Məhkəmə qərarları › İş №2(005)-2612/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2612/2024

06.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2612/2024 06.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum haqqında akt qeydinin bərpa edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X18 barəsində 25 oktyabr 1947-ci il tarixdə Azərbaycan SSR Əli-Bayramlı (Azərbaycan Respublikası Şirvan şəhəri) şəhər VVADQ Şöbəsində aparılmış doğum akt qeydinin bərpa edilməsi, 25 oktyabr 1947-ci il tarixdə Əli-Bayramlı (Şirvan) şəhər VVADQ Şöbəsində doğumun qeyd edilməsi faktının, 25 oktyabr 1947-ci il tarixdə Azərbaycan SSR Əli-Bayramlı (Şirvan) şəhərində doğulması, ata adının X10, milliyyətinin azərbaycanlı, ana adının X13, milliyyətinin azərbaycanlı olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X17 xx.xx.1947-ci il tarixdə Azərbaycan SSR Əli-Bayramlı şəhərində anadan olmuşdur. Həmin vaxt bu barədə doğum haqqında akt qeydləri kitabında akt qeydi aparılmışdır və doğum haqqında şəhadətnamə verilmişdir. X2, anası X8r, valideynlərinin hər ikisi vəfat etmişdir. X17 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. X1 verilmiş doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Qeyd olunmalıdır ki, mərhum ərinə dair doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı ərizə ilə 7 saylı Bakı “ASAN xidmət" mərkəzində Qeydiyat Şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavabda R.Ə.Bayramovun doğum haqqında akt qeydi Şirvan rayon Qeydiyyat şöbəsi üzrə 1948-1951-ci illərə aid və 1948- 1960-cı illərə aid bərpa akt qeydləri kitabında və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilmədiyi, göstərilənlərlə əlaqədar ərizənin təmin edilməsinin imkan xaricində olması bildirilmişdir və hüquqi faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bildirilir ki, akt qeydləri barədə heç bir məlumat olmadığından hər hansı bir arayış və məlumat əldə edilməsi mümkün deyildir, ona görə də bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən akt qeydinin bərpası mümkün olmamışdır. Mərhum ərinə aid doğum haqqında şəhadətnamənin və akt qeydi barədə arayışın olmaması səbəbindən hüquqlarının həyata keçirilməsində maneçiliklər yaranır. Qeyd edilənlərdən də görünür ki, iddiaçının müvafiq orqandan doğum haqqında arayış və doğum haqqında şəhadətnamənin dublikatının əldə edilməsi mümkün deyildir. Mərhum ərinə aid doğumun qeyd edilməsi faktını təsdiq edəcək sənədi başqa qaydada almaq imkanları yoxdur və ona görə də bu fakt məhkəmə qaydasında bərpa edilməlidir. Ərizəçi bildirir ki, doğumun qeyd edilməsi faktının təsdiq edilməsi və akt qeydlərinin bərpa edilməsi onun sosial hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs 7 saylı Bakı Asan Xidmət X7 məhkəməyə məktubla müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs 7 saylı Bakı Asan Xidmət X4 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a. Mülki işin materialları AZE 00331710 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 xx.xx.1947-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuşdur. Azərbaycan SSR Əli-bayramlı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə Ərizəçi 13 iyul 1978-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu nikah həmin tarixdə 176 nömrəli qeyd aparılmaqla rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra ərə Bayramov, arvada Əsgərova soyadları verilmişdir. Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X14 xx.xx.1953-cü il tarixdə Şirvan şəhərində anadan olmuşdur. X2, anası X8r. X14 15 aprel 2021ci il tarixdə vəfat etmişdir. Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2017-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024cü il tarixli məktubda qeyd olunur ki, “R.Ə.Bayramovun doğum haqqında akt qeydi Şirvan rayon qeydiyyat şöbəsi üzrə 1948-1951-ci illərə aid ilkin, 1948-1960-cı illərə aid bərpa akt qeydləri kitabında və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 1 mart 52 nömrəli Qərarı ilə təsdiq edilmiş "Akt kitablarının saxlanması qaydası və müddətləri”n 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinin (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) arxivlərin və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətində və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün dövlət arxivinə verilir. Göstərilənlərlə əlaqədar olaraq Sizin ərizənizin təmin edilməsi imkanımız xaricindədi.” 22 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin məktubundan görünür ki, X3nun (xx.xx.1947-ci il təvəllüdlü) adı olan doğum haqqında akt qeydinə rast gəlinmədi. 09 dekabr 1975-ci il tarixdə verilmiş A-İ 013675 №-li diplomun surətindən görünür ki, X17 1968-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutuna daxil olmuş və 1975-ci ildə orada əməyin iqtisadiyyatı ixtisası üzrə tam kursu bitirmişdir. NZ-4036703 №-li hərbi biletin surətindən müəyyən olunur ki, xx.xx.1947-ci il təvəllüdlü X17 xx.xx.1979-cu il tarixdə Azərbaycan SSR-də hərbi xidmətdə olmuşdur. Əli Bayramlı şəhər İcra Hakimiyyəti tərəfindən 29 noyabr 1999-cu il tarixdə verilmiş 02 №-li vəsiqənin surətindən görünür ki, X17 “başçının müavini” vəzifəsində çalışmışdır. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində çağırılmış X15 ifadəsində bildirdi ki, o, ərizəçinin və X3nun qızının əridir. X3 xx.xx.2017-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. X3 Əli Bayramlı şəhər İcra Hakimiyyətində icra başçısının müavini vəzifəsində fəaliyyət göstərib. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində çağırılmış X16 ifadəsində bildirdi ki, o, ərizəçinin və mərhumun oğludur. O, ifadəsində mərhumun xx.xx.1947-ci il tarixdə doğulduğunu, xx.xx.2017-ci il tarixdə Şirvan şəhərində vəfat etdiyini bildirdi. Məhkəmə iclasına ərizəçi tərəfindən şahid qismində çağırılmış X12 ifadəsində bildirdi ki, o, ərizəçinin və mərhumun qızıdır. O, ifadəsində mərhumun xx.xx.1947-ci il tarixdə doğulduğunu, xx.xx.2017-ci il tarixdə Şirvan şəhərində vəfat etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, 15 aprel 2021-ci il tarixdə vəfat etmiş X14 mərhum atasının bacısı olmuşdur. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: xx.xx.1947-ci il təvəllüdlü X17 Ərizəçi keçmiş əridir. X17 xx.xx.2017-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. Hazırda ərizəçi mərhum əri X9 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün zərurət yarandığını bildirərək mərhum ərinin doğum faktının müəyyən edilməsini xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Eyni zamanda, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarının 4.1-ci maddəsinə görə, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək üzrə belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işin materiallarından da görünür ki, ərizəçi mərhum həyat yoldaşının doğum haqqında şəhadətnaməsinin alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona doğum haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də, ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Belə ki, ərizəçi göstərilən faktları təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, faktın müəyyən edilməsi isə ərizəçiyə sənədləşdirilmə və bir sıra hüquqi məsələlərin həlli üçün lazım olduğundan, o, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Digər tərəfdən X3nun doğumunun qeydə alınmasına dair faktın müəyyən edilməsi hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi mərhum həyat yoldaşı X9 doğum haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmədiyindən, habelə X9 xx.xx.1947-ci il tarixində Azərbaycan SSR, Əli-Bayramlı şəhərində doğulduğu, atasının milliyyəti azərbaycanlı olan X10, anasının isə milliyyəti azərbaycanlı olan X13 olduğu şahidlərin ifadələri və işin digər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ona yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi 7 saylı Bakı Asan Xidmət X5 həvalə edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2017-ci il tarixində vəfat etmiş X9 xx.xx.1947-ci il tarixində Azərbaycan SSR Əli- Bayramlı (Azərbaycan Respublikası Şirvan şəhəri) şəhərində doğulmasının qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum akt qeydi bərpa edilərək akt qeydində ata qrafasında X10, milliyyəti azərbaycanlı, ana qrafasında X13, milliyyəti azərbaycanlı qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar