Məhkəmə qərarları › İş №2(005)-2673/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2673/2021

22.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2673/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum haqqında akt qeydinin bərpa edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “doğum haqqında akt qeydinin bərpa edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.1949-cu il tarixdə Azərbaycan Respublikası Ağdam rayonunda anadan olmuş, Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsi məsələsinin AR Ədliyyə Nazirliyi Bakı şəhər Maraqlı şəxs üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi məhkəmə iclasında ərizəyə dəqiqləşmə təqdim edərək, onun xx.xx.1949-cu il tarixində Ağdam rayonunda doğulmağı faktının müəyyən edilməsi və doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, O, Ərizəçi 17 avqust 1949-cu il tarixdə Azərbaycan Respublikası Ağdam rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. 23.07.1993-cü il tarixdə erməni işğalçıları tərəfindən doğulduğu Ağdam şəhəri işğal olundğu vaxtdan Bakı şəhəri Nərimanov rayonu X14 küçəsi ev 113 ünvanında 51 saylı mənzildə məskunlaşmış və yaşayır. 27 may 2005-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon polis idarəsinin pasport və qeydiyyat şöbəsi tərəfindən ona AZE0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Cari ilin fevral ayında naməlum şəraitdə itirilmiş “Doğum haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətini almaq üçün 1 saylı Bakı “Asan Xidmət“ Mərkəzi qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin mərkəzdən ona ünvanlanmış 18 mart 2021-ci il tarixli, 05/1- 334/69 nömrəli məktubla bildirilir ki, arxiv materiallarının 1946-1952-ci illər üzrə bərpa akt qeydlərinin Ağdam rayon qeydiyyat şöbəsi və vətəndaşlıq vəziyyəti aktlarının arxivində onun doğum haqqında şəhadətnaməmin qeydi aşkar olunmamışdır. O, belə hesab edir ki, cavab formal xarakter daşıyır. Belə ki, onun səalhiyyəti yoxdur ki, qeydiyyat şöbəsində vətəndaşlıq vəziyyəti aktının qeydə alınıb-alınmamasına nəzarət etsin. Ona görə də belə hesab edirəm ki, mənə doğum haqqında şəhadətnaməmin verilməsi barədə məhkəmə Qətnamə çıxarmalıdır. Mənim pozulmuş hüququ bərpa olunmalıdır. Ərizəçi məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxsnə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X4 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır. Bacısının əvvəllər doğum haqqında şəhadətnaməsi olmuşdur. Lakin torpaqlar işğal edilən zaman bacısı ailəsi ilə birlikdə qaçarkən doğum haqqında şəhadətnaməsini özü ilə götürməmişdir. Onların hamısının doğum haqqında şəhadətnaməsi olmuşdur. Lakin qaçarkən bəziləri əsas sənədləri yanlarında götürə bilməyib. X1 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır. Məhkəmə iclasında X1 şahid X8 qızı ilə eyniməzmunlu ifadələr vermiş, Ərizəçi xx.xx.1949-cu ildə Azərbaycan Respublikası, Ağdam şəhərində anadan olduğunu təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1949-cu il tarixdə Ağdam şəhərində doğulmuşdur. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 18 mart 2021-ci il tarixdə verilmiş, 05/Q-334/69 saylı arayışdan görünür ki, Ərizəçi barəsində Ağdam rayon qeydiyyat şöbəsi və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində doğum haqqında akt qeydi aşkar olunmadı. İş materiallarına əlavə edilmiş 20 saylı MKİS tərəfindən verilmiş 012244 saylı arayışdan görünür ki, Ərizəçi F.X.Xoyski küçəsi 113 saylı evin 51 saylı mənzilində pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş AZ-Т 104422 saylı,16.03.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 23.03.1960-cı il tarixdə Ağdam şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 231 nömrə ilə qeyd edilmişdir. X2, anası isə X3r. İş materiallarına əlavə edilmiş, АЗ № ******* saylı, 05.07.1968-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 19.06.1968-ci il tarixdə Ağdam şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 05.07.1968-ci il tarixdə 269 nömrə ilə qeyd edilmişdir. X2, anası isə X3r. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Ərizəçi xx.xx.1949cu il tarixdə Ağdam rayonunda doğulmuşdur. X2, anası isə X3r. Ərizəçi naməlum şəraitdə doğum haqqında şəhadətnaməsini itirmiş, bu faktı təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) digər qaydada əldə edə bilmir. Bu səbəbdən də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Beləliklə, məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, Ərizəçi xx.xx.1949-cu il tarixdə Ağdam rayonunda doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, Doğum haqqında akt qeydi bərpa edilməli, "ata" qrafasında X6, "ana" qrafasında isə X7 göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1949-cu il tarixdə Ağdam rayonunda doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum haqqında akt qeydi bərpa edilsin, "ata" qrafasında X6, "ana" qrafasında isə X7 göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar