Məhkəmə qərarları › İş №2(005)-2675/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2675/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2675/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********43186 olan X3 7 markalı telefon üçün 630 (altı yüz otuz) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat cərimə, cəmi 693 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********24037 olan X3 7 markalı telefon üçün 290 (iki yüz doxsan) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə, cəmi 319 manat, ümumilikdə 1012 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1042 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” X1 ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********43186 və **********24037 olan 2 ədəd X3 7 markalı telefon almış və nəticədə 1012 (min on iki) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 720 (yeddi yüz iyirmi) manat (16 ay x 45 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********43186 olan X3 7 markalı telefon üçün ümumilikdə, 693 (altı yüz doxsan üç) manat olmaqla ondan, 630 (altı yüz otuz) manat ödənilməmiş hissə, cərimə 135 manat (0.45 manat x 300 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 63 (altmış üç) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı satqı qiyməti 808 (səkkiz yüz səkkiz) manat (12 ay x 58 manat + 112 manat ilkin ödəniş) İMEİ Kodu **********24037 olan X2 7 markalı telefon üçün ümumilikdə 319 (üç yüz on doqquz) manat olmaqla ondan, 290 (iki yüz doxsan) manat ödənilməmiş hissə, cərimə 87 manat (0.58 manat x 150 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 29 (iyirmi doqquz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 608 manat təşkil edir. Müqavilənin 3.3-cü bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********43186 olan X3 7 markalı telefon üçün 630 (altı yüz otuz) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat cərimə, cəmi 693 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********24037 olan X3 7 markalı telefon üçün 290 (iki yüz doxsan) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə, cəmi 319 manat, ümumilikdə1012 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1042 manat olmaqla borc yaranmışdır. Həmin əşyalar “xxxxxxxxxxx” MMC tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı “xxxxxxxxxxx” MMC-yə cavabdeh tərəfindən həmin müqavilələr üzrə ödəniş edilməmişdir. Cavabdehin 1-ci müqavilə üzrə 693 (altı yüz doxsan üç) manat olmaqla ondan, 630 (altı yüz otuz) manat ödənilməmiş hissə, cərimə 135 manat (0.45 manat x 300 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 63 (altmış üç) manat cərimə; 2-ci müqavilə üzrə isə , 319 (üç yüz on doqquz) manat olmaqla ondan, 290 (iki yüz doxsan) manat ödənilməmiş hissə, cərimə 87 manat (0.58 manat x 150 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 29 (iyirmi doqquz) manat cərimə borcunu cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmetləri olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********43186 olan X3 7 markalı telefon üçün 630 (altı yüz otuz) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat cərimə, cəmi 693 manat ;cəmi 693 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********24037 olan X3 7 markalı telefon üçün 290 (iki yüz doxsan) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə, cəmi 319 manat, ümumilikdə 1012 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1042 manat borc iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, cavabdehdən X3 7 markalı telefon üçün 630 (altı yüz otuz) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat cərimə, cəmi 693 manat , X3 7 markalı telefon üçün 290 (iki yüz doxsan) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə, cəmi 319 manat, ümumilikdə 1012 manat borc və 30 manat məbləğində dövlət rüsumu “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********43186 olan X3 7 markalı telefon üçün 630 (altı yüz otuz) manat ödənilməmiş hissə, 63 (altmış üç) manat cərimə, cəmi 693 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********24037 olan X3 7 markalı telefon üçün 290 (iki yüz doxsan) manat ödənilməmiş hissə, 29 (iyirmi doqquz) manat cərimə, cəmi 319 manat, ümumilikdə 1012 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar