Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2609/2021 10.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinə qarşı “işə bərpa olunma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinə qarşı “işə bərpa olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yenidən Ekologiya Təbii və Sərvətlər Nazirliyinin Milli X3 Regional HM-nin Bakı Dəniz məntəqəsində işə bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-cü il təvəllüdlü İddiaçı Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirmişdir. 1995-ci ildən orta məktəbdə coğrafiya müəllimi işləmişdir. 2011-ci ildən isə Ekologiya Təbii və Sərvətlər Nazirliyinin Milli X3 Regional HM-nin Bakı Dəniz məntəqəsində işləmişdir. Daha sonra bildirmək istəyir ki, 2020-cı ilin iyun-iyul aylarında struktur dəyişikliyi adı ilə onu işdən azad etdilər. İşdən azad etdikdən sonra ona yalandan vəd etdilər ki, onu işlə təmin edəcəklər. İşlə təmin olunmada ixtisası qətiyyən uyğun olmayan, orta təhsili olan vətəndaşları işlə təmin etdilər. Orada işləyən Tofiq müəllim adlanan şəxs öz tanışlarını, dostlarını yerləşdirdi. O, Tofiq müəllimə müraciət etsə də, ona cavab olaraq "Coğrafiyanın hidrometeorologiya ilə heç bir əlaqəsi yoxdur". O zaman bildirmək istəyir ki, bəs orta təhsilli ixtisasca kimyaçı olanların hidrometeorologiya ilə hansı əlaqəsi vardır? Bununla əlaqədar olaraq, rəsmi şəkildə işə bərpa olunması barəsində cavabdeh quruma müraciət etsə də, qanuni müraciətləri cavabsız qalmışdır. Ona görə də, hesab edir ki, məhkəmə onun yenidən Ekologiya Təbii və Sərvətlər Nazirliyinin Milli X3 Regional HM-nin Bakı Dəniz məntəqəsində işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X15 izahat verərək, iddia tələbinin əsassız oluğunu bildirdi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin nümayəndəsi 06.05.2021-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə yazılı etiraz ilə məhkəməyə müraciət edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, bildirirlər ki Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında "2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədi ilə struktur dəyişiklikləri aparılmış, ştatlar (vəzifələr) ixtisar olunmuşdur. Bu barədə işçilər rəsmi qaydada qabaqcadan xəbərdar edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04.06 2020-ci il tarixli 344/Ü nömrəli Əmri ilə Milli Hidrometeorologiya Xidmətinin ştatı təsdiq edilmişdir. Bu səbəbdən ştat vahidlərinin ixtisar edilməsi zərurəti yaranmışdır. Milli Hidrometeorologiya Xidmətinin 30 oktyabr 2020-ci il tarixli 782/K nömrəli Əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada 30 oktyabr 2020-ci il tarixindən ləğv edilmişdir. Qeyd edirlər ki, işçilərin ixtisarı ilə bağlı Milli Hidrometeorologiya Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin İclasında işçilər ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Məlumat üçün bildirilir ki, İddiaçı həmin məntəqədə qardaşı X14 və X20 ilə birgə işləmişdir. Qeyd edək ki, hal-hazırda X14 həmin məntəqədə işləyir. Milli Hidrometeorologiya Departamentinin direktor müavini Əbdülov İmran 2019-cu il 28 may tarixində Bakı Bulvarı Dəniz Hidrometeoroloji Məntəqəsində müşahidənin hansı qaydada aparılmasını izləmək üçün saat 15:00-dan saat 18:00-a dək müddət ərzində orada olmuşdur. Lakin, müşahidəçinin vəzifə borcunu yerinə yetirmək üçün iş yerində olmadığı aşkarlanmışdır. Elə həmin gün axşam saat 19:00 radələrində Proqnozlar Bürosuna gedərək həmin məntəqədən məlumatın 17:30-da qəbul edildiyi sinoptik Babayeva Əfruz tərəfindən bildirilmişdir ki, bu da müşahidəçinin yanlış məlumatı hansısa kənar məkandan göndərdiyinə dəlalət edir. Bu isə vəzifə borcunun kobud surətdə pozulması deməkdir. İşçilərlə söhbət aparılan zaman məlum olmuşdur ki, həmin gün müşahidəçi İddiaçı olmuşdur. Əmək funksiyalarının həyata keçirilməsi zamanı yol verildiyi qüsurlara baxmayaraq, optimallaşdırma tədbirlərinin aparılması prosesi zamanı İddiaçı Radiometeorologiya, aviameteorologiya və aerologiya X9 Aeroloji stansiyasına mütəxəssis aeroloq vəzifəsi təklif olunsa da iddiaçı bu vəzifədən imtina etmişdir. Onuda qeyd edirlər ki, hal-hazırda həmin məntəqədə işləyən X20 Bakı Dövlət Universitetində Ali təhsil almış və ona Kimya ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir. Məlumat üçün bildirilir ki, işçilərin ixtisarı zamanı X17 Əlilliyi olan şəxs statusu olmuşdur. Əlilliyi olan şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilməməlidir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, ETSN-nin Milli Hidrometeorologiya Departamentinin 03/k saylı, 05.01.2011-ci il tarixli əmrinə əsasən İddiaçı Nürəddin qızı X5 müəssisəsi Bakı Dəniz Hidrometeoroloji məntəqəsinə okeanoloq vəzifəsinə qəbul edilmişdir. ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, ETSN-nin Milli Hidrometeorologiya Departamentinin 415/K saylı, 27.08.2018-ci il tarixli əmrinə əsasən Sadıqova X16 və Dəniz Hidrometeorologiya Mərkəzinin Bakı Bulvarı Dəniz Hidrometeoroloji məntəqəsinə mühəndis meteoroloq vəzifəsinə qəbul edilmişdir. ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin 30.10.2020-ci il tarixli, 728/K sayı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq (ştatların ixtisarı) əmək müqaviləsi ləğv edilib. AB-İ seriyalı, 072277 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1991-ci ildə Bakı Dövlət Universitetinə daxil olmuş və 1997-ci ildə coğrafiya fakultəsini coğrafiya ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 3/325 saylı, 11.07.1997-ci il tarixli qərarı ilə ona coğrafiyaçı, coğrafiya müəllimi ixtisası verilmişdir. 12.02.2021-ci il tarixli Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinə ünvanlanmış işə bərpa olunma barəsində təklifdən görünür ki, nəzərinizə çatdırıram ki, mən xx.xx.1971-cü il təvəllüdlü İddiaçı Nurəddın qızı Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirmişəm. 1995-cı ildən orta məktəbdə coğrafiya müəllimi işləmişəm. 2011-ci ildən isə Ekologiya Təbii və Sərvətlər Nazirliyinin Milli X3 Regional HM-nin Bakı Dəniz məntəqəsində işləmişəm. Daha sonra bildirmək istəyirəm ki, 2020-ci ilin iyun-iyul aylarında struktur dəyişikliyi adı ilə məni işdən azad etdilər.İşdən azad etdikdən sonra mənə yalandan vəd etdilər ki, sizi işlə təmin edəcəyik. Nəzərinizə çatdırım ki,işlə təmin olunmada ixtisası qətiyyən uyğun olmayan, orta təhsili olan vətəndaşları işlə təmin etdilər. Orada işləyən Tofiq müəllim adlanan şəxs öz tanışlarını, dostlarını yerləşdirdi. Nəzərinizə çatdırmaq istəyirəm ki,mən Tofiq müəllimə müraciət etsəm də, o mənə cavab olaraq "Coğrafiyanın hidrometeorologiya ilə heç bir əlaqəsi yoxdur". 0 zaman bildirmək istəyirəm ki.bəs orta təhsil li.ixtisasca kimyaçı olanların hidrometeorologiya ilə hansı əlaqəsi vardır? Yuxarıda qeyd edilənləri və xidmət illərimi nəzərə alaraq Sizdən mənim yenidən işə bərpa edilməyim barədə tabeliyinizdə olan müvafiq qurumlara göstərişlər verməyinizi xahiş edirəm. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin İddiaçı Nürəddin qızına ünvanlandığı 20/99-184 saylı, 24.09.2020-ci il tarixli məktubdan görünür ki, Milli Hidrometeorologiya Xidmətində həyata keçirilən struktur islahatları nəticəsində Bakı Bulvarı DHM-in fəaliyyəti dövründə iqtisadi səmərəliliyi müsbət nəticə vermədiyi üçün iş yerlərinin bir qismi ləğv edilmişdir. Bu səbəbdən sizə Radiometeorologiya, aviameteorologiya və aerologiya X9 Aeroloji stansiyasına mütəxəssis aeroloq vəzifəsi təklif olunur. Razılığınız olduğu təqdirdə 5 iş günü müddətində bizə məlumat verməyinizi xahiş edirik. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Departamentinin Milli Hidrometeorologiya Departamentinin tabeli qurumlarının rəhbərlərinə ünvanlandığı 20/41 saylı, 21.01.2021-ci il tarixli məktubunun təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2015-ci il 15 yanvar tarixli 476 nömrəli Fərmanına uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədi ilə struktur dəyişikliklərinin aparılacağı, ştatların (vəzifələrin) ixtisar olunacağı haqqında bütün işçilərin rəsmi qaydada xəbərdar edilməsi və bu barədə müvafiq təsdiqedici sənədlərlə birgə Milli Hidrometeorologiya Departamentinə məlumat təqdim edilməsi Sizə tapşırılır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Departamentinin Milli Hidrometeorologiya Departamentinin tabeli qurumlarının rəhbərlərinə ünvanlandığı 20/41 saylı, 21.01.2021-ci il tarixli məktubuna əlavənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 25.01.2019-cu il tarixdə məktubun məzmunu ilə tanış olmasını öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin 30.09.2020-ci il tarixli, 9 saylı iclas protokolunun surətindən görünür ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın təqdimatının nəzərə alınması və mühəndis meteoroloq vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. Milli Hidrometerologiya Xidmətinin 29.05.2019-cu il tarixli xidməti məktubundan görünür ki, Məlumat üçün bildirirəm ki, mən 2019-cu ilin 28 may tarixində Bakı-Dəniz (Bulvar) məntəqəsində müşahidənin hansı qaydada aparılmasını izləmək üçün saat 15.00dan 18.00-a dək olan müddət ərzində orada olmuşam. Lakin, müşahidəçinin vəzifə borcunu yerinə yetirmək üçün iş yerində olmadığını aşkarladım. Elə həmin gün axşam saat 19.00 radelerinde Proqnozlar Bürosuna gedərək həmin məntəqədən məlumatın 17.30-da qəbul edildiyi sinoptik Babayeva Əfruz tərəfindən bildirilmişdir ki, bu da müşahidəçinin yanlış məlumatı hansısa kənar məkandan göndərdiyinə dəlalət edir. Bu İsə vəzifə borcunun kobud surətdə pozulması deməkdir. Yuxarıda sadaladığım faktlar video və diktofon yazıları ilə təsdiqini tapır. Qeyd olunanları diqqətinizə çatdıraraq iş icrasının pozulması, məntəqənin iş rejiminə və intizam qaydalarına əməl olunmaması ile bağlı müvafiq tənbeh tədbirlərinin görülməsi barədə göstəriş verməyinizi xahiş edirəm. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin 782/K saylı, 30 oktyabr 2020-ci il tarixli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 16.01.2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvət ər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin strukturunun optimallaşdırılması ilə fəaliyyətin səmərəl təşkiiı üçun həyata keçirilən bir sıra tədbirlərin əsas hədəfi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, idarəetməni iqtisadı inkişafın yeni mərhələsinə uyğunlaşdırmağa yönəltmək, eyni zamanda islahatlarla daha səmərəli fəaliyyət göstərən struktur vahidlərinin formalaşdırılması ilə büdcə vəsaitinə qənaət etməkdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04.06.2020-ci ıl tarixli 344/Ü nömrəli Əmri ilə Milli Hidrometeorologiya Xidmətinin ştatı təsdiq edilmişdir. Bu səbəbdən Xidmətin Təsərrüfat və texniki təminat şöbəsində, Abşeron və X7, X8 Mərkəzində, X10 Mərkəzində, X1 Mərkəzində, X4 və X2 Mərkəzində ştat vahidlərinin ixtisar edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-cı il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Mili Hidrometeorologiya Xidməti haqqında Əsasnamənin 5.4.7-ci maddəsın rəhbər tutaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b bəndinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşağıda adları qeyd edilmiş işçilərin ştatlarının ixtisarı ilə bağlı onlarla bağlanmış əmək müqavilələrinin 30 oktyabr 2020-ci il tarixdən ləğv edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarına əsasən, ETSN-nin Milli Hidrometeorologiya Departamentinin 03/k saylı, 05.01.2011-ci il tarixli əmrinə əsasən, İddiaçı Nürəddin qızı X5 müəssisəsi Bakı Dəniz Hidrometeoroloji məntəqəsinə okeanoloq vəzifəsinə qəbul edilmişdir. ETSN-nin Milli Hidrometeorologiya Departamentinin 415/K saylı, 27.08.2018-ci il tarixli əmrinə əsasən Sadıqova X16 və Dəniz Hidrometeorologiya Mərkəzinin Bakı Bulvarı Dəniz Hidrometeoroloji məntəqəsinə mühəndis meteoroloq vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin 30.10.2020-ci il tarixli, 728/K sayı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə uyğun olaraq (ştatların ixtisarı) əmək müqaviləsi ləğv edilib. Milli Hidrometeorologiya Xidmətində həyata keçirilən struktur islahatları nəticəsində Bakı Bulvarı DHM-in fəaliyyəti dövründə iqtisadi səmərəliliyi müsbət nəticə vermədiyi üçün iş yerlərinin bir qismi ləğv edilmiş və İddiaçı Radiometeorologiya, aviameteorologiya və aerologiya X9 Aeroloji stansiyasına mütəxəssis aeroloq vəzifəsi təklif olunmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Departamentinin Milli Hidrometeorologiya Departamentinin tabeli qurumlarının rəhbərlərinə ünvanlandığı 20/41 saylı, 21.01.2021-ci il tarixli məktubunun təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2015-ci il 15 yanvar tarixli 476 nömrəli Fərmanına uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədi ilə struktur dəyişikliklərinin aparılacağı, ştatların (vəzifələrin) ixtisar olunacağı haqqında bütün işçilərin rəsmi qaydada xəbərdar edilməsi və bu barədə müvafiq təsdiqedici sənədlərlə birgə Milli Hidrometeorologiya Departamentinə məlumat təqdim edilməsi tapşırılmışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Departamentinin Milli Hidrometeorologiya Departamentinin tabeli qurumlarının rəhbərlərinə ünvanlandığı 20/41 saylı, 21.01.2021-ci il tarixli məktubuna əlavənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 25.01.2019-cu il tarixdə məktubun məzmunu ilə tanış olmasını öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin 30.09.2020-ci il tarixli, 9 saylı iclas protokolunun surətindən görünür ki, Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın təqdimatının nəzərə alınması və mühəndis meteoroloq vəzifəsində işləyən İddiaçın əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin 782/K saylı, 30 oktyabr 2020-ci il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-cı il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Mili Hidrometeorologiya Xidməti haqqında Əsasnamənin 5.4.7-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b bəndinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada işçilərin ştatlarının ixtisarı ilə bağlı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin 30 oktyabr 2020-ci il tarixdən ləğv edilməsi qərara alınmışdır. İddiaçı işəgötürənin hərəkətlərini qanunsuz hesab edərək, tələbini ərizəsində sadaladığı xüsusatlarla əsaslandırmışdır. Cavabdeh iddianın əsassız olduğunu, habelə iddia müddətinin ötürüldüyünü qeyd edərək, İddia tələbinin rədd edilməsini xahiş edir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçı işdən azad olunarkən Əmək Qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 70-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçilərin sayı və ya ştatların ixtisar edilməsidir. 77-ci maddəsinin 1-ci bəndinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda qeyd olunan Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti, işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. (2ci və 3cü bəndlər) 78-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Beləliklə məhkəmə araşdırması sübuta yetir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidməti iddiaçı İddiaçı 20/99- 184 saylı, 24.09.2020-ci il tarixli xəbərdarlıq məktubu ilə müraciət etmiş, Milli Hidrometerologiya Xidmətində həyata keçirilən struktur islahatları nəticəsində iş yerlərinin bir qisminin ləğv edilməsi ilə əlaqədar olaraq, müəssisədə işçilərin sayının azaldılması və ştatların ixtisar olunması qərara alınmış, ona Radiometeorologiya, aviameteorologiya və aerologiya X9 Aeroloji stansiyasına mütəxəssis aeroloq vəzifəsi təklif olunmuşdur. Razılıq olduğu təqdirdə 5 iş günü müddətində məlumat verilməsi xahiş olunsa da, iddiaçı yeni vəzifə üzrə işləmək barədə razılığını bildirməmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinin Həmkarlar İttifaqının razılığı ilə, işçi kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən ixtisar olunmuşdur. İddiaçı üçün əvvəlcədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulmuşdur. Müvafiq fərmanın icrasından irəli gələrək, qeyd olunmuşdur ki, iş yerlərinin bir qismi ləğv edilmişdir, təklif olunmuş vəzifə ilə razı olmazsa, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən ləğv ediləcəkdir. Bundan başqa iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyünün olmasına dair hər hansı sübutları da mövcud olmamışdır. Həmçinin də iddiaçı onun işdən azad edilməsi ilə bağlı 30.10.2020-ci il tarixli, 728/K sayı əmri mübahisələndirmədən birbaşa işə bərpa olunması ilə bağlı iddia irəli sürmüşdür. Bundan başqa cavabdehin nümayəndəsi məhkəməyə iddia müdətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı 22 aprel 2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıya əmək kitabçası və son haqq-hesab səmnədləri poçt vasitəsilənoyabr ayının 4-də göndərilmişdir. İddiaçı göstərilən sənədləri noyabr ayında poçt vasitəsilə qəbul etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Məhkəmə iddia müddəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən, Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hüquqlarının ehtimal olunan pozuntusundan 2020-ci ilin noyabr ayında məlumatlı olsa da, iddia tələbi ilə yalnız 22.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, iddia tələbi irəli sürmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halda qiymət verərək, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinə qarşı “işə bərpa olunma” tələbinə dair iddiasını əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometerologiya Xidmətinə qarşı “işə bərpa olunma” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2609/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2609/2021
10.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver