Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2536/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Mustafayev Sərxan Ziyad oğlunun katibliyi İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əmlak hüquqlarının pozulması” tələbinə iddia ərizəsi üzrəmülkiişəməhkəmənin binasında açıq məhkəməiclasındabaxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak hüquqlarının pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmlak hüquqlarının cavabdeh tərəfindən pozulduğu barədə və həll olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X2 məhkəməyə ərizə təqdim edərək, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmədiyini, bu səbəbdən iddianın baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanılır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 03 saylı qərarının 4.1-ci maddəsinə əsasən bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur. Həmin qərarın 14-cü maddəsinə əsasən, ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Ərizənin qətnamə ilə baxılmamış saxlanılması yol verilməzdir. Qərardadda yalnız mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxmağın mümkün olmaması qanunun konkret normalarına istinad edilməklə əsaslandırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, mübahisə tərəflər arasında bağlanmış bağlanmış xx.xx.2018-ci il tarixli 165/38 saylı müqavilənin ləğv edilməsi ilə bağlıdır. Belə ki, İddiaçı Cavabdeh direktoru oluduğu “X3” MMC tərəfindən müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması nəticəsində müqavilənin ləğv edilməsini tələb edir. Lakin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə qədər nizamlama (pretenziya) qaydasına riayət edilmədən məhkəməyə müraciət edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh (“X3” MMC) müraciət etmək imkanı itirilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçıya müvafiq müraciət edildikdən sonra ümumi qaydada həmin tələb ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan başqa məhkəmə iddiaçıya izah etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əmlak hüquqlarının pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmlak hüquqlarının cavabdeh tərəfindən pozulduğu barədə və həll olunması barədə qərar qəbul edilməsini xahiş edir. Beləliklə də iddia tələbinə mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar mövcud olduğu aydın olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ciiltarixli 03 saylı qərarının 13-cü maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verilə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. 12-ci maddəsinə əsasən iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149-152. 259.0.12, 260.0.4-cü maddələrinin tələblərinə uyğun ərizə təqdim edilən zaman prosessual qanunvericiliyin tələblərinə tam riayət edilmədiyini nəzərə alaraq verilmiş iddia ərizəsinin baxılmamış saxlanılmasını qanuni və ədalətli hesab edir. Belə ki, iddiaçının cavabdehə qarşı konkret hansı tələblə iddia irəli sürdüyü müəyyən olunmur, üstəlik də iddia ərizəsindəki tələblə bağlı nöqsanların aradan qaldırılması məhkəmə baxışında pretenziya qaydasına əməl etmədiyi səbəbindən mümkün olmamışdır. Bununla belə, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırılmaqla, işin icraat növü üzrə prosessual tərəfləri və mahiyyətinə uyğun tələbi düzgün müəyyən etməklə iddiaçının məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən, iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi üçün qanunla müəyyən edilmiş qaydada cavabdehə müraciət etməmiş və o pretenziya qaydasında müraciət etmək hüququnu itirməmiş, həmçinin cavabdehə qarşı yönələn tələb konkret göstərilməmişdir. Bu səbəbdən də mülki iş baxılmamış saxlanılmalı və ilk növbədə iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259, 261, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “əmlak hüquqlarının pozulması” tələbinə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2536/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2536/2020
09.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver