Məhkəmə qərarları › İş №2(005)-2559/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2559/2024

22.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2559/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, Ərizəçi Maraqlı şəxs1, Bakı şəhər İcra hakimiyyəti X1 Həmkarlar İttifaqı Komitəsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə mənzil verilmə hüquqi faktının tanınmasına dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1, Bakı şəhər İcra hakimiyyəti X1 Həmkarlar İttifaqı Komitəsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə mənzil verilmə hüquqi faktının tanınmasına dair ərizəsi ilə məhkəməyə müraciət edərək, BİT HİK MMK (Bakı şəhəri Baş İstehsalat İdarəsi Həmkarlar İttifaqı Komitəsinin) (Yaşıl müəssisələr Baş İstehsalat İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin) xx.xx.1989-cu il tarixli 38 nömrəli iclas protokolundan çıxarışa əsasən ünvan 1 ünvan ünvan 2anasında X3 və ailə üzvlərinə (həyat yoldaşı Ərizəçi) mənzil verilməsi hüquqi faktın müəyyən edilməsi barədə xahiş etmişdir. Ərizəsi onunla əsaslandırılmışdır ki, X3 və onun ailə üzvlərinə (həyat yoldaşı Ərizəçi Ağaçəmməd qızı) Bİİ HİK MMK (Yaşıl müəssisələr Baş İstehsalat İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin) xx.xx.1989-cu il tarixli 38 nömrəli Protokoldan çıxarışı ilə ünvan 1 ünvan ünvan 2anasında mənzil ayrılaraq verilmişdir. Mənzil ayrılan vaxtdan Ərizəçi Ağanıəmməd qızı və mərhum əri X9 həmin ünvanda qeydiyyatda olmaqla yaşamışdırlar. Hal hazırda Ərizəçi həmin mənzildə yaşayır. Yuxarıda qeyd edilən protokoldan çıxarışın surəti Ərizəçi olmasına baxmayaraq əsli itirilmişdir. O mənzilin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət etmək istədi. “Asan xidmət” mərkəzinə yaxınlaşdı. Orda sənədə baxaraq şifahi olaraq bildirdilər ki, mənzilə mülkiyyət hüququnun qeydə alınması üçün sənədin əsli tələb olunur. Ondan sonra o və vəkili Protokoldan çıxarışın dublikatının verilməsi üçün müxtəlif ünvanlara və BŞİH-nin X4 sorğu ilə müraciət etdi. Yerli Sənaye və Kommunal Məişət Müəssisələri X6 cavab olaraq bildirmişdir ki. Baş istehsalat İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sabiq sədri (2004-cü ilə gədər işləyən) Tahir İsmayılov ilə görüşüb eyni zamanda Bakı şəhəri X5 Həmkarıar İttifaqı Komitəsinin sədri Zenfira Hüseynovadan cavab məktubu aldı. X8 və onun həyat yoldaşı Ərizəçi həqiqətən də Bakı şəhəri Baş İstehsalat İdarəsi Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1989-cu il tarixli 38 nömrəli Protokolindan çıxarışla ünvan 1 ünvan Bakı şəh. Nərimanov ray., Xan Şuşinski küç., ev 63, mən. 32)ünvanda yerləşən X13 Bitkilərinin Sovxozunun ailə yataqxanasında fərdi yaşayış üçün mənzil ayrılmışdır. Lakin onlarda arxiv sənədləri qalmadığından Protokoldan çıxarışın dublikatının verilməsi mümükün deyil. Tövsiyə edilmişdir ki, bu barədə məhkəməyə müraciət edilsin. Nəticə etibarı ilə qeyd edilən protokoldan çıxarışın dublikatının və ya təsdiq edilmiş surətinin əldə edilməsi və ya bərpa edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.2-ci maddəsinə əsasən, yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən, yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarı: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Ərizədən və ona əlavə edilən sənədlərdən görünür ki, ərizəçi Y.Rəmziyyə mərhum həyat yoldaşı Y.İldırıma və onun ailə üzvlərinə Bİİ HİK MMK 11 iyul 1989-cu il tarixli protokola əsasən ünvan 4 ünvanında yerləşən ailə yataqxanasında mənzilin ayrılması ilə bağlı mülkiyyət hüquqlarının təsdiq edilməsi üçün ASAN Xidmətə müraciət etmiş, ondan protokoldan çıxarışın dublikatının verilməsi tələb edilib. Ərizəçi müvafiq BŞİH-nin X2 müraciət etsə də, qurumdan məlumat verilmişdir ki, sənədin əsli həmin idarədə mövcud deyil. Buna görə də ərizəçi xüsusi icraat qaydasında mənzilin X3 və onun ailə üzvlərinə mənzil verilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin rəizədə qeyd etdiyi məsələyə mülki mühakimə icraatı qaydasında, xüsusi icraatda baxıla bilməz. Yuxarıda istinad edilən qanunvericilik normalarından da görünür ki, yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Ərizəçiyə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti X5 Həmkarlar İttifaqı Komitəsi tərəfindən cavab verilərək, sənədinin dublikatının təqdim edilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. Buradan görünür ki, inzibati orqan olan Bakı İcra Hakimiyyətinin nəzdində X5 hal-hazırda mövcuddur və 1989-cu ildə protokoldan çıxarışı təqdim etmiş Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsinin funksiyalarını yerinə yetirir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, protokoldan çıxarışa əsasən şəxsin mənzildə yaşaması faktının müəyyən edilməsi xüsusi icrrat qaydasında baxılaraq həll edilə bilməz. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, şəxsin müəyyən mənzildə yaşaması faktı məhkəməyə qaydasında tanınsa belə, bu gələcəkdə şəxsin həmin mənzildə vaxtilə qanuni əsaslarla (protokoldan çıxarışa əsasən) sahiblik və istifadə etdiyinin təsdiqi mənasını verməyərək, şəxsin mülkiyyət hüquqlarının tanınmasına da təsir göstərməyəcəkdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsində göstərilən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər üzrə mülkiyyət hüququnun tanınması, mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və sərəncam vermək faktının təsdiq edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbul edilməsindən Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs1, Bakı şəhər İcra hakimiyyəti X1 Həmkarlar İttifaqı Komitəsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə mənzil verilmə hüquqi faktının tanınmasına dair ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar