Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2694/2021 02.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” MMC ilə 07.03.2019-cu il, 13.11.2019-cu il, 15.03.2019-cu 09.09.2019-cu il, 27.12.2019-cu il, 03.12.2019-cu il və 20.08.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********04149 olan Samsung Galaxy A7 markalı telefon, İMEİ kodu **********56683 olan Samsung Galaxy A50 markalı telefon, Asus markalı notebook, Smart Negway, Lenovo markalı notebook, notebook çantası, Panasonic markalı ətçəkən, Samsung LED TV, İMEİ kodu **********98238 olan Samsung Galaxy A30 markalı telefon almış və nəticədə 5220 (beş min iki yüz iyirmi) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 07.03.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 895 (səkkiz yüz doxsan beş) manat (12 ay x 60 manat + 175 manat ilkin ödəniş) İMEİ kodu **********04149 olan Samsung Galaxy A7 markalı telefon üçün ümumilikdə, 50 (əlli) manat olmaqla ondan 32 (otuz iki) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat dəbbə; 13.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1002 (min iki) manat (12 ay x 83 manat + 6 manat ilkin ödəniş) İMEİ kodu **********56683 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 1078 min yetmiş səkkiz) manat olmaqla ondan, 829 (səkkiz yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 249 (iki yüz qırx doqquz) manat dəbbə; 15.03.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 816 (səkkiz yüz on altı) manat (12 ay x 68 manat + 0 manat ilkin dəniş) Asus markalı notebook üçün ümumilikdə, 195 (yüz doxsan beş) manat olmaqla ondan, 135 (yüz otuz beş) manat ödənilməmiş hissə, 60 (altmış) manat dəbbə, 09.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 444 (dörd yüz qırx dörd) manat (12 ay x 37 manat + 0 manat ilkin ödəniş) Smart Segway üçün ümumilikdə, 383 (üç yüz səksən üç) manat olmaqla ondan, 295 (iki yüz doxsan beş) manat ödənilməmiş hissə, 88 (səksən səkkiz) manat dəbbə; 27.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1399.2 (min üç yüz doxsan doqquz manat iyirmi qəpik) manat (12 ay x 116.6 manat + 0 manat ilkin ödəniş) Lenovo markalı notebook, notebook çantası, Panasonic markalı ətçəkən üçün ümumilikdə 1817 (min səkkiz yüz on yeddi) manat olmaqla ondan, 1399.2 (min üç yüz doxsan doqquz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 417.8 dörd yüz on yeddi manat səksən qəpik) manat dəbbə; 03.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1152 (min yüz əlli iki) manat (12 ay x 96 manat + 0 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 1497 (min dörd yüz doxsan yeddi) manat olmaqla ondan, 1152 (min yüz əlli iki) manat ödənilməmiş hissə, 345 (üç yüz qırx beş) manat dəbbə; 20.08.2019-cu il tarixli müqaviləsinə əsasən,alqı-satqı qiyməti 535(beş yüz otuz beş) manat(6 ay x 77 manat + 73 manat ilkin ödəniş) İMEİ kodu **********98238 olan Samsung Galaxy A30 markalı telefon üçün ümumilikdə, 200(iki yüz) manat olmaqla ondan, 154 (yüz əlli dörd) manat ödənilməmiş hissə, 46 (qırx altı)manat dəbbə miqdarında borc yaranmışdır. 07.03.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********04149 olan Samsung Galaxy A7 markalı telefon üçün 32 manat əsas borc və 18 manat cərimə borcu, 13.11.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********56683 olan Samsung Galaxy A50 markalı telefon üçün 829 manat əsas borc,249 manat cərimə borcu, 15.03.2019-cu il tarixli müqaviləsinə əsasən Asus markalı notebook üçün 135 manat əsas borcun və 60 manat cərimə borcunun 09.09.2019-cu il tarixli müqaviləsinə əsasən Smart Segway üçün 295 manat əsas borcun və 88 manat cərimə borcunun, 27.12.2019-cu il tarixli müqaviləsinə əsasən Lenovo markalı notebook, notebook çantası, Panasonic markalı ətçəkən üçün 1399.2 manat əsas borcun və 417.8 manat cərimə borcunun, 03.12.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung LED TV üçün 1152 manat əsas borcun və 345 manat cərimə borcunun, 20.08.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********98238 olan Samsung Galaxy A30 markalı telefon üçün 154 manat əsas borcun və 46 manat cərimə borcunun Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrnə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etdi və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etmədi və tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 13.11.2019-cu il tarixli, 01047258 saylı müqavilənin məzmunundan görünür ki, avadanlıq götürməsi barədə müqavilə bağlamış və bunu iddiaçı öz imzası ilə təsdiqləmişdir. İş materiallarında olan 13.11.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişin məbləği 83 manat müəyyən edilmişdir. İş materiallarında olan 13.11.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh müqavilə üzrə qeyd olunan məhsulu tam qüsursuz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan 15.03.2019-cu il tarixli, 00563412 saylı müqavilənin məzmunundan görünür ki, müqavilədə göstərilən predmetləri götürməsi barədə müqavilə bağlamış və bunu iddiaçı öz imzası ilə təsdiqləmişdir. İş materiallarında olan 15.03.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişin məbləği 68 manat müəyyən edilmişdir. İş materiallarında olan 15.03.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh müqavilə üzrə qeyd olunan məhsulu tam qüsursuz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan 09.09.2019-cu il tarixli, 00900467 saylı müqavilənin məzmunundan görünür ki, müqavilədə göstərilən predmetləri götürməsi barədə müqavilə bağlamış və bunu iddiaçı öz imzası ilə təsdiqləmişdir. İş materiallarında olan 09.09.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişin məbləği 37 manat müəyyən edilmişdir. İş materiallarında olan 09.09.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh müqavilə üzrə qeyd olunan məhsulu tam qüsursuz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan 27.12.2019-cu il tarixli, 01162931 saylı müqavilənin məzmunundan görünür ki, müqavilədə göstərilən predmetləri götürməsi barədə müqavilə bağlamış və bunu iddiaçı öz imzası ilə təsdiqləmişdir. İş materiallarında olan 27.12.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişin məbləği 116.6 manat müəyyən edilmişdir. İş materiallarında olan 27.12.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh müqavilə üzrə qeyd olunan məhsulu tam qüsursuz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan 03.12.2019-cu il tarixli, 01096693 saylı müqavilənin məzmunundan görünür ki, müqavilədə göstərilən predmetləri götürməsi barədə müqavilə bağlamış və bunu iddiaçı öz imzası ilə təsdiqləmişdir. İş materiallarında olan 03.12.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişin məbləği 96 manat müəyyən edilmişdir. İş materiallarında olan 03.12.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh müqavilə üzrə qeyd olunan məhsulu tam qüsursuz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan 20.08.2019-cu il tarixli, 00859075 saylı müqavilənin məzmunundan görünür ki, Cavabdeh müqavilədə göstərilən predmetləri götürməsi barədə müqavilə bağlamış və bunu iddiaçı öz imzası ilə təsdiqləmişdir. İş materiallarında olan 20.08.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişin məbləği 77 manat müəyyən edilmişdir. İş materiallarında olan 20.08.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh müqavilə üzrə qeyd olunan məhsulu tam qüsursuz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan 07.03.2019-cu il tarixli, 00547260 saylı müqavilənin məzmunundan görünür ki, müqavilədə göstərilən predmetləri götürməsi barədə müqavilə bağlamış və bunu iddiaçı öz imzası ilə təsdiqləmişdir. İş materiallarında olan 07.03.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödənişin məbləği 60 manat müəyyən edilmişdir. İş materiallarında olan 07.03.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh müqavilə üzrə qeyd olunan məhsulu tam qüsursuz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan 24.07.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan 09.04.2021-ci il tarixli maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh 3996,2 manat əsas borc, 1223,8 manat dəbbə pulu olmaqla, cəmi 5220 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi maliyyə arayışı nəzərə alınmaqla qismən təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcunu müqavilələrdə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının 1223,8 manat dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, dəbbə pulu iddia tələbinə tənasübsüz şəkildə hesablanmış və bu səbəbdən də qismən təmin edilərək 400 manat məbləğində müəyyən edilməlidir. Göründüyü kimi, cavabdeh əşyanı alaraq, müəyyən olunmuş vaxtda və həcmdə ödəmək öhdəliyi götürsə də, üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmiş, bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumunu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh oğlunun 3996,2 manat əsas borc, 400 manat dəbbə pulu olmaqla, cəmi 4396.20 manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunu tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3996,2 ( üç min doqquz yüz doğsan altı manat 20 qəpik ) manat əsas borc, 400 manat dəbbə pulu, cəmi 4396,20 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2694/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2694/2021
02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver