Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-267/2022 11.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3 İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh, (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 6 saylı Notariat Kontoru, X17, X8, X9, X30, X23, Nümayəndə) qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdı̇ İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum bacısı X12 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 30.2 kv metr olan 1 otaqdan ibarət 44saylı mənzilin yeganə vərəsə olaraq onun tərəfindən qəbul edilməsinin tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı 30.11.2021-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, mərhum bacısı X12 miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 30.2 kv metr olan 1 otaqdan ibarət 44 saylı mənzillə yanaşı, "xxxx" ASC-də onun adına saxlanılan 6000 (altı min) manat məbləğində əmanətin (pul məbləğinin) yeganə vərəsə olaraq onun tərəfindən qəbul edilməsinin tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 12.06.1957-ci il təvəllüdlü bacısı X39 22.01.2021-ci il tarixdə COVİD-19 virusuna yoluxması səbəbindən vəfat etmiş və ondan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 30.2 kv.metr olan 1 otaqdan ibarət 44 saylı mənzil miras qalmışdır. Bacısının vəfatından sonra o, Bakı şəhərinə gəlmiş və onun nəşini Naxçıvana apararaq orada el adəti və dini qaydalara uyğun dəfn etdirməklə, vərəsə kimi borcunu lazımınca yerinə yetirmişdir. Bundan bir müddət sonra təkrar Bakı şəhərinə qayıtmış və qanunvericiliyə uyğun olaraq 01.04.2021-ci il tarixdə Xətai rayonu 6 saylı notariat ofisinə ərizə ilə müraciət etməklə mirası qəbul etdiyini bildirmiş, həmçinin vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, mərhum bacısının ondan qeyri 13 vərəsəsi vardır: 1) X23 (bacısı), 2) Cavabdeh (qardaşı oğlu), 3) X17 (qardaşı oğlu), 4) X49 (qardaşı), 5) X10 (qardaşı qızı), 6) X9 (bacı qızı), 7) X30 (bacısı oğlu), 8) X4 (bacısı qızı), 9) X13 (bacısı qızı), 10) X24 (bacısı qızı), 11) X14 (qardaşı qızı), 12) X18 (qardaşı qızı), 13) X40 (bacısı). Bakı şəhəri Xətai rayonu 6 saylı notariat ofisində onun ərizəsi əsasında vərəsəlik işi açılmış və bütün zəruri sənədlər tərəfindən toplanılaraq notariat ofısiniə təhvil verilmişdir. Lakin notariat ofisindən ona ünvanlanmış 16.09.2021-ci il tarixli 1355 saylı məktubda vərəsələr arasında mübahisə olduğundan miras əmlaka dair şəhadətnamənin verilməsinin mümkünsüz olduğu bildirilmişdir. Hansı ki, vərəsələrin hamısı miras əmlakdan onun xeyrinə imtina etdikləri barədə notariat ofisinə ərizə təqdim etmişlər. Ancaq vərəsələrdən X17, X10, X9, X30 və X11 ərizələri texniki səhvlik səəbəbindən miras əmlakdan ümumi imtina kimi qeyd edilsə də, onlar da hazırda miras əmlakdan onun xeyrinə imtina etdiklərini bildirmişlər ki, bu faktı məhkəmə iclası zamanı da təsdiq edə bilərlər. Vərəsələrdən yalnız Cavabdeh bacısından miras qalmış əmlakı tam olaraq əldə etməyinə mübahisə yaratmış, eyni zamanda Bakı şəhəri Xətai rayonu 6 saylı notariat ofisinə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə 28.05.2021-ci il tarixdə ərizə təqdim edərək mərhum bacımdan miras qalmış mənzildə qeydiyyatda olmasını əsas gətirərək miras əmlakın ona verilməli olduğunu iddia etməkdədir. Bununla əlaqədar onunla mübahisənin həlli üçün aparılan danışıqların heç bir faydası olmadığından aralarındakı mübahisənin məhkəmə yolu ilə həll edilməsi qənaətinə gəlinmişdir. Bakı şəhəri 6 saylı Notariat Kontoru, X17, X8, X9, X30, X23, Nümayəndə məhkəmənin təşəbbüsü ilə iş üzrə mübahisə predmti barəsində müstəqil tələb irəli sürməyən şəxslər qismində cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və etiraz təqdim edərək bildirmişdir ki, ona qarşı qaldırılan iddia ərizəsi hüquqa ziddir, əsassızdır. Həmin iddia ərizəsinin heç bir əsası yoxdur və məhkəmədən xahiş edir ki, həmin iddia ərizəsi rədd edilsin. Bildirmişdir ki, onun həmin mənzildə hal-hazırda qanunla yaşamaq hüququ vardır və qeyd edilən mübahisəli mənzildə payı vardır. İddiaçı adına mənzilin keçirilməsinə qəti etiraz edir və qeyd edir ki, vəfat etmiş şəxsin hal-hazırda bankda olan 6000 manatdan ona çatası pulun da İddiaçı adına keçməsinə etiraz edir. Məhkəmədən xahiş və tələbi budur ki, X19 bankda olan hesabından və hal-hazırda pasport qeydiyyatında olduğu yaşayış sahəsi olan mənzildən ona çatası və düşəsi payları məhkəmə qaydasında ona verilməsindən ötrü qətnamə qəbul edilsin. Çünki, ona qarşı iddia qaldıran İddiaçı onunla hal-hazırda bibi olsa da bibisi ona qarşı qərəzli mövqe tutmuşdur. Onun bir bibi kimi məqsədi odur ki, mənzilə özü sahib çıxsın və mənzili sataraq mənzildən əldə olunan pulu mənimsəsin və bibisinin ona qarşı olan bu çirkin hiyləgər məkrli məqsədlərini qəbul etmir və ona çatası payları bibisinin adına keçməsinə razılıq vermir. Məhkəmədən tələb edir ki, qətnamə əsasında ona çatası paylar məhkəmə qətnaməsində öz əksini taparaq qeyd edilməlidir. Halhazırda o, bibisi ilə münaqişəli vəziyyətdədir. Çünki, bibisi İddiaçı ona qarşı özbaşınalıq edərək mübahisəli mənzilin giriş qapısının zamokunu onun xəbəri olmadan dəyişdirmişdir. Artıq bir ilə yaxındır ki, zamoku dəyişdirmişdir və onu mənzilə buraxmır. Məhkəmədən xahiş və tələbi budur ki, bibisi İddiaçı ona qarşı olan iddia tələbi əsassız və qanunsuz olduğu üçün təmin edilməsin. Ona qarşı olan iddia tələbi rədd edilərək hüquqlarının qorunması üçün məhkəmədən ona köməklik edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Eyni zamanda Naxçıvan şəhəri 3 saylı notariat ofisində təsdiq edilmiş, reyestrdə 8İ-1888 № ilə qeyd edilmiş X11 25.10.2021-ci il tarixli ərizəsindən görünür ki, məsafənin uzaqlığı, mövcud pandemiya vəziyyəti və maddi imkan səbəblərindən keçirilən məhkəmə iclaslarında iştirak edə bilməyəcək. Hazırkı məhkəmə mübahisəsi ilə bağlı iddiaçının cavabdehə qarşı tələbini əsaslı hesab edir və iddia təıləbinin təmin edilməsinə heç bir etirazı yoxdur. Həmçinin Naxçıvan şəhəri 3 saylı notariat ofisində təsdiq edilmiş, reyestrdə 8İ-1859 № ilə qeyd edilmiş X1, X2, X15 və X5 20.10.2021-ci il tarixli ərizəsindən görünür ki, məsafənin uzaqlığı, mövcud pandemiya vəziyyəti və maddi imkan səbəblərindən keçirilən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklər. Hazırkı məhkəmə mübahisəsi ilə bağlı iddiaçının cavabdehə qarşı tələbini əsaslı hesab edir və iddia təıləbinin təmin edilməsinə heç bir etirazları yoxdur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 6 saylı Notariat ofisinə İddiaçı tərəfindən 01.04.2021-ci il tarixdə ünvanlanmış ərizədən görünür ki, 22.01.2021-ci il tarixdə bacısı X39 vəfat etmişdir. Miras əmlak: ünvan 3 ünvanında yerləşən mənzildən ibarətdir. Göstərilən əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsini xahiş edir. İş materiallarında olan Bakı şəhəri 6 saylı Notariat ofisinin İddiaçı ünvanladığı 16.09.2021-ci il tarixli, 1355 №-li məktubdan görünür ki, İddiaçı 16.09.2021-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, mərhum X19 adına olan ünvan 5 ünvanında yerləşən mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vərəsələr arasında mübahisəyə görə mümkün deyildir. İş materiallarında olan Bakı şəhəri 6 saylı Notariat ofisinin İddiaçı ünvanladığı 01.04.2021-ci il tarixli, x-456 №-li məktubdan görünür ki, notariat ofisinə ünvanladığı 01.04.2021-ci il tarixli ərizəyə cavab olaraq bildirilir ki, 22.01.2021-ci il də vəfat etmiş mərhum X12 miras qalmış əmlaklara dair 01.04.2021-ci il tarixdə 8İ-3234 reyestrlə təsdiqlənmiş ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. İş materiallarında olan Bakı şəhəri 6 saylı Notariat ofisinə Cavabdeh tərəfindən 28.05.2021-ci il tarixdə ünvanlanmış ərizədən görünür ki, 22.01.2021-ci il tarixdə bibisi X39 vəfat etmişdir. Miras əmlak: ünvan 3 ünvanında yerləşən mənzildən ibarətdir. Həmin mirası qəbul edir. Göstərilən əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsini xahiş edir. İş materiallarında olan Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş V-JQ seriyalı, 429232№-li, 16.09.1991-ci il tarixli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X31 ilə X32 23.12.1987-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 138 saylı akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Naxçıvan MSSR Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş İV-JQ seriyalı, 373353 №-li, 13.08.1987-ci il tarixli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X6 ilə X25 13.08.1987-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 53 saylı akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhər Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 11.10.2007-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydasında təsdiq edilmiş surətindən görünür ki, X41 27.09.2003-cü il tarixdə Şəmkir şəhərində anadan olmuşdur, atası X26, anası X16r. “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə “X7” AQİS-dən çıxarışdan görünür ki, X45 22.01.2021-ci il tarixdə vəfat etmişdir. Buna dair 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində AZ-İİ seriyalı, 166392 №-li, 03.02.2021-ci il tarixli akt qeydi aparılmışdır. Naxçıvan şəhəri 3 saylı notariat ofisində təsdiq edilmiş, reyestrdə 8İ-342 № ilə qeyd edilmiş X11 18.02.2021-ci il tarixli ərizəsindən görünür ki, o, X23, 22.01.2021-ci il tarixdə ölmüş bacısı X12 irs qalmış (yaşayış (ev, mənzil və otaq, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatan hissəsindən imtina edir. AR MM-in 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edilmişdir. Naxçıvan şəhəri 3 saylı notariat ofisində təsdiq edilmiş, reyestrdə 8İ-355 № ilə qeyd edilmiş X1 və X15 19.02.2021-ci il tarixli ərizəsindən görünür ki, X9 və X30 22.01.2021-ci il tarixdə ölmüş xalası X12 irs qalmış (yaşayış (ev, mənzil və otaq, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatan hissəsindən imtina edirlər. AR MM-in 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri onlara izah edilmişdir. Naxçıvan şəhəri 3 saylı notariat ofisində təsdiq edilmiş, reyestrdə 8İ-356 № ilə qeyd edilmiş X2 19.02.2021-ci il tarixli ərizəsindən görünür ki, o, X8, 22.01.2021-ci il tarixdə ölmüş bibisi X12 irs qalmış (yaşayış (ev, mənzil və otaq, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatan hissəsindən imtina edir. AR MM-in 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edilmişdir. Naxçıvan şəhəri 3 saylı notariat ofisində təsdiq edilmiş, reyestrdə 8İ-763 № ilə qeyd edilmiş X5 29.04.2021-ci il tarixli ərizəsindən görünür ki, o, X17, 22.01.2021-ci il tarixdə ölmüş nənəsi X12 irs qalmış (yaşayış (ev, mənzil və otaq, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatan hissəsindən imtina edir. AR MM-in 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edilmişdir. Şərur rayon 1 saylı notariat ofisində təsdiq edilmiş, reyestrdə 8İ-643 № ilə qeyd edilmiş X33 16.07.2021-ci il tarixli ərizəsindən görünür ki, o, X49, 22.01.2021-ci il tarixdə ölmüş X12 irs qalmış (yaşayış (ev, mənzil və otaq, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatan hissəsindən İddiaçı xeyrinə imtina edir. AR MM-in 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edilmişdir. Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq edilmiş, reyestrdə 8İ-1244 № ilə qeyd edilmiş X4 19.02.2021-ci il tarixli ərizəsindən görünür ki, o, X4, 22.01.2021-ci il tarixdə ölmüş X12 irs qalmış (yaşayış (ev, mənzil və otaq, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatan hissəsindən İddiaçı xeyrinə imtina edir. AR MM-in 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edilmişdir. Bakı şəhəri 52 saylı notariat ofisində təsdiq edilmiş, reyestrdə 8İ-1231 № ilə qeyd edilmiş X13 19.02.2021-ci il tarixli ərizəsindən görünür ki, o, X13, 22.01.2021-ci il tarixdə ölmüş X12 irs qalmış (yaşayış (ev, mənzil və otaq, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatan hissəsindən İddiaçı xeyrinə imtina edir. AR MM-in 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edilmişdir. Babək rayon notariat ofisində təsdiq edilmiş, reyestrdə 8İ-308 № ilə qeyd edilmiş X24 01.03.2021-ci il tarixli ərizəsindən görünür ki, o, X24, 22.01.2021-ci il tarixdə ölmüş xalası X12 irs qalmış (yaşayış (ev, mənzil və otaq, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatan hissəsindən xalası İddiaçı xeyrinə imtina edir. AR MM-in 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edilmişdir. Bakı şəhəri 52 saylı notariat ofisində təsdiq edilmiş, reyestrdə 8İ-1232 № ilə qeyd edilmiş X14 19.02.2021-ci il tarixli ərizəsindən görünür ki, o, X14, 22.01.2021-ci il tarixdə ölmüş X12 irs qalmış (yaşayış (ev, mənzil və otaq, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatan hissəsindən İddiaçı xeyrinə imtina edir. AR MM-in 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edilmişdir. Bakı şəhəri 52 saylı notariat ofisində təsdiq edilmiş, reyestrdə 8İ-1233 № ilə qeyd edilmiş X18 19.02.2021-ci il tarixli ərizəsindən görünür ki, o, X18, 22.01.2021-ci il tarixdə ölmüş X12 irs qalmış (yaşayış (ev, mənzil və otaq, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatan hissəsindən İddiaçı xeyrinə imtina edir. AR MM-in 1256-cı, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona izah edilmişdir. Naxçıvan şəhəri 1 saylı notariat ofisində təsdiq edilmiş, reyestrdə 8İ-1293 № ilə qeyd edilmiş X33 30.03.2021-ci il tarixli ərizəsindən görünür ki, 22.01.2021-ci il tarixdə vəfat etmiş bacısı X20 ölümündən sonra onun harda yerləşməsindən və nədən asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etməmişdir, etmir və etmək fikri də yoxdur. Həmin miras əmlaklardan vərəsəlik yolu ilə ona çatan paydan bacısı İddiaçı xeyrinə imtina edir. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. Rusiya Federasiyasının Leninqrad vilayətində notariat ofisində təsdiq edilmiş, reyestrdə 78/556n/47-2021-1-522 № ilə qeyd edilmiş X40 20.02.2021-ci il tarixli ərizəsindən görünür ki, o, X40, 22.01.2021-ci il tarixdə ölmüş X12 irs qalmış mirasın ona çatan hissəsindən İddiaçı xeyrinə imtina edir. Bakı şəhəri 21 saylı notariat ofisində təsdiq edilmiş, reyestrdə 8İ-1822 № ilə qeyd edilmiş X34, X35 və X21 bidirmişlər ki, həqiqətən ünvan 6 ünvanında olan Bağırov X22 Xanım Əli qızına vəfat edənədək qulluq etmişdir. "xxxx" ASC-nin Şuşa filialı ilə əmanətçi X39 arasında bağlanmış X39 06.06.2018-ci il tarixli əmanətə dair müqavilədən görünür ki,36 ay müddətinə, illik 9 % hesablanmaqla banka əmanət qoyulmuş, əmanətin ilkin məbləği 2000 manat təşkil etmişdir. "xxxx" ASC-nin Şuşa filialı ilə əmanətçi X39 arasında bağlanmış X39 28.09.2020-ci il tarixli əmanətə dair müqavilədən görünür ki, 24 ay müddətinə, illik 7,5 % hesablanmaqla banka əmanət qoyulmuş, əmanətin ilkin məbləği 3800 manat təşkil etmişdir. "xxxx" ASC-nin 07.01.2022-ci il tarixli məktubundan görünür ki, təqdim edilən məlumatlar üzrə 06.01.2022-ci il tarixə X19 adına qalığı 2000,00 (iki min,00) manat olan depozitə və ona hesablanmış faizlər olan 3KSM**********622116 nömrəli, qalığı 4000,00 (dörd min,00) manat olan depozit və ona hesablanmış faizlər olan 114/KADP/000028998 nömrəli depozit müqavilələri mövcuddur. X19 adına cari tarixə qalığı 540,00 (beş yüz qırx,00) manat olan 4101**********622116 nömrəli cari və qalığı 0,40 manat olan ******************** nömrəli kart hesabları aşkar olunmuşdur. Göründüyü kimi ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 30.2 kv.metr olan 1 otaqdan ibarət 44 saylı mənzil X19 mülkiyyətində olmuşdur. X39 22 yanvar 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir. Mərhumun ölümündən sonra bacısı-hazırkı iş üzrə iddiaçı Bakı şəhəri 6 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək, qanun üzrə vərəsə kimi tanınmasını və ona vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Lakin notariat kontoru tərəfindən ona mərhumun başqa vərəsələri də olması səbəbindən şəhadətnamə verilməsindən imtina edilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, mərhum bacısı X12 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 30.2 kv metr olan 1 otaqdan ibarət 44 saylı mənzillə yanaşı, "xxxx" ASC-də onun adına saxlanılan 6000 (altı min) manat məbləğində əmanətin (pul məbləğinin) yeganə vərəsə olaraq onun tərəfindən qəbul edilməsinin tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı iş ilə bağlı aşağıdakı qanunvericilik aktlarını tətbiq etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə əsasən Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1159.1.4-cü maddəsinə əsasən Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Həmin Məcəllənin 1159.1.5-ci maddəsinə əsasən Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1159.3-cü maddəsinə əsasən Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4-cü maddəsinə əsasən Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5-ci maddəsinə əsasən Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir; Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, mərhum X39 ilə İddiaçı doğma bacı olmuşlar. Bu halda Mülki qanunvericiliyin tələbinə əsasən İddiaçı, X19 İİ dərəcəli növbə üzrə vərəsəsi hesab edilir. Cavabdeh isə mərhumun qardaşı oğludur. Bu halda Cavabdeh qanun üzrə vərəsəlik hüququ üzrə mərhumun İV növbədə vərəsəsidir. Hazırkı iddia ərizəsi üzrə məhkəmə hesab edir ki, Cavabdeh X12 qalan miras əmlaka vərəsəliyi istisna edilir. Belə ki, İddiaçı, Cavabdeh əvvəlki növbənin vərəsəsidir. Belə olduğu halda məhkəmə göstərilən qanunvericilik aktlarını rəhbər tutaraq qeyd edir ki, Cavabdeh özündən əvvəlki dərəcələr üzrə vərəsələri sağ olduğu və həmçinin onun xeyrinə miras əmlakdan imtina etmədiyi vaxtadək hazırkı iş üzrə miras əmlaka vərəsəlik şəhadətnaməsi alması mümkün hesab edilmir. Eyni zamanda, müəyyən olunmuşdur ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17, X8, X9, X30, X23, Nümayəndə hər biri ayrılıqda notariat ofisinə müraciət edərək bildirmişlər ki, onlar 22.01.2021-ci il tarixdə vəfat etmiş X39 qalmış bütün daşınar və daşınmaz əmlakdan ibarət mirasın onlara düşən vərəsəlik payından imtina edirlər, vərəsəlik paylarını qəbul etməmişlər və qəbul etmirlər, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə adlarının göstərilməsini istəmirlər, gələcəkdə bununla bağlı məhkəmə və digər orqanlar qarşısında heç bir iddia və tələbləri olmayacaqdır. Bununla əlaqədar hər hansı mübahisə olarsa məsuliyyətləri öz üzərinə götürmüşlər. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Ərizəçinin tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, X12 miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 30.2 kv metr olan 1 otaqdan ibarət 44 saylı mənzil və "xxxx" ASC-də X19 adına saxlanılan 6000 (altı min) manat məbləğində əmanət (pul məbləği) İddiaçı tərəfindən qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. X12 miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 30.2 kv metr olan 1 otaqdan ibarət 44 saylı mənzilə və "xxxx" ASC-də X19 adına saxlanılan 6000 (altı min) manat məbləğində əmanətə (pul məbləği) qanun üzrə vərəsəlik hüquqları tanınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-267/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-267/2022
11.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver