Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2643/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Mustafazadə Sərxan Ziyad oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1400 manat pul, 1000 manat mənəvi zərər və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən 1100 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X6 ilə xx.xx.2019-cu il tarixdə podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 ünvanında yerləşən tikinti sahəsi 40 kv/m təşkil edən 5.80 metr hündürlüyü, 3.00 metr tavan hündürlüyü 4 daş kürsüdə olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. İşin ümumi dəyəri muzd da daxil olmaqla 19000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 13000 manatın müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsi ilə ödəyir. 6000 manat isə 1 ay müddətinə ödəməyi öhdəsinə götürür. Müəyyən edilmiş 1 ay müddət keçməsinə baxmayaraq Cavabdeh 6000 manat məbləğindən 4600 manat ödəmiş yerdə qalan 1400 manatı isə ödəmir. Fərdi yaşayış evini müəyyən edilmiş müddətdə təhvil vermişdir. Hətta həmin evi eşitdiyinə görə Cavabdeh artıq satmışdır. Cavabdehdən ona olan borcunun qaytarılması tələb etsə də Cavabdeh borcunu qaytarmaqdan bu günə kimi boyun qaçırır. Artıq məcbur olmuşdur ki, məhkəməyə müraciət etsin. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, onun təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək, İddiaçı Elxan oğlu 2019-cu ilin sentyabr ayında Binəqədi rayonunda özü inşa etdiyi 50 m2 evi ona 43 saylı notariusda Podrat Müqaviləsi əsasında satmışdı. Özünü makler kimi təqdim edib, əslində o ərazidə 5 ev tikdirib satdığı və ümumiyyətlə bu işlə məşğul olduğu sonra ona məlum oldu. Tikdiyi evlər kürsüsüz, tək daşlı, işıqsız, susuz və qazsızdır. Camaatı min bir yalanla aldadıb, saxta qaz sayğacı qoyaraq, qaz olacağını vəd edib gəlir əldə edirmiş. Aldığı evdə o cümlədən işıqsız, kanalizasiyası və qazsız olduğu üçün 19.000 manat məbləğdən, 1000 manat saxlamışdır ki, evi təhvil verən günə kommunal xəttləri çəksin. Alqı-satqı elədiyi 43 saylı Notariat bağladığı Podrat Müqaviləsində təəssüf ki, kommunal xətlərin çəkilməsini dəqiq olaraq sadalanmayıb. Yalnız yazılmışdır ki, “ev yaşayışa hazır vəziyyətdə təhvil verilməlidir". Oktyabrın sonuna İddiaçı heç bir kommunikasiya xəttləri çəkmədi və iddiaçı məcbur özü Asan Xidmətə gedib, işıq çəkdirdi və onu sübut edən müqavilə ilə çekin surətini də təqdim edə bilər. Sonradan çalışdı ki, qazı da özü çəksin, çünki 9 ay ərzində evə nə özü köçüb, nə də kirayə verə bilmişdir. Halbuki, evə tam ev əşyaları qoymuşdu və onu sübut edən fotolar da var. Bu yay iyul ayında koronovirusa görə maddi vəziyyəti daha da pis vəziyyətə düşdüyündən məcbur o evi tanış ailəyə kirayə vermişdir. İddiaçı bunu öyrənən kimi gəlib 1000 manat tələb etməyə başladı. Halbuki, indiyə kimi qaz çəkilməyib və üstəgəl Qaz İdarəsindən şəxsən çağırdığı mütəxəssis açıqlama verdi ki, evin tam arxasında neft stansiyası yerləşdiyi üçün qaz olmayacaq və ordakı bir “nümunə” kimi qoyulan qaz sayğacı saxtadır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə baxılmış və tədqiq edilmiş: İddiaçı (birinci tərəf) ilə X6 (ikinci tərəf) arasında xx.xx.2019-cu il tarixdə podrat müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 ünvanında yerləşən tikinti sahəsi 40 kv/m təşkil edən 5.80 metr hündürlüyü, 3.00 metr tavan hündürlüyü 4 daş kürsüdə olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci maddəsinə görə hazırki müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 19000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 13000 manatın müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsi ilə ödəyir. 6000 manat isə 1 ay müddətinə ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.2-ci maddəsinə görə ikinci tərəf tərəfindən birinci tərəfə ödəniş notariusun depozit hesabı vasitəsilə həyata keçirilir. Müqavilənin 4.1-ci maddəsinə əsasən birinci tərəf sifariş edilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən xx.xx.2019-cu il tarixə yaşayış üçün hazır edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli məxaric xəzinə orderinə əsasən Cavabdeh podrat müqaviləsi üzrə X3 13000 manat məbləğində pulu ödəmişdir. xx.xx.2019-cu il tarixli məxaric xəzinə orderinə əsasən Cavabdeh podrat müqaviləsi üzrə X3 5000 manat məbləğində pulu ödəmişdir. Məhkəmə sorğusuna alınmış cavabdan görünür ki, xx.xx.2020-ci il tarixli Azəriqaz İB-ilə X2 arasında bağlanmış qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğısatqısı barədə müqaviləyə əsasən paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Fərdi yaşayış evi Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 14. 2020-ci il tarixə olan abonentin saldosundan görünür ki, **********02059 nömrəli abonent X1 istifadəsində olan Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 14 da yerləşən fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixdə 4 gözlü qaz piltələri və Natek Enerji G- 4 Mexanika markalı sayğac quraşdırılmışdır. xx.xx.2020-ci il tarixli Cavabdeh ilə X5 arasında bağlanmış ilkin alqı-satqı müqaviləsinin surətinə əsasən tərəflər Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 ünvanında yerləşən, ümumi sahəsi 55 kv.m olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə dair alqısatqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləridir. Beləliklə, məhkəmə iclasında təqdim edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı (birinci tərəf) ilə X6 (ikinci tərəf) arasında xx.xx.2019-cu il tarixdə podrat müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 1, korpus 14 ünvanında yerləşən tikinti sahəsi 40 kv/m təşkil edən 5.80 metr hündürlüyü, 3.00 metr tavan hündürlüyü 4 daş kürsüdə olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci maddəsinə görə hazırki müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 19000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 13000 manatın müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsi ilə ödəyir. 6000 manat isə 1 ay müddətinə ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən birinci tərəf sifariş edilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən xx.xx.2019-cu il tarixə yaşayış üçün hazır edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürür. İş üzrə iddiaçı R.Məmmədov müqavilədə nəzərdə tutulan evi cavabdehə təhvil verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Məhkəmə sorğusuna alınmış cavabdan görünür ki, xx.xx.2020-ci il tarixli Azəriqaz İB ilə X2 arasında qazın alğı-satqısı barədə müqavilə bağlanmışdır. İddiaçının bildirdiyinə görə G.Mustafayeva mübahisəli evi cavabdehdən almışdır, cavabdeh isə həmin evi hazırda xx.xx.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən X4 hissə-hissə ödənilmək şərtilə satmışdır. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, ona görə də tərəflər arasında yaranan mübahisə məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə görə Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 430.1-ci maddəsinə əsasən Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 752-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 756.1-ci maddəsinə əsasən, Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 769-cu maddəsinə əsasən, Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə tərəflər arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli podrat müqaviləsi üzrə nəzərdə tutulan şərtlərə qiymət verərək hesab edir ki, İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməklə müqavilə predmeti olan mənzilin tikintisini başa çatdıraraq müqavilədə göstərilən müddətdə fərdi yaşayış evini Cavabdeh təhvil vermiş, lakin sonuncu tərəfindən podrat müqaviləsi üzrə öhdəliklər tam və vaxtında yerinə yetirilməmişdir. Məhkəmə araşdırması zamanı sübuta yetmişdir ki, hazırda İddiaçı Cavabdeh mənzil tikintisi üçün 17600 manat məbləğində pul ödəmişdir. Daha sonra iddiaçı iddia tələbini 300 manat və mənəvi zərər hissəsində azaltmışdır. Beləliklə, müqavilə üzrə Cavabdeh 1100 manat məbləğində borcu mövcuddur. Həmin məbləğ də iddiaçının xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1100 manat və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2643/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2643/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver