Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2648/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 6217 (altı min iki yüz on yeddi) manat əsas borc, 500 (beş yüz) manat xxxxi yardım xərci və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pulun “İddiaçı" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” Mənzil Tikinti Kooperativi Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən xxxxi şəxsdir. Cavabdeh X3 06.11.2007-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında tikiləcək yaşayış binasında mənzil almaq üçün Kooperativin üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə “xxxx” Mənzil Tikinti Kooperativi arasında 267 №-li mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır və Bakı şəhəri. Xətai prospekti 38 ünvanındakı binada yerləşən 267 №-li mənzil həmin tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir. Nəzərinizə çatdırıram ki, “xxxx” Mənzil Tikinti Kooperativi ilə İddiaçı MMC arasında bağlanan müqaviləyə əsasən İddiaçı xidmətlər o cümlədən: girişçıxışa və əraziyə nəzarəti həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMC tərəfindən həyata keçirilir. İddiaçı xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Lakin cavabdeh X3 tərəfindən həmin mənzilə görə 06.11.2007-ci il tarixdən 01.04.2021 -ci il tarixədək mövcud olan 7152 (yeddi min yüz əlli iki) manat İddiaçı borcdan cəmi 935 (doqquz yüz otuz beş) manatı ödənilmiş, qalan 6217 (altı min iki yüz on yeddi) manatı ödənilməmiş qalmışdır. Belə ki, cavabdeh X2 267 №-li mənzili üçün İddiaçı borcu 6217 (altı min iki yüz on yeddi) manat təşkil edir. Borcun ödənilməsi üçün cavabdehə şifahi və yazılı formada müraciətlər olunsa da, cavabdeh borcu ödəməkdən imtina etmiş və bugünədək olan İddiaçı borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh X3 iddia tələbinə etiraz edərək, iddianın əsassız olduğunu və rədd edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx” MTK ilə arasında bağlanmış 06.11.2007-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh "xxxx” MTK tərəfindən Bakı şəhəri, Xətai prospekti, 18 mərtəbəli yaşayış binalarının C blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 17-ci mərtəbbəsində yerləşən və ümumi sahəsi 149 kv.m təşkil edən mənzilin pay haqqını tam ödəməyi, MTK isə həmin mənzilin verilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx” MTK-nın üzvlərinin ümumi yığıncağının 28 aprel 2008-ci il tarixli iclas protokolundan görünür ki, həmin iclasda Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə İddiaçı xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərən təşkilatla müqavilə bağlanmasının təmin edilməsi, bina sakinlərinə göstərilən mənzil-İddiaçı xidmətlərinə görə mənzilin hər k/m üçün 0,30-0,50 manatın yığılması qərara alınmışdır. İş materiallarında olan 01.05.2008-ci il tarixli “xxxx” MTK ilə İddiaçı MMC arasında bağlanmış müqavilədən görünür ki, sifarişçi “xxxx” MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə İddiaçı xidmətlərin göstərilməsi xxxxunu icraçı İddiaçı MMC-yə vermiş, icraçı İddiaçı MMC isə öz növbəsində həmin sakinlərə İddiaçı xidmətlər göstərməyi, bunun müqabilində İddiaçı haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 01.05.2012-ci il tarixli “xxxx” MTK ilə İddiaçı MMC arasında bağlanmış müqavilədən görünür ki, sifarişçi “xxxx” MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə İddiaçı xidmətlərin göstərilməsi xxxxunu icraçı İddiaçı MMC-yə vermiş, icraçı İddiaçı MMC isə öz növbəsində həmin sakinlərə İddiaçı xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən icraçı İddiaçı MMC bina sakinlərinə göstərilən mənzil-İddiaçı xidmətlərinə görə mənzilin hər k/m üçün 0,30- 0,50 manatın yığılmasını öz üzərinə götürür. İş materiallarından görünür ki, "xxxx” MTK ilə İddiaçı MMC arasında bağlanmış 01.05.2017-ci il tarixdə eyni məzmunlu daha bir müqavilə imzalanmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 14.01.2021-ci il tarixli 18 saylı məktubdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə borcu olması barədə xəbərdarlıq edilmiş, həmin borcun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə Bakı şəhəri, Xətai prospekti 38 ünvanındakı binada yerləşən 267 nömrəli mənzil üzrə 2007-2021-ci illər üzrə ümumilikdə 6217 manat borcu var. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh 06.11.2007-ci ildə Bakı şəhəri, Xətai prospekti, 18 mərtəbəli yaşayış binalarının C blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 17-ci mərtəbbəsində yerləşən və ümumi sahəsi 149 kv.m təşkil edən mənzili almaq üçün Kooperativin üzvlüyünə qəbul edilmişdir. Cavabdeh ilə "xxxx” Mənzil Tikinti Kooperativi arasında mənzilin alqı-satqısına dair müqavilə bağlanmış, Bakı şəhəri, Xətai prospekti 38 ünvanındakı binada yerləşən 267 saylı mənzil cavabdehin istifadəsinə verilmişdir. Həmin yaşayış binasının İddiaçı xidmətlərini həyata keçirən İddiaçı MMC Cavabdeh İddiaçı ödənişlərini vaxtlı-vaxtında ödəmədiyinə istinad edərək məhkəməyə müraciət etmişdir. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil xxxxunun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil xxxxundan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn xxxxların (bundan sonra - mənzil xxxxları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra - mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış xxxxlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır (Mənzil Məcəlləsinin 1.1-ci maddəsi). AR Mənzil Məcəlləsinin 135-ci maddəsinə əsasən fiziki və xxxxi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və İddiaçı xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar (135.1). Yaşayış sahəsinə və İddiaçı xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan; dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan; mənziltikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət xxxxu əmələ gəldiyi andan (135.2). Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və İddiaçı xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. İddiaçı xidmətlərə görə haqq. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və İddiaçı xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Mənzil Məcəlləsinin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə İddiaçı xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş İddiaçı xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Mənzil Məcəlləsinin 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 139.1 -ci maddəsinə əsasən İddiaçı xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Məhkəmə hesab edir ki, mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan mənzil-tikinti kooperativi üzvləri yaşayış sahəsinin saxlanması və təmirinə görə və İddiaçı xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıdığından iddia tələbi həmin hissədə əsaslıdır. Göründüyü kimi mənzil qanunvericiliyində mənzil-tikinti kooperativinin üzvlərinin çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə İddiaçı xidmətlərin ödənilməsi ilə bağlı ödənişləri və (və ya) haqları mənzil-tikinti kooperativinin idarəetmə orqanının müəyyənləşdirdiyi qaydada ödəməsi nəzərdə tutulmuşdur. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu "Bakı şəhər icra hakimiyyəti başçısının "Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 96İ saylı sərəncamı barədə” 2 mart 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri İddiaçı xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Hazırki iş üzrə "xxxx” MTK ilə İddiaçı MMC arasında bağlanmış 01.05.2008-ci il tarixli, 01.05.2012-ci il tarixli və 01.05.2017-ci il tarixli eyni məzmunlu müqavilələrdən görünür ki, sifarişçi "xxxx” MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə İddiaçı xidmətlərin göstərilməsi xxxxunu icraçı İddiaçı MMC-yə vermiş, icraçı İddiaçı MMC isə öz növbəsində həmin sakinlərə İddiaçı xidmətlər göstərməyi və bunun müqabilində İddiaçı haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Cavabdehin üzvü olduğu mənzil-tikinti kooperativi bu ödənişlərin İddiaçı MMC tərəfindən yığılması qaydasını və mənzilin hər kvadratmetrinə görə 0,30-0,50 manat ödənişlərin alınmalı olmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29.12.2015-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmələr çoxmənzilli binalarda İddiaçı xidmətləri həyata keçirən idarəedici təşkilatların fəaliyyəti ilə bağlı yaranan mübahisələri həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq İddiaçı xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməlidirlər. Həmçinin həmin qərarla qərara alınmışdır ki, çoxmənzilli binaların mənzil və digər sahələrinin mülkiyyətçiləri ilə ümumi əmlakın saxlanmasına dair xidmətləri həyata keçirən idarəedici təşkilatlar arasında müqavilə bağlanarkən Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda formalaşdırdığı xxxxi mövqeləri nəzərə alınmalıdır. Məhkəmə cavabdehdən mənzilinin sahəsinə görə tələb edilən İddiaçı haqqın miqdarını da ağlabatan hesab edir. Belə ki, cavabdehdən tələb edilən məbləğ (mənzilin hər kvadrat metrinə görə 30 qəpik) "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-İddiaçı xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 saylı Qərarının tələblərinə uyğundur. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışlarından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 2007-2021-ci illər üçün 6217 manat borc hesablanmışdır. Cavabdeh Əli oğlu həmin borcdan heç bir ödəniş etməmişdir. Beləliklə iddiaçı sözügedən mənzillərin mülkiyyətçisi olduğu andan İddiaçı xidmətlərə görə ödənişləri həyata keçirməlidir. İddiaçı MMC də bu xidmətləri göstərən təşkilat kimi ödənişlərin ödənilməsini tələb etməyə haqqı çatan tərəfdir. Həmin müqavilə cavabdeh tərəfindən imzalanmasa da, o, həmin İddiaçı xidmətlərdən yararlanmışdır. Yuxarıda qeyd edilən araşadırmalara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə əsassız varlanma haqqında normalara əsasən həll edilməlidir. Göründüyü kimi də bu mülki işdə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, xxxxi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. xxxxi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddələrin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün şərtlər aşağıdakılardır: - Borclu əmlak əldə etsin; - Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin; - Bu əldəetmə üçün heç bir xxxxi əsas olmasın. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 6217 manat pulun tutulması hissəsində iddia tələbi əsaslıdır. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı xxxxi yardım xərci kimi ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, bu barədə ərizəsinə hər hansı sübut əlavə etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, xxxxi yardım xərci kimi ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 75 faiz həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rüsumunun 22 manatı cavabdehdən tutulmaslı, 21 manat isə iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Resoublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 6217 manat (altı min iki yüz on yeddi) əsas borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla cəmi 6247 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2648/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2648/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver