Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2553/2025 23.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X8 Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” PHŞyə qarşı (açar sözlər: müddətli əmək müqaviləsinə xitam verilməsi; işə bərpa; məcburi iş buraxmaya görə əmək haqqı tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “X8 Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh “X8 Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə bərpa edilməsini, bütün işləmədiyi ayların maaşını və mediasiyaya ödədiyi 61 manat məbləğin prosesi udacağı halda cavabdeh tərəfindən ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-1997-ci illər ərzində N.Tusi adına ADPU-ni 2004-2004-ci ildə BPKİ və Yenidən hazırlandırma İnstitutunu bitirmişdir. xx.xx.2007-ci ildən Ə.Ş.Quliyev adına 2 №-li BPM-ə işə qəbul olunmuşdur. İlkin gündən müddətsiz müqavilə ilə işə başlamışdır. xx.xx.2011-ci ildə həmin məktəbin psixoloq vəzifəsinə təyin edilmişdir. 2018-ci ildən məktəb X8 Metropoliten üzrə BDPZ-nə birləşdi. xx.xx.2021-ci ildən hər iki məktəb birləşdirilərək onların bazasında “X8 Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ yaradılmışdır. Həmin tarixdən o vaxtki direktor həm də X4 işçisi olan R.Şahbazov tərəfindən Mərkəzin Təhsilalanlarla iş şöbəsinə psixoloq vəzifəsinə təyin edilmişdir. Bu il sentyabr 2024-cü ildə O.Rəhimov xx.xx.2025-ci ildə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. R.Şahbazov səhvlərini aradan qaldırmaqdansa O.Rəhimov 18 ilin işçisini işdən uzaqlaşdırmışdır. O, işlədiyi bu 6 ay müddətinə müavin ona elədiyi qanunsuz mənəvi təzyiqlərin qarşısını almaqdansa göz yummuşdur. Dəfərlərlə şikayət etdikdə O.Rəhimov onu təqsirləndirirdi. 2024-cü ilin iyun ayında 17 nəfər işçi Nazirlər Kabineti tərəfindən ixtisar olundu. 16 nəfər işdən uzaqlaşdırıldı. II. Tərəflərin mövqeləri: Cavabdeh “X8 Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ xx.xx.2025ci il tarixdə elektron kabinet vasitəsilə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsindən göründüyü kimi iddiaçı tələbini əsaslandırmaq üçün vaxtilə 2021-ci il tarixində Mərkəzdə işə başlayan zaman işəgötürən tərəfindən aldadılmasını, əvvəllər əmək müqaviləsinin müddətli olmasını və s. mülahizələr irəli sürmüşdür. Aşağıdakı əsaslara görə bildiririk ki, iddiaçının iddia tələbləri əsassızdır və təmin olunmamalıdır: İddiaçının əmək kitabçasından da göründüyü kimi əvvəllər muxtəlif peşə təhsili müəsisələrində katibə və digər yardımçı vəzifələrdə çalışmışdır. İddiaçı özü öz xahişi ilə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə müvafiq qaydada 2 saylı Peşə Məktəbindən işdən azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında Mərkəz yaradılandan bir müddət sonra isə həmin şəxs xx.xx.2021-ci il tarixli ərizə ilə Mərkəzə müraciət edərək, psixoloq vəzifəsinə təyin olunmasını xahiş etdmişdir. Həmin şəxsin göstərilən ərizəsi əsasında Mərkəzin sabiq direktorunun eyni tarixli, 17 nömrəli əmri verilməklə, onun 1 il müddətinə (xx.xx.2022-ci il tarixinədək) Mərkəzin Təhsilalanlarla iş şöbəsinə psixoloq vəzifəsinə təyin edilməsi qərara alınmış, eyni tarixdə həmin şəxslə müddətli əmək müqaviləsi imzalanmışdır. Daha sonra tərəflərin razılığı və AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə müvafiq qaydada həmin şəxslə hər dəfə 1 il müddətinə olmaqla, onunla bağlanan əmək müqaviləsi 3 dəfə (xx.xx.2025-ci il tarixinədək) uzadılmışdır. Lakin qüvvədə olan qanunvericiliyin tələblərinə müqaviq qaydada, sonuncu dəfə xx.xx.2025-ci il tarixində (əmək müqaviləsinin bitməsinə 9 gün müddət qalmış) həm kağız, həm də elektron daşıyıcı vasitəsilə Mərkəz tərəfindən iddiaçıya xəbərdarlıq verilməklə (xəbərdarlığa imza olunmaqla), onunla bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmayacağı və ya yeni müqavilə bağlanılmayacağı onun diqqətinə çatdırılmışdır. Son haqq-hesab qanunvericilikdə müəyyən olunmuş qaydada ödənilməklə, əmək kitabçası təqdim edilməklə, Mərkəz direktorunun xx.xx.2025-ci il tarixli, 36 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissədinin b) bəndinin tələbinə əsasən (müqavilənin müddətinin bitməsi əsası ilə) xitam verilmişdir. Bildiririk ki, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə, vaxtilə xx.xx.2021-ci il tarixində həmin şəxslə əmək müqaviləsinin müddətli bağlanmasını və buna heç bir etirazının olmamasını təsdiq edən kifayət qədər sübutlar mövcuddur. Belə ki, iddiaçı özü vaxtilə Mərkəzə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində onunla bağlanan əmək müqaviləsinin 1 il müddətinə uzadılmasını xahiş etmişdir. Belə olan halda onun müqavilənin müddəti və ya müddətli bağlanmasından məlumatının olmaması kimi mülahizəsi absurddur. Eyni zamanda hesab edirik ki, ümumiyyətlə vaxtilə əmək müqaviləsi həm kağız daşıyıcıda, həm də elektron formada rəsmiləşdirildiyi üçün (2024-cü ildən isə yalnız elektron qaydada bağlandığına görə) ümumiyyətlə bu kimi (imzaladığı müqavilədən, onun məzmunundan, müqavilənin müddətli-müddətsiz olmasından, qüvvədə olma müddətindən məlumatlı olmama kimi) mülahizələr ağılabatan sayılmamalı və istisna olunmalıdır. Bildiyiniz kimi qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən qanunu bilməmək və ya onu yanlış başa düşmək məsuliyyətdən azad edən və ya qanunun tətbiqini məhdudlaşdıran hal kimi nərəzdə tutulmamışdır. Həmçinin əmək müqaviləsi könüllü şəkildə bağlanıldığı, müqavilə şərtləri tərəflərin razılığı ilə müəyyən olunduğu üçün vətəndaş işəgötürənlə razılaşmadığı halda və ya öz hüququnun pozulmasını hesab etdiyi təqdirdə ümumiyyətlə əmək müqaviləsi bağlamaqdan imtina edə, pozulmasını hesab etdiyi hüququ ilə bağlı 1 ay ərzində məhkəməyə və ya 3 ay ərzində səlahiyyətli orqana müraciət edə bilərdi. Lakin hazırki müraciətədək iddiaçı tərəfindən heç bir orqana müraciət olunmamış, xx.xx.2021-ci il tarixində ilk dəfə Mərkəzlə müddətli əmək müqaviləsi bağlayarkən buna heç bir etiraz və ya pretenziya bildirilməmişdir. Bir xüsusatı məhkəmənin diqqətinə xüsusilə çatdırmaq istəyir ki, müqavilənin qüvvədə olma müddəti bitdiyinə görə iddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra digər şəxslə də bağlanan müqavilə müddətli əmək müqaviləsidir. Bu hal isə bir daha vaxtilə əmək müqaviləsi bağlanarkən iddiaçıya münasibətdə heç bir ayrıseçkiliyə yol verilməməsini təsdiq edir. Həmçinin bildiririk ki, Mərkəzin tabe olduğu üst qurum olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Mərkəzdə aparılmış yoxlamalar nəticəsində dəfələrlə İddiaçı fəaliyyətində ciddi nöqsanlar aşkar olunmuşdur. Habelə mütəmadi təkrarlanan işə gecikmə, əmək müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklər vaxtında və lazımi qaydada icra etməmə halları və digər pozuntulara görə Mərkəz direktorunun müvafiq əmri ilə ona töhmət növündə intizam tənbehi tətbiq edilmişdir. İmperativ normada göstərilən qaydalar istisna olmaqla, əmək müqaviləsinin bağlanması kimi, onun müddətinin müəyyən edilməsi və ya uzadılması tərəflərin vəzifəsi yox, hüququdur. Qanunvericiliyə görə bu məsələlər qarşılıqlı razılıqla müəyyən olunur. Hazırda işəgötürən olaraq Mərkəz tərəfindən müvafiq qaydada xəbərdarlıq verilməklə, işçi ilə əmək müqaviləsinin müddətinin uzadılmasından (yeni müqavilə bağlanılmasından) imtina hüququndan (səlahiyyətindən) istifadə olunmuşdur. İddiaçının iddia ərizəsində özünün xəstəliyi, himayəsində qohumunun və qaçqın statusuna malik olan şəxsin olması barədə qeyd etdiyi xüsusatlar isə qüvvədə olma müddəti bitən əmək müqaviləsinin vaxtının uzadılmasına əsas verən hal kimi əmək qanunvericiliyində təsbit olunmamışdır. Eyni zamanda cavabdeh xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, İddiaçı cavabdeh X8 Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsili X1rşı “işə bərpa və s.” barədə iddia tələblərinə iddia müddəti tətbiq edilməklə, iddianın təmin edilməməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ilk dəfə xx.xx.2021-ci il tarixində onunla Mərkəz arasında əmək müqaviləsi bağlanarkən müqavilənin müddətli bağlanmasından məlumatlı olmamasını bildirmişdir. Mərkəz tərəfindən onun iddia ərizəsində qeyd etdiyi halların əsassız olması, əslində əmək müqaviləsinin müddətli bağlanmasının tərəflərin hər iksinin razılığı və iradəsi əsasında rəsmiləşdirilməsi barədə sübutlar etiraz şəklində işə əlavə oilunmuşdur. Həmçinin iddiaçı özü vaxtilə Mərkəzə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində (ərizənin surəti tərəfimizdən işə əlavə olunmuşdur) onunla bağlanan əmək müqaviləsinin 1 il müddətinə uzadılmasını xahiş etmişdir. Belə olan halda onun müqavilənin müddəti və ya müddətli bağlanmasından məlumatının olmamasını bildirməsi doğru deyil. Ümumiyyətlə vaxtilə əmək müqaviləsi həm kağız daşıyıcıda, həm də elektron formada rəsmiləşdirildiyi üçün (2024-cü ildən isə yalnız elektron qaydada bağlandığına görə) bu kimi (imzaladığı müqavilədən, onun məzmunundan, müqavilənin müddətlimüddətsiz olmasından, qüvvədə olma müddətindən məlumatlı olmama kimi) mülahizələr ağılabatan sayılmamalı və istisna olunmalıdır. Qanunu bilməmək və ya onu yanlış başa düşmək məsuliyyətdən azad edən və ya qanunun tətbiqini məhdudlaşdıran hal kimi nərəzdə tutulmamışdır. Həmçinin əmək müqaviləsi könüllü şəkildə bağlandığı, müqavilə şərtləri tərəflərin razılığı ilə müəyyən olunduğu üçün vətəndaş işəgötürənlə razılaşmadığı halda və ya öz hüququnun pozulmasını hesab etdiyi təqdirdə ümumiyyətlə əmək müqaviləsi bağlamaqdan imtina edə, pozulmasını hesab etdiyi hüququ ilə bağlı 1 ay ərzində məhkəməyə və ya 3 ay ərzində səlahiyyətli orqana müraciət edə bilərdi. Lakin hazırki müraciətədək iddiaçı tərəfindən heç bir orqana müraciət olunmamış, xx.xx.2021-ci il tarixində ilk dəfə Mərkəzlə müddətli əmək müqaviləsi bağlayarkən buna heç bir etiraz və ya pretenziya bildirilməmişdir. Bir xüsusatı məhkəmənin diqqətinə xüsusilə çatdırmaq istəyirik ki, müqavilənin qüvvədə olma müddəti bitdiyinə görə iddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra digər şəxslə də bağlanan müqavilə müddətli əmək müqaviləsidir. Bu hal isə bir daha vaxtilə əmək müqaviləsi bağlanarkən iddiaçıya münasibətdə heç bir ayrıseçkiliyə yol verilməməsini təsdiq edir Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək təqdim etdiyi iddia tələbinə etiraz ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - “X8 Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” 19 fevral 2021-ci il tarixli 17 nömrəli əmrdən görünür ki, İddiaçı 19 fevral 2021-ci il tarixindən 1 il müddətinə Mərkəzin Təhsilalanlarla iş şöbəsinə psixoloq vəzifəsinə təyin edilmişdir. - “X8 Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ və İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı psixoloq vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 47,f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az. Res. Əmək Məcəlləsi)" bəndində qeyd olunan səbəbə görə xx.xx.2025-ci il tarixinədək 4 il 1 gün müddətinə bağlanmışdır. - “Əmək müqaviləsinin bağlanması ilə bağlı” xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən müddətli olaraq – xx.xx.2025-ci il tarixədək “X8 Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-də psixoloq vəzifəsində işə qəbul olunmuşdur. Əmək haqqı 560 manatdır. -“X8 Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-nin 03 dekabr 2024-cü il tarixli 353 №-li əmrindən görünür ki, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə, müəyyənləşdirilmiş vəzifə icrasına səhlənkar yanaşdığına görə Mərkəzin psixoloqu İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a bəndinə uyğun olaraq töhmət elan edilmişdir. - “X8 Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ tərəfindən İddiaçı elektron qaydada göndərilmiş 10 fevral 2025-ci il tarixli 15 №-li xəbərdarlıq məktubundan – bildirişdən görünür ki, əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixində bitdiyi üçün həmin tarixdən əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir. - ******* №-li əmək kitabçasının surəti ilə müəyyən olunur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli 17 №-li əmr ilə 1 il müddətinə Mərkəzin Təhsilalanlarla iş şöbəsinə psixoloq vəzifəsinə təyin edilmişdir. xx.xx.2025-ci il tarixli 36 №-li əmr ilə xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. - xx.xx.2025-ci il tarixli 36 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, "X8 Metropoliten Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi" X7 bölməsində "Psixoloq" vəzifəsində işləyən İddiaçı Nuşiravan qızı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 68.2."b'' - əmək müqaviləsinin müddətinin qurtarması» maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2025 tarixindən xitam verilməsi, işçinin xx.xx.2021 tarixindən xx.xx.2025 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi baş mühasib həvalə edilməsi əmr edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli 17 №-li əmr ilə 1 il müddətinə Mərkəzin Təhsilalanlarla iş şöbəsinə psixoloq vəzifəsinə təyin edilmişdir. xx.xx.2025-ci il tarixli 36 №-li əmr ilə xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə bərpa olunmasını, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: - 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -11-ci maddəsinin b bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. -42-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. -45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. -45-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. -45-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. -45-ci maddəsinin 5-ci hissəsinə əsasən Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. -47-ci maddəsinin “f” bəndinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. -68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. -68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. -73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına əsasən; -Qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Göründüyü kimi İddiaçı iddia tələbi 2 hissədən ibarətdir: 1) iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması; 2) işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi. Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Cavabdeh müəssisə tərəfindən İddiaçı əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları Əmək Məcəlləsinin 68-ci maddəsində təsbit olunub. Həmin maddənin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsi üçün iki şərtin olması zəruridir: 1) əmək müqaviləsinin müddətinin qurtarması, 2) müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü. Eyni Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən isə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq əmək müqaviləsi bir qayda olaraq müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu qaydadan istisnaya: 1) əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğunun qabaqcadan bəlli olduğu hallar və 2) bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar aiddir. Eyni zamanda fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edən müddətli əmək müqaviləsi qanunun birbaşa göstərişinə əsasən müddətsiz müqavilə hesab edilir (5-ci hissə). Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılması göstərilməlidir. Hazırki iş üzrə tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.3-cü bəndindən görünür ki, əmək müqaviləsi müddətsiz bağlanmamışdır. Müqavilənin 2.3-cü bəndindən isə görünür ki, əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az. Res. Əmək Məcəlləsi)" bəndində qeyd olunan səbəbə görə xx.xx.2025-ci il tarixinədək 4 il 1 gün müddətinə bağlanmışdır. Yəni əmək müqaviləsində müqavilənin hansı müddətə bağlanması, müqavilənin bitmə tarixi dəqiq qeyd olunmuşdur. Hazırki iş üzrə müqavilə bağlanarkən işçinin işəgötürəndən asılılığının olması halları məhkəmə tərəfindən müəyyən olunmamış, müddətli müqavilə rəsmiləşdirilənədək tərəflərin həmin müqaviləni ümumiyyətlə bağlamamaq imkanı və seçimi, müqavilə rəsmiləşdirildikdən sonra hüququnun pozulmasına istinadən iddiaçının həmçinin bu bəndinin dəyişdirilməsini tələb etmək hüququ olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanarkən qanunvericiliyin tələbləri pozulmamışdır. Məhkəmə qeyd edir ki, cavabdehin işəgötürən kimi əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququ vardır. Hazırki iş üzrə işəgötürən müqaviləyə xitam verilməsi ilə bağlı təşəbbüs göstərmiş, müddətin bitməsinə görə iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam vermək barədə iradəsini açıq şəkildə ifadə etmiş, müqaviləyə xitam veriləcəyi ilə bağlı iddiaçıya bildiriş ünvanlamış və bundan sonra xx.xx.2025-ci il tarixdə bu barədə müvafiq əmr imzalamışdır. Əmək qanunvericiliyində təsbit olunmuş prinsiplərə görə, bunun üçün işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin çıxarılması və bu barədə işçiyə məlumat verilməsi kifayətdir, işəgötürən tərəfindən əlavə bir məktub, bildiriş, pretenziya və s. ünvanlanması, əsaslandırma aparılması zərurəti yoxdur. Bununla belə, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixdə elektron qaydada məlumatlandırma bildirişi göndərilmiş, onunla bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2025-ci tarixində bitdiyi üçün həmin tarixdən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir. Göründüyü kimi, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi üçün zəruri olan şərtlərin hər ikisi vardır: 1) əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitmiş, 2) tərəflərdən biri işəgötürən müqavilənin müddəti bitdikdən sonra müqaviləyə xitam verilməsi ilə bağlı təşəbbüs göstərmiş, xx.xx.2025-ci il tarixdə bununla bağlı müvafiq əmr vermişdir. Hazırda iddia tələbi üzrə müəyyən olunmuş halların qanunvericiliklə müəyyən olunmuş tələblərlə uzlaşdırılması zamanı iddiaçının işə bərpa olunması üçün əsaslar müəyyən olunmamışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə müqavilənin bağlandığı müddətin bitməsi əsası ilə xitam verilmişdir. İlk öncə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh müəssisə tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi – iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, müqavilənin müddəti bitdikdən sonra bir həftə keçməmiş (xx.xx.2025-ci il) müqaviləyə xitam verilmiş, bu barədə əmr verilmiş, əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesabı aparılmışdır. Digər tərəfdən iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmri mübahisələndirməmiş, işə bərpa olunmasını xahiş etmiş, onun işə bərpa olunması üçün əsaslar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən və ona xitam verilərkən cavabdeh “X8 Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göründüyü kimi qanunvericiliyə əsasən, işəgötürən əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə tərəfindən iddia ərizəsində göstərilən hallar əsasında işəgötürənin əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq əmək müqaviləsinə xitam verməsi halı müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Digər tərəfdən məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia müddətinin keçməsini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bünnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır. Eyni zamanda İddiaçı həmçinin xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, aztəminatlı olduğu üçün işə bərpa ilə işində onu müdafiə edəcək vəkil təyin edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2553/2025 nömrəli 14 may 2025-ci il tarixli qərardadı ilə vəkillə təmin barədə ərizənin təmin edilməsi, İddiaçı cavabdeh “X8 Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair mülki iş üzrə İddiaçı dövlət hesabına vəkil ilə təmin olunsun və vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi, İddiaçı göstərilən hüquqi yardım haqqının ödənilməsi Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi, qərarın surəti icra olunması üçün Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzi məhkəmənin sözügedən qərardadını icra edərək 000399 nömrəli, xx.xx.2025-ci il tarixli orderə əsasən Vəkil iddiaçının vəkili təyin etmişdir. Vəkil təqdim etdiyi hesabata əsasən o, iddiaçının hüquqlarının müdafiəsinə işlə tanışlıq, şəxslə görüş, prosessual sənədlərin tərtibi, məhkəmə iclaslarında iştirak nəzərə alınmaqla cəmi 23 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 saylı qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci hissəsinə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilmiş və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, De Fendo Vəkil Bürosunun vəkili Vəkil qismində işlə tanışlıq, hüquqi yardım göstərilən şəxslə görüş, prosessual sənədlərin tərtib edilməsi, məhkəmə iclaslarında iştirak edərək ümumilikdə cavabdehin hüquqlarının müdafiəsinə 23 saat sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Vəkil Azərbaycan Respublikasının dövlət büdcəsinə vəsaiti hesabına iddiaçıya göstərdiyi hüquqi yardıma görə 23 saat üzrə 253 manat (23 saat x 11 manat) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı hazırki tələb üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan, onun tələbi isə təmin edilmədiyindən tərəflərdən dövlət rüsumu alınmamalı, iddiaçının mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğin cavabdehdən tutulması hissədə iddia təmin edilməməli, ödənilmiş məbləğ iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh “X8 Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X5rşı “işə bərpa olunma” tələbinə dair iddiası təmin edilməməli, “De Fendo” Vəkil Bürosunun vəkili Vəkil tərəfindən İddiaçı hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla 23 iş saatı üçün cəmi 253 (iki yüz əlli üç) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 358-360cı maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh “X8 Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X5rşı “işə bərpa olunma və s.” tələbinə dair iddiası təmin edilməsin. “De Fendo” Vəkil Bürosunun vəkili Vəkil tərəfindən İddiaçı hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla 23 iş saatı üçün cəmi 253 (iki yüz əlli üç) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2553/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2553/2025
23.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver