Məhkəmə qərarları › İş №2(005)-2615/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2615/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2615/2021 24.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli 2(005)- 2615/2021 saylı qərardadından cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 şikayətinə məhkəmənin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı MMMC cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh X2 nümayəndəsi və vəkili X4 17.05.2021-ci il tarixdə vəsatət verərək mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmənin 03 iyun 2021-ci il tarixli 2(005)-2615/2021 saylı qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair cavabdeh Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 vəsatəti təmin edilməmişdir. Qeyd edilən qərardaddan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2615/2021 nömrəli 03.06.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MTK cavabdeh "xxxx" ASC-nə qarşı 7698.40 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Hazırda iddia ərizəsi hüquqi şəxs statusuna malik olan "xxxx" MTK tərəfindən hüquqi şəxs "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair mübahisə predmeti rayon (şəhər) məhkəməsinin yurisdiksiyasına aid olmadığından, tərəflər arasında mübahisəyə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğuna dair ərizə ilə müraciət edilmişdir. Lakin birinci instansiya məhkəməsinin 2(005)-2615/2021 nömrəli 03.06.2021-ci il tarixli qərardadı ilə vəsatətin təmin edilməməsi qərara alınmış və hesab edilir ki, məhkəmə tərəfindən düzgün nəticəyə gəlinməmişdir. Hesab edilir ki, birinci instansiya məhkəməsində icraatında olan iddiaçı "xxxx" MTK-nın cavabdeh "xxxx" ASC-nə qarşı 7698.40 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi hər iki tərəfin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan mülki icraat qaydasında kommersiya məhkəmələri tərəfindən baxılmalıdır. Məhkəmə şikayəti, mülki işin sənədlərini araşdırıb şikayətin təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə təkrarən qeyd edir ki, hazırki mübahisəni kommersiya mübahisələrinə aid etmək olmaz, çünki iddia tələbi əsassız hesablanmış borcun silinməsi barədədir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı MMMC-nin cavabdeh "xxxx" ASC-ə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə cavabdehin mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə dair "xxxx" Açıq Səhmdar Cəmiyyətinin vəsatəti haqlı olaraq təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır; Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir; Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə istinad olunan prossesual normaların tələblərini əsas götürüb şikayətin təmin edilməməsi və mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qənaətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(005)- 2615/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Şikayət, 2(005)-2615/2021 saylı mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar