Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-272/2023 10.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdehlər X4 və Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “mülkiyyətdə olan yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən, 35 kv.m sahəsi olan 2 otaqlı, 94 saylı mənzilin zəruri məişət əşyaları ilə birlikdə boşaldılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən, 35 kv.m sahəsi olan 2 otaqlı, 94 saylı mənzil ona məxsusdur. Mənzil "xxxx" ASC tərəfindən 04 oktyabr 2002-ci il tarixdə 177 nömrəli order əsasında ona verilmişdir. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi ondan ibarətdir ki, hazırkı iddia tələbi üzrə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilərək, əmlakı könüllü şəkildə boşaltmaları tələb olunsa da, onlar bundan imtina etmişdirlər. Onların bu cür hərəkətlər etməsinin səbəbi isə “məcburi köçkün” statusundan istifadə edərək, ona məxsus mənzili birdəfəlik mənimsəmək niyyətləridir. Üstəlikdə ki, Ali Baş X1 rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu işğalda olan bütün torpaqları işğaldan azad etmişdir. Həmçinin bildirir ki, cavabdehlərin hər hansısa mənzil tələbləri mövcuddursa bununla bağlı AR Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə müraciət etməlidirlər. Yəni ki, o, mülkiyyətçi olaraq özünün başqa yaşayış yeri olmadığı halda onları mənzillə təmin etməli olmadığını bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbinin əsassız olduğunu bildirmiş və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 177 saylı orderinin məzmunundan görünür ki, İddiaçı Təbriz küçəsi 100 ünvanda yerləşən, 35.6 kv.m və 2 otaqdan ibarət Səttarxan adına zavoda məxsus 1 saylı yataqxanada mənzil sahəsi verilmişdir; AR BŞİH-nin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin 2 saylı Xüsusi təyinatlı MKTB-nin 114 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli arayışının məzmunundan görünür ki, Təbriz küçəsi, 100 nömrəli evin, 4 mərtəbəli evin, 4-cü mərtəbəsində 35.0 kv.m sahəsi olan 2 otaqlı 94 saylı mənzilində müvafiq olaraq İddiaçı, X7, X6 və X3 qeydiyyatdadır. Hazırda mənzildə məcburi köçkünlər yaşayır. xx.xx.2022-ci il tarixli "xxxx" TASC-nin rəhbərliyi ilə ZHİK-nin birgə yığıncağının “12” saylı protokolundan çıxarışa əsasən Təbriz küçəsi, 100 ünvanda yerləşən zavoda məxsus yataqxananın 4-cü mərtəbəsində, yaşayış sahəsi, 35.6 kv.m olan 2 (iki) otaqlı 94 saylı mənzil ailə tərkibi 5 nəfər olmaqla İddiaçı ailəsinə verilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Nərimanov RİHBA-nın xx.xx.2013-cü il tarixli arayışın məzmunundan görünür ki, Təbriz küçəsi, 100 nömrəli evin 94-cü mənzilində yaşayan vətəndaş İddiaçı tək və ya ailə tərkibi ilə Nərimanov Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə mənzil növbəsinə götürülməmişdir. Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, İddiaçı məxsus mənzilin məcburi köçkünlər tərəfindən zəbt edilməsi ilə əlaqədar onların çıxarılması üçün müraciət aidiyyatı qaydada məhkəmədə baxılmalı olması sonuncuya bildirilmişdir. AR BŞİH-nin Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin 2 saylı Xüsusi təyinatlı MKTB-nin 114 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli arayışının məzmunundan görünür ki, Təbriz küçəsi, 100 saylı evin 94 nömrəli mənzilində Zəngilan rayonundan məcburi köçkünlər müvafiq olaraq, X4, Cavabdeh3, Cavabdeh4 oğlu, Cavabdeh5 oğlu, X12, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh2 müvəqqəti məskunlaşmışdırlar. Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, Zəngilan rayon, Vənətli kəndindən məcburi köçkünlər-Cavabdeh3 Hüseyn oğlu, həyat yoldaşı X13, X4, X8, Cavabdeh5 Elsəvər qızı, X5, Cavabdeh8 və Cavabdeh2 məcburi köçkünlərin sıx məskunlaşma obyekti olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 100 saylı binanın 94 nömrəli mənzilində müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Zəngilan rayon, Vənətli kəndindən məcburi köçkünlər X13, X4, X8, Cavabdeh5 Elsəvər qızı, X5, Cavabdeh8 və Cavabdeh2 məcburi köçkünlərin sıx məskunlaşma obyekti olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 100 saylı binanın 94 nömrəli mənzilində müvəqqəti məskunlaşmış, bu səbəbdən iddiaçı sahibliyində olan mənzilə dair sahiblik, istifadə vermək hüququnu həyata keçirə bilmir. İddiaçı cavabdeh qismində -X4 və Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 göstərmişdir. Məhkəmə hazırlıq iclaslarında iddiaçıya cavabdehləri dəqiqləşdirməsi təklif olunmuş, iddiaçı verilmiş iddia ərizəsi ilə işə baxılmasında israr etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə istinadən iddiaçıya onun aidiyyəti hüquqları izah edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Ölkə Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cü maddəsinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə qeyd edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən, 35 kv.m sahəsi olan 2 otaqlı, 94 saylı mənzilə dair verilmiş orderə əsasən mübahisəli evdən istifadə etmək hüququ əldə etdiyindən o, hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Cavabdehlər X4, Cavabdeh2, Cavabdeh8 müəyyən olunduğu kimi mübahisəli evə qanuni əsaslar olmadan köçmüşlər. Digər tərəfdən “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsi, habelə “Məcburi köçkünlərin məskunlaşdırılması Qaydası”nın 4cü maddəsinin müddəaları tələb edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri taparkən digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onları başqa yaşayış yerlərinə köçürməlidirlər”. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları (yerli icra hakimiyyəti orqanları) tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. Göründüyü kimi, istinad edilən qanun normasında da məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, hər hansı hər hansı hüquqi əsas olmadan cavabdehlər X4, Cavabdeh2, Cavabdeh8 mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçıların mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, iddia ərizəsi üzrə mülki işin araşdırılmış hallarından müəyyən olunur ki, ünvan 1, mənzil 94 saylı mənzil İddiaçı adına "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 177 saylı orderi ilə qeydiyyatdan keçmişdir. Hazırda mübahisəli mənzil cavabdehlər X4 və qeyriləri tərəfindən zəbt edilmişdir. Bu səbəbdən İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərin ona məxsus evdən çıxarılmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən qeyd edilən mənzilin tutulması mənzilin hazırkı mülkiyyətçisinin mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər mübahisəli mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh X4 və Cavabdeh2 qarşı “mülkiyyətdə olan yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilsin. ünvan 1, 94 saylı mənzilin əşyaları ilə birlikdə boşaldılması vəzifəsi cavabdehlər X4, Cavabdeh2, Cavabdeh8 üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-272/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-272/2023
10.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver