Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2662/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşımaz Əmlakların Satışı X19” MMC, Cavabdeh2-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi idarəsi cəlb edilməklə “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşımaz Əmlakların Satışı X19” MMC, Cavabdeh2İKB ASC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi cəlb edilməklə “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlaklarının satışı X19“ MMC tərəfindən keçirilmiş, Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi dalan 9-da yerləşən 2 saylı fərdi yaşayış evinin satılmasına dair hərracın və onun nəticələrinə dair tərtib edilmiş yekun protokolunun və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 ilə "xxxx" ASC arasında 05.12.2007-ci il tarixdə bağlanmış RBB(İ)-020 nömrəli kredit müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alınması məqsədi ilə bankdan illik 15,5% olmaqla 228 ay müddətinə 85.000 (səksən beş min) ABŞ dolları məbləğində kredit götürmüş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə X2 ilə 07.12.2007-ci il tarixli RBB (1)020 nömrəli alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və mülkiyyətçisi olduğu Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi dalan 9 ünvanında yerləşən 2 nömrəli fərdi yaşayış evini bank qarşısında ipoteka qoymuş və krediti vaxtlı-vaxtında ödəməyə başlamışdır. Qeyd etmək istəyir ki, “Nikoyl Bank” İKB-nin razılığı ilə X2nun adına Bakı şəhəri Yasamal rayon Zərgəraplan küçəsi dalan 9, ev 2 saylı fərdi yaşayış evi bağışlama əsasında onun mülkiyyətinə keçmiş ancaq “Daşınar və Daşınmaz Əmlakların Satışı X19” MMC tərəfindən keçirilən hərrac zamanı MMC tərəfindən ona nə şifahi, nə də yazılı formada xəbərdarlıq edilməmiş, hərracda onun iştirakı təmin edilməmişdir. X2 qanunsuz və əsassız olaraq həbs edilmiş, bank qarşısında götürdüyü öhdəliyi vaxtlıvaxtında yerinə yetirə bilməmiş ödənişlərdə müəyyən gecikmələr yaranmasına baxmayaraq 75.000 (yetmiş beş min) ABŞ dolları məbləğində vəsaiti banka ödəmiş, ödənişləri təsdiq edən qəbzlər vardır.Kredit ödənişlərində müəyyən əsaslı səbəblər ucbatından gecikmələr olmuş “Nikoyl bank” İKB tutmanın ipotekaya qoyulmuş fərdi yaşayış evinə yönəldilməsi barədə Abşeron rayon Məhkəməsinə müraciət etmiş, Abşeron rayon Məhkəməsinin 23.06.2010-cu il tarixli iş №2(012)-521/2010 saylı qətnaməsi ilə məhkəmədə iştirakı olmadan qismən təmin edilmiş tutma ipotekaya yönəldilərək Respublika Xammal və X17 və Daşınmaz Əmlakların satışı X19ndə birinci dəfə 09.12.2014-cü il tarixli 01/3653 nömrəli Açıq Hərracın keçirilməsinə dair ilkin bildirişdə Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi dalan 9-da yerləşən 2 saylı deyil, 1 saylı fərdi yaşayış evi hərraca çıxarılaraq ilkin satış qiyməti 101.580(yüz bir min, beş yüz səksən) manat qiymətləndirilmiş, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 5.079 (beş min yetmiş doqquz) manat müəyyən edilmiş, ikinci dəfə isə 23.12.2014-cü il tarixli 01/3805 nömrəli heç bir dəyişiklik edilmədən hərrac keçirilmiş, ipotekaya qoyulmuş daşınmaz əmlak 41.000 (qırx bir min) manata “Nikoyl Bank” İKB tərəfindən çox ucuz qiymətə, almış, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, 01.09.2015-ci il tarixli 58 nömrəli reyestr kitabının 5238 nömrəli vərəqində qeydiyyata alınmış və “Nikoyl Bank” İKB-nin adına çıxarış verilmiş, qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur.Belə ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olmasına baxmayaraq ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və hərrac keçirən “Daşmar və Daşınmaz Əmlakların satışı X19”MMC onun hüquq sahibi olduğumu bilə-bilə hərracda iştirakını təmin etməmiş, konstutsion hüquqlarını kobud surətdə pozmuş və qanunsuz hərrac keçirilmiş, saxtakarlıqla mülkiyyətində olan əmlakı mənimsəmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X9 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X14 iddia tələbinin əsassız olduğunu bildirərək, hərracın qanunun bütün tələblərinə riayət olunmaqla keçirildiyini və tərəflərin hərracın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırıldıqlarını qeyd etdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Habelə, iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşımaz Əmlakların Satışı X19” MMC, Cavabdeh2-ə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi idarəsi cəlb olunmaqla “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh və üçüncü şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, o cümlədən səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, tərəflərin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakin Dövlət Reyestri Xidməti Hüquqlarin dövləl qeydiyyati haqqinda daşinmaz əmlakin dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 7, 2 saylı ev 01.09.2015-ci il tarixdə "xxxx" İKB-nin adına hüquqi rəsmiləşdirilmişdir. İş materiallarında olan 09.10.2012-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, X12 Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, dalan 9 ünvanında yerləşən 2 nömrəli fərdi yaşayış evini İddiaçı bağışlamışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(005)-521/2010 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh X4 84.270.04 (səksən dörd min iki yüz yetmiş tam yüzdə dörd) ABŞ dolları əsas, 17.670 ( on yeddi min altı yüz yetmiş; ABŞ dollar; gecikdirməyə görə 10.000 (on min) ABŞ dolları Jəbbə pulu borcu ödəniş gününə manata məzənnəilə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında billdirişin qeydə alınması üçün ödənilmiş, 20 (iyirmi) manat dövlət rüsumu və 20 (iyirini) manat xidmət haqqı, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 15 (on beş) manat hissəsi tutularaq, iddiaçı "xxxx" X7 verilməsi, Cavabdeh X4 tutulmalı olan məhləğ iddiaçı "Nıkoyı” X6rşısında ipoteka ilə yüklü edilmiş X8 məxsus olan ünvan 5 ünvanında yerləşən 2 nömrəli fərdi yaşayış evinin hərrac vasitəsilə satılmas; hesabına ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 101.580 (yüz bir min beş beş yüz səksən) manat müəyyən edilməsi X8 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Zərgküçəsi, dalan 9 ünvanında yerləşən 2 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılması nəticəsində əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etnvə/sə ödənilməmiş qalan borc məbləği cavabdeh X4 tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli 2(105)-1701/2019 saylı qərardaddan görünür ki, iddiaçı "xxxx" X10nın cavabdeh X8 qarşı borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işin icraatı dayandırılmışdır. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Satışı X19” MMC tərəfindən X8 ünvanlanmış 09.12.2014-cü il tarixli 01/3653 nömrəli Açıq Hərracın keçirilməsinə dair ilkin bildirişdən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi dalan 9-da yerləşən 2 saylı deyil, 1 saylı fərdi yaşayış evi hərraca çıxarılaraq ilkin satış qiyməti 101.580(yüz bir min, beş yüz səksən) manat qiymətləndirilmiş, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 5.079 (beş min yetmiş doqquz)manat müəyyən edilmişdir. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Satışı X19” MMC tərəfindən X8 ünvanlanmış bildirişdən görünür ki, 23.12.2014-cü il tarixli 01/3805 nömrəli heç bir dəyişiklik edilmədən hərrac keçirilmiş,ipotekaya qoyulmuş daşınmaz əmlak 41.000 (qırx bir min) manata “Nikoyl Bank” İKB tərəfindən alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2020-ci il tarixli 2(102)-992/2020 saylı qərarından görünür ki, Sumqayıt Apellyasıya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2019-cu ıl tarixli qətnaməsi ilə (hakimlər G.F.Tağızadə T.O Quliyev və E.G.Rəhimov) cavabdeh tərəfindən verilmiş apellyasıya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin bu iş üzrə 23 iyun 2010-cu il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdeh X4 84.270,04 ABŞ dolları əsas, 17.670 ABŞ dolları faiz, gecikdirməyə görə 1000 ABŞ dolları dəbbə pulu borcu ödəniş gününə manata məzənnə ilə, ipoteka manat dövlət rüsumu və 20 manat xidmət haqqı, ödənilmiş 20 manat dövlət rüsumunun 15 manat hissəsi tutularaq iddiaçı Nikoyl’ X7 verilməsi, cavabdeh X4 tutulmalı olan məbləğ iddiaçı 'Nikoyl' X6rşısında ipoteka ilə yüklü edilmiş X8 məxsus olan ünvan 7 ünvanında yerləşən 2 nömrəli fərdi yaşayış evinin hərrac vasitəsilə satılması hesabına ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 101.580 manat müəyyən edilməsi. X8 məxsus fərdi yaşayış evinin açıq hərracda satılması nəticəsində əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etməzsə ödənilməmiş qalan borc məbləğinin cavabdeh X4 tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmiş, iş üzrə iddiaçı kassasıya şikayəti verərək məhkəmə tərəfindən cərimənin məbləğinin düzgün müəyyən olunmamasını əsas göstərməklə cəriməyə aid hissədə iddianın tam təmin olunmasına dair qərar qəbul edilməsim xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2019-cu il tarixli qətnaməsindən eyni zamanda cavabdeh X1 şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas gösterməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 23 sentyabr 2019-cu ıl tarixli qətnaməsi dəyışd rılmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Şəhəri 46 saylı X13 AN-İ №0159806 saylı yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Satıcı, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsinin tərəfindən verilmiş “27” noyabr 2007-cı il tarixli 11/33654 nömrəli arayışa əsasən 2 otaqlı ümumi sahəsi 56.2 m2, o cümlədən yaşayış sahəsi 27 m2, köməkçi sahəsi 29.2 m2 olan, Bakı şəh., Yasamal rayonu, Zərgərpalan küç dalan 9 ünvanında yerləşən 2 nömrəli fərdi yaşayış evi Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Satılan mənzil Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “11” iyul 2007-ci il tarixli, seriya MH № ******* (Qeydiyyat № ********* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Satıcıya məxsusdur. Müqavilə bağlananadək mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Mənzilin satış qiyməti 101 580(bir yüz bir min beş yüz səksən)AZN (120 000 ABŞ dolları) , mənzilin dəyərinin 29 627.5(iyirnıi doqquz min altı yiız iyirmi yeddi manat əlli qəpik) AZN (35 000 ABŞ dolları) Alıcı-İpoteka qoyanın özü tərəfindən Satıcıya 05 dekabr 2007-ci il tarixli Beh müqaviləsinə əsasən 05 dekabr 2007-ci il tarixdə verilib, 71 952.5(yetmiş bir min doquzyüz əlli iki manat əlli qəpik)AZN (85 000 ABŞ dolları) isə Kreditor-İpoteka saxlayan tərəfindən ”05” dekabr 2007-ci il tarixli RBB(l)020 saylı Kredit müqaviləsinə əsasən Alıcı-İpotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı-İpoteka qoyan satılan mənzili (bundan sonra ipoteka predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış ”05” dekabr 2007-ci il tarixli RBB(İ)020 № li kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya verir. Kreditin məbləği 71 952.5(yetmiş bir min doquzyüz əlli iki manat əlli qəpik)AZN (85 000 ABŞ dolları)-, Kreditin qaytarılma tarixi - Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin Alıcı- İpoteka qoyana faktiki təqdim edildiyi tarixindən 19 il müddətinə “01”dekabr 2026-ci il tarixinədək Kredit üzrə ödəniləcək illik faiz dərəcəsi 15.5%, kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 5-dək aylıq 982.02(doquz yüz səksən iki manat iki qəpik)AZN (1160.10 ABŞ dolları) məbləğində bərabər hissələrlə ödənilir. Borcalanlar tərəfindən faktiki ödənişlərin məbləği artıq olduqda, növbəti aylıq ödənişlərin məbləği ”05” dekabr 2007-ci il tarixli RBB(İ)020 № li kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq azaldıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, X12 ilə "xxxx" ASC arasında 05.12.2007-ci il tarixdə bağlanmış RBB(İ)-020 nömrəli kredit müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi, dalan 9, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin alınması məqsədi ilə bankdan illik 15,5% olmaqla 228 ay müddətinə 85.000 (səksən beş min) ABŞ dolları məbləğində kredit götürmüş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə X2 ilə 07.12.2007-ci il tarixli RBB (1)020 nömrəli alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və mülkiyyətçisi olduğu Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi dalan 9 ünvanında yerləşən 2 nömrəli fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Həsənov Elxan bank qarşısında öhdəliyini vaxtı-vaxtında yerinə yetirmədiyindən “Nikoyl bank” İKB tutmanın ipotekaya qoyulmuş fərdi yaşayış evinə yönəldilməsi barədə Abşeron rayon Məhkəməsinə müraciət etmiş, Abşeron rayon Məhkəməsinin 23.06.2010-cu il tarixli iş №2(012)-521/2010 saylı qətnaməsi ilə məhkəmədə iştirakı olmadan qismən təmin edilmiş tutma ipotekaya yönəldilərək Respublika Xammal və X17 və Daşınmaz Əmlakların satışı X19ndə birinci dəfə 09.12.2014-cü il tarixli 01/3653 nömrəli Açıq Hərracın keçirilməsinə dair ilkin bildirişdə Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi dalan 9-da yerləşən 2 saylı deyil, 1 saylı fərdi yaşayış evi hərraca çıxarılaraq ilkin satış qiyməti 101.580(yüz bir min, beş yüz səksən) manat qiymətləndirilmiş, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 5.079 (beş min yetmiş doqquz) manat müəyyən edilmiş, ikinci dəfə isə 23.12.2014-cü il tarixli 01/3805 nömrəli heç bir dəyişiklik edilmədən hərrac keçirilmiş, ipotekaya qoyulmuş daşınmaz əmlak 41.000 (qırx bir min) manata “Nikoyl Bank” İKB tərəfindən alınmış, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, 01.09.2015-ci il tarixli 58 nömrəli reyestr kitabının 5238 nömrəli vərəqində qeydiyyata alınmış və “Nikoyl Bank” İKB-nin adına çıxarış verilmişdir. Habelə, 09.10.2012-ci il tarixli bağışlama müqaviləsi ilə ünvan 7 ünvanında yerləşən 2 nömrəli fərdi yaşayış evi X12 tərəfindən İddiaçı bağışlanılmışıdır. Bakı şəhəri 46 saylı Notariat Ofisinin 06.08.2021-ci il tarixli məhkəmə sorğusuna alınmış cavab məktubuna əlavə edilmiş notariat işində olan 09.10.2012-ci il tarixli "xxxx" İKB ASC-nin nümayəndəsinin razılığı ilə mübahisəli əmlak ipoteka yüklülüyündə qalmaq şərtilə İddiaçı adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2019-cu il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “İpoteka haqqında” Qanunun: 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cü maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Qanuna əsasən hərracın təşkilatı və onun əməkdaşları istisna olmaqla hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 44-cü maddəsinə müvafiq olaraq bu Qnunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə uyğun olaraq hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, hərrac təşkilatının 02.04.2015-ci il tarixli, № 28/04 saylı hərracın yekunları barədə protokoluna əsasən, ünvan 10 ünvanında yerləşən 2 nömrəli fərdi yaşayış evi ünvan 11, 23.06.2010-cu il tarixli icra vərəqəsinə, Yasamal rayon icra şöbəsinin 17/72-4081/6 saylı 21.11.2014-cü il tarixli sifariş məktubuna əsasən hərrac təşkil olunmuşdur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. Hərracın ilkin satış qiyməti 101580 manat, təkrar hərracdakı qiyməti 86343 manat, 25% aşağı qiyməti 64757,25 manat olmuş, Bakı şəhəri, Yasamal rayonu Zərgərpalan küçəsi dalan 9 ünvanında yerləşən 2 nömrəli fərdi yaşayış evini tələbkar "xxxx" ASC hərracda əldə etmiş, bununla bağlı 02.04.2015-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Hərrac təşkilatı 09.12.2014-cü il tarixli № 01/3653 nömrəli bildirişləri ipoteka qoyan (mülkiyyətçi) İddiaçı göndərməmiş, onun mənzilin hərraca çıxarılması ilə bağlı keçiriləcək hərracda iştirakı təmin edilməmiş, bunun əksini sübut edəcək hər hansı bir mötəbər dəlil məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan sübutlardan məlum olur ki, hərracın keçirilməsi zamanı ipotekaya qoyulmuş əmlakın satılması “İcra haqqında” Azərbaycan Respublikası Qanunun, “İpoteka haqqında” Azərbaycan Qanununun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələbləri pozulmaqla həyata keçirilmişdir. Belə ki, qeyd olunan hərracların keçirilməsi ilə bağlı mənzilin mülkiyyətçisinə qanunla müəyyən olunmuş qaydada bildirişlər göndərilməmişdir. Lakin, məhkəmə sadalananlardan əlavə qeyd edir ki, hazırki mülki mübahisə Azərbaycan Respublikası 354.1-ci maddəsi tətbiq olunmaqla iddia tələbi rədd olunmalıdır. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarı) Beləliklə iş materialları ilə sübut olunur ki, 02 aprel 2015-ci il tarixdə hərrac keçirilmiş, ipotekaya qoyulmuş daşınmaz əmlak 41.000 (qırx bir min) manata “Nikoyl Bank” İKB tərəfindən alınmışdır. İddiaçı hərracın keçirilməsi barədə məhkəmə çəkişmələri zamanı habelə 24.12.2018-ci il tarixində ("xxxx" İKB ASC-nin 29.04.2019-cu il tarixli məktubu) məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçı 26.04.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın və onun nəticələrinə dair yekun protokolunun etibarsız hesab edilməsini mübahisələndirmişdir. Mübahisəli hərracın nəticələri barədə protokolun 2015-ci ildə bağlandığını nəzərə aldıqda görünür ki, ötən 6 il ərzində əqdlərin etibarsızlığının mübahisələndirilməsi üçün bir illik kəsici müddət ötürülmüşdür. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilir ki, 02 aprel 2015-ci il tarixdə hərrac keçirilmiş, ipotekaya qoyulmuş daşınmaz əmlak 41.000 (qırx bir min) manata “Nikoyl Bank” İKB tərəfindən alınmış, ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evinə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi **********, 01.09.2015-ci il tarixli 58 nömrəli reyestr kitabının 5238 nömrəli vərəqində qeydiyyata alınmış və “Nikoyl Bank” İKB-nin adına çıxarış verilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşımaz Əmlakların Satışı X19” MMC, Cavabdeh2-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi idarəsi cəlb olunmaqla “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşımaz Əmlakların Satışı X19” MMC, Cavabdeh2İKB ASC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Şəhəri Ərazi İdarəsi cəlb olunmaqla “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2662/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2662/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver