü şəxslər) ilə onun arasında bağlanmış xx xxxx 2019-cu il tarixli icarə müqaviləsi əsasında onun icarəsinə verilmişdir. Ondan öncə obyektin icarəçisi ilə vergi orqanı arasında olan mübahisəli məsələ ilə əlaqədar obyektin istifadəsi iyul ayına kimi mümkün olmamışdır. 2019-cu ilin iyul ayının birinci on günlüyündən obyektin (“İnfiniti” adı altında gecə kulubu kimi) fəaliyyətinə razılıq əldə olunub və o, ona verilmiş ümumi dəyərləri milyon manatlarla dəyərləndirilən daşınar əmlakları obyektə daşıtdıraraq obyektin işlədilə bilməsi üçün tam şərait yaradıb klubu işlətməyə başlamışdır. Belə ki, qeyd edilən qeyri-yaşayış sahəsinin içərisində olan bütün əşyalar sahibi (İran İslam Respublikasının vətəndaşı Ahmad adlı şəxs) tərəfindən istifadə edə bilməsi üçün onun sahibliyinə verilmişdir. İcarə müqaviləsi onunla bağlanmış qeyri-yaşayış sahəsinin işlədilməsi üçün Cavabdeh (iddia tələbi üzrə cavabdeh) ilə şifahi olaraq birgə fəaliyyətə razılaşmışlar və obyekt işə başlamışdır. Lakin 10 (on) gün işləməmiş cavabdeh onun işçilərini obyektdən çıxararaq obyekti zəbt edib və onun istifadəsinə verilmiş daşınar və sair əmlakları da özünün qanunsuz istifadəsinə keçirərək öz işçiləri ilə işlətməyə başlamışdır. Nəticədə ona külli miqdarda maddi zərər vurulmuş və vurulmaqda da davam edir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun icarə müqaviləsindən irəli gələn hüquqları da pozulmuşdur. O, icarə müqaviləsi üzrə hər ay 30.000 (otuz min) manat məbləğində icarə haqqı ödəmişdir. Yuxarıda qeyd etdiyi kimi milyonlarla manat məbləğində hesablanan dəyərdə olan daşınar əşyaları qeyri-yaşayış sahəsində yerləşdirmişdir. Cavabdehin qanunsuz yolla, onun iradə və istəyinə zidd olaraq onun icarə müqaviləsi əsasında istifadəsinə verilmiş qeyri-yaşayış sahəsini, içərisindəki əşyalarla birlikdə zəbt etməsi nəticəsində isə ona külli miqdarda zərər vurulub və həmin zərərin həcmi hər gün artmaqda davam edir. Bundan əlavə, cavabdeh obyektin işlədilməsi nəticəsində vergi orqanları qarşısında yaranan öhdəlikləri onun öhdəlikləri olaraq göstərməklə əldə olunan gəlirləri də ələ keçirmişdir. Bunun da nəticəsində ona külli miqdarda həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Belə ki, qeyri-yaşayış sahəsinə tətbiq edilmiş kassa aparatı onun adına qeydiyyatdan keçmişdir. Cavabdeh qeyri-yaşayış sahəsinə müqavilə bağlamadan işçilər cəlb edərək işlətməsi nəticəsində vergi orqanlarını aldatmışdır. Vergi orqanlarına qeyri-yaşayış sahəsini işlədən kimi onun adını vermişdir. Buna nümunə olaraq vergi orqanları tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu ii tarixli qərarı göstərmək olar. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Kiçik X3 barəsində **********3431 nömrəli, xx xxxx 2019-cu ii tarixli qərar qəbul edib ki, güya o nağd pul hesablaşmalarının aparılması qaydalarını pozmuşdur. Maraqlısı budur ki, həmin qərarla əlaqəli aktın tərtib edildiyi və həmin aktı onun imzaladığı bildirilir. Onun isə bundan xəbəri belə olmamışdır. Sual olunur ki, həmin aktı o zaman kim imzalamışdır? Bütün bu faktlar, eləcə də cavabdehin əməllərində cinayət tərkibinin də olduğunu deməyə əsas verir. Əİbəttə ki, buna məhkəmə daha düzgün qiymət verə bilər. Bütün bu yuxarıda qeyd olunanlara əsaslanaraq da, cavabdehin icarəsinə verilmiş qeyri-yaşayış sahəsindən çıxarılmasını, obyektin cavabdehin qanunsuz zəbtindən alınıb onun icarəsinə qaytarılmasını obyektin içərisində olan əşyaların cavabdehin qanunsuz istifadəsindən alınıb onun sahibliyinə qaytarılmasını tələb edir. Eləcə də, cavabdehin qanunsuz istifadəsi nəticəsində obyektin istifadəsindən əldə olunmuş gəlirin müəyyən edilib cavabdehin hesabına ona qaytarılmasını tələb edir. X10 mülki iş üzrə cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, qeyd etdikləri mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçiləri olan X22 və X17 ilə İddiaçı arasında bağlanmış xx xxxx 2019-cu il tarixli icarə müqaviləsi əsasında müvafiq əmlak iddiaçı şəxsin icarəsinə verilmişdir. Obyektin icarəçisi ilə vergi orqanı arasında olan mübahisəli məsələ ilə əlaqədar obyektin istifadəsi iyul ayına kimi mümkün olmamışdır. 2019-cu ilin iyul ayının birinci on günlüyündən obyektin (“İnfiniti” adı altında gecə klubu kimi) fəaliyyətinə razılıq əldə olunmuşdur. Qeyd edilən qeyri-yaşayış sahəsinin içərisində olan bütün əşyaların sahibi (İran İslam Respublikasının vətəndaşı olan Ahmad adlı şəxs) tərəfindən istifadə edə bilməsi üçün İddiaçı sahibliyinə verilmişdir. Obyekt bir-neçə gün işləməmiş cavabdeh İddiaçı işçilərini obyektdən çıxararaq obyekti zəbt edib və iddiaçı şəxsin istifadəsinə verilmiş daşınar və sair əmlakları da özünün qanunsuz istifadəsinə keçirərək öz işçiləri ilə işlətməyə başlamışdır. Cavabdeh qeyri-yaşayış sahəsinə müqavilə bağlamadan işçilər cəlb edərək işlətməsi nəticəsində vergi orqanlarını aldatmışdır. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X13 və X12 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini qəbul etməyərək, bildirmişdir ki, iddia tələbləri əsassız olduğundan təmin edilə bilməz. Belə ki, X17satıcı ilə X11-alıcı arasında bağlanmış daşınmaz əmlakın alqı-satqısı barədə AN-İ seriyalı ******* nömrəli xx xxxxxx 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, satıcı Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 133 ünvanında yerləşən ümumi sahəsi 2.338,7 kv.metr olan qeyri-yaşayış binasındakı 1.637,09 kv.metr sahəsi olan payını alıcıya 916.302,15 (doqquz yüz on altı min üç yüz iki manat on beş qəpik) manat qiymətə satmağı, alıcı isə qeyd edilən sahədəki alıcının müvafiq payını həmin məbləğə almağı öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 133 ünvanında yerləşən ümumi sahəsi 2.338,7 kv.metr olan qeyri-yaşayış binası paylı mülkiyyət hüququ olaraq 701,61 kv.metr sahəsi X13 adına xx xxxxxxx 2018-ci il tarixdə, 1.637,09 kv.metr sahəsi isə X4 adına xx xxxxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 7044 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22 və X12 bu məsələyə heç bir aidiyyatı yoxdur. Yuxarıda qeyd edilənlərə görə iddia tələbləri tamamilə qanunsuz və əsassız olduğundan rədd edilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh və üçüncü şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: X26-icarəyə verən ilə X21-icarəçi arasında bağlanmış xx xxx 2017-ci il tarixli icarə müqaviləsinin məzmunundan görünür ki, icarəyə verən mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 133 ünvanında yerləşən ümumi sahəsi 2.338,7 kv.metr olan qeyri-yaşayış binasını icarəyə götürənə onun istifadəsi üçün tam ixtiyarına verir (1.1ci bənd). İcarə obyekti boş və tam təmirsiz icarəçiyə təhvil verilir (1.2-ci bənd). Tərəflərin qarşılıqlı razılığına əsasən icarə obyekti bu müqavilə imzalandıqdan sonra qüvvəyə mindiyi andan 10 (on) il müddətinə icarəçinin istifadəsinə verilir (2.1-ci bənd). Bütün sahə üçün aylıq icarə haqqı 4.000 (dörd min) manat + 14% icarə müqaviləsindən tutulan ÖMV təşkil edir. Bu müqavilənin 4.1-ci bəndinə əsasən ÖMV icarəçi ödəyir (2.2-ci bənd). İcarə haqqı hər ay üçün həmin ayın 1-5 tarixləri arasında ödənilir. Hər gecikdirilən təqvim günü üçün ümumi icarə məbləğinin 0,2% həcmində cərimə hesablanacaqdır. İcarə haqqı icarəyə verənə nəğd şəkildə və ya bank köçürülməsi ilə ödənilir (2.3-cü bənd); X17 və X22-icarəyə verənlər ilə Sohrabi Babak-icarəçi arasında bağlanmış xx xxxxxx 2018ci il tarixli icarə müqaviləsinin məzmunundan görünür ki, icarəyə verənlər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə X15 verilmiş **********93-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən (paylı mülkiyyət hüququ üzrə 701,61 kv.metr) və xx xxxxxxx 2018-ci il tarixdə X14 verilmiş **********93-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən (paylı mülkiyyət hüququ üzrə 1.637,09 kv.metr) Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 133 ünvanında yerləşən ümumi sahəsi 2.338,7 kv.metr olan qeyri-yaşayış binasını-sahəni icarəyə götürənə icarəyə verir (1.1-ci bənd). İstifadəçi obyektdən kafe, çay evi, restoran, ofis, gecə klubu, diskoteka, bar və əyləncə-istitahət mərkəzi kimi istifadə edəcəkdir (1.2-ci bənd). Tərəflərin qarşılıqlı razılığına əsasən icarə obyekti bu müqavilə imzalandıqdan sonra qüvvəyə mindiyi andan 10 (on) il müddətinə icarəçinin istifadəsinə verilir. İcarə müqaviləsinin şərtləri hər iki ildən bir tərəflərin razlığı ilə dəyişdirilə bilər (2.1-ci bənd). Bütün sahə üçün aylıq icarə haqqı 10.000 (on min) manat + 14% icarə müqaviləsindən tutulan ÖMV təşkil edir. Bu müqavilənin 4.1-ci bəndinə əsasən ÖMV icarəçi ödəyir (2.2-ci bənd). İcarə haqqı hər ay üçün həmin ayın 1-5 tarixləri arasında ödənilir. Hər gecikdirilən təqvim günü üçün ümumi icarə məbləğinin 0,2% həcmində cərimə hesablanacaqdır. İcarə haqqı icarəyə verənə nəğd şəkildə və ya bank köçürülməsi ilə ödənilir (2.3-cü bənd); X17 və X22-icarəyə verənlər ilə İddiaçı-icarəçi arasında bağlanmış xx xxxx 2019-cu il tarixli icarə müqaviləsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş **********; ********** qeydiyyat nömrəli **********93-06301 reyestr nömrəli çıxarışa əsasən paylı mülkiyyət üzrə (X15 701,61 kv.metr məxsusdur və 1.637,09 kv.metr X14 məxsus) onlara məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 133 ünvanında yerləşən ümumi sahəsi 2.338,7 kv.metr olan qeyri-yaşayış binasını müvafiq şərtlər daxilində İddiaçı icarəyə vermişlər (1.1-ci bənd). İstifadəçi obyektdən kafe, çay evi, restoran, ofis, gecə klubu, diskoteka, bar və əyləncə-istitahət mərkəzi kimi istifadə edəcəkdir (1.2-ci bənd). Tərəflərin qarşılıqlı razılığına əsasən icarə obyekti bu müqavilə imzalandıqdan sonra qüvvəyə mindiyi andan 1 (bir) il müddətinə icarəçinin istifadəsinə verilir. Əgər tərəflər arasında heç bir narazılıq olmazsa hər il daha bir il müddətinə uzadılmış hesab edilir (2.1-ci bənd). Bütün ümumi sahə üçün aylıq icarə haqqı 12.000 (o iki min) manat+14% icarə müqaviləsindən tutulan ÖMV təşkil edir. Həmin icarə haqqının 4.000 (dörd min) manat məbləğində hissəsi X15 və 8.000 (səkkiz min) manat məbləğində hissəsi isə X14 çatacaqdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən ÖMV icarəçi ödəyir (2.2-ci bənd). İcarə haqqı hər ay üçün həmin ayın 1-5 tarixləri arasında ödənilir. Hər gecikdirilən təqvim günü üçün ümumi icarə məbləğinin 0,2% həcmində cərimə hesablanacaqdır. İcarə haqqı icarəyə verənə nəğd şəkildə və ya bank köçürülməsi ilə ödənilir (2.3-cü bənd). İcarə haqqının miqdarı 2 (iki) il müddətinə dəyişdirilmir. Bu şərtlə ki, Azərbaycan manatının dollara olan ekvivalent dəyəri 01 ABŞ dolları 1,70 (bir manat yetmiş qəpik) manat məbləğini keçməsin. Bu baş verərsə icarə müqaviləsinin qiyməti dəyişdirilə bilər (2.4-cü bənd); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 133 ünvanında yerləşən 2.338,7 kv.metr sahəsi olan qeyri-yaşayış binası 701,61 kv.metr hissədə X13 adına xx xxxxxxx 2018-ci il tarixdə, 1.637,09 kv.metr hissədə X4 adına xx xxxxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 7044 nömrəli vərəqində qeydiyyata alınmışdır; X17-satıcı ilə X10-alıcı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 133 ünvanında yerləşən ümumi sahəsi 1.637,09 kv.metr sahəsi olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus hissəsini 916.302,15 (doqquz yüz on altı min üç yüz iki manat on beş qəpik) manat qiymətə alıcıya satmağı, alıcı isə müvafiq məbləği satıcıya ödəməklə qeyd edilən əmlakı almağı öhdəsinə götürmüşdür; X11-icarəyə verən ilə X16-icarəçi arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli icarə müqaviləsinin məzmunundan görünür ki, icarəyə verən Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 133 ünvanında yerləşən ümumi sahəsi 2.338,7 kv.metr olan qeyri-yaşayış binasını icarəçinin istifadəsinə vermişdir (1.2-ci və 1.3-cü bəndlər). Müqavilə 3 (üç) il müddətinə bağlanmışdır (2.2-ci bənd). Aylıq icarə haqqı 6.000 (altı min) manat məbləğində təşkil edir (4.1-ci bənd); X22-satıcı ilə X10-alıcı arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 133 ünvanında yerləşən ümumi sahəsi 701,61 kv.metr sahəsi olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus hissəsini 400.000 (dörd yüz min) manat qiymətə alıcıya satmağı, alıcı isə müvafiq məbləği satıcıya ödəməklə qeyd edilən əmlakı almağı öhdəsinə götürmüşdür; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 133 ünvanında yerləşən 2.338,7 kv.metr sahəsi olan qeyri-yaşayış binası X4 adına xx xxxxxx 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli **********34 nömrəli məktubunun məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 133 nömrəli ünvanda yerləşən qeyri-yaşayış binası (ümumi sahəsi 2.338,7 kv.metr) xx xxxxx 2017-ci il tarixdə X18 adına ilkin qeydiyyatdan keçmişdir. 38 nömrəli notariat kontorunun xx xxxxxxxx 2018-ci il tarixli 4Ə-211 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış binası X9 adına qeydiyyatdan keçmişdir. 38 nömrəli notariat kontorunun xx xxxxxxx 2018-ci il tarixli 4Ə-233 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış binasının 1.637,09 kv.metr hissəsi X12 və 701,61 kv.metr hissəsi X13 adlarına qeydiyyatdan keçmişdir. X17 21 nömrəli notariat kontorunun xx xxxxxx 2019-cu il tarixli 4Ə-385 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış binasının 1.637,09 kv.metr hissəsi X1. X22 21 nömrəli notariat kontorunun xx xxxxxx 2020-ci il tarixli 4Ə-7 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış binasının 701,61 kv.metr hissəsi X2. X11 21 nömrəli notariat kontorunun xx xxxxxx 2020-ci il tarixli 4Ə-1 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış binasının 1.637,09 kv.metr hissəsi X7 bəxşiş etmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 133 nömrəli ünvanda yerləşən qeyri-yaşayış binası (ümumi sahəsi 2.338,7 kv.metr) X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli arayışından görünür ki, xx xxxxxx 1979-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Şahtaxtı kəndində anadan olmuş Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır; xx xxxxxxxx 2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; 700.3-ci maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar; 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki,Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 133 nömrəli ünvanda yerləşən qeyri-yaşayış binası (ümumi sahəsi 2.338,7 kv.metr) xx xxxxx 2017-ci il tarixdə X18 adına ilkin qeydiyyatdan keçmişdir. X26-icarəyə verən ilə X21-icarəçi arasında bağlanmış xx xxx 2017-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 133 ünvanında yerləşən ümumi sahəsi 2.338,7 kv.metr olan qeyri-yaşayış binasını icarəyə götürənə onun istifadəsi üçün tam ixtiyarına vermiş, icarə obyekti boş və tam təmirsiz icarəçiyə təhvil verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, 38 nömrəli notariat kontorunun xx xxxxxxxx 2018-ci il tarixli 4Ə-211 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış binası X9 adına qeydiyyatdan keçmişdir. 38 nömrəli notariat kontorunun xx xxxxxxx 2018-ci il tarixli 4Ə-233 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış binasının 1.637,09 kv.metr hissəsi X12 və 701,61 kv.metr hissəsi X13 adlarına qeydiyyatdan keçmişdir. X17 və X22-icarəyə verənlər ilə Sohrabi Babak-icarəçi arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verənlər X15 paylı mülkiyyət hüququ üzrə məxsus olan 701,61 kv.metr və X14 paylı mülkiyyət hüququ üzrə məxsus olan 1.637,09 kv.metr olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 133 ünvanında yerləşən ümumi sahəsi 2.338,7 kv.metr olan qeyri-yaşayış binasını-sahəni icarəyə götürənə icarəyə vermişdir. X17 və X22icarəyə verənlər ilə İddiaçı-icarəçi arasında bağlanmış xx xxxx 2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyə verənlər X15 paylı mülkiyyət hüququ üzrə məxsus olan 701,61 kv.metr və X14 paylı mülkiyyət hüququ üzrə məxsus olan 1.637,09 kv.metr olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 133 ünvanında yerləşən ümumi sahəsi 2.338,7 kv.metr olan qeyriyaşayış binasını müvafiq şərtlər daxilində İddiaçı icarəyə vermişlər. Eyni zamanda müəyyən edilmişdir ki, X17 21 nömrəli notariat kontorunun xx xxxxxx 2019cu il tarixli 4Ə-385 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış binasının 1.637,09 kv.metr hissəsi X1. Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 133 ünvanında yerləşən 2.338,7 kv.metr sahəsi olan qeyri-yaşayış binası 701,61 kv.metr hissədə X13 adına xx xxxxxxx 2018-ci il tarixdə, 1.637,09 kv.metr hissədə X4 adına xx xxxxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 7044 nömrəli vərəqində qeydiyyata alınmışdır. X17-satıcı ilə X10-alıcı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 133 ünvanında yerləşən ümumi sahəsi 1.637,09 kv.metr sahəsi olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus hissəsini 916.302,15 (doqquz yüz on altı min üç yüz iki manat on beş qəpik) manat qiymətə alıcıya satmağı, alıcı isə müvafiq məbləği satıcıya ödəməklə qeyd edilən əmlakı almağı öhdəsinə götürmüşdür. X11icarəyə verən ilə X16-icarəçi arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 133 ünvanında yerləşən ümumi sahəsi 2.338,7 kv.metr olan qeyri-yaşayış binasını icarəçinin istifadəsinə vermişdir. X22-satıcı ilə X10-alıcı arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 133 ünvanında yerləşən ümumi sahəsi 701,61 kv.metr sahəsi olan qeyri-yaşayış binasının paylı mülkiyyət üzrə ona məxsus hissəsini 400.000 (dörd yüz min) manat qiymətə alıcıya satmağı, alıcı isə müvafiq məbləği satıcıya ödəməklə qeyd edilən əmlakı almağı öhdəsinə götürmüşdür. Eləcə də müəyyən edilmişdir ki, X22 21 nömrəli notariat kontorunun xx xxxxxx 2020-ci il tarixli 4Ə-7 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış binasının 701,61 kv.metr hissəsi X2. X11 21 nömrəli notariat kontorunun xx xxxxxx 2020-ci il tarixli 4Ə-1 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış binasının 1.637,09 kv.metr hissəsi X7 bəxşiş etmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 133 ünvanında yerləşən 2.338,7 kv.metr sahəsi olan qeyri-yaşayış binası X4 adına xx xxxxxx 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Müvafiq qeyri-yaşayış binası X5 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh şəxsdən tələb etdiyi müvafiq qeyri-yaşayış sahəsində olan əşyaların ona məxsus olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı şəxs iddia tələbini əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə öz təsdiqini tapmamışdır. İddiaçı tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X15, X14 və X7 qarşı “cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsində olan əmlakların cavabdehin qanunsuz sahibliyindən alınması” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia tələbi rədd edildiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X15, X14 və X7 qarşı “cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsində olan əmlakların cavabdehin qanunsuz sahibliyindən alınması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar