Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-266/2022 05.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İddiaçı “X3” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı “X3” MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kirayə haqqı, mənzildən çıxarılma və yüksəkmərtəbəli yaşayış binasında mənzil sahəsi ilə təmin edilmə” tələbinə dair ilk; iddiaçı Cavabdeh1 cavabdeh “X3” MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X3” MMC Cavabdeh1 qarşı “kirayə haqqı, mənzildən çıxarılma və yüksəkmərtəbəli yaşayış binasında mənzil sahəsi ilə təmin edilmə” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 hər ay 800 (səkkiz yüz) manat məbləğində kirayə haqqı ödənilməklə və gələcəkdə ünvan 1 ünvanında yerləşən yüksəkmərləbəli yaşayış binasında mövcud mənzil sahəsindən əlavə 30 faiz təmiıii mənzil sahəsi təmin edilməs şərti ilə onun ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “X3” MMC iddiasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli "Bakı şəhəri, Nərimanov rayonunun sosial- iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Qərarına əsasən Nərimanov rayon İcra Hakimiyyəti başçısının 19.01.2021-ci il tarixli, 13 saylı Sərəncamına əsasən, "X3" MMC-yə rayonun Əliyar Əliyev küçəsi 41B ünvanında yerləşən qəzalı vəziyyətdə olan yaşavış binalarının, orada yaşayan sakinlərin hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə, sökülməsini və həmin binaların yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirmə işlərinin aparılmasına icazə verilmişdir. Nərimanov RİH başçısının 19.01.2021-ci il tarixli, 13 saylı Sərəncamı ilə rayonun Əliyar Əliyev küçəsi 41 B ünvanında yerləşən 0.80 ha torpaq sahəsin "X3" MMC-nin daimi istifadəsinə verilməsi və həmin ərazidə çoxmənzilli yaşayış binalarının tikintisinə başlanılması “X3” MMC-nə həvalə edilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin yuxarıda qeyd olunan sərəncamının icrası məqsədi ilə tərəfimizdən sözügedən ərazidə yerləşən köhnə tikili mənzillərin sahibləri ilə görüşlər keçirilmiş və qarşılıqlı razılaşma əsasında ərazidə yaşayan 74 (yetmiş dörd) sakin artıq mənzillərdən köçürülmüşlər. Ərazidə mülkiyyətində mənzil olan hazırkı iş üzrə cavabdeh; Cavabdeh1 isə tikinti işlərinin aparılmasına maneçilik törədir. Cavabdehlə dəfələrlə şifahi olaraq müraciətlər edilmiş, həmçinin rəsmi olaraq yazılı şəkildə də müraciət edilmişdir, lakin, cavabdeh tərəfindən müraciətinə heç bir müsbət münasibət bildirilməmişdir. Nəticədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd edir ki, Cavabdeh1 yaşadığı mənzilin sənədlərini onlara təqdim etməyi, mənzil sahəsinin ölçülməsinə şərait yaratmağı xahiş etmiş, mənzil sahəsinin necə kv metr olmasını soruşmuş, hər kv metrə görə ona əlavə 30 faiz kv metr təklif etmiş, rəsmi müqavilə bağlanması, kirayə, köçürülmə xərcləri ilə təmin ediləcəyini bəyan etmişdir. Mənzilinin real bazar qiymətinə nəqd şəkildə notarial qaydada şirkətə satılmasını, mənzilinə yaxın ərazidə hazır bina ilə əvəzləşdirilməsini, kompensasiya ödənilməsi istiqamətində təkliflər vermiş, lakin onun tərəfindən bu günədək müraciətlərə cavab verilməməklə yaranmış vəziyyətdən sui istifadə etməyə başlamışlar. Cavabdeh1 tikintinin aparılmasına maneçilik törətməsi, tikinti şirkəti olaraq bizim həm İcra Hakimiyyəti qarşısında sərəncamın icra edilməsi ilə bağlı, eyni zamanda həmin ərazidə yaşayan digər sakinlər qarşısında götürmüş olduğu öhdəliklərin yerinə yetirilməsində çətinlik yaradır. Həmçinin, sakinlərə daha uzun müddətə kirayə haqqlarının verilməsi zərurəti yaradır ki, bu da MMC-yə əlavə olaraq maddi ziyan vurur. Hesab etmişdir ki, Cavabdeh1 yaşadığı mənzil sahəsindən əlavə hər kv metrə görə 30 faiz əlavə kv metrtəmirli mənzil verilməsi və həmin mənzilin tam şəkildə təhvil verilənədək aylıq 800 (səkkiz yüz) AZN məbləğində kirayə haqqının verilməsi ədalətli təklifdir. Nəzərə alınması zəruridir ki, mənzillərin sökülməsi və həmin ərazidə yüksəkmərtəbəli yaşayış binasının tikilməsi dövlət əhəmiyyətli layihə çərçivəsində həyata keçirilir. Göstərilənlərlə yanaşı, bildirilir ki, yuxarıda qeyd olunan ərazidə mövcud olan köhnə tikililər artıq istismara yararsız vəziyyətdədir. Həmin yaşayış evlərində hər an bədbəxt hadisə baş verə bilər. Bununla bağlı FHN-nin müvafiq rəyi iddia ərizəsinə əlavə edilmişdir. Məhz bütün bu amillər İcra hakimiyyəti tərəfindən nəzərə alınaraq sözügedən ərazidə olan tikililərin sökülməsi və söküntüdən sonra həmin ərazidə yüksək mərtəbəli yaşayış binasının tikilməsi barədə sərəncam verilmişdir. İddiaçı “X3” MMC 16.11.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən (mülkiyyət hüququ saxlanılmaqla) Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 41 D ünvanında Çıxarış əsasında 76 kv.m. və ona bitişik tikililərin boşaldılaraq "X4'’ MMC-yə təhvil verilməsi və həmin evin və ona bitişik tikililərin İddiaçı MMC tərəfindən sökülməsi, X4 MMC tərəfindən Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ev 41 D və ona bitişik tikililərin əvəzinə yeni tikiləcək binada sökülmüş evin faktiki ölçülərinə 30 faiz əlavə edilməklə cavabdchlərə təhvil verilməsi, sökülməsi nəzərdə tutulan evin “X4 MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək “X4 MMC tərəfindən cavabdeh - Cavabdeh1 və Cavabdeh2 birlikdə 800 manat məbləğində kirayə haqqı ödənilməsi dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “X3” MMC 05.04.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh1 tərəfindən (mülkiyyət hüququ saxlanılmaqla) ünvan 3 ünvanda yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti küçmiş 202.3 kv.m-dən ibarət olan yaşayış evi ailə üzvləri ilə birlikdə boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi və həmin evin “X5” MMC tərəfindən sökülməsi, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu 41D ünvanda yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 202,3 kv.m.-dən ibarət olan fərdi yaşayış evinin əvəzinə yeni tikiləcək binada -30 % əlavə hesablanmaqla - 263 kv.metr ölçüdə 103 kv.m olmaqla 2 ədəd 3 otaqlı və 54 kv.m olmaqla 1 ədəd 1 otaqlı təmirli mənzilləri Cavabdeh1 qızma təhvil verilməsi və sökülməsi nəzərdə tutulan yaşayış evinin “X5” MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 700 (yeddi yüz) manat məbləğində kirayə haqqı ödənilməsi, digər Cavabdeh2 tərəfindən (mülkiyyət hüququ saxlanılmaqla) ünvan 5 ünvanda yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti küçmiş 58 kv.m-dən ibarət olan yaşayış evi ailə üzvləri ilə birlikdə boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi və həmin evin İddiaçı MMC tərəfindən sökülməsi, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu 41B ünvanda yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 58 kv.m.-dən ibarət olan yaşayış evinin əvəzinə yeni tikiləcək binada - 30 % əlavə hesablanmaqla - 75,4 kv.metr ölçüdə 1 ədəd 2 otaqlı təmirli mənzilin Cavabdeh2 təhvil verilməsi və sökülməsi nəzərdə tutulan yaşayış evinin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh2 hər ay 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnanmə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1, “X3” MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan yaşayış evindən istifadəyə məhdudiyyətin aradan qaldırılması vəzifəsinin Cavabdeh “X3” MMC-nin üzərinə qoyulması barədə qətnanmə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 19.01.2021-ci il tarixli, 13 №-li sərəncamına əsasən ünvan 7 ünvanda yerqurluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0.80 ha torpaq sahəsi yaşayış binasının tikintisi məqsədilə həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “X3” MMC tərəfindən tənzimlənməsi şərti ilə '‘X3” MMC-yə icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Lakin o, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Qeyd etdiyi sərəncamın onun ünvanına aidiyyəti yoxdur. Lakin buna baxmayaraq ilkin iddia üzrə iddiaçı aralarında hər hansı razılaşma olmasına baxmayaraq onun yaşayış yerinə giriş-çıxışı məhdudlaşdırıb, yaşayış evinin sayğacları dağıdılıb, evin üst tərəfinin bir hissəsinin şiferləri dağıdılıb. Onu da qeyd edir ki, cavabdeh fasilə vermədən, istirahət qaydalarına əməl etmədən gecə-gündüz tikinti işi aparır. O, yaşlı xəstə insandır. Onların gecə-gündüz işləmələri onun istirahət etməyinə imkan vermir. Məhkəmə iclasında İddiaçı “X3” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 ilk iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 19.01.2021-cı il tarixli, 13 №-li sərəncamından görünür: “X4" Məhdud Məsuliyyətli Cəmiyyətinin 23.12.2020-ci il tarixli, 4 nömrəli müraciətini, Nərimanov Rayon İcra Hakimiyyətinin 19.02.2020-ci il tarixli, 1/188 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 04.11.2020-ci il tarixli, 02/07-4956 nömrəli, Azerbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 07.01.2021-ci il tarixli, **********73 nömrəli razılıq məktublarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi "Azərinşaatlayihə" Dövlət Baş Layihə- Konstruktor və Texnoloji İnstitutunun 12.02.2019-cu il tarixli Aktını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında" Əsasnamənin və Azərbaycan Respublikasının mülki və to'paq qanunvericiliyinin tələblərini rəhbər tutaraq qərara alıram: 1. ünvan 9 ünvanında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0.80 ha torpaq sahəsi yaşayış binasının tikintisi məqsədilə hənin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “X4" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə "X2 Məndis Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilsin. 2. Sifarişçiyə tapşırılsın: 2.1. Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. 2.2 Azərbaycan Respublikası "Torpaq Məcəlləsinin 66, 67 və 58cı maddəsinin" - tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququna yaranmas üçün Bakı Şəhər İcra Hakimiyyəti nezdmdə “interservis’’ Müdriyyəti ilə 3 ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını təmir etsin. 2.3 Torpaq sahəsinə dair icarə huququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasın tamın etsin. 2.4 Tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layıhosino Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 X1 Ekspertiza Baş İdarəsinin müsbət rəyinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura işlərinə başlanılması uşun əsas olan obyektin tikintisinə icazənin alınmasını təmin etsin. 2.5. Bu Sərəncəmdan irəli gələn digər sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını təmin etsin: 2.6 Sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınmasını təmin etsin. 3. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə bu Sərəncamın ləğv edilməs» məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. 4. Torpaq sahələri üzərində huquqlara xitam verilməsinin müddəti Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir. 5. Bu Sərəncamın icrasına nəzarət Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə tapşırılsın. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin 10.06.2021-ci il tarixli, 31417 №-li rəyindən görünür ki, ünvan 10 ünvanında yaşayış binaları (Bina 1,2) üzrə bu rəyin 9-cu bölməsini nəzərə almaqla, tikinti layihəsi razılaşdırılır. “X3” MMC-nin 15.09.2021-ci il tarixli bildirişindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhəri, Nərimanov rayonunun sosial-içtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Qərarına əsasən Nərimanov rayon İcra Hakimiyyəti başçısının 19.01.2021 -cı il tarixli. 13 saylı Sərəncamına əsasən. “X3” MMC-yə rayonun Əliyar Əliyev küçəsi 41B ünvanında yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinlərin hər ay kirayə haqqı ödənilməkə, kirayəyə köçürülməsi və gələcəkdə tam təıııirli mənzillərlə təmin olunması şərtilə, sökülməsini və həmin binaların yerində yeni hündürmərtəbəli. çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirmə işlərinin aparılmasına icazə verilmişdir. Nərimanov RİH başçısının 19.01.2021 -cı il tarixli, 13 saylı Sərəncamı ilə rayonun Əliyar Əliyev küçəsi 4İB ünvanında yerləşən 0.80 ha torpaq sahəsin “X3" MMC-nin daimi istifadəsinə verilməsi və həmin ərazidə çoxmənzilli yaşayış binalarının tikintisinə başlanılması “X3” MMC-no həvalə edilmişdir. Yuxanda göstərilənlərlə yanaşı, qeyd edilinəsi zəruridir ki, tikinti işlərinin başlanılmasından artıq bir ilə yaxın zaman keçmişdir. Bu miiddət ərzində sözügedən ərazidə yaşayan 74 (yetmiş dörd) sakin artıq köçürülmüş və tərəfimizdən hər birinə kirayə haqqları ödənilməkdə davam etdirilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq ünvan 11 ünvanında yerləşən mənzilinizin 5 (beş) gün müddətində sənədlərini bizə təqdim etməyinizi, istifadəsində olan mənzil sahəsinin ölçülməsinə şərait yaratmağını, mənzilin ümümi sahəsinə uyğun olaraq tərəfimizdən sizə hər kv metrə görə 30 faiz əlavə sahə verməklə bizimlə digər 74 (sakin) kimi müqavilə bağlanılmasını, müqavilədən sonra, müqavilə şərtlərinə uyğun olaraq mənzilin boşaldılmasını, xahiş etmiş, əks-təqdirdə məhkəməyə müraciət məhkəməyə müraciət ediləcəyini bildiirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 12 ünvanında yerləşən sahəsi 76.2 kv.m sahəsi olan mənzil Cavabdeh1 adına 07.12.2012-ci il tarixdə qeydiyyata alınmışdır; 30 iyun 1999-cu il tarixli qeyri yaşayış binasına dair Daşınmaz Əmlakın texniki pasportunun surətindən görünür ki, ünvan 7 ünvanda yerləşən yaşayış evi Cavabdeh2 adına inventar nömrəsi 30/582 olmaqla qeydiyyatdan keçmişdir. “Alternativ Ekspertiza” Mərkəzinin 06 dekabr 2021-ci il tarixli, 299№-li mütəxəssis rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində yuxarıda qeyd olunanları, o cümlədən təqdim olunmuş materialları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 41D saylı fərdi yaşayış evinin «A» tikilisinin birinci mərtəbəsinin ümumi daxili sahəsinin 76,2 m2, o cümlədən yaşayış sahəsinin 56,0 m2, yardımçı (köməkçi) sahəsinin 20,2 m2, «A» tikilisinin mansard mərtəbəsinin ümumi daxili sahəsinin 96,2 m2, o cümlədən açıq eyvanın sahəsinin 22,7 m2, fərdi yaşayış evinin «B» tikilisinin (sanitar qovşağı) sahəsinin 7,2 m2 təşkil etdiyi müəyyən olunur.Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 41D saylı fərdi yaşayış evinin bütövlükdə İddiaçı MMC-yə ayrılmış 0.80 ha torpaq sahəsinin hüdudları daxilində olduğu müəyyən edilir. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 41D saylı fərdi yaşayış evinin mövcud istifadə vəziyyətinə uyğun olaraq, hazırkı bazar qiymətləri ilə ümumi təqribi dəyəri 280000,00 manat, likvid dəyəri isə təqribən 252000,00 manat məbləğində müəyyən edilir. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən analoji (oxşar) fərdi yaşayış evlərinin 1 kv.m metrinin bazar qiymətləri ilə dəyəri, həmin evlərin dəyərinə təsir edən amillərdən, o cümlədən onların texniki vəziyyətindən , təmirlik dərəcəsindən, yerləşdiyi ərazidən və s. asılı olaraq, 1300,00- 1800,00 manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/6732 saylı, 11.03.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 41D saylı fərdi yaşayış evinin «A» tikilisinin birinci mərtəbəsinin ümumi daxili sahəsinin 76,2 m2, o cümlədən yaşayış sahəsinin 56,0 m2, yardımçı (köməkçi) sahəsinin 20,2 m2, «A» tikilisinin mansard mərtəbəsinin ümumi daxili sahəsinin 96,2 m2, o jümlədən açıq eyvanın sahəsinin 22,7 m2, fərdi yaşayış evinin «B» tikilisinin (sanitar qovşağı) sahəsinin 7,2 m2 təşkil etdiyi müəyyən olunur. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 41B saylı fərdi yaşayış evinin «A» literli tikilisinin ümumi daxili sahəsinin 58,0 m2, o cümlədən yaşayış sahəsinin 24,7 m2, yardımçı (köməkçi) sahəsinin 33,3 m2, təşkil etdiyi müəyyən olunur. Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 41D saylı mənzilin ümümi sahəsi 202,3 m2 tənkil etdiyini və Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev ə 41B saylı evlərin ümümi sahəsi 58,0 m2 təşkil etdiyini nəzərə alaraq, Cavabdeh1 və Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 41D və 41B saylı evlərin ümümi sahəsi 260,3m2 (202,3+58,0) təşkil etdiyi müəyyən edilir. Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 41D saylı evin İddiaçı MMC-yə ayrılmış torpaq sahəsi hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 41D və 41B saylı fərdi yaşayış evlərinin ümümi sahəsi 260,3m2 (202,3+58,0) təşkil etdiyi və yaşayış evlərinin mövcud vəziyyətinə uyğun olaraq, bazar qiyməti ilə ümumi təqribi dəyəri 390450,00 (260,3x1500) manat, hazırkı şəraitdə likvid dəyəri isə təqribən 351405,00 (390450-10%) manat məbləğində müəyyən edilir Məhkəmə hesab edir ki, ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz; 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X8 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yarardığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 3 ünvanda yerləşən sahəsi 76.2 kv.m mənzil Cavabdeh1 mülkiyyətidir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 07.12.2012ci il tarixdə qeydiyyat aparılmışdır. Həmçinin ünvan 7 ünvanda yerləşən 58,0 m2 sahəsi olan yaşayış evi Cavabdeh2 adına olmasına dair 30 iyun 1999-cu il tarixli qeyri yaşayış binasına dair Daşınmaz Əmlakın texniki pasport verilmişdir. Həmin evə xüsusi mülkiyyət kimi qeydiyyatdam keçməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi və Xətai rayonlarının ərazisinin abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı qəbul edilmişdir. Həmin qərarın 1-ci bəndinə əsasən, 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətində olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 19.01.2021-cı il tarixli, 13 №-li sərəncamı ilə ünvan 9 ünvanında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0.80 ha torpaq sahəsi yaşayış binasının tikintisi məqsədilə hənin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “X4" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə "X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Məhkəmə hesab edir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdehlərin müvafiq cəmiyyətin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehlərin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, onların mənzilləri boşaltdıqları halda, mülkiyyətlərində olan mənzillər uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla "X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmuş vəzifədir və cəmiyyət də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəzəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, MMC tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Hazırkı cavabdehlərdən fərqli olaraq, mübahisəli ərazidə yaşayan digər cavabdeh şəxslər onlara yaradılmış şəraitdən və "X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin əlverişli təkliflərindən yararlanaraq, habelə texniki və təhlükəsizlik baxımından istismara yararsız və insanların yaşaması üçün təhlükə törədə biləcək qəzalı vəziyyətdə olan mənzillərdə yaşamaqdan qurtularaq əvvəlki yaşayış yerlərini tərk etmişlər. Məhkəmə bu zaman xüsusi qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamını icra edən iddiaçı "X4” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh şəxslərin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətlərində olan əmlakın dəyərinin ödənilməsi üçün ədalətli təkliflər edilir. Bu isə, cavabdehlərin öz mülkiyyətlərində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin məlum sərəmcamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış binalarından köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh şəxslərin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdehlər qanunla tanınan və qorunan mülkiyyət hüquqlarından cəmiyyətə ziyan vuran şəkildə sui-istifadə edirlər ki, onların bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bu sui-istifadə isə cavabdehlərin mənzillərə görə müvafiq cəmiyyətdən əsassız olaraq real olmayan qiymətlər tələb etmələrində, mühəndis kommunikasiya xəttlərinin mövcud olmadığı, yaşayış üçün tam yararsız və qəzalı olan mənzillərdən təyinatı üzrə istifadə etməmələrində ifadə olunur. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Qərarda eyni zamanda göstərilir ki: Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur; Eyni zamanda Mənzil Məcəlləsinin müvafiq maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz; Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir; Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə baxımından iddiaçının hazırki tələblə çıxış etməsi cavabdehərin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia ərizəsi təmin edilməli, Cavabdeh1 tərəfindən (mülkiyyət hüququ saxlanılmaqla) ünvan 3 ünvanda yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 202.3 kv.m-dən ibarət olan yaşayış evi ailə üzvləri ilə birlikdə boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməli və həmin ev İddiaçı MMC tərəfindən sökülməli, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu 41D ünvanda yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 202,3 kv.m.-dən ibarət olan fərdi yaşayış evinin əvəzinə yeni tikiləcək binada 30 % əlavə hesablanmaqla - 263 kv.metr ölçüdə 103 kv.m olmaqla 2 ədəd 3 otaqlı və 54 kv.m olmaqla 1 ədəd 1 otaqlı təmirli mənzilləri Cavabdeh1 təhvil verilməsi, Sökülməsi nəzərdə tutulan yaşayış evinin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 700 (yeddi yüz) manat məbləğində kirayə haqqı ödənilməli, Cavabdeh2 tərəfindən ünvan 5 ünvanda yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti küçmiş 58 kv.m-dən ibarət olan yaşayış evi ailə üzvləri ilə birlikdə boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməli və həmin ev İddiaçı MMC tərəfindən sökülməli, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu 41B ünvanda yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 58 kv.m-dən ibarət olan yaşayış evinin əvəzinə yeni tikiləcək binada 30 % əlavə hesablanmaqla 75,4 kv.metr ölçüdə 1 ədəd 2 otaqlı təmirli mənzilin Cavabdeh2 təhvil verilməli, Sökülməsi nəzərdə tutulan yaşayış evinin İddiaçı MMCyə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh2 hər ay 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilməlidir . Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 onun mülkiyyətində olan yaşayış evindən istifadəyə məhdudiyyətin aradan qaldırılması vəzifəsinin Cavabdeh “X3” MMC-nin üzərinə qoyulması barədə qətnanmə qəbul edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin Cavabdeh1 qarşı hər hansı qanunsuz hərəkətləri, həmçinin ona maneələr yaratması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdeh1 tərəfindən (mülkiyyət hüququ saxlanılmaqla) ünvan 3 ünvanda yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 202.3 kv.m-dən ibarət olan yaşayış evi ailə üzvləri ilə birlikdə boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin və həmin ev İddiaçı MMC tərəfindən sökülsün, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu 41D ünvanda yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 202,3 kv.m.-dən ibarət olan fərdi yaşayış evinin əvəzinə yeni tikiləcək binada 30 % əlavə hesablanmaqla - 263 kv.metr ölçüdə 103 kv.m olmaqla 2 ədəd 3 otaqlı və 54 kv.m olmaqla 1 ədəd 1 otaqlı təmirli mənzilləri Cavabdeh1 təhvil verilsin. Sökülməsi nəzərdə tutulan yaşayış evinin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 700 (yeddi yüz) manat məbləğində kirayə haqqı ödənilsin. Cavabdeh2 tərəfindən ünvan 5 ünvanda yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti küçmiş 58 kv.m-dən ibarət olan yaşayış evi ailə üzvləri ilə birlikdə boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin və həmin ev İddiaçı MMC tərəfindən sökülsün, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu 41B ünvanda yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 58 kv.m-dən ibarət olan yaşayış evinin əvəzinə yeni tikiləcək binada 30 % əlavə hesablanmaqla 75,4 kv.metr ölçüdə 1 ədəd 2 otaqlı təmirli mənzilin Cavabdeh2 təhvil verilsin. Sökülməsi nəzərdə tutulan yaşayış evinin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh2 hər ay 400 (dörd yüz) manat məbləğində kirayə haqqı ödənilsin. İddiaçı Cavabdeh1 cavabdeh “X3” MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-266/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-266/2022
05.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver