Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-266/2021 03.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxs ”Maraqlı şəxs” BOKT ASCnin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər “Daşınar və daşınmaz Əmlakların Satışı X1” MMC-ə, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs ”Maraqlı şəxs” BOKT ASC və Nəsimi rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə hərracın nəticələrinin ləğv edilməsi, çıxarışın ləğvi və əmlakın mülkiyyətçiyə geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Daşınar və daşınmaz Əmlakların Satışı X1” MMC-ə, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs ”Maraqlı şəxs” BOKT ASC və Nəsimi rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə hərracın nəticələrinin ləğv edilməsi, çıxarışın ləğvi və əmlakın mülkiyyətçiyə geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-3075/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ondan ümumilikdə 26164,53 ABŞ dolları, faiz borcuna görə 8293,10 ABŞ dolları, cərimə borcuna görə 100 ABŞ dolları olmaqla, cəmi 34557,63 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tələbin ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 60 saylı evin 44 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti mənim əsas borc əsas borc üzrə 26164,53 ABŞ dolları, faiz borcuna görə 8293,10 ABŞ dolları, cərimə borcuna görə 100 ABŞ dolları olmaqla, cəmi 34557,63 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçı Maraqlı şəxs BOKT ASC ödənilməsi, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra onun ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan itifadə hüququ itirilməklə, əşyaları ilə çıxarılmağı qət edilmişdir. Qətnamədən tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)-11319/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-3075/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin icra sənədi icra icraatına yönəldilmiş və Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmurunun qərarı ilə icraata başlanılmış, daha sonra həmin icra şöbəsi tərəfindən "Daşınar və Daşınmaz Əmlakların Satışı X1” MMC-yə 11524-36322/19-5-13 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubu ilə hərrac sifarişi verilmişdir. Lakin, “Daşınar və Daşınmaz Əmlakların Satışı X1” MMC tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərraclar təşkil olunmuşdur. Tərəfindən sonradan əldə edilmiş hərrac bildirişlərinin məzmunundan göründüyü kimi, hərracın keçirilməsi barədə məlumat onun qeydiyyatda olan ünvanına göndərilməmiş ona görə də həmin hərracın keçirilməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Necə ola bilər ki, ona məlumat verilmədən hərrac keçirilsin və mülkiyyətində olan mənzil satılsın. Hərrac onlara məlumat verilmədən keçirilmişdir. Məlumat verilmişdirsə bununla bağlı sübutların təqdim edilməsini xahiş etmişdir. Hərracın qanunda nəzərədə tutulmuş qaydalara zidd keçirildiyini və bu səbəbdən də hərrac və onun nəticəsində dair protokol və alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını xahiş edir. Ona görə də hesab edirik ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-3075/2018 nömrəli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Nəsimi rayon icra və probasiya şöbəsinin 11524-36322/19-5-13 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən ipoteka qoyan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 60 saylı evin, 44 nömrəli mənzilini açıq hərracdan satışına dair “Daşınar və Daşınmaz Əmlakların Satışı X1" MMC tərəfindən xx.xx.2019-cu il tarixində keçirilmiş hərracların nəticələri, eləcə də xx.xx.2019-cu il tarixdə verilmiş 56/03 saylı “Hərracın nəticələri haqqında yekun protokol və onun doğurduğu bütün nəticələr etibarsız hesab edilməli, habelə sözügedən mənzilə dair Maraqlı şəxs BOKT ASC-nin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Hüquqların dövlət qeydiyyatı üzrə müvafiq çıxarış ləğv edilməli, eyni zamanda həmin mənzilin İddiaçı mülkiyyətinə qaytarılması bu barədə müvafiq qeydlərin aparılmasının və iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 60 saylı evin, 44 nömrəli mənzilin açıq hərracdan satışına dair “Daşınar və Daşınmaz Əmlakların Satışı X1” MMC-nin hərracın yekunları barədə 56/03 saylı, xx xxxxxx 2019-cu il tarixli protokolun (İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün) və alğı-satqı müqaviləsinin, eləcə də onun doğurduğu bütün nəticələrin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 60 saylı evin, 44 nömrəli mənzilin Maraqlı şəxs BOKT ASC-nin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlot Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Hüquqların dövlət qeydiyyatı üzrə müvafiq çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 60 saylı evin, 44 nömrəli mənzilin İddiaçı mülkiyyətinə qaytarılması, bu barədə müvafiq qeydlərin aparılmasının və iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə və dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin ediləsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Maraqlı şəxs BOKT ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etdi. Eyni zamanda xx.xx.2020-ci il tarixdə iddia ərizəsinə etiraz verərək, etirazını onunla əsaslandırılmışdır ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-3075/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi icra olunması üçün Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədinin tələbinə uyğun olaraq cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 60, mənzil 44 satılması liçün Nəsimi rayon Məhkəməsinin 2(006)- 3075/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsində qeyd olunan ilkin satış qiyməti 57790 manata açıq hərraca çıxarılmışdır. Keçirilmiş hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamışdır. Qanunvericiliyə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, xx xxxxxx 2019-cu il tarixli, 56/03 saylı protokola əsasən, Maraqlı şəxs BOKT ASC tərəfindən 36 841,12 manata əldə edilmişdir. xx xxxxxx 2019-cu il tarixli, 56/03 saylı protokola əsasən Maraqlı şəxs BOKT ASC, sözü gedən mənzilə dövlət reyestrindən çıxarış almışdır. Özünü İddiaçı qohumu kimi təqdim edən Elvin adlı şəxs ipoteka predmeti olan mənzilin könüllü olaraq boşaldılması üçün vaxt istəmiş, daha sonra mənzil boşaldılaraq Maraqlı şəxs BOKT ASC-və təqdim edilmişdir. Daha sonra qeyd olunan mənzil Maraqlı şəxs BOKT ASC tərəfindən alqı-satqı müqaviləsi əsasında digər şəxsə satılmışdır. Hərracın keçirilməsi ilə bağlı hərrac təşkilatı tərəfindən İddiaçı ünvanına göndərilən bildirişlər rəsmi olaraq çatdırılıb. xx xxxx 2019-cu il tarixdə hərracın keçirilməsi ilə bağlı bildiriş İddiaçı həm qeydiyyatda olduğu ünvana, həm də faktiki yaşadığı ünvana çatdırılmışdır. xx xxxxxx 2019-cu il tarixdə hərracın keçirilməsi ilə bağlı bildiriş İddiaçı həm qeydiyyatda olduğu ünvana, həm də faktiki yaşadığı ünvana çatdırılmışdır. Gələcəkdə yarana biləcək riskləri nəzərə alaraq, hərracın nəticələrinin ləğv edilməsinin qarşısını almaq məqsədilə hərrac təşkilatı tərəfindən bizə göndərilən bildirişlərin surəti, bildiriş xarakterli müşaiyət məktubumuzla iddiaçının qeydiyyatda olduğu və təşkilatımıza girov qoyduğu mənzilin ünvanına göndərilmişdir. İddiaçıya hərracın keçirilməsi ilə bağlı bildirişlər “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmadan çatdırılmışdır. Bu səbəbdən də, hərracın yekunlarına dair protokolu etibarsız hesab etmək olmaz. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 60, mənzil 44ün hərraca çıxarılacağı ilə bağlı, “Birja Yenilikləri” qəzetinin 175 №li və 180 №li buraxılışlarında elanlar verilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq cavabdehlər və üçüncü şəxs heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, izahatları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən 60 saylı evin, 44 nömrəli mənzili ilkin satış qiyməti 57790 manat məbləğində, təkrar satış qiyməti isə 49121,50 manat, 25% aşağı olan satış qiyməti 36841,12 məbləğində müəyyən edilərək “Daşınar və Daşınmaz Əmlakların Satışı X1MMC tərəfindən hərraca çıxarılmışdır. İş materiallarında olan hərracın keçirilməsi barədə xx.xx.2019-cu il tarixli, 01/2 saylı bildirişin surətindən görünür ki, tərəflərə hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş hərracın keçirilməsi barədə xx.xx.2019-cu tarixli, 02 saylı bildirişin surətindən görünür ki, tərəflərə hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarında olan hərracın keçirilməsi barədə xx.xx.2019-cu il tarixli, 01 saylı bildirişin surətindən görünür ki, tərəflərə hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş “Birja Yenilikləri” qəzetinin 02-xx xxxxxx 2019, 16xx xxxxxx 2019, 12-xx xxxx 2019-cu il və 28 iyun-xx xxxx 2019-cu il tarixli buraxılışlarında Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 15 saylı evin, 33 saylı mənzilinin “Daşınar və Daşınmaz Əmlakların Satışı X1” MMC tərəfindən hərraca çıxarılacağına dair elan yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-3075/2018 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 2015/00130-01 saylı istehlak krediti müqaviləsinə xitam verilməsi, cavabdeh İddiaçı 26.164,53 (iyirmi altı min yüz altmış dörd ABŞ dolları, əlli üç sent) ABŞ dolları məbləğində əsas borc, 8293,10 (səkkiz min iki yüz doxsan üç ABŞ dolları, on sent) ABŞ dolları məbləğində faiz borcu, 100 (bir yüz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 34.557,63 (otuz dörd min beş yüz əlli yeddi ABŞ dolları, altmış üç sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq Maraqlı şəxs BOKT ASC-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 60, mənzil 44-ə yönəldilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 60, mənzil 44-ün ilkin satış qiyməti 57.790 (əlli yeddi min yeddi yüz çoxsan) manat müəyyən edilməklə, açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin hesabına cavabdeh İddiaçı Maraqlı şəxs BOKT ASC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə olunan pul vəsaitinin artıq olduqda isə qalan pul vəsaiti İddiaçı qaytarılması, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 60, mənzil 44 satıldıqdan sonra cavabdeh həmin yaşayış sahəsindən ən geci bir ay ərzində əşyaları ilə birlikdə çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli 2(103)-11319/2018 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-3075/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan hərracın yekunları üzrə əmlak alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilədən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən 15 saylı evin, 33 saylı mənzilin satın alınması barədə “Daşınar və Daşınmaz Əmlakların Satışı X1” MMC ilə “Maraqlı şəxs BOKT” ASC arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə iddia tələbinin əsası və iddiaçı tərəfin dəlilləri ilə aşağıdakı əsaslara görə razılaşmır. İş materiallarından göründüyü kimi, “Daşınar və Daşınmaz Əmlakların Satışı X1” MMC tərəfindən İddiaçı açıq hərracın keçirilməsinə dair bildirişlər göndərilmiş və hərracın keçirilmə vaxtı və yeri barədə məlumat verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər “Daşınar və daşınmaz Əmlakların Satışı X1” MMC-ə, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs ”Maraqlı şəxs” BOKT ASC və Nəsimi rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə hərracın nəticələrinin ləğv edilməsi, çıxarışın ləğvi və əmlakın mülkiyyətçiyə geri qaytarılması iddia ərizəsi üzrə hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər “Daşınar və daşınmaz Əmlakların Satışı X1” MMC-ə, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs ”Maraqlı şəxs” BOKT ASC və Nəsimi rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə hərracın nəticələrinin ləğv edilməsi, çıxarışın ləğvi və əmlakın mülkiyyətçiyə geri qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “Daşınar və daşınmaz Əmlakların Satışı X1” MMC-ə, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs ”Maraqlı şəxs” BOKT ASC və Nəsimi rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə hərracın nəticələrinin ləğv edilməsi, çıxarışın ləğvi və əmlakın mülkiyyətçiyə geri qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-266/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-266/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver