Məhkəmə qərarları › İş №2(005)-2585/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2585/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2585/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 və Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı-dən Cavabdeh tərəfindən alınmış bitki mühafizə vasitələrinə görə olan borcun - 33460 AZN pul məbləğinin alınaraq İddiaçı-nin hesabına keçirilməsi, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X2 tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bitki mühafizə vasitələrinin, gübrələrin, toxumların satışı ilə bağlı 14A saylı, 17 fevral 2016-cı il tarixli müqavilə bağlamışdır. “Cənub- Aqro”MMC-ni bu məsələdə özünü MMC-nin direktoru kimi təqdim edən X8 təmsil edirdi. Bağlanmış müqavilənin şərtlərinə əsasən İddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-nə bitki mühafizə vasitələri verilmişdir. Verilmiş mallar əsasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət İddiaçı-nə 14A saylı, 17 fevral 2016-cı il tarixli müqavilə üzrə 30 dekabr 2016-cı il tarixədək 33460 AZN ödənişi həyata keçirməli idi. İddiaçı malları xarici ölkələrdən ABŞ dolları ilə aldığı üçün qiymətlər Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının rəsmi məzənnəsinə uyğun olaraq hesablanır. Tərəflər arasında bağlanmış 1 saylı əlavə razılaşmaya əsasən ödəmə zamanı məzənnədə dəyişiklik olarsa, qiymətlər ödəniş günü ABŞ dollarının məzənnəsinə uyğun olaraq aparılır. Borcun ödənilməsi ilə bağlı "xxxx" MMC-nə xəbərdarlıq da edilmişdir. MMC tərəfindən ünvanlanan məktuba 14 saylı, 05 fevral 2018-ci il tarixli, cavabdehin imzası ilə olan cavab məktubunda borcun 2018-ci ilin avqust ayı ərzində ödəniləcəyi göstərilmişdir. Borcun ödənilməsi ilə bağlı Şirvan İnzibati-İqtisadi və Şirvan Apelyasiya məhkəməsinə verilmiş iddia tələbi və apelyasiya şikayəti məhkəmələrin 23 may 2018-cı il tarixli və 20 noyabr 2018-ci il tarixli Qətnamələri ilə təmin edilməmişdir. Məhkəmələr qəbul etdiyi qətnamələrində iddiaçı tələbini təsdiq edən hər hansı yazılı əqdin bağlandığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdin edə bilməməsi, cavabdeh təşkilatın isə iddiaçı qarşısında heç bir öhdəliyinin olmadığını göstərmişdir. Yəni keçirilən məhkəmə proseslərində məlum olmuşdur ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 14 A saylı, 17 fevral 2016-cı il tarixli müqaviləyə, 26 fevral 2016-cı il tarixli 01 saylı Əlavə razılaşmaya və qaimə-fakturaya özünü "xxxx" MMC-nin direktoru kimi təqdim edən, əslində isə MMCnin təsisçisi olan X8 tərəfindən imzalanmış və mallar ona təhvil verilmişdir. Qeyd olunan sənədlərdə cavabdeh özünü MMC-nin direktoru kimi göstərmiş və həmin qrafalarda imza etmiş, lakin MMC-nin möhürü ilə təsdiqləməmişdir. Səbəb isə möhürü özü ilə gətirmədiyini növbəti dəfə Bakıya gələrkən təsdiqləyəcəyini bildirmişdi. Məhkəmə prosesinə işirak edən "xxxx" MMC-nin direktoru X10, Səxavətin onun qardaşı və MMC-nin təsisçisi olduğunu bildirmiş, lakin hal-hazırda onun Bakı şəhərində ailəsi ilə yaşadığını, bu işlərlə məşğul olmadığını və buna baxmayaraq ona görə məsuliyyət daşımadığını söyləmişdi. Məhkəmə prosesində həmin malların MMC tərəfindən istifadə edilməsinə baxmayaraq iddiaçı ilə onun rəhbərlik etdiyi MMC arasında hər hansı bir müqavilənin bağlanmadığına görə məsuliyyət daşımadığını söyləmişdi. Borcun ödənilməsi ilə bağlı iddia tələbinin əsas cavabdehin X5 olduğu və bununla bağlı yenidən ona qarşı iddianın verilməsi hər iki məhkəmə tərəfindən bildirilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.01.2019-cu il tarixli 2(005)- 709/2019 saylı qiyabi qətnaməsi ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh X6 qarşı pul tələbinə dair iddiası təmin edilmiş, X2 33460 manat məbləğində pulun ”"xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh 05.04.2021-ci il tarixli ərizə ilə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02.01.2019-cu il tarixli 2(005)-709/2019 saylı qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qarşı pul tələbi ilə iddiası ilə məhkəmə iclası barəsində məlumatı olmamışdır.Qiyabi qətnamənin sürətini nümayəndə vasitəsi ilə 02 aprel 2021-ci il tarixdə almışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli 2(005)- 2585/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-709/2019 nömrəli, 24.01.2019-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, İddiaçı-nin cavabdeh X6 qarşı pul tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti 23 iyul 2021-ci il tarixli 515 nömrəli ərizə ilə müraciət edərək, tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi imkanı itirilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X7 26 iyul 2021-ci il tarixdə ərizə ilə müraciət edərək iddia tələbinin əsassız olduğu hesab etdiyini bildirərək iddiaçının iddia ərizəsini geri götürəcəyi halda işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında müqavilə bağlanan zaman Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təmsilçisi kimi səlahiyyətlərinin olmasının yoxlanılmadığını bildirdi. Cavabdeh nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu qeyd edərək bildirdi ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olduğunu, lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini nümayəndə qismində təmsil etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X3 Cəmiyyətinə ünvanlanmış 05.02.2018-ci il tarixli 14 nömrəli məktubun surətindən müəyyən olunur ki, 2017-ci ildə gözlənilməz sərt hava şəraiti "Cənub-Aqro” MMC-nin meyvə təsərrüfatının məhsuldarlığına əhəmiyyətli dərəcədə ziyan vurmuşdur. Bu da şirkətin bəzi müqavilə öhdəliklərinin kəsirlə yerinə yetirməməsinə səbəb olmuşdur. Bağlanmış müqaviləyə əsasən Aqrokimya MMC, "xxxx" MMC-ni bitki mühafizə və gübrələrlə təmin etmişdir. Müəssisənin gəlirininın yalnız meyvə mövsümü ilə bağlı olması İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə 33 460 manat olan qalıq borcunu ödəməyə imkan vermir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən bu borcun ödənişinin meyvə mövsümünə qədər (yəni 2018 ci il avqust ayı ərzində ) güzəşt olaraq uzadılmasını xahiş edilmişdir. İş materiallarında olan 17.02.2016-cı il tarixli 14A nömrəli “Bitki mühafizə vasitələrinin satışına dair” müqavilənin surətindən müəyyən olunur ki, bağlanmış müqavilənin şərtlərinə əsasən İddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-nə bitki mühafizə vasitələri satmağı, alıcı isə həmin malları qəbul edib razılaşdırılmış müddətlərdə malın haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 17.02.2016-cı il tarixli 14A nömrəli “Bitki mühafizə vasitələrinin satışına dair” müqaviləyə 01 saylı əlavə razılaşmanın surətindən müəyyən olunur ki, ”Aqrokimya”Məhdud Məsuliyyətli Cəmiyyəti ”Cənub-Aqro”Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 19682.22 ABŞ dolları dəyərində mallar satılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 26.02.2016-cı il tarixli, BNR seriyalı, 290488 saylı qaiməsinin surətindən görünür ki, ”Cənub-Aqro” MMC-nin direktoru X5 33459,83 manat məbləğində borcu vardır. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 600.1-cü maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı öz iddiasının əsasının təşkil edən halları məhkəmədə təsdiq edə bilmədi. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə təqdim ediləm bütün sənədlər (müqavilə, qaimə-faktura və s.) "xxxx" MMC-nin “Əsli ilə düzdür” möhürü ilə təsdiq edilmiş kserosurətlərdir. Məhkəmə tərəfindən iddiaçıyz sənədlərin əsillərinin təqdim edilməsi təklif edilsə və bunun üçün vaxt verilsə də, iddiaçı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, tərəflər arasında öhdəlik münasibətlərinin yaranması məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq edilmədiyindən, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü maddi ziyanın ödənilməsi barədə tələbləri əsaslandıra bilmədi. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, pulun ödənilməsi barədə iddia tələbləri təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar