Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2558/2020 02.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı və onun vəkili X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, o, cavabdeh X2 xx xxxx 2017-ci il tarixdə notariat kontorunda alqı-satqı müqaviləsi bağlamaq yolu ilə onun mülkiyyətində olmuş mənzili almışdır. Həmin mənzil dövlət reyestrindən çıxarışa əsasən 2007-ci il 19 iyul tarixdən Cavabdeh1 məxsus olmuşdur. Həmin mənzil Bakı şəhəri, Nərimanov rayonu, H. Rəhimov küçəsi 26 saylı evin 46 saylı yaşayış sahəsidir. Mənzilin ümumi sahəsi 64,9 m2, yaşayış sahəsi 46,8 m2-dır, 3 otaqlıdır. Mənzil ona 70.000 (yetmiş min) manat qiymətinə satılıb. Alqı-satqı müqaviləsindən sonra mənzil onun mülkiyyətinə keçmiş və ona ******* saylı, xx.xx.2017-ci il tarixlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış verilib. Mənzil tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Mənzilə dair xx xxxx 2017-ci il tarixli AN-1 №0591577 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 6-cı bəndinə əsasən müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyat tarixindən əmələ gəlir. Müqavilə predmeti olan əmlak-mənzil xx xxxx 2017-ci il tarixdən alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunub və əmlak xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir. Cavabdehlər hazırda həmin mənzilə dair bütün sahiblik, istifadə və sərəncam hüquqlarını itirmişdir. Mənzil satılarkən mənzildə qeydiyyatda olmuş, cavabdeh X3 ailə üzvləri, digər cavabdehlər olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzil satılarkən notariat orqanına yazılı ərizə ilə müraciət edib həmin mənzilin satılmasına razılıq verərək hazırda mənzilə olan istifadə hüququnu itirmişlər. Həmin mənzilə dair xx xxxx 2017-ci il tarixli, AN-1 №0591577 saylı daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi cavabdeh X4 xx xxxxx 2017-ci il tarixdən həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin dəfələrlə xahiş olunmamağma baxmayaraq və müxtəlif bəhanələr gətirərək cavabdeh X4 və onun ailə üzvləri olan digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzildən qeydiyyatdan çıxmırlar. Bununla da mülkiyyətçi kimi hüquqlarımı pozurlar. Mübahisə olduğu üçün işə məhkəmə qaydasında baxılıb onların istifadə hüququ itirilmiş hesab olunmalıdır.Qeyd ediləlnəri nəzərə alaraq, cavabdehlər X5, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iddiaçıya məxsus xüsusi mülkiyyətində olan və Bakı şəhər, Nərimanov rayonu, K.Rəhimov küçəsi bina 26, 46 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun vəkili X8 ayrı-ayrılıqda məhkəmə iclasında iddia ərizəsini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş RX seriyalı, ******* №-li çıxarışdan müəyyən olunur ki, Nərimanov rayonu, K.Rəhimov küçəsi ev 26, mənzil 46 (Yeni qaydalarla: AZ 1072 Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi bina 26, M9, m.1) saylı mənzilə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 483 nömrəli reyestr kitabının 44635 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş “Elektron notariat” X1 xx.xx.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş AN-İ ******* nömrəli xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 ilə alıcı İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi bina 26, 46 saylı mənzil İddiaçı mülkiyyətinə keçmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, X7 ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir tələbi olmayacaqdır. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir tələbi olmayacaqdır. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir tələbi olmayacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan tək-ba-şı-na və ya baş-qa-la-rı ilə bir-lik-də əm-la-ka sa-hib ol-maq hü-qu-qu-na malik-dir. Heç kim öz əm-la-kın-dan öz-ba-şı-na-lıq-la məh-rum edil-mə-mə-li-dir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materiallarında olan sənədlər cavabdehlərin qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən-öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İddiaçı müqavilənin predmeti olan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliyini tam qaydada yerinə yetirməmişdir. Beləki, cavabdehlər mənzildə yaşamadığı üçün həmin mənzilə istifadə hüquqlarını itirmiş və həmin mənzilə formal olaraq qeydiyyatda qalmışlar. Bu səbəbdən iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı məxsus ünvan 1-dan (Yeni qaydalarla: AZ 1072 Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi bina 26, M9, m.1) istifadə hüquqlarına xitam verilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2558/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2558/2020
02.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver