Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2648/2022 26.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdehin nümayəndəsi Vəkilova Zemfira Dursun qızının Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və əmlakların geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın başqa əmlakla əvəz edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus C blokunda 9-cu mərtəbəsində, 30 saylı 1 otaqlı 56.6 m2 və D blokunda 8-ci mərtəbəsində 26 saylı 88 m2 2 otaqdan ibarət təmirsiz, kirayə haqqı ödənilmədən mənzillərin əvəzinə ünvan 1 ünvanında “Baku City" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış kompleksində mənzillərin sayının azalması səbəbindən başqa sakinlərə verildiyi kimi, 77 m2 təmirli və ya 101 m2 təmirsiz bir mənzilin verilməsinin, aylıq kirayə haqqlarının hesablanması şərti ilə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus C blokunda 9-cu mərtəbəsində, 30 saylı 1 otaqlı 56.6 m2 və D blokunda 8-ci mərtəbəsində 26 saylı 88 m2 2 otaqdan ibarət mənzillərə dair bağlanmış 28 oktyabr 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və əmlakların geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizə icraata qəbul qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Baku City" Mənzil Tikinti Kooperativi 29 mart 2017-ci il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmiş hüquqi şəxsdir. Nizamnamə şərtlərinə əsasən Kooperativ Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. O cümlədən MTK çoxmənzilli hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə də məşğul olur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli Qərarının İcrası ilə əlaqədar Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında ünvan 1 ünvanında yerləşən köhnə yaşayış və qeyri-yaşayış tikililərin sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisinin layihələndirilməsi barədə 17 aprel 2017-ci il tarixində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yaşayan sakinlər yaşayış sahələrini sökmək üçün “Baku City" Mənzil Tikinti Kooperativə təhvil verməyi, MTK isə müqavilə şərtlərinə uyğun olaraq qeyd edilən müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binalarında sakinlərə təhvil verdikləri mənzilin sahəsinin 20% artıq sahədə mənzillər verməyi, binaların tikintisi başa çatanadək kompensasiya şəklində sakinlərə aylıq 400 manat kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmçinin müqavilənin şərtlərinə görə MTK tərəfindən mənzil mülkiyyətçiyə təhvil verildiyi vaxtdan kirayə haqqının verilməsi dayandırılır. Həmin zaman bütün sakinlər MTK-ilə razılaşmış və müqavilə bağlamışlar. Göstərilən ünvanda yaşayan mülkiyyətçilərdən Cavabdeh ilə MTK arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixində əvəzləşdilrilmə müqaviləsinə əsasən mülkiyyətçiyə məxsus olan faktiki sahəsi 45 m2 mənzilin əvəzinə güzəştli şərtlərlə binanın C blokunda 9-cu mərtəbəsində, 30 saylı 1 otaqlı 56.6 m2 və D blokunda 8-ci mərtəbəsində 26 saylı 88 m2 2 otaqdan ibarət təmirsiz, kirayə haqqı ödənilmədən mənzilləri "Mülkıyyətçi”yə verməyi öhdəsinə götürmüşdür. Hazırda tərəflər arasında olan 28 oktyabr 2018-ci il tarixli müqavilənin icrası qeyri mümkün olduğundan məhkəmə tərəfindən müqaviləyə xitam verilməsi zərurəti yaranmışdır. 28 oktyabr 2018-ci il tarixli müqavilənin 3.1— ci bəndində göstərilmişdir ki, tərəflər fors-major hallarında müqavilə şərtlərinin icra olunmaması və ya lazımi qaydada icra olunmamasına görə məsuliyyətdən azad olunurlar. Müqavilənin 3.2-ci bəndinə əsasən tərəflər, onların iradəsindən asılı olmayan, müqavilə imzalandıqda nəzərə alınmayan və müqavilə imzalandıqdan sonra meydana çıxan daşqın, zəlzələ və digər təbiət hadisələri, habelə müharibə, eləcə də qarşısı alınmaz digər təbiət hadisələri forsmajor kimi müəyyənləşdirilir. Belə ki, iddiaçı MTK tərəfindən inşa olunan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi. 42/9 ünvanında yerləşən çoxmərtəbəli binanın layihəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və İcra Hakimiyyəti tərəfindən dəyişikliklər aparıldığından, yəni 16 mərtəbəli bina tikilməsi nəzərdə tutulsa da, 9-10 mərtəbəli bina tikilməsi üçün razılıq əldə olunmuşdur Bu səbəbdən də, binada mənzillərin sayı məhdud olduğundan, Cavabdeh məxsus həmin binada C blokunda 9-cu mərtəbəsində, 30 saylı 1 otaqlı 56.6 kv.m və D blokunda 8-ci mərtəbəsində 26 saylı 88 m2 2 otaqdan ibarət təmirsiz, kirayə haqqı ödənilmədən mənzillərlə təmin etmək mümükün deyildir. Daha sonra Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-7530/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Vəkilova Zemfira Dursun qızı, Cavabdeh, Bakı şəhəri 38 saylı Notariat kontoru, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə mənzilə bağışlanma müqavilələrinin və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 189 saylı evin 26 saylı mənzilinə dair X2 adından Cavabdeh arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/116 nömrə ilə qeydə alınmış 31 may 2018-ci il tarixli bağışlanma müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına aparılmış xx.xx.2018-ci il tarixli qeydiyyatın və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, Bakı şəhəri Yasamal rayonu, Parlament prospekti 6 saylı evin 14 saylı mənzilinə dair Vəkilova Zemfira Dursun qızı ilə Səfərov Rövşən arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunun reyestrde 4Ə/114 nömrə ilə qeyd edilmiş 31 may 2018-ci il tarixli bağışlanma müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına aparılmış xx.xx.2018-ci il tarixli qeydiyyatın və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, göstərilən mənzillərin əvvəlki hüquqi vəziyyətə qaytarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti isə təmin edilməmişdir. Hazırda qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, iddianın əsası ondan ibarətdir ki, tərəflər arasında müqavilə bağlanarkən Cavabdeh müqavilə bağlayarkən subyektiv hüququ olmamış və imzalanarkən yuxarıda göstərilən halları yəni tərəflər arasında məhkəmə mübahisəsinin olmasını MTKdan gizlətmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Vəkilova Zemfira Dursun qızı iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, “Baku City “ MTK tərəfindən 12 fevral 2022-ci il tarixdə məktub göndərilmişdir. Həmin məktubda qeyd edilir ki, 28 oktyabr 2019-cu il tarixdə imzalanmış əvəzləşmə müqaviləsinə əsasən C bloku 9-cu mərtəbədə 30 saylı 1 otaqlı 56.6 kvadrat metr və D blokunda 8-ci mərtəbədə 26 saylı 88 kvadrat metr 2 otaqdan ibarət təmirsiz mənzil sizə təhvil verilir. Bu məktubdan aydın olur ki, İddiaçı MTK həmin mənzilləri təhvil vermək üçün öz razılığını vermişdir. Müqavilə 28 oktyabr 2019-cu il tarixdə imzalanmış, qətnamə isə 2021-ci ilin oktyabr ayında qüvvəyə minmişdir. Əgər Cavabdeh müqavilə bağlanan zaman subyektiv hüququ olmamışsa, Vəkilova Zemfira Dursun qızına belə məzmunda məktub göndərilməməli idi. Oktyabr ayında mənzil təhvil verilməli idi, lakin İddiaçı MTK bu öhdəliyi yerinə yetirməmişdir. Sözügedən məhkəmə mübahisəsi sonlanan zaman əmlaklar cavabdehin anası Vəkilova Zemfiranın mülkiyyətinə keçmişdir. X4 isə bağışlanma müqaviləsinin ləğv edilməsi və əmlakların əvvəlki hüquqi vəziyyətinə qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirik ki, müqavilə bağlanan zaman Cavabdeh subyektiv hüququ olmuşdur, lakin 2021-ci noyabr ayında bu hüquq “Baku City “ MTK-nın öz öhdəliyini yerinə yetirmədiyi səbəbindən itirilmişdir. Bizdə olan məlumata görə C bloku 9-cu mərtəbədə 30 saylı 1 otaqlı 56.6 kvadrat metr sahəsi olan mənzil dəfələrlə satılmışdır və “Baku City “ MTK-nın məqsədi həmin mənzili geri almaqdır. Bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili cavabdehin mövqeyini müdafiə etdiyini və iddia tələbinin əsassız olması səbəbindən təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəflərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MTK ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış Əvəzləşdirmə müqaviləsində göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarında Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş 11 avqust 2016-cı il tarixli akta əsasən qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu Qərann icrası ilə əlaqədar Nərimanov rayon İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında xx.xx.2017 - ci il tarixində müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən həmin müqavilənin müvafiq bəndinə əsasən İddiaçı MTK ünvan 3 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş binada “Mülkiyyətçi”yə məxsus olan, faktiki sahəsi 45 m2 mənzilin əvəzinə güzəşli şərtlərlə binanın C blokunda 9-cu mərtəbəsində, 30 saylı 1 otaqlı 56.6 m2 və D blokunda 8-ci mərtəbəsində 26 saylı 88 m2 2 otaqdan ibarət olan təmirsiz, kirayə haqqı ödəmədən mənzilləri “Mülkiyyətçi”yə verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən “Mülkiyyətçi” bu müqaviləyə əsasən onlara məxsus olan mənzili söküntü üçün İddiaçı MTK-ya təhvil verməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında xx.xx.2017 -ci il tarixdə bağlanmış müqavilənin tərkib hissəsidir. İş materiallarına əlavə edilmiş İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış 09/02 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə C bloku 9-cu mərtəbədə 30 saylı 1 otaqlı 56.6 kvadrat metr və D blokunda 8-ci mərtəbədə 26 saylı 88 kvadrat metr 2 otaqdan ibarət təmir üçün hazırdı vəziyyətdə olunması bildirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7530/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdehlər Vəkilova Zemfira Dursun qızı, Cavabdeh, Bakı şəhəri 38 saylı Notariat Kontoru və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı mənzil bağışlama müqavilələrinin və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilinə dair X2 adından Cavabdeh arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/116 nömrə ilə qeyd edlmiş 31 may 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına aparılmış xx.xx.2018-ci il tarixli qeydiyyatın və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 6 saylı evin 14 saylı mənzilinə dair X3 ilə Cavabdeh arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/114 nömrə ilə qeyd edlmiş 31 may 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına aparılmış xx.xx.2018-ci il tarixli qeydiyyatın və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 42/9 saylı evin 68 saylı mənzilinə dair X3 ilə Cavabdeh arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/115 nömrə ilə qeyd edlmiş 31 may 2018-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına aparılmış xx.xx.2018-ci il tarixli qeydiyyatın və ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, göstərilən mənzillərin əvvəlki hüquqi vəziyyətə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pulun X1 X2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-5717/2020 nömrəli qətnaməsindən görünür ki, cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7530/2018 saylı 03 oktyabr 2018- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Ali Məhkəməsinin Mülki Kolleqiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2642/2021 nömrəli qərarından görünür ki, cavabdeh Vəkilova Zemfira Dursun qızının kassasiya şikayət təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-5717/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə (cavabdehin kassasiya şikayətinə münasibətdə) dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında ünvan 4 ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş binada “Mülkiyyətçi”yə məxsus olan, faktiki sahəsi 45 m2 mənzilin əvəzinə güzəşli şərtlərlə binanın C blokunda 9-cu mərtəbəsində, 30 saylı 1 otaqlı 56.6 m2 və D blokunda 8-ci mərtəbəsində 26 saylı 88 m2 2 otaqdan ibarət olan təmirsiz, kirayə haqqı ödəmədən mənzilləri “Mülkiyyətçi”yə verilməsi barədə müqavilə bağlanmışdır. Qeyd olunan müqavilə Cavabdeh tərəfindən imzlanmışdır. Lakin daha sonra Binəqədi Rayon Məhkəməsinin icraatında iddiaçı X4 cavabdehlər X3, Cavabdeh, Bakı şəhəri 38 saylı Notariat Kontoru və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı mənzil bağışlama müqavilələrinin və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı MTK hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi və müqavilə predmeti üzrə mənzillərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur. Qeyd olunan işin hallarına əsasən məhkəmə aktının qanuni qüvvəsini almasına dair qanunvericliklə müəyyən edilmiş maddi hüquq normaları ilk növbədə tərəflərin hüquqlarının tam bərabər təmin edilməsinə yönəlmişdir. Məhkəmədə işlərə çəkişmə prinsipi əsasında baxılması müəyyən edilmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək qətnamədən razı qalmayan tərəfə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi çəkişmə prinsipinin gözlənilməsi nəinki məhkəmə aktı qəbul edilənədək gedən proseslərdə, hətta məhkəmə aktı qanuni qüvvəsini alanadək və hətta ondan sonrakı prosesləri ümumilikdə əhatə edir. Odur ki, qeyd olunan proseslərin hər-hansı hissəsində tərəflərdən birinin hüquqlarının pozulması daha sonra edilməsi zəruri olan prosesin qanuniliyini şübhə altına almaqdadır. Eyni zamanda məhkəmə aktının qanuni qüvvəsini alması hadisəsinin baş verməsi, baxılmış mübahisəyə dair tərəflərin bir sıra hüquqlarının məhdudlaşdırılmasına və ya əksinə əlavə hüquqlarının əmələ gəlməsinin hüquqi keçidi kimi qiymətləndirilir. Hazırda iddia tələbinin hüquqi əsasını ünvan 4 ünvanında yerləşən mənzilə dair cavabdehin hüquqlarının qanuni qüvvəsini almış məhkəmə aktı əsasında etibarsız sayılmasıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 157.5-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ şərtlərini hazırki tələbin hüquqi əsasına tətbiqi zamanı iddiaçının mübahisə predmeti olan müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddiasının əsaslı olması müəyyən edilir. Belə ki, iş hallarının hüquqi qiymətləndirilməsi zamanı qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7530/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 189 saylı evin 26 saylı mənzilinə dair X2 adından Cavabdeh arasında bağlanaraq Bakı şəhəri 38 saylı notariat kontorunda reyestrdə 4Ə/116 nömrə ilə qeyd edlmiş 31 may 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız olması müəyyən olunmuşdur. Hazırki, iş üzrə mübahisə predmeti olan İddiaçı MTK ilə Cavabdeh arasında olan Əvəzləşdirmə müqaviləsin xx.xx.2019-cu il tarixdə bağlanmışdır. Qeyd olunan müqavilənin cavabdeh tərəfindən bağlanmasına əsas olmuş bağışlanma müqaviləsi məhkəmə qətnaməsi əsasında etibarsız hesab edildiyindən həmin müqavilə əsasında cavabdehin malik olduğu hüquqlar həmin tarixdən yəni 4Ə/116 nömrə ilə qeyd edlmiş 31 may 2018-ci il tarixli bağışlama müqaviləsi bağlandığı tarixdən etibarsız hesab edilir. Belə olan halda iddiaçının tələbinin mübahisə predmeti olan müqavilənin etibarsız hesab edilməsi hissəsində əsaslı olması müəyyən edilir. Bundan başqa məhkəmə iddia tələbinin ikinci “C blokunda 9-cu mərtəbəsində, 30 saylı 1 otaqlı 56.6 m2 və D blokunda 8-ci mərtəbəsində 26 saylı 88 m2 2 otaqdan ibarət mənzillərin geri qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, tələbin birinci hissəsi üzrə məhkəmə araşdırması nəticəsində mübahisə predmeti olan müqavilənin etibarsız olması öz təsdiqini tapmışdır. Belə olan halda həmin müqavilənin predmeti olmuş, tərəflərin həmin predmeti üzrə razılaşdırılmış hüquq və öhdəliklərinə münasibətdə yaranmış zəruri vəzifələrinin əvvəlki vəziyyətə qaytarılması şərti aktualdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Qeyd olunan maddi hüquq normalarının tələblərindəndə göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Bundan başqa qanunverici tərəflər arasında bağlanmış etibarsız əqd üzrə tərəflərin həmin əqdi bağladıqları zamana olduqları vəziyyətə gətirilməsini, yəni əqdin şərtləri üzrə yerinə yetirilmiş öhdəliklərin qaytarılmasını nəzərdə tutmuşdur. Əgər həmin əqdin etibarsızlığı məhkəmədə təsdiq edilmişdirsə qeyd olunan əqd üzrə tərəflərin əqdin bağlandığı andan olduqları vəziyyətə gətirilmələri üçün məhkəmə tərəfindən müvafiq hərəkətlər icra edilməlidir. Lakin hazırki halda tələbin ikinci hissəsi üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən, habelə məhkəmə araşdırması zamanı keçrilmiş məhkəmə iclaslarında cavabdeh mübahisə predmeti olan mənzillərin təhvil verilməməsi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edir ki, hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı Cavabdeh arasından bağlanmış xx.xx.2019-cu il tarixli “əvəzləşdirmə müqaviləsi” etibarsız hesab edilməli iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh arasından bağlanmış xx.xx.2019-cu il tarixli “əvəzləşdirmə müqaviləsi” etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2648/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2648/2022
26.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver