Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2609/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7 Cavabdeh MTK-ya qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7 Cavabdeh MTK-ya qarşı “mənzilərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 tərəfindən alınmış, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1 -ci blok 12-ci mərtəbəsində 1,2, 1, 1,3,3, 2 otaqdan ibarət mənzilləri (ümumi 7 mənzil) ümumi sahəsi 716 kv.m olan 71,72,73,74,75,76 və 77 saylı mənzillər; - İddiaçı1 tərəfindən alınmış Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1- ci blok 7-ci mərtəbəsində 2 otaqdan ibarət mənzili ümumi sahəsi 92,9 kv.m olan 40 saylı mənzilin İddiaçı2 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1 -ci blok, 2-ci mərtəbəsində 3 otaqdan ibarət mənzili ümumi sahəsi 145 kv.m olan 2 saylı mənzil; iddiaçı Babayev İ lqar Qəzənfər oğlu tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1 -ci blok, 3-ci mərtəbəsində 3 otaqdan ibarət mənzili ümumi sahəsi 145 kv.m olan 9 saylı mənzil; İddiaçı7 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1 -ci blok, 10-cu mərtəbəsində 1 otaqdan ibarət mənzili ümumi sahəsi 74 kv.m olan 63 saylı mənzilin; ddiaçı İddiaçı6 tərəfindən alınmış ünvan 2 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqdan ibarət mənzili ümumi sahəsi 145 kv.m olan 27 saylı mənzilin;İddiaçı3 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci b.ok 13-cü mərtəbəsində 1,2 və 3 otaqdan ibarət mənzilləri (ümumi 3 mənzil) ümumi sahəsi 340 kv.m olan 78 saylı mənzili;İddiaçı5 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 2 otaqdan ibarət mənzili ümumi sahəsi 110 kv.m olan 1 saylı mənzili; İddiaçı4 tərəfindən alınmış MTK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 1 otaqdan ibarət mənzili ümumi sahəsi 65 kv.m olan 24 saylı mənzilin təhvil verilməsi vəzifəsinin "xxxx" MTK-ya həvalə ediməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK ilə İddiaçı1 ilə xx.xx.2018ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MTK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 12-ci mərtəbəsində 1.2,1, 1,3.3,2 otaqdan ibarət mənzilləri (ümumi 7 mənzil) ümumi sahəsi 716 kv.m olan mənzilləri "ALİCİYA” verməyi "ALİCİ" isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən İddiaçı1 oğlu tərəfindən müqaviləyə uyğun olaraq 608600 (altı yüz səkkiz min altı yüz) AZN məbləğində pul vəsaiti tam olaraq ödənilmişdir. Qeyd edilən fakt maliyyə arayışı və cavabdeh “Təbriz" MTK-nın xx.xx.2018-ci il tarixli 10 nömrəli protokolundan çıxarış ilə də təsdiq edilmişdir. Cavabdeh MTK tərəfindən təqdim edilmiş maliyyə arayışından da görünür ki, İddiaçı1 “Təbriz" MTK-ya borcu yoxdur. Cavabdeh "Təbriz” MTK" ilə İddiaçı1 ilə xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MTK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində 2 otaqdan ibarət mənzilləri ümumi sahəsi 92.9 kv.m olan mənzili “ALİCİYA" verməyi "ALİCİ" isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən İddiaçı1 oğlu tərəfindən müqaviləyə uyğun olaraq 78965 (yetmiş səkkiz min doqquz yüz altmış beş) AZN məbləğində pul vəsaiti tam olaraq ödənilmişdir. Qeyd edilən fakt maliyyə arayışı və Cavabdeh MTK-nın xx.xx.2018-ci il tarixli 11 nömrəli protokolundan çıxarış ilə də təsdiq edilmişdir. Cavabdeh MTK tərəfindən təqdim edilmiş maliyyə arayışından da görünür ki, İddiaçı1 Cavabdeh MTK-ya borcu yoxdur. Cavabdeh "Təbriz” MTK" ilə İddiaçı2 ilə xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MTK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 3 otaqdan ibarət mənzili ümumi sahəsi 145 kv.m olan mənzili “ALİCİYA" verməyi "ALİCİ" isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən İddiaçı2 tərəfindən müqaviləyə uyğun olaraq 145000 (yüz qırx beş min) AZN məbləğində pul vəsaiti tam olaraq ödənilmişdir. Qeyd edilən fakt maliyyə arayışı və Cavabdeh MTK-nın xx.xx.2018ci il tarixli 14 nömrəli protokolundan çıxarış ilə də təsdiq edilmişdir. Cavabdeh MTK tərəfindən təqdim edilmiş maliyyə arayışından da görünür ki, İddiaçı2 “Təbriz" MTK-ya borcu yoxdur. Cavabdeh "Təbriz” MTK" ilə İddiaçı2 ilə xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MTK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində 3 otaqdan ibarət mənzili ümumi sahəsi 145 kv.m olan mənzili “ALİCİYA" verməy i "ALİCİ" isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən İddiaçı2 tərəfindən müqaviləyə uyğun olaraq 174000 (yüz yetmiş dörd min) AZN məbləğində pul vəsaiti tam olaraq ödənilmişdir. Qeyd edilən fakt maliyyə arayışı və Cavabdeh MTK-nın xx.xx.2018-ci il tarixli 13 nömrəli protokolundan çıxarış ilə də təsdiq edilmişdir. Cavabdeh •Təbriz” MTK tərəfindən təqdim edilmiş maliyyə arayışından da görünür ki, İddiaçı2 Cavabdeh MTK-ya borcu yoxdur. Cavabdeh "Təbriz” MTK ilə İddiaçı7 ilə xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 'Təbriz" MTK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində 1 otaqdan ibarət ümumi sahəsi 74 kv.m olan mənzili “ALİCİYA” verməyi "ALİCİ" isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən İddiaçı7 tərəfindən müqaviləyə uyğun olaraq 88800 (səksən səkkiz min səkkiz yüz) AZN məbləğində pul vəsaiti tam olaraq ödənilmişdir. Cavabdeh MTK tərəfindən təqdim edilmiş maliyyə arayışından da görsənir ki, İddiaçı7 Cavabdeh MTK-ya borcu yoxdur. Cavabdeh "Təbriz” MTK" ilə İddiaçı6 ilə xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən. "xxxx" M TK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145 kv.m olan mənzili ‘"ALİCİYA” verməyi "ALİCİ" isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən İddiaçı6 tərəfindən müqaviləyə uyğun olaraq 159500 (yüz əlli doqquz min beş yüz) AZN məbləğində pul vəsaiti tam olaraq ödənilmişdir. Qeyd edilən fakt maliyyə arayışı və Cavabdeh MTK-nın xx.xx.2018- ci il tarixli 16 nömrəli protokolundan çıxarış ilə də təsdiq edilmişdir. Cavabdeh MTK tərəfindən təqdim edilmiş maliyyə arayışından da görsənir ki, İddiaçı6 "xxxx" MTK-ya borcu yoxdur. Cavabdeh "Təbriz” MTK" ilə İddiaçı3 ilə xx.xx.2018- ci il tarixli alqı-satqı müqaviləsinə əsasən. "xxxx" MTK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 13-cü mərtəbəsində 1, 2 və 3 otaqdan ibarət mənzilləri (ümumi 3 mənzil) ümumi sahəsi 340 kv.m olan mənzilləri “ALİCİYA” verməyi "ALİCİ" isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən İddiaçı3 tərəfindən müqaviləyə uyğun olaraq 306000 (üç yüz altı min) AZN məbləğində pul vəsaiti tam olaraq ödənilmişdir. Qeyd edilən fakt maliyyə arayışı və Cavabdeh MTK-nın xx.xx.2018-ci il tarixli 12 nömrəli protokolundan çıxarış ilə də təsdiq edilmişdir. Cavabdeh MTK tərəfindən təqdim edilmiş maliyyə arayışından da görünür ki. İddiaçı3 Cavabdeh MTK-ya borcu yoxdur. Cavabdeh "xxxx"’ MTK" ilə İddiaçı5 ilə xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsinə əsasən, ’Təbriz" MTK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 2 otaqdan ibarət mənzili ümumi sahəsi 110 kv.m olan mənzili “ALİCİYA” verməyi "ALİCİ" isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən İddiaçı5 tərəfindən müqaviləyə uyğun olaraq 132000 (yüz otuz iki min) AZN məbləğində pul vəsaiti tam olaraq ödənilmişdir. Qeyd edilən fakt maliyyə arayışı və cavabdeh "xxxx" MTK-nın xx.xx.2018-ci il tarixli 15 nömrəli protokolundan çıxarış ilə də təsdiq edilmişdir. Cavabdeh MTK tərəfindən təqdim edilmiş maliyyə arayışından da görünür ki, İddiaçı5 Cavabdeh MTK-ya borcu yoxdur. Cavabdeh "Təbriz” MTK" ilə İddiaçı4 ilə xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MTK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 1 otaqdan ibarət mənzili ümumi sahəsi 65 kv.m olan mənzili “ALİCİYA” verməyi "ALİCİ" isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən İddiaçı4 tərəfindən müqaviləyə uyğun olaraq 78000 (yetmiş səkkiz min) AZN məbləğində pul vəsaiti tam olaraq ödənilmişdir. Cavabdeh “Təbriz“ MTK tərəfindən təqdim edilmiş maliyyə arayışından da görünür ki. İddiaçı4 Cavabdeh MTK-ya borcu yoxdur. "xxxx" MTK-i müqavilədə göstərilən mənzilləri sifarişçiyə verməmişdir. İddia ərizəsinə əlavə edilmiş müqavilələr iclas protokolları və maliyyə arayışları "xxxx" MTK- tərəfindən imzalanmış və "xxxx" MTK-nın möhürü ilə təsdiq olunmuşdur. İddiaçılar müqavilədə göstərilən məbləğləri ödəmiş, öz üzərlərinə düşən öhdəlikləri tam yerinə yetirmişlər. Daha sonra İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək İddiaçı1 tərəfindən alınmış, ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 12-ci mərtəbəsində 1, 2, 1, 1, 3, 3, 2 otaqdan ibarət mənzilləri (ümumi 7 mənzil) ümumi sahəsi 716 kv.m olan 71,72,73,74,75,76 və 77 saylı mənzillər; - İddiaçı1 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində 2 otaqdan ibarət mənzili ümumi sahəsi 92,9 kv.m olan 40 saylı mənzilin - İddiaçı2 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 3 otaqdan ibarət mənzili ümumi sahəsi 145 kv.m olan 2 saylı mənzil; - İddiaçı2 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-ci mərtəbəsində 3 otaqdan ibarət mənzili ümumi sahəsi 145 kv.m olan 9 saylı mənzil; - İddiaçı7 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində 1 otaqdan ibarət mənzili ümumi sahəsi 74 kv.m olan 63 saylı mənzilin; - İddiaçı6 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqdan ibarət mənzili ümumi sahəsi 145 kv.m olan 27 saylı mənzilin; - İddiaçı3 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 13-cü mərtəbəsində 1, 2 və 3 otaqdan ibarət mənzilləri (ümumi 3 mənzil) ümumi sahəsi 340 kv.m olan 78 saylı mənzili; - İddiaçı5 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 2 otaqdan ibarət mənzili ümumi sahəsi 110 kv.m olan 1 saylı mənzili; - İddiaçı4 tərəfindən alınmış MTK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 1 otaqdan ibarət mənzili ümumi sahəsi 65 kv.m olan 24 saylı mənzillərin boşaldılaraq təhvil verilməsi vəzifəsinin "xxxx" MTK-ya həvalə ediməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MTK-ya məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən digər iddiaçılar və cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 02 saylı müqaviləyə əsasən "xxxx" MTK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 12-ci mərtəbəsində 1.2,1, 1,3.3,2 otaqdan ibarət mənzilləri (ümumi 7 mənzil) ümumi sahəsi 716 kv.m olan mənzilləri "ALİCİYA” verməyi "ALİCİ" isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş 608600 (altı yüz səkkiz min altı yüz) AZN məbləğində pul vəsaitini tam məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 12-ci mərtəbəsində 1.2,1, 1,3.3,2 otaqdan ibarət mənzilləri (ümumi 7 mənzil) ümumi sahəsi 716 kv.m olan mənzillərin dəyəri olan 608600 (altı yüz səkkiz min altı yüz) pul vəsaiti tam manat pul məbləği İddiaçı1 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 03 saylı müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində 2 otaqdan ibarət mənzilləri ümumi sahəsi 92.9 kv.m olan mənzili "ALİCİYA” verməyi "ALİCİ" isə bu sahəni qəbul etməyi və şərtləşdirilmiş 78965 (yetmiş səkkiz min doqquz yüz altmış beş) AZN məbləğində pul vəsaitini tam məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində 2 otaqdan ibarət mənzilləri ümumi sahəsi 92.9 kv.m olan mənzilin dəyəri olan 78965 (yetmiş səkkiz min doqquz yüz altmış beş) AZN pul vəsaiti tam manat pul məbləği İddiaçı1 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı2 Muxtar oğlu arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 05 saylı müqaviləyə əsasən "xxxx" MTK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 3 otaqdan ibarət mənzili ümumi sahəsi 145 kv.m olan mənzili "ALİCİYA” verməyi "ALİCİ" isə bu sahəni qəbul etməyi və 145000 (yüz qırx beş min) AZN məbləğində pul vəsaitini tam məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 3 otaqdan ibarət mənzili ümumi sahəsi 145 kv.m olan mənzilin dəyəri olan 145000 (yüz qırx beş min) AZN pul məbləği İddiaçı2 Muxtar oğlu tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı2 Muxtar oğlu arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 05 saylı müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində 3 otaqdan ibarət mənzili ümumi sahəsi 145 kv.m olan mənzili "ALİCİYA” verməyi "ALİCİ" isə bu sahəni qəbul etməyi və 174000 (yüz yetmiş dörd min) AZN məbləğində pul vəsaitini tam məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində 3 otaqdan ibarət mənzili ümumi sahəsi 145 kv.m olan mənzilin dəyəri olan 174000 (yüz yetmiş dörd min) AZN pul məbləği İddiaçı2 Muxtar oğlu tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı3 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 04 saylı müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri. Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 13-cü mərtəbəsində 1, 2 və 3 otaqdan ibarət mənzilləri (ümumi 3 mənzil) ümumi sahəsi 340 kv.m olan mənzilləri "ALİCİYA” verməyi "ALİCİ" isə bu sahəni qəbul etməyi və 306000 (üç yüz altı min) AZN məbləğində pul vəsaitini tam məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri. Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 13-cü mərtəbəsində 1, 2 və 3 otaqdan ibarət mənzilləri (ümumi 3 mənzil) ümumi sahəsi 340 kv.m olan mənzillərin dəyəri olan 306000 (üç yüz altı min) AZN pul məbləği İddiaçı3 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı5 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 07 saylı müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 2 otaqdan ibarət mənzili ümumi sahəsi 110 kv.m olan mənzili "ALİCİYA” verməyi "ALİCİ" isə bu sahəni qəbul etməyi və 132000 (yüz otuz iki min) AZN məbləğində pul vəsaitini tam məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 2 otaqdan ibarət mənzili ümumi sahəsi 110 kv.m olan mənzilin dəyəri olan 132000 (yüz otuz iki min) AZN pul məbləği İddiaçı5 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı4 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 10 saylı müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 1 otaqdan ibarət mənzili ümumi sahəsi 65 kv.m olan mənzili "ALİCİYA” verməyi "ALİCİ" isə bu sahəni qəbul etməyi və 78000 (yetmiş səkkiz min) AZN məbləğində pul vəsaitini tam məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 1 otaqdan ibarət ümumi sahəsi 65 kv.m olan mənzilin dəyəri olan 78000 (yetmiş səkkiz min) AZN pul məbləği İddiaçı4 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı6 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 08 saylı müqaviləyə əsasən "xxxx" MTK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145 kv.m olan mənzili "ALİCİYA” verməyi "ALİCİ" isə bu sahəni qəbul etməyi və 159500 (yüz əlli doqquz min beş yüz) AZN məbləğində pul vəsaitini tam məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145 kv.m olan mənzili ndəyəri olan 159500 (yüz əlli doqquz min beş yüz) AZN pul məbləği İddiaçı6 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı7 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 11 saylı müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində İ otaqdan ibarət ümumi sahəsi 74 kv.m olan mənzili "ALİCİYA” verməyi "ALİCİ" isə bu sahəni qəbul etməyi və 88800 (səksən səkkiz min səkkiz yüz) AZN məbləğində pul vəsaitini tam məbləği vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində İ otaqdan ibarət ümumi sahəsi 74 kv.m olan mənzilin dəyəri olan 88800 (səksən səkkiz min səkkiz yüz) AZN pul məbləği İddiaçı7 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. Hazırda iddiaçılar iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 tərəfindən alınmış, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 12-ci mərtəbəsində 1, 2, 1, 1, 3, 3, 2 otaqdan ibarət mənzilləri (ümumi 7 mənzil) ümumi sahəsi 716 kv.m olan 71,72,73,74,75,76 və 77 saylı mənzillər; - İddiaçı1 tərəfindən alınmış Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində 2 otaqdan ibarət mənzili ümumi sahəsi 92,9 kv.m olan 40 saylı mənzilin - İddiaçı2 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 3 otaqdan ibarət mənzili ümumi sahəsi 145 kv.m olan 2 saylı mənzil; İddiaçı2 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-ci mərtəbəsində 3 otaqdan ibarət mənzili ümumi sahəsi 145 kv.m olan 9 saylı mənzil; - İddiaçı7 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində 1 otaqdan ibarət mənzili ümumi sahəsi 74 kv.m olan 63 saylı mənzilin; - İddiaçı6 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqdan ibarət mənzili ümumi sahəsi 145 kv.m olan 27 saylı mənzilin; - İddiaçı3 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 13-cü mərtəbəsində 1, 2 və 3 otaqdan ibarət mənzilləri (ümumi 3 mənzil) ümumi sahəsi 340 kv.m olan 78 saylı mənzili; - İddiaçı5 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 2 otaqdan ibarət mənzili ümumi sahəsi 110 kv.m olan 1 saylı mənzili; - İddiaçı4 tərəfindən alınmış MTK ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 1 otaqdan ibarət mənzili ümumi sahəsi 65 kv.m olan 24 saylı mənzillərin boşaldılaraq təhvil verilməsini tələb edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.2-ci maddəsinə əsasən, öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2-ci maddəsinə əsasən, öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 445.2-ci, 445.2.1-ci və 445.2.2-ci maddələrinin tələblərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən müqavilə üzrə öz üzərlərinə düşən öhdəlik yerinə yetirilmiş mənzillərin dəyəri olan pul məbləğləri ödəmişdir. Müqavilələrin 13-cü bəndində qeyd edilir ki, bina tikilib başa çatdıqdan və alıcı order aldıqdan sonra müqavilə öz qüvvəsini itirmiş hesab olunur və satıcıya geri qaytarılır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7 müqavilə üzrə öhdəliklərini tam icra edərək, mənzillərin dəyərini tam şəkildə ödəmiş, cavabdeh MTK həmçinin müqavilə üzrə öhdəliklərini icra etməli və mənzilləri iddiaçıya təhvil verməlidir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh MTK tərəfindən İddiaçı1 tərəfindən alınmış, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 12-ci mərtəbəsində 1, 2, 1, 1, 3, 3, 2 otaqdan ibarət mənzilləri (ümumi 7 mənzil) ümumi sahəsi 716 kv.m olan 71,72,73,74,75,76 və 77 saylı mənzillər; - İddiaçı1 tərəfindən alınmış Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində 2 otaqdan ibarət mənzili ümumi sahəsi 92,9 kv.m olan 40 saylı mənzil, İddiaçı2 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 3 otaqdan ibarət mənzili ümumi sahəsi 145 kv.m olan 2 saylı mənzil; İddiaçı2 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-ci mərtəbəsində 3 otaqdan ibarət mənzili ümumi sahəsi 145 kv.m olan 9 saylı mənzil; İddiaçı7 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində 1 otaqdan ibarət mənzili ümumi sahəsi 74 kv.m olan 63 saylı mənzil, İddiaçı6 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqdan ibarət mənzili ümumi sahəsi 145 kv.m olan 27 saylı mənzil; İddiaçı3 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 13-cü mərtəbəsində 1, 2 və 3 otaqdan ibarət mənzilləri (ümumi 3 mənzil) ümumi sahəsi 340 kv.m olan 78 saylı mənzil; İddiaçı5 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 2 otaqdan ibarət ümumi sahəsi 110 kv.m olan 1 saylı mənzili; İddiaçı4 tərəfindən alınmış ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 1 otaqdan ibarət ümumi sahəsi 65 kv.m olan 24 saylı mənzillər boşaldılaraq təhvil verilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən tələb olmadığından dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 12-ci mərtəbəsində 1, 2, 1, 1, 3, 3, 2 otaqdan ibarət (ümumi 7 mənzil) ümumi sahəsi 716 kv.m olan 71,72,73,74,75,76 və 77 saylı mənzillər; ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 7-ci mərtəbəsində 2 otaqdan ibarət ümumi sahəsi 92,9 kv.m olan 40 saylı mənzil boşaldılsın və İddiaçı1 təhvil verilsin. Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145 kv.m olan 2 saylı mənzil, ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145 kv.m olan 9 saylı mənzil boşaldılsın və İddiaçı2 təhvil verilsin. Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində 1 otaqdan ibarət ümumi sahəsi 74 kv.m olan 63 saylı mənzil boşaldılsın və İddiaçı7 təhvil verilsin. Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145 kv.m olan 27 saylı mənzil boşaldılsın və İddiaçı6 təhvil verilsin. Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 13-cü mərtəbəsində 1, 2 və 3 otaqdan ibarət (ümumi 3 mənzil) ümumi sahəsi 340 kv.m olan 78 saylı mənzil boşaldılsın və İddiaçı3 təhvil verilsin. Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 2 otaqdan ibarət ümumi sahəsi 110 kv.m olan 1 saylı mənzil boşaldılsın və İddiaçı5 təhvil verilsin. Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 1 otaqdan ibarət ümumi sahəsi 65 kv.m olan 24 saylı mənzil boşaldılsın və İddiaçı4 təhvil verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2609/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2609/2022
13.07.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver