Məhkəmə qərarları › İş №2(005)-2680/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2680/2021

07.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2680/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlə aralarında bağlanmış 12 yanvar 2021-ci il tarixində bağlanmış əmək müqaviləsi etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2004-cü ildən təhsil sahəsində müxtəlif vəzifələrdə işləmişdir. 2011-ci il tarixdən Ağdam Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsində işləyir. Cavabdeh təşkilatın 18 mart 2020-ci il tarixli K-367 nömrəli əmri ilə onunla əmək müqaviləsinə 19 man 2020-ci il tarixdən xitam verilmiş və əmək haqqı müqaviləsinin xitam verilməsinə əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən və 73-cü maddəsi ilə müəyyən edilmiş qaydada bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi göstərilmişdir. İddiaçı cavabdeh təşkilata və cavabdehin tərəfində müstəqil tərəf irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ona münasibətdə ləğv edilməsi, işə bərpa və məcburi işəburaxmaya görə əmək haqqı fərqinin ödənilməsi“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-22287/2020 saylı 08.09.2020-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “müddətli əmək müqaviləsinə xitam verilməsi" barədə K- 367 18 mart 2020-ci tarixli əmri İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı Ağdam Rayon Təhsil Şəbəsinin məsləhətçisi vəzifəsində bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqı fərqi iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-22287/2020 saylı 08.09.2020-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı Ağdam Rayon Təhsil Şəbəsinin məsləhətçisi vəzifəsində bərpa olunması nəzərdə tutulsa da, İddiaçı 6 (altı) ay müddətinə, 3 (üç) ay sınaq müddəti olmaqla və dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı 6 (altı) ay müddətinə işəgötürənə təqdim etmədikdə əmək müqaviləsinə xitam verilməsi şərti ilə əmək müqaviləsi bağlanmasına vadar edilmişdir. Cavabdeh təşkilata müraciət olunaraq işəgötürənin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Təhsil naziri X3 ilə İşçi İddiaçı arasında 12 yanvar 202l-ci il tarixində bağlanmış əmək müqaviləsi ləğv edilməsi (etibarsız hesab edilməsi) xahiş olunmuşdur. Lakin cavabdeh təşkilat tərəfindən ərizədə göstərilənlərə heç bir əhəmiyyət verilməmiş və bu günə kimi cavablandırılmamışdır. Cavabdeh təşkilatın hərəkətlərini qanunsuz hesab etdiyindən mövcud iddia tələbini irəli sürülmüşdür. İddiaçı 2004-cü ildən təhsil sahəsində müxtəlif vəzifələrdə işləmişdir. 2011-ci il tarixdən Ağdam Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsində işləyir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18 mart 2020-ci il tarixli K-367 nömrəli əmri ilə onunla əmək müqaviləsinə 19 mart 2020-ci il tarixdən xitam verilmiş və əmək müqaviləsinin xitam verilməsinə əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən və 73-cii maddəsi ilə müəyyən edilmiş qaydada bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi göstərilmişdir. Bununla razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıdakılara əsasən hesab edir ki, cavabdeh təşkilatın iddiaçı arasında 12 yanvar 2021-ci il tarixində bağlanmış əmək müqaviləsi etibarsız hesab edilməlidir. Birincisi, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-22287/2020 saylı 08.09.2020-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müddətli əmək müqaviləsinə xitam verilməsi” barədə K-367 18 mart 2020-ci tarixli əmri İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı Ağdam Rayon İəhsil Şəbəsinin məsləhətçisi vəzifəsində bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqı fərqi iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-22287/2020 saylı 08.09.2020-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı oğlu Ağdam Rayon Təhsil Şəbəsinin məsləhətçisi vəzifəsində bərpa olunması nəzərdə tutulsa da, İddiaçı 6 (alti) ay müddətinə, 3 (üç) ay sınaq müddəti olmaqla və dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı 6 (alti) ay müddətinə işəgötürənə təqdim etmədikdə əmək müqaviləsinə xitam verilməsi şərti ilə əmək müqaviləsi bağlanmasına vadar edilmişdir. İkincisi, İddiaçı 2004-cü ildən təhsil sahəsində müxtəlif vəzifələrdə işləmişdir. 2011-ci il tarixdən Ağdam Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsində işlədiyindən onunla bağlanmış əmək müqaviləsi miiddətsiz əmək müqaviləsi hesab edilir. Bununla bağlı Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-22287/2020 saylı 08.09 2020-ci il tarixli qətnaməsində hüquqi qiymət verilmişdir. Üçüncüsü, 17 (on yeddi) il təhsil sahəsində, onun 10 (on) ilini davamlı olaraq Ağdam Rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsində işləyən işçinin dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçməsini məcburi edən qayda qanunla müəyyən edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək iddia əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-22287/2020 saylı 08.09.2020-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müdddətli əmək müqaviləsinə xitam verilməsi” barədə K-367 18 mart 2020-ci tarixli əmri İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı Ağdam Rayon Təhsil Şöbəsinin məsləhətçisi vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqı fərqi iddiaçıya ödənilməsi qət edilmişdir. Azerbaycan Respublikasının Təhsil naziri X4 ilə İddiaçı, arasında 12 yanvar 2021-ci il tarixdə bağlanmış Əmək müqaviləsindən görünür ki, İddiaçı oğlu “12” yanvar 2021-ci il tarixindən etibarən işə başlamaqla Ağdam Rayon Təhsil Şöbəsinin məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin "Əmək müqaviləsinə xitam verilməsi” adlanan 9.5.6-cı bəndindən görünür ki, işçi dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı 6 ay müddətinə işəgötürənə təqdm etmədikdə əmək müqaviləsi ləğv edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarına əsasən, İddiaçı Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-22287/2020 saylı 08.09.2020ci il tarixli qətnaməsinə əsasən “12” yanvar 2021-ci il tarixindən etibarən işə başlamaqla Ağdam Rayon Təhsil Şöbəsinin məsləhətçisi vəzifəsinə işə bərpa edilmiş və onunla məkə müqaviləsi imzalanmış və həmin tarixdən etibarən İddiaçı oğlu işə başlamışdır. Lakin hazırda iddiaçı onunla 6 (altı) ay müddətinə, 3 (üç) ay sınaq müddəti olmaqla və dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı 6 (altı) ay müddətinə işəgötürənə təqdim etmədikdə əmək müqaviləsinə xitam verilməsi şərti ilə əmək müqaviləsi bağlanmasının qanunsuz olduğunu bildirir. İddia ərizəsində sadaladığı xüsusatlarla əsaslandırmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ hissəsinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin və vəzifələrini əks etdirən yazılı müqavilədir. 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağla məcbur edilə bilməz. 43-cü maddəsinə əsasən Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 45-ci madddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 46.5-ci madddəsinə əsasən, bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur. 47-ci madddəsinin f) bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət ederək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 399.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddiaçı ilə əmək müqaviləsi bağlanarkən Əmək Qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Belə ki, məhkəmə araşdırması ilə sübuta yetir ki, iddiaçı və cavabdeh arasında müqavilə azadlığı prinsipinə riayət edilməklə əmək müqaviləsi bağlanmış, müqavilə bağlanarkən iddiaçı müqavilənin şərtləri ilə razı olmuş və müqavilənin hər hansı bir bəndinə və ya hissəsinə etirazını bildirməmişdir. Beləliklə məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi əmək müqaviləsi məcbur etmənin təsiri altında bağlanmış əqd kimi də qiymətləndirilə bilməz. Göründüyü kimi, əmək müqaviləsi forma və məzmun baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır. Odur ki, iddiaçının əmək müqaviləsini bağlamağa məcbur olması bir-biri ilə uzlaşan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız iddiaçının sözlərinə əsaslanaraq onun əmək müqaviləsini bağlamağa məcbur edilməsini və ya məcbur olmasını əsaslı hesab edə bilməz. İddiaçı müqavilənin etibarsızlığını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və ya sübutun tələb edilməsi barədə vəsatət qaldırmamışdır. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, 12 yanvar 2021-ci il tarixində bağlanmış əmək müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar