Məhkəmə qərarları › İş №2(005)-2549/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2549/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2549/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçılar İddiaçı1 və X4, Cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X4 cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “sorğuya cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə 14 yanvar 2021-ci il tarixli, 21 nömrəli sorğuya cavab verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 03.08.2021-ci tarixində iddia tələbinin dəyişdirilməsinə dair yazılı ərizə təqdim edərək, Cavabdeh 14 yanvar 2021-ci il tarixli, 21 nömrəli vəkil sorğusuna cavab verməməsinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə həmin sorğuda tələb olunan sənədləri təqdim etməklə cavab verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və X6 iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının vətəndaşı Rəsulova (Əhmədova) Aytac Elşən qızı 11 yanvar 2021-ci il tarixində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu ilə “Hüquqi yardım göstərilməsi haqqında" müqavilə bağlayaraq onun hüquqlarının müdafiəsini həyata keçirməsini iddiaçıya tapşırmışdır. Rəsulova (Əhmədova) Aytac Elşən qızı 2014-cü ildə Rusiya Federasiyasında təhsil aldığı təhsil müəssisəsindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin əyani şöbəsinin filologiya və ibtidai sinif müəlliməliyi fakültəsinə köçürüldüyünü, köçürülmə zamanı “Təfəkkür” Universitetinin rəhbərliyi tərəfindən ondan “rəsmi köçürülmə ödənişi” adı ilə 15000 (on beş min) manat məbləğində pul alındığını, həmin ödənişin qəbzini tələb etdiyində ona qiymət kitabçası və tələbə bileti təqdim edilərək həmin məbləğin qanuni yol ilə köçürülmə üçün alındığının və qəb/in gələcəkdə təqdim ediləcəyinin bildirildiyini, bundan sonra “Təfəkkür” Universitetində üç il təhsil aldığını, hər il təhsil haqqı olaraq 2800(iki min səkkiz yüz) manat məbləğində pulu “Təfəkkür” Universitetinin "xxxx" ASC-dəki hesabına köçürdüyünü, bundan əlavə hər qış və yay semestrinin kəsirlərinə görə rəsmi ödəniş adı ilə ondan 800 (səkkiz vüz) manat, ümumilikdə 2400 (iki min dörd yüz) manat pul alındığını, ən sonda isə ondan diplom işinə görə 2500 (iki min beş yüz) manat pul alındığını, 2017-ci ildə təhsilini bitirməyinə baxmayaraq hələ də diplomunu ala bilmədiyini bildirərək ona hüquqi yardım göstərilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7 və 15-ci maddələrinə əsasən hüquqlarını müdafiə etdiyim İddiaçı2 Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin əyani şöbəsinin filologiya və ibtidai sinif müəlliməliyi fakültəsində təhsil almasını və həmin fakültədən məzun olmasını təsdiq edən sənədlərin (tələbələr sırasına daxil olması barədə rektorun əmrindən çıxarışın, tələbənin kursdan növbəti kurslara keçirilinəsi haqqında əmrlərdən çıxarışların, X3 buraxılma haqqında əmrdən çıxarışın, diplom verilməsi haqqında əmrdən çıxarışın, köçürülməyə, təhsil haqqına, semestr kəsirlərinə və diplom işinə görə alınan pul vəsaitinin qəbzlərinin surətlərinin) iddiaçıya təqdim olunmasına dair 14 yanvar 2021-ci il tarixli sorğu ilə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə müraciət etmişdir. Sorğu sifarişli poçtla cavabdehə 04.02.2021-ci il tarixində çatdırılmışdır. Sorğunun rəsmi qaydada təqdim olunmasından iki aydan çox vaxt keçməsinə baxmayaraq cavabdeh sorğuya cavab verməmişdir. Cavabdehin sorğuya cavab verməməsi qanunsuz hesab edilməli və cavabdehin üzərinə sorğuya cavab vermə öhdəliyi qoyulmalıdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında'' Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə əsasən təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsində göstərilir ki, peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq və s. vəkilin hüququdur. Cavabdeh sorğuya vaxtında, əsaslandırılmış şəkildə və sorğuda göstərilənlərə uyğun cavab verməməklə həmçinin “İnformasiya əldə etmək haqqında’' Azərbaycan Respublikası Qanununun bir sıra normalarının tələblərini pozmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və X6 iddia tələbinin və iddia tələbinin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin nümayəndəsi X7 bildirmişdir ki, iddiaçı həqiqətən də təmsil etdiyi təhsil müəsisəsində oxumuşdur. Onun sorğusu daxil olmuş, 14 yanvar 2021-ci il tarixli sorğu ilə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə müraciət olunmuşdur. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin 31.05.2021-ci il tarixli, sorğusuna cavabında bildirilmişdir ki, Rəsulova (Əhmədova) Aytac Elşən qızı eyni iddiası ilə bağlı Bakı şəhəri İnzibati Məhkəməsinə müraciət etmişdir və onun təhsili ilə əlaqədar bütün sənədlər məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən sənədləri təqdim etmək mümkün olmamışdır. İddia tələbi əsassız oluduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, o cümldən ekspertiza rəyini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 1 ünvanlandığı 20 saylı, 14.01.2021-ci il tarixli ərizəsinin məzmununda “Azərbaycan Respublikasının vətəndaşı Rəsulova (Əhmədova) Aytac Elşən qızı müraciət edərək 2014-cü ildə Rusiya Federasiyasında təhsil aldığı təhsil müəssisəsindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin əyani şöbəsinin Filologiya və ibtidai sinif müəlliməliyi fakültəsinə köçürüldüyünü, köçürülmə zamanı “Təfəkkür” Universitetinin rəhbərliyi tərəfindən ondan “rəsmi köçürülmə ödənişi” adı ilə 15000 (on beş min) manat məbləğində pul alındığını, həmin ödənişin qəbzini tələb etdiyində ona qiymət kitabçası və tələbə bileti təqdim edilərək həmin məbləğin qanuni yol ilə köçürülmə üçün alındığının və qəbzin gələcəkdə təqdim ediləcəyinin bildirildiyini, bundan sonra “Təfəkkür” Universitetində üç il təhsil aldığını, hər il təhsil haqqı olaraq 2800 (iki min səkkiz yüz) manat məbləğində pulu “Təfəkkür” Universitetinin "xxxx" ASC-dəki hesabına köçürdüyünü, bundan əlavə hər qış və yay semestrinin kəsirlərinə görə rəsmi ödəniş adı ilə ondan 800 (səkkiz yüz) manat, ümumilikdə 2400 (iki min dörd yüz) manat pul alındığını, ən sonda isə ondan diplom işinə görə 2500 (iki min beş yüz) manat pul alındığını, 2017-ci ildə təhsilini bitirməyinə baxmayaraq hələ də diplomunu ala bilmədiyini bildirərək ona hüquqi yardım göstərilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 7 və 15-ci maddələrinə əsasən hüquqlarını müdafiə etdiyim İddiaçı2 Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin əyani şöbəsinin filologiya və ibtidai sinif müəlliməliyi fakültəsində təhsil almasını və həmin fakültədən məzun olmasını təsdiq edən sənədlərin (tələbələr sırasına daxil olması barədə rektorun əmrindən çıxarışın, tələbənin kursdan növbəti kurslara keçirilməsi haqqında əmrlərdən çıxarışların, X3 buraxılma haqqında əmrdən çıxarışın, diplom verilməsi haqqında əmrdən çıxarışın, köçürülməyə, təhsil haqqına, semestr kəsirlərinə və diplom işinə görə alınan pul vəsaitinin qəbzlərinin surətlərinin) mənə təqdim olunmasını xahiş edirəm” göstərilmişdir; Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin 31.05.2021-ci il tarixli, 3/73 nömrəli məktubunun surətinə əlavə olunmuş məhkəmənin 28 saylı 11 yanvar 2021-ci il tarixli sorğusuna cavabın məzmununda “Qeyd edilən sorğunuz “Təfəkkür” Universitetində araşdırılmışdır. Məlumat üçün bildiririk ki, Rəsulova (Əhmədova) Aytac Elşən qızı eyni iddiası ilə bağlı Bakı şəhəri İnzibati Məhkəməsinə müraciət etmişdir və onun təhsili ilə əlaqədar bütün sənədlər məhkəməyə təqdim edilmişdir. Xahiş edirik, nəzərə alasınız” göstərilmişdir; Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4323/2021 saylı, 04.06.2021-ci il tarixli qərardadına əsasən İddiaçılar X8, X16, X11, X9, X2 və qeyriləri cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinə qarşı "diplomların verilməsi öhdəliyinin qoyulması” iddia tələbinə dair iddiası mümkün sayılmamışdır; 14.04.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı1 tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə ünvanlandığı 20 saylı, 14.01.2021-ci il tarixli ərizəsi ilə cavabdeh təşkilata müraciət etməsini göstərmiş, lakin ona cavab verilmədiyi göstərilmişdir. Cavabdeh tərəf iddiaçının bütün müraciətlərinə cavab verildiyini bildirir, eyni zamanda, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan işə xitam verilməli olmasını qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsi vətəndaşların müraciət etmək hüququnu özündə əks etdirir. Həmin maddənin 1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. “Vətəndaşların müraciəti” haqqında AR Qanunun 7.1-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin qanunun 7.2-ci maddəsinə əsasən vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir. Həmin qanunun 7.3-cü maddəsinə əsasən müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır. Həmin qanunun 7.4-cü maddəsinə əsasən vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir. Həmin qanunun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.13-cü maddəsinə əsasən, vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. Bu Qanunun 7.13-cü maddəsi ilə müəyyən edilmiş qadağaya görə vətəndaşın müraciətini aidiyyəti üzrə göndərmək mümkün olmadıqda vətəndaşa qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur.( 7.14-cü maddəsi) Həmin Qanunun 10.1-ci maddəsinə əsasən, Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir.( 10.2.-ci maddə) Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən ərizəyə cavab verməməsi qanunsuz hesab edilməli və cavabdehin üzərinə həmin sorğuda tələb olunan sənədləri təqdim etməklə cavab verilməsi öhdəlyi qoyulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının təhsil alması ilə bağlı sənədlərin - tələbələr sırasına daxil olması barədə rektorun əmrindən çıxarışın, tələbənin kursdan növbəti kurslara keçirilinəsi haqqında əmrlərdən çıxarışların, X3 buraxılma haqqında əmrdən çıxarışın, diplom verilməsi haqqında əmrdən çıxarışın, köçürülməyə, təhsil haqqına, semestr kəsirlərinə və diplom işinə görə alınan pul vəsaitinin qəbzlərinin s surətini əldə etmək, məlumat almaq hüququ olduğu kimi, cavabdehə yazılı müraciət etmək və müraciətinə cavab almaq hüququ da vardır. Eyni zamanda iddiaçının qanunla müəyyən edilmiş hüquqlarından hansından istifadə etməsi onun seçim hüququ ilə bağlı olmaqla, digər hüquqlarının həyata keçirilməsinə mane olmamalıdır. Belə ki, iddiaçının sorğusu üzrə müvafiq araşdırmalar aparılmalı, hər bir halda qanunla müəyyən edilmiş qaydada və müddətdə cavab verilməli, sorğuda tələb edilmiş məlumatların verilə bilməsi məsələsi müzakirə olunmalı, həmin məlumatların sorğu əsasında verilməli olduğu halda, həmin məlumatlar verilməli, əks halda müvafiq məlumatlarla tanış olması üçün hüquq və vəzifələri ona izah olunmalıdır. Ünvanlanmış sorğuya qanunla müəyyən edilmiş qaydada və müddətdə cavab verilməməsi iddiaçının hüquqlarının pozulmasına əsas olmuşdur. Belə ki, cavabdehə ünvanlanmış ərizəyə mahiyyəti üzrə cavab verilməmişdir. "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası 30 sentyabr 2005-ci il tarixli, № 1024-İİQ saylı Qanununun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Həmin Qanunun 2.2-ci maddəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin Qanunun 2.3-cü maddəinə əsasən informasiya sahibinə müraciət edən hər kəs 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 2.4-1 -ci maddəsinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın Qanunun 16.1-ci maddəsinə əsasən informasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir: 16.1.1. elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə; 16.1.2. sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə; 16.1.3. telefaksla; 16.1.4. şifahi formada; 16.1.5. informasiya ilə taniş olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə; 16.1.6. informasiya daşıyıcısının növünü nəzərə almaqla başqa üsullarla. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1.3-cü maddəsinə əsasən açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə informasiya sorğusu icra olunmuş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçılar İddiaçı1 və X4 14.01.2021-ci il tarixli cavab verilməsi vəzifəsi öz səlahiyyəti çərçivəsində Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə həvalə edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 14 yanvar 2021-ci il tarixli, 21 nömrəli sorğuya cavab verməməsinin qanunsuz hesab edilməklə cavabdehin üzərinə sorğuda tələb olunan sənədləri təqdim etməklə cavab verilməsi öhdəliyi qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar