Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2625/2024 17.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, (Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “daşınmaz əmlakın alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında mövcud olmuş 16 may 1989-cu il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili 16 may 1989-cu il tarixdə X2 30.000 (otuz min) rubla almışdır. Bundan sonra X7 16 may 1989-cu il tarixdə İddiaçı etibarnamə vermiş və həmin etibarnamədə ünvan 1 ünvanında yerləşən mənzili idarə etmək, mənzil üzərində sərəncam vermək, mənzil üzərində qanunla müəyyən edilmiş əməliyyatları yerinə yetirmək və s. səlahiyyətlər müəyyən edilmişdir. Mənzilin sahibi Cavabdeh o zaman Ermənistan SSR-ə getmiş və ailəsini aparmaq üçün yeni mənzil axtarışında olmuşdur. Telefonla danışan zaman bildirmişdir ki, 30.000 (otuz min) rublu cavabdehin arvadı X3 vermiş və həmin dövrdə mənzil dövlət mülkiyyətində olduğu üçün X5 iddiaçıya sadəcə etibarnamə vermişdir. Belə ki, cavabdeh ölkəni tərk etmiş və geri qayıtmamışdır. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilən “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirməsinə aid Pasport’da ünvan 1 ünvanında yerləşən mənzilin sahibi kimi Cavabdeh göstərilmişdir. X7 tərəfindən 16 may 1989-cu il tarixdə İddiaçı verilmiş etibarnamə notariat qaydada təsdiq edilmiş və reyestrdə № 2x-4-1229 nömrə ilə qeydə alınmışdır. İV-OKT №420809 reyestr nömrəli, 20 may 1988-ci il tarixli Nikah haqqında şəhadətnamə təsdiq edir ki, İddiaçı və X8 20 may 1988-ci il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikah haqqında akt qeydləri kitabında 20 may 1988-ci il tarixdə, №473 nömrə ilə qeyd aparılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Nərimanov rayon İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi 35 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2024-cü il tarixdə, 35/11 nömrəli ştampla təsdiq edilmiş. №043910 nömrəli arayışda qeyd edilmişdir ki, ünvan 1 ünvanında aşağıdakı şəxslər qeydiyyatsız yaşayırlar: 1. İddiaçı (xx.xx.1956) 2. X8 (xx.xx.1966) 3. X6 (xx.xx.1989) 4. X4 (xx.xx.1993) Bildirilir ki, ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzilin qaz sərfini əks etdirən Abonentin Saldosu göstərir ki, abonent kimi **********00020 kodlu abonent İddiaçı çıxış edir. "xxxx" ASC tərəfindən verilmiş AB №024933 nömrəli arayış göstərir ki, ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzildə yaşayan **********20055 kodu abonent İddiaçıdur. SSRİ Maliyyə Nazirliyi tərəfindən təqdim edilmiş 10 aprel 1990-cı il tarixli, AH 092286 seriya nömrəli “vergi tədiyələrini qəbul etmək üzrə qəbz” göstərir ki. ünvan 2 ünvanında yerləşən mənzilin vergisini İddiaçı ödəmişdir. SSRİ Maliyyə Nazirliyi tərəfindən təqdim edilən 26 avqust 1990-cı il tarixli, AX 217118 seriya nömrəli “icbari oklad sığortası tədiyələrinin qəbul edilməsi üçün” qəbz göstərir ki, ünvan 3 ünvanında yerləşən mənzilin dövlət sığortası X8 tərəfindən ödənilmişdir. SSRİ Dövlət Sığorta Baş İdarəsi tərəfindən təqdim edilən 26 avqust 1990-cı il tarixli, AK 546412 seriya nömrəli “sığorta şəhadətnaməsi” göstərir ki, ünvan 2 ünvanında yerləşən mənzilin dövlət sığortası X8 tərəfindən ödənilmişdir. 8 SSRİ Maliyyə Nazirliyi tərəfindən təqdim edilən 7 may 1991-ci il tarixli, AX 643877 seriya nömrəli “icbari oklad sığortası tədiyələrinin qəbul edilməsi üçün” qəbz göstərir ki, ünvan 2 ünvanında yerləşən mənzilin dövlət sığortası X8 tərəfindən ödənilmişdir. SSRİ Maliyyə Nazirliyi tərəfindən təqdim edilən 16 iyun 1992ci il tarixli, HP 053778 seriya nömrəli “dövlət icabari sığortası üzrə ödənişlərin qəbulu haqqında" qəbz göstərir ki, ünvan 2 ünvanında yerləşən mənzilin dövlət sığortası X8 tərəfindən ödənilmişdir. Belə ki, İddiaçı 1989-cu ildə ünvan 2 ünvanında yerləşən mənzili X2 30.000 (otuz min) rubla almışdır. Etibarnamə ilə ona daşınmaz əmlak üzərində bütün hüquqlar verilmişdir. Həmin tarixdən etibarən iddiaçı ailəsi ilə həmin mənzildə yaşayır. Kommunal ödənişlər iddiaçı adına həyata keçirilir. Qonşular həmin mənzildə uzun illərdir yaşadıqlarına şahiddirlər. İddiaçı və ailəsi həmin mənzildə maneəsiz yaşayır, lakin mənzillə bağlı sənədləşmə işlərinin aparılması zərurəti yaranmışdır. Cavabdeh tərəfindən iddiaçıya etibarnamə verildikdən sonra daşınmaz əmlakın yeni mülkiyyətçisinin iddiaçı olması ilə bağlı notariat hərəkətləri icra edilməmişdir, çünki cavabdeh ölkəni tərk etmiş və hazırki vaxta qədər geri qayıtmamışdır. Qeyd edilir ki, X5 İddiaçı şifahi müqavilə əsasında 30.000 (otuz min) rubl aldıqdan sonra daşınmaz əmlak barəsində əməliyyatları (mənzili idarə etmək, mənzil üzərində sərəncam vermək, mənzil üzərində qanunla müəyyən edilmiş əməliyyatları yerinə yetirmək, xüsusən, almaq, satmaq, hədiyyə olaraq qəbul etmək) həyata keçirmək üçün ona etibarnamə vermişdir. Lakin 1989-cu ildə məlum səbəblərdən cavabdeh ölkədən getmiş və geri qayıtmamışdır. Belə ki, cavabdehin arvadı X5 tərəfindən İddiaçı verilən etibarnamə məntiqi olaraq tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq edir. Çünki etibarnamə ilə İddiaçı daşınmaz əşya üzərindəki bütün əməliyyatları həyata keçirmək səlahiyyətləri verilmişdir. 1989-cu ildə məlum səbəblərdən cavabdeh ölkəni tərk etmiş və geri qayıtmamışdır. Həmin vaxtdan etibarən hazırki vaxtadək isə iddiaçı və ailəsi həmin mənzildə maneəsiz yaşamışdır. Mənzilin kommunal xərcləri, sığorta haqları, vergiləri iddiaçı tərəfindən hazırki vaxtadək ödənilir. Belə ki, tərəflər arasında müqavilənin bağlanmasına dair razılaşma olmuş və iddiaçı tərəfindən cavabdehə 30.000 (otuz min) rubl pul ödənilmişdir. İddiaçı üzərinə düşən öhdəliyi icra etmiş və cavabdeh tərəfindən ona təqdim edilən etibarnamə əsasında daşınmaz əşya üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirməyə başlamışdır. Məlumdur ki, mülkiyyət hüququ dedikdə əşyadan istifadə, sahiblik və sərəncamvermə fəaliyyətləri başa düşülür. İddiaçı ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzilə 1989-cu ildən etibarən istifadə və sahiblik edir. Digər bir məqam ondan ibarətdir ki, cavabdeh mövcud vəziyyəti nəzərə alaraq alqı-satqı müqaviləsi bağlamasa da, ona mülkiyyət hüququnun digər vacib elementi olan sərəncamvermə hüququnu etibarnamə əsasında ötürmüşdür. Mənzilin texniki pasportundan göründüyü kimi daşınmaz əşyanın sahibi Cavabdeh Baxşiyeviç olmuşdur. X5 isə həmin evi iddiaçıya satmışdır. Həmin mənzil barəsində 1989-cu ildən etibarən heç bir şəxsin mülkiyyət iddiası olmamışdır. İddiaçı mülkiyyətçi kimi ona istifadə və sahiblik etmişdir. Qeyd edilir ki, İddiaçı mənzili aldıqdan sonra həmin daşınmaz əşyanın sığortalanması, dövlət büdcəsinə ödənilən vergisi, kommunal xərcləri onun tərəfindən həyata keçirilir. İllərdı qonşuluqda olan hər kəs iddiaçının və ailəsinin həmin mənzildə yaşadığına şahiddir. Mənzil barəsində heç kəsin iddiası olmamışdır. ünvan 1 ünvanında yerləşən mübahisəli mənzil Cavabdeh məxsus olmaqla onun həmin evə gözlənilən mülkiyyət hüququ olmuş və o məlum hadisələrlə bağlı həmin hüququnu reallaşdırmağa imkan tapmayaraq satış pulu müqabilində etibarnamə vermək yolu ilə bu hüququndan istifadə edərək evini özgəninkiləşdirmişdir. Faktiki olaraq Cavabdeh iddiaçı ilə alqı-satqı münasibətlərinə daxil otmuşdur. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Evlər İdarəsi üzrə Texniki İnventarizasiyanın ev sahibliyi kartından görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilin sahibi Cavabdehdir. 16 may 1989-cu il tarixli etibarnamənin surətindən görünür ki, bu etibarnamə əsasında X5 tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili idarə etmək, mənzil üzərində sərəncam vermək, mənzil üzərində qanunla müəyyən edilmiş əməliyyatları yerinə yetirmək və s. səlahiyyətlər verilmişdir. 20 may 1988-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X8 xx.xx.1988-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə akt qeydləri kitabında 473 №-li qeyd edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Nərimanov rayon İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi 35 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən arayışın surətindən müəyyən olunur ki, X8 1989-cu ildən ünvan 1 ünvanında yerləşən 16 saylı mənzildə qeydiyyatsız yaşayır. X6, İddiaçı və X1 da həmin ünvanda yaşadığı qeyd olunmuşdur. Abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında yerləşən 16 saylı mənzildə qaz sərfi ilə bağlı ödənişləri abonent İddiaçı (abonent kodu **********00020) edir. "xxxx" ASC tərəfindən verilən AB 024933 №-li arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 16 saylı mənzildə yaşayan İddiaçı xx.xx.2024-cü il tarixinə elektrik istifadəsinə görə borcu yoxdur. SSRİ Maliyyə Nazirliyi tərəfindən təqdim edilmiş “vergi tədiyələrini qəbul etmək üzrə qəbz”lərin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 16 saylı mənzil ilə bağlı vergi ödənişlərini İddiaçı etmişdir. SSRİ Dövlət Sığorta Baş İdarəsi tərəfindən təqdim edilən 26 avqust 1990-cı il tarixli, AK 546412 seriya nömrəli “sığorta şəhadətnaməsi”ndən görünür ki, ünvan 4 ünvanında yerləşən 16 saylı mənzil ilə bağlı sığorta ödənişlərini İddiaçı etmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar ünvan 4 ünvanında yerləşən 16 saylı mənzil Cavabdeh mülkiyyəti olmuşdur. Cavabdehin həyat yoldaşı X5 tərəfindən mənzil dövlət mülkiyyətində olduğundan 16 may 1989-cu il tarixdə İddiaçı etibarnamə verilmiş və həmin etibarnamədə ünvan 1 ünvanında yerləşən mənzili idarə etmək, mənzil üzərində sərəncam vermək, mənzil üzərində qanunla müəyyən edilmiş əməliyyatları yerinə yetirmək və s. səlahiyyətlər müəyyən edilmişdir. Daha sonra cavabdeh tərəf Azərbaycan Respublikasını tərk etmiş və geri qayıtmadığına görə alqı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 16 saylı mənzili onun həyat yoldaşı X2 almışdır. X5 tərəfindən qeyd olunan mənzil ilə bağlı 16 may 1989-cu il tarixdə İddiaçı etibarnamə verilmişdir. Lakin sonradan məlum münaqişələrin baş verməsi səbəbindən Cavabdeh ölkə ərazisini tərk etmiş və evin alınması rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri həmin dövrdə yarandığından hazırki işə xx.xx.2000-ci il tarixə qədər qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 230-cü maddəsinə əsasən tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən tərəflərdən biri notariat qaydasında təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. «R.Cavadov və digərlərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 may 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarından görünür ki, əqdi (yaşayış evinin alğı-satqısı haqqında müqaviləni) tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. «Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarından görünür ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmaldıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalıdır və onun yazılı formada tərtib edilməsinə dair tələb əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 16 may 1989-cu il tarixdə İddiaçı ilə Cavabdeh arasında ünvan 4, mənzil 16 yerləşən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlandığı, cavabdehin sonradan həmin əqdi notariatda təsdiq etməməsi tam təsdiq olunduğundan və İddiaçı əqdi tamamilə icra etmiş tərəf olaraq həmin əqdin bağlanmış hesab edilməsini tələb etmək hüququ olduğundan, həmin müqavilə bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: 16 may 1989-cu il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2625/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2625/2024
17.09.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver