Məhkəmə qərarları › İş №2(005)-2530/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2530/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2530/2024 17.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızı, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək mülki iş üzrə icraatın müəyyən səbəblərdən dayandırılmasını xahiş etmişdir. Məhkəmə ərizəni mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı məhkəməyə bəlli etmədiyi səbəblərdən mülki iş üzrə icraatın dayandırılmasını xahiş edir. Halbuki iddia ərizəsi icraata qəbul edilməmişdir, yəni hazırda məhkəmənin icraatında deyil. Mülki iş üzrə məhkəmənin icraatı dayandırmaq vəzifəsi MPM-nin 254-cü maddəsində, icraatı dayandırmaq hüququ isə 255-ci maddəsində öz əksini tapmışdır. Nəzərə alınmalıdır ki, mülki iş üzrə icraatın tərəfin öz mülahizəsinə görə dayandırılması qanunvericiliklə nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə iddiaçının ərizəsi əsasında iddia ərizəsinin geri qaytarılmasını qanunauyğun hesab edir. Belə ki geri qaytarma iddiaçının eyni tərəflər arasında eyni mübahisə üzrə, yəni praktiki olaraq eyni iddia ərizəsini yenidən məhkəməyə təqdim etmək hüququnu istisna etməyəcəkdir. Bununla da icraatın dayandırılmasını istəyən iddiaçıya ərizəsinin verilməsinə səbəb olmuş hal aradan qalxdıqdan sonra yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasına baxılmasına şərait yaradacaqdır. Azərbaycan Respubikası MPM-nin : 152.1-ci maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Odur ki, qeyd olunan qanunvericilik müddəalarının tələbinə əsasən, məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 266-269-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə onu verən şəxsə geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar