Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2601/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X8, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X9 iştirakları ilə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Bakı şəhəri Maraqlı şəxs2 cəlb edilməklə) “hərrac protokolunun ləğv edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəməiclasındabaxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cavabdeh MMC-yə, qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Bakı şəhəri Maraqlı şəxs2 cəlb edilməklə) “hərrac protokolunun ləğv edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin “Hərracın yekunları barədə” xx xxxxx 2018-ci il tarixli, 39/3 saylı protokolunun ləğv edilməsi və ipoteka ilə yüklü edilmiş əmlakların yüklülülkdən azad edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-in cavabdehlər İddiaçı, X2, X5 və X12 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı “xxxx” ASC-nin xeyrinə, xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsi üzrə 214.511,46 AZN əsas, 10.653,32 AZN faiz, 500 AZN gecikməyə görə cərimə borcu olmaqla cəmi 225.664,78 AZN borcun və 30 AZN dövlət rüsumunun əvəzi olan tutmanın, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinə, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 saylı mənzilə və mülkiyyətində olan Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən 1.74 ha torpaq sahəsinə yönəldilməsinə, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinin 85000 AZN, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 saylı mənzilinin 85000 AZN və Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinin 87000 AZN ilkin satış qiyməti ilə açıq hərracda satılmasına, habelə, satışdan borcun ödənilməsinə, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda, İddiaçı, X11 və yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə yaşayış evini könüllü surətdə tərk etmədikdə, 1 ay ərzində mənzildən çıxarılması, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət paylı mülkiyyət hüququ ilə X1 məxsus, 3 otaqlı 22 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda, X3 və X6 yaşayış evini könüllü surətdə tərk etmədikdə, 1 ay ərzində mənzildən çıxarılması, X4 məxsus Xaçmaz rayonu, Qaradağlı kəndində mülkiyyətində olan 1.74 ha torpaq sahəsinin boşaldılmasına dair hissədə təmin edilmiş, qalan hissədə təmin edilməmişdir. Narazı qalan tərəf apelyasiya və kassasiya şikayətləri vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 737/2016 saylı həmin iş üzrə xx.xx.2016-cı il tarixli qərarı ilə məhkəmə qərarları dəyişdirilmədən saxlanmış, həmin andan Nəsimi Rayon Məhkəməsinin 2(006)- 58/2015 saylı həmin iş üzrə xx xxxx 2015-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Bu səbəbdən hərrac təşkilatı olan Cavabdeh MMC, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 58/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsinin icrası ilə bağlı Maraqlı şəxs2 xx/xx- 4849/14 saylı, xx.xx.2017-ci il tarixli məktubuna uyğun olaraq, xx xxxxx 2018-ci il tarixdə hərrac keçirilmişdir. Lakin, Cavabdeh MMC xx xxxxx 2018-ci il tarixdə keçirilmiş hərracın- “Hərracın yekunları barədə” 39/3 saylı protokolunu Maraqlı şəxs2 vasitəsilə ona xx xxxx 2018-ci il tarixdə təqdim etməklə mülki hüquq normalarının tələblərini kobud şəkildə pozaraq, onun hüquq və mənafelərinə ziyan vurmuşdur. Halbuki, həmin müddətdən halhazıradək, yüklü edilmiş cavabdehlərə məxsus əmlaklar bizə ziyan vurulmadan daha münasib və sərfəli qiymətdə satıla, eləcə də onun əmlaklarından məhrum edilmədən borc öhdəliklərinin təmin edilməsinə imkan yarana bilərdi. Bu səbəbdən o, Cavabdeh MMC-nin “Hərracın yekunları barədə” 06 aprel 2018-ci il tarixli, 39/3 saylı protokolunun ləğv edilməsi və ipoteka ilə yüklü edilmiş əmlakların yüklülülkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X13 iddia ərizəsinə etirazı məhkəməyə göndərərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh MMC -yə (maraqlı şəxs qismində “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh MMC xx.xx.2018-ci il tarixində keçirilmiş hərracın, hərracın yekunları barədə 39/3 saylı protokolun ləğv edilməsinə və ipoteka ilə yüklü edilmiş əmlakların yükdən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(006)- 58/2015 saylı icra vərəqəsi, Nəsimi rayon icra şöbəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-4849/14 saylı sifariş məktubu əsasında hərrac təşkil olunmuşdur. İddiaçıya ilkin hərracın keçirilməsinə dair xx xxxxxx 2017-ci il tarixli bildiriş borclunun icra vərəqəsində qeyd olunan ünvanına göndərilmiş və borclu tərəfindən qəbul edilmişdir. xx xxxxxx 2017-ci il tarixində “Kaspi” qəzetində ilkin hərracın keçirilməsinə dair elan verilmişdir. xx xxxxxx 2018-ci il də ilkin hərrac keçirilmişdir. Təkrar hərracın keçirilməsinə dair xx xxxxxx 2018-ci il tarixli bildiriş borclunun icra vərəqəsində qeyd olunan ünvanına göndərilmiş və borclu tərəfindən qəbul edilmişdir. xx xxxxxx 2018-ci il tarixində təkrar hərracın keçirilməsinə dair “Kaspi” qəzetində elan verilmişdir. xx xxxx 2018-ci il tarixində təkrar hərrac keçirilmişdir. “İpoteka Haqqında” Azərbycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən, 25% aşağı qiymətlə ipoteka predmetlərini tələbkar bank əldə etmiş və Hərracın yekunları barədə xx xxxxx 2018-ci il tarixli protokol tərtib olunmuşdur. Qeyd olunan bütün hərrac proseslərindən borclunun xəbəri olmuşdur. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, iddiası əsaslıdır. İddia ərizəsində qeyd edilən halların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X13 iddia ərizəsinə etiraz edərək İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Bakı şəhəri Maraqlı şəxs2 cəlb edilməklə) “hərrac protokolunun ləğv edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixində keçirilmiş “hərracın yekunları barədə 39/3 saylı protokolun ləğv edilməsi və ipoteka ilə yüklü edilmiş əmlakların yükdən azad edilməsi tələbi”nin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X14 iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifadələrini təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 58/2015 saylı xx xxxx 2015-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı “xxxx” ASC-nin cavabdehlər İddiaçı, X2, X5 və X12 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı “xxxx” ASC-nin xeyrinə, xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsi üzrə 214.511,46 AZN əsas, 10.653,32 AZN faiz, 500 AZN gecikməyə görə cərimə borcu olmaqla cəmi 225.664,78 AZN borcun və 30 AZN dövlət rüsumunun əvəzinin tutulması, tutmanın ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinə, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 saylı mənzilə və mülkiyyətində olan Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşən 1.74 ha torpaq sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinin 85000 AZN, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 saylı mənzilinin 85000 AZN və Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinin 87000 AZN ilkin satış qiyməti ilə açıq hərracda satılması, habelə tələb edilən borcun ödənilməsi, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda, Mahmudov İlqar Məhəmmədnəbi oğlu, Mahmudova Zülfiyə Vaqif qızı və yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə yaşayış evini könüllü surətdə tərk etmədikdə, 1 ay ərzində mənzildən çıxarılması, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət paylı mülkiyyət hüququ ilə X1 məxsus, 3 otaqlı 22 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda, Mahmudova İlhamə Məhəmmədnəbi qızı və X10 yaşayış evini könüllü surətdə tərk etmədikdə, 1 ay ərzində mənzildən çıxarılması, X5 məxsus Xaçmaz rayonu, Qaradağlı kəndində mülkiyyətində olan 1.74 ha torpaq sahəsinin boşaldılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3138/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı Apelyasiya məhkəməsi Mülki Kollegiyasının x xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin xx xxxxx 2018-ci il tarixdə keçirilmiş hərraca dair “Hərracın yekunları barədə” 39/3 saylı protokolununun surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında, 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinin ilkin satış qiyməti 85000 AZN, ipoteka predmetinin qiyməti 54187(əlli dörd min yüz səksən yeddi) manat, Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinin ilkin satış qiyməti 87000 AZN , ipoteka predmetinin qiyməti 55 462 (əlli beş min dörd yüz altmış iki manat 50 qəpik) manat olmuşdur. İş materiallarında olan “xxxx” MMC-nin xx xxxxxxx 2010-cu il tarixli qiymətləndirmə və sığorta ekspertizası aktından (hesabatdan) görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinin bazar qiymətinin dəyəri 75.000 (yetmiş beş min) manat, likvid dəyəri 68000 (altmış səkkiz min) manat dəyərləndirilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı, X2, X5 və X12 ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixli 03/124 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/20115 nömrəli xx.xx.2015-ci ıl tarixli icra sənədi üzrə Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinin xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı satılması barədə bildiriş İddiaçı, X2, X5 və X12 göndərilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı, X2, X5 və X12 ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixli 122 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/20115 nömrəli xx.xx.2015ci ıl tarixli icra sənədi üzrə ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinin xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı satılması barədə bildiriş İddiaçı, X2, X5 və X12 göndərilmişdir. İş materiallarında olan xəbərnamələrin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən qeyd olunan əmlakla bağlı keçiriləcək hərracla bağlı bildirişlər İddiaçı və X12 göndərilmiş, xx.xx.2018-ci il tarixdə İddiaçı tərəfindən, xx.xx.2018-ci il tarixdə X15 tərəfindən qəbul edilmiş və bildirişi qəbul etmələrini şəxsi imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli 224 (3974) tirajlı “Kaspi” qazetində qeyd olunan əmlaklarla bağlı Cavabdeh MMC tərəfindən elanlar yerləşdirilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı, X2, X5 və X12 ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli 03/124-1 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 58/20115 nömrəli xx.xx.2015-ci ıl tarixli icra sənədi üzrə Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinin xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı satılması barədə bildiriş İddiaçı, X2, X5 və X12 göndərilmiş, bildirişdə həmin əmlakın ilkin satış qiyməti 87000 (səksən yeddi min) manat, 15 % endirimli satış qiyməti 73950 (yetmiş üç min doqquz yüz əlli) manat müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı, X2, X5 və X12 ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli 03/122-1 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/20115 nömrəli xx.xx.2015-ci ıl tarixli icra sənədi üzrə ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinin xx.xx.2018-ci il tarixdə saat 11:00da keçiriləcək hərrac zamanı satılması barədə bildiriş İddiaçı, X2, X5 və X12 göndərilmiş, bildirişdə həmin əmlakın ilkin satış qiyməti 85000 (səksən beş min) manat, 15 % endirimli satış qiyməti 72250 (yetmiş iki min iki yüz əlli) manat müəyyən olunmuşdur. İş materiallarında olan xəbərnamələrin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən qeyd olunan əmlakla bağlı keçiriləcək hərracla bağlı bildirişlər İddiaçı və X12 göndərilmiş, hər ikisi xx.xx.2018-ci il tarixdə bildirişi qəbul etmələrini şəxsi imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli 025 (3400) tirajlı “Kaspi” qazetində qeyd olunan əmlaklarla bağlı Cavabdeh MMC tərəfindən elanlar yerləşdirilmişdir. İş materiallarında olan bildirişlərin surətindən görünür ki, xx xxxx 2018-ci il tarixdə keçirilən hərrac zamanı əmlakların qiyməti 15% endirimlə həyata keçirilmişdir. İş materiallarında olan hərracın yekunları barədə xx xxxxx 2018-ci il tarixli protokolla əmlakların satış qiyməti 25% aşağı qiymətlə əldə edilməsinə razılıq əldə edilmişdir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə iclasında tərəfin izahatı və təqdim edilən sübutlarla müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-58/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 12 saylı mənzilinin 85000 AZN, ünvan 1 ünvanında, 5 mərtəbəli binanın 47,33 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı, 22 saylı mənzilinin 85000 AZN və Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinin 87000 AZN ilkin satış qiyməti ilə açıq hərracda satılması müəyyən edilmiş və məhkəmə qətnamələrinin icrasına uyğun olaraq həmin qiymətə mübahisəli əmlaklar satışa çıxarılmış, Cavabdeh MMC tərəfindən qeyd olunan əmlakla bağlı keçiriləcək hərracla bağlı bildirişlər İddiaçı və X12 göndərilmiş, xx.xx.2018-ci il tarixdə İddiaçı tərəfindən, xx.xx.2018-ci il tarixdə X15 tərəfindən qəbul edilmiş və bildirişi qəbul etmələrini şəxsi imzaları ilə təsdiq etmişlər. “Kaspi” qazetində qeyd olunan əmlaklarla bağlı Cavabdeh MMC tərəfindən elanlar yerləşdirilmişdir. Qeyd edilən əmlakların satış qiyməti mülki qanunvericliyin və “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq xx xxxx 2018-ci il tarixdə keçirilən hərrac zamanı əmlakların qiyməti 15% endirimlə həyata keçirilmiş, daha sonra hərracın yekunları barədə xx xxxxx 2018-ci il tarixli protokolla əmlakların satış qiyməti 25% aşağı qiymətlə əldə edilməsinə razılıq əldə edilmiş və bu əsaslarla hərracın yekunları üzrə Maraqlı şəxs1 ASC ilə Cavabdeh MMC arasında xx xxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında iddiaçı tərəfin verdiyi ifadədən və iddia ərizəsindən göründüyü kimi İddiaçı öz ünvanının ünvan 2 olduğunu qeyd etmişdir. Bu səbəbdən xx.xx.2018-ci il saat 11:00-da, daha sonra xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcəyi bildirilişlər qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya göndərilmişdir. Göstərilən əsaslardan göründüyü kimi İddiaçı hərrac barədə məlumatlı olmuşdur. xx xxxxxx 2017-ci il tarixli 224 (3974) tirajlı və xx xxxxxx 2018-ci il tarixli 025 (3400) tirajlı “Kaspi” qazetlərində qeyd olunan əmlakla bağlı Cavabdeh MMC tərəfindən elanlar yerləşdirilmişdir. xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinin ilkin satış qiyməti 87000 (səksən yeddi min) manat, xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı isə Xaçmaz rayonu, Qaradağlı kəndindəki 1.74 ha torpaq sahəsinin qiyməti 87000 (səksən yeddi min) manatdan 15% azaldılaraq 73950 (yetmiş üç min doqquz yüz əlli) manat müəyyən olunmuşdur. Həmçinin xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı ünvan 3 ünvanındakı mənzilin ilkin satış qiyməti 85000 (səksən beş min) manat, xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçiriləcək hərrac zamanı isə ünvan 3 ünvanındakı mənzilin qiyməti 85000 (səksən beş min) manatdan 15% azaldılaraq 72250 (yetmiş iki min iki yüz əlli) manat müəyyən olunmuşdur. Qeyd edilənlərə görə hərrac qanunvericilikdə nəzərdə tutulan qaydaya uyğun olaraq keçirilmişdir. Digər tərəfədən iddiaçı əmlakın dəyərinin qiymətləndirməsi barədə rəyin ləğv edilməsi tələbilə deyil, yalnız 39/3 saylı xx xxxxx 2018-ci il tarixli protokolun ləğv edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə hərracın keçirilməsinin qanunda müəyyən etdiyi qaydalara və iddia tələbində göstərilən əsaslara uyğun iddia tələbinə hüquqi qiymət verilməsini məqbul hesab etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Bakı şəhəri Maraqlı şəxs2 cəlb edilməklə) “hərrac protokolunun ləğv edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2601/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2601/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver