Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2722/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.09.2019-cu il tarixli müqavilə üzrə Epson markalı printer, Printer kabel üçün 250 (iki yüz əlli) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat dəbbə; 14.01.2020ci il tarixli müqavilə üzrə Apple markalı 2 ədəd qulaqlıq, Power Bank üçün 1046.4 (min qırx altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 169.6 (yüz altmış doqquz manat altmış qəpik) manat dəbbə; 19.02.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********43570 olan iPhone 11 Pro markalı telefon üçün 3069.5 (üç min altmış doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, 921.5 (doqquz yüz iyirmi bir manat əlli qəpik)manat dəbbə, ümumilikdə 5529 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh, “xxxx" MMC ilə 29.09.2019-cu il, 14.01.2020-ci il və 19.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Epson markalı printer, Printer kabel, Apple markalı 2 ədəd qulaqlıq, Power Bank, İMEİ kodu **********43570 olan iPhone 11 Pro markalı telefon almış və nəticədə 5529 (beş min beş yüz iyirmi doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 582 (beş yüz səksən iki) manat (12 ay x 48 manat + 6 manat ilkin ödəniş) Epson markalı printer, Printer kabel üçün ümumilikdə, 322 (üç yüz iyirmi iki) manat olmaqla ondan, 250 (iki yüz əlli) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1142.4 (min yüz qırx iki manat qırx qəpik) manat (24 ay x 47.6 manat + 0 manat ilkin ödəniş) Apple markalı 2 ədəd qulaqlıq, Power Bank üçün ümumilikdə, 1216 (min iki yüz on altı) manat olmaqla ondan, 1046.4 (min qırx altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 169.6 (yüz altmış doqquz manat altmış qəpik) manat dəbbə; cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5079.5 (üç min yetmiş doqquz manat əlli qəpik) manat (12 ay x 256 manat + 7.5 manat ilkin ödəniş) İMEİ kodu **********43570 olan iPhone 11 Pro markalı telefon üçün ümumilikdə, 3991 (üç min doqquz yüz doxsan bir) manat olmaqla ondan, 3069.5 (üç min altmış doqquz manat əlli qəpik) manat ödənilməmiş hissə, 921.5 (doqquz yüz iyirmi bir manat əlli qəpik) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 438 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən dənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə baxışı iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh izahat verərək, iddia tələbini qismən qəbul etdiyini bildirərək, maddi vəziyyəti ilə əlaqədar imkanının olmadığını bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 00945881 nömrəli 29.09.2019-cu il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Epson markalı printer və printer kabeli. İş materiallarında olan 29.09.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh 00945881 nömrəli müqavilədə göstərilən əşyaları tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 29.09.2019-cu il tarixli əlavədən görünür ki, bu əlavə 00945881 nömrəli 29.09.2019-cu il müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 582 manat təşkil edir. İş materiallarında olan 20036953 nömrəli 14.01.2020-ci il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: Apple markalı 2 ədəd qulaqlıq və 1 ədəd Power Bank. İş materiallarında olan 14.01.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 20036953 nömrəli müqavilədə göstərilən əşyaları tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 14.01.2020-ci il tarixli əlavədən görünür ki, bu əlavə 20036953 nömrəli 14.01.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 1424.4 manat təşkil edir. İş materiallarında olan 20114587 nömrəli 19.02.2020-ci il tarixli müqavilədən məlum olur ki, bir tərəfdən “xxxx” MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Cavabdeh bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Müştəri”yə aşağıda göstərilən şərtlərlə verir, “Müştəri” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: İphone 11 Pro 64 GB markalı telefon. İş materiallarında olan 19.02.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 20114587 nömrəli müqavilədə göstərilən əşyaları tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan 14.01.2020-ci il tarixli əlavədən görünür ki, bu əlavə 20114587 nömrəli 19.02.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsidir və Cavabdeh həmin müqavilə üzrə ödəməli olduğu toplam məbləğ 3079.5 manat təşkil edir. İş materiallarında olan 10.11.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 29.09.2019-cu il, 14.01.2020-ci il və 19.02.2020-ci il tarixli müqavilə üzrə yaranmış borc məbləğinin qısa müddətində Cavabdeh tərəfindən ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh 29.09.2019-cu il tarixli müqavilə üzrə 250 manat ödənilməmiş əsas və 72 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh 14.01.2020-ci il tarixli müqavilə üzrə 1046.4 manat ödənilməmiş əsas və 169.6 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh 19.02.2020-ci il tarixli müqavilə üzrə 3069.5 manat ödənilməmiş əsas və 921.5 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 29.09.2019-cu il, 14.01.2020-ci il və 19.02.2020-ci il tarixli müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdehin sözügedən müqavilə üzrə hazırda əsas borcu 250 manat, 1046,4 manat və 3069,5 manat olmaqla cəmi 4365,9 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin 29.09.2019-cu il tarixli müqavilə üzrə 250 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 72 manat cərimə pulu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 10 manata endirilməli, 14.01.2020-ci il tarixli müqavilə üzrə 1046,4 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 169,6 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 30 manata endirilməli, cavabdehin 19.02.2020-ci il tarixli müqavilə üzrə 3069,5 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 921,5 manat cərimə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 100 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “xxxx” MMC-nin xeyrinə 29.09.2019-cu il, 14.01.2020-ci il və 19.02.2020-ci il tarixli müqavilələr üzrə 4365,9 manat ödənilməmiş hissə, 140 manat dəbbə pulu və 30 (otuz) manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” MMC-nin xeyrinə 4365,9 manat ödənilməmiş hissə, 140 manat dəbbə pulu cəmi 4505,9 manat borc və 30 (otuz) manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2722/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2722/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver