Məhkəmə qərarları › İş №2(005)-2664/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2664/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2664/2020 12.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən cəmi 5.511.983 manat, Cavabdeh2 8.252.479 manat, cəmi 13.764.462 manat borcun tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilən iddia tələbi əsasında mülki iş 2(005)-2664/2020 sayda icraata daxil olmuşdur. İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xaricdə olarkən ondan aldığı 1.427.364 manat əsas borc və ödənilmiş dövlət rüsumunun ona qaytarılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilən iddia tələbi əsasında mülki iş 2(005)-2521/2020 sayda icraata daxil olmuşdur. Məhkəmə mülki işləri araşdıraraq hesab edir ki, iddia tələbləri mahiyyətinə görə eyni şəxsə qarşı pul tələbi ilə bağlı olduğundan, İddiaçı iddiaları əsasında olan mülki işlərin bir icraatda birləşdirilməsi daha məqsədəmüvafiqdir. Buna görə də göstərilən mülki işlər birləşdirilərək, bir icraatda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–nin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Digər tərəfdən, göstərilən mülki işlər pul tələbi ilə bağlı olduğundan, göstərilən iddia tələbləri arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnər. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı iddiası əsasında olan göstərilən 2(005)-2664/2020 saylı mülki işlə; İddiaçı iddiası əsasında olan 2(005)- 2521/2020 mülki iş birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 169.3 və 263- 264-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı pul vəsaitinin geri qaytarılması tələbinə dair iddiası əsasında 2(005)-2664/2020 saylı mülki işlə; İddiaçı Cavabdeh2 qarşı borcun qaytarılması barəsində iddiası əsasında 2(005)-2521/2020 saylı mülki iş birləşdirilsinlər, həmin işlərə bir icraatda baxılsın və mülki işə 2(005)-2521/2020 nömrəsi verilsin. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar