Məhkəmə qərarları › İş №2(005)-2724/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2724/2020

07.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2724/2020 07.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X9, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi və mənəvi ziyana görə pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi və mənəvi ziyana görə pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun işdən çıxarılmağı barəsində əmrinin ləğv edilməsi, Cavabdehndə onun işə bərpa edilməyi və həmin müddətin əmək stajına aid edilməsi, 2002-ci ilin iyun ayından hazırki günə qədər, həmçinin məhkəmə qətnaməsi qüvvəyə minən vaxta qədər olan müddət ərzində əmək haqqının hesablanaraq ona ödənilməsi, işdən azad edilməyi ilə əlaqədar ona vurulmuş 5.000 (beş min) manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2003-cü ildən 2020-ci ilə kimi Cavabdehndə “yayıcı” vəzifəsində işləmişdir. 2020-ci ilin yanvar, fevral və mart aylarında ona və digər işçilərə əmək haqqı ödənilmədiyi üçün o və Cavabdeh 4 nəfər işçisi-Elçin Əliyev, Nadir Əliyev, Babacan Ağayev və Sahil Əmirov Cavabdeh maliyyə şöbəsinin rəisi Çingiz müəllimin yanında oldular və sonuncu onları dinlədikdən sonra, tələblərinin yerinə yetiriləcəyini və yaxın müddət ərzində əmək haqqlarını alacaqlarını bildirdilər. On gündən sonra onların bir aylıq əmək haqqları ödənildi (qalan əmək haqqları isə hissələrə bölünərək may ayına qədər ödənilmişdir). Çingiz müəllimin əmri və sex rəisi Sahib Qarayevin məsləhəti ilə onları xx xxxxx 2020-ci il tarixdən bu günə qədər işə buraxmadılar və bunu pandemiya ilə əlaqələndirdilər. xx xxxxx 2020-ci ildə “Koronavirus pandemiyası ilə bağlı işçilərin ödənişli məzuniyyətə göndərilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən onun işlədiyi Cavabdehndə onu və digər işçiləri ödənişli məzuniyyətə çıxmağa məcbur etdilər. Lakin aprel və may aylarının əmək haqqı verilsə də, iyun və iyul aylarının əmək haqqları indiyə qədər verilməmişdir. Qeyd edilməlidir ki, Cavabdeh X10 işlədiyi 17 il ərzində onun heç bir üzrsüz işburaxmağı, hər hansı töhmət və s. olmamışdır. O, işinə qarşı çox məsuliyyətli, intizamlı olmuş və dəfələrlə pul mükafatları da almışdır. xx xxxx 2020-ci il tarixdə onu və digər işçiləri Cavabdehnə dəvət edərək, Cavabdehndə iş həcminin azalması ilə əlaqədar olaraq müəssisədə işçilərin sayının azaldılması və ştatların ixtisar olunması qərara alındığını, heç bir vakansiya iş yerinin mövcud olmadığını, Həmkarlar İttifaqının razılığı ilə, işçi kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar olunduqlarını, əmək stajının 10 ildən çox olduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, 9 təqvim həftəsi əvvəl rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulduğundan, onunla bağlanmış əmək müqaviləsinin xx xxxxxxxx 2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəyini, əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması ilə əlaqədar əmək funksiyalarının icrasından azad edilmələri barədə xəbərdar edərək, ərizə yazmalarını təklif etdilər. O, bu təkliflə razılaşmadı və bu günə qədər də razı deyildir. Belə ki, o Cavabdehndə 17 il vicdanla çalışmışdır. Hazırda hər hansı bir yerdə iş tapmaq da çox çətindir. Həmçinin, o ailəlidir, himayəsində yaşlı valideynləri və iki uşağı vardır. O, işləyib ailəni dolandırmağa məcburdur. Ailədə işləyən isə təkcə onun özüdür. xx xxxx 2020-ci il tarixdə o və Cavabdeh 4 nəfər işçisi-Elçin Əliyev, Nadir Əliyev, Babacan Ağayev və Sahil Əmirov Cavabdeh rəhbəri Rasim Məmmədova teleqram vuraraq, xx xxxxx 2020-ci il tarixdən bu günə qədər işlədikləri Cavabdehnə buraxılmadıqlarını, əmək haqqlarının əmək müqaviləsinə əsasən tam şəkildə ödənilmədiyini qeyd edərək, iş rejiminə əmək müqaviləsinə uyğun olaraq yaradılan maneələri aradan qaldırmaqla üzərlərinə düşən əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaradılması barədə müraciət etmişdilər. xx xxxx 2020-ci il tarixdə Cavabdeh xəbərdarlıq məktubunu aldılar. Hesab edir ki, Cavabdeh onun işdən çıxarılmağı barədə əmri ləğv edilməli, Cavabdehndə işə bərpa edilməli və həmin müddət əmək stajına aid edilməli, 2002-ci ilin iyun ayından hazırki günə qədər, həmçinin məhkəmə qətnaməsi qüvvəyə minən vaxta qədər olan müddət ərzində əmək haqqı hesablanaraq ona ödənilməli, işdən azad edilməyi ilə əlaqədar ona vurulmuş 5.000 (beş min) manat məbləğində mənəvi ziyan ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun şəkildə izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyib, iddia ərizəsinə yazılı etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı xx xxxxxxxx 2009-cu il tarixdən bu günə kimi Cavabdehndə işləyir. Bu günə qədər Cavabdeh İddiaçı da daxil olmaqla öz işçilərinə qayğı göstərmiş, bir şox işçinin sosial problemlərinin həll olunmasında köməklik göstərmiş və öz işçilərinin hüquqlarının, o cümlədən İddiaçı hüquqlarının pozulmamasma çalışmışdır. Lakin dünyanı bürüyən COVİD-19 pandemiyası Azərbaycan Respublikasından, o cümlədən Cavabdehndən yan keçməmişdir. Cavabdeh daha çox ixrac yönümlü müəssisə olduğundan artıq 2020-ci ilin yanvar ayından xarici sifarişləri azalmağa başlamış və ölkədə mart ayından başlayraq karantin rejiminin tətbiq edilməsi ilə müəssisənin fəaliyyəti demək olar ki, dayanmışdır. Cavabdeh məcburiyyət qarşısında qalaraq aprel ayından başlayaraq fəaliyyətinin zəifləməsi səbəbi ilə müəssisənin hesabına işçilərinə 2/3 əmək haqqı ödənilməklə boşdayanma elan etmişdir. Ölkədə davam edən pandemiya və karantin rejiminin bu gün də davam etməsi səbəbindən və işçilərin yoluxmasının qarşısını almaq üçün dövlətin tələb və tövsiyyələrinə əməl edərək, Cavabdeh öz işçilərinin işə gəlməməyi və evdə qalmaları tövsiyyə olunmuş, əvəzində Cavabdeh əmək haqqlarının 2/3 hissəsini ödəmişdir. Qeyd edilən digər yüzlərlə işçilərdən biri də İddiaçı olmuşdur. Cavabdeh tərəfindən boşdayanma təkcə iddiaçı barəsində deyil, müəssisədə işləyən digər işçiləri də əhatə etmişdir. İddiaçı hələ də Cavabdehndə işləyir, onun ixtisar olunması haqqında dəlili və əmrin ləğv edilərək işə bərpası barədə tələbi tamailə əsassızdır. Çünki onun barəsində belə bir əmr yoxdur. İddiaçı bu gün də Cavabdeh işçisi olaraq əmək haqqı alır və həmin bu dövr əmək haqqı stajına daxil edilir. İddia tələbi bu hissədə təmin edilməməlidir. İddia tələbinin ikinci hissəsi olan “iyun ayından hazırki günə qədər, həmçinin məhkəmə qətnaməsi qüvvəyə minən vaxta qədər olan dövr ərizində əmək haqqının hesablanaraq ona ödənilməsi” tələbi də tamamilə əsassızdır. Çünki 1139 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli bank arayışından görünür ki, İddiaçı boşdayanma ilə bağlı olaraq 2020-ci ilin iyun ayında 657,77 (altı yüz əlli yeddi manat yetmiş yeddi qəpik) manat, iyul ayında 707,48 (yeddi yüz yeddi manat qırx səkkiz qəpik) manat, avqust ayında isə 959,37 (doqquz yüz əlli doqquz manat otuz yeddi qəpik) manat məbləğində əmək haqqı ödənilmişdir. Ödənilən vəsaitlərin fərqlənməsinə səbəb isə müvafiq ayda olan iş və bayram günlərinin sayından asılı olmuşdur. Həmin hissədə iddia tələbi ilə bağlı olaraq qeyd edilməlidir ki, iddia tələbi məhkəməyə xx xxxx 2020-ci il tarixində verildiyi halda İddiaçı yalnız iyun ayı üçün əmək haqqının ödənilməsini tələb edə bilərdi. Çünki tərəflər arasında imzalanmış əmək müqaviləsinə əsasən əmək haqqı növbəti ayın 10-a qədər ödənilməlidir. Yəni, Cavabdeh tərəfindən ödənişlərdə gecikmələr olsa belə, İddiaçı iyul ayı üçün əmək haqqı tələb etmə hüququ olmamışdır. Qətnamənin qüvvəyə minən vaxta qədər olan müddətdə əmək haqqının hesablanaraq ödənilməsi tələbi isə tamailə absurddur və ümumiyyətlə pozulmamış hüququn məhkəmə vasitəsilə bərpasının tələb edilməsi hüququn əsas prinsiplərinə ziddir və bu tələbin məhkəməyə aidiyyəti yoxdur. Ona görə də iddia tələbi bu hissədə də təmin edilməməlidir. İddia tələbinin üçüncü hissəsi olan İddiaçı işdən azad edilməyi ilə bağlı ona 5.000 (beş min) manat məbləğində mənəvi ziyanın ödənilməsinin tələb edilməsinə gəldikdə isə, bir daha qeyd edilməlidir ki, iddiaçı işdən azad edilməmişdir. Qeyd edilənlərə əsasən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: xx xxxx 2020-ci il tarixli teleqramın surətindən və məzmunundan görünür ki, İddiaçı, Cavabdeh 4 nəfər işçisi-Elçin Əliyev, Nadir Əliyev, Babacan Ağayev və Sahil Əmirov Cavabdeh rəhbəri Rasim Məmmədova teleqram vuraraq, xx xxxxx 2020-ci il tarixdən bu günə qədər işlədikləri Cavabdehnə buraxılmadıqlarını, əmək haqqlarının əmək müqaviləsinə əsasən tam şəkildə ödənilmədiyini qeyd edərək, iş rejiminə əmək müqaviləsinə uyğun olaraq yaradılan maneələri aradan qaldırmaqla üzərlərinə düşən əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaradılması barədə müraciət etmişdilər. AZ 1111 nömrəli indeksi olan poçt məntəqəsinin xx xxxx 2020-ci il tarixli qəbzindən görünür ki, müvafiq teleqram cavabdeh təşkilata göndərilmişdir; Cavabdeh İddiaçı ünvanladığı xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Cavabdehndə iş həcminin azalması ilə əlaqədar olaraq, müəssisədə işçilərin sayının azaldılması və ştatların ixtisar olunması qərara alınmışdır. Ona təklif oluna bilən başqa heç bir vakansiya iş yeri mövcud deyildir. Bu səbəbdən, Cavabdeh Həmkarlar İttifaqının razılığı ilə, işçi kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar olunmuşdur. Onun cəmiyyətdə əmək stajı 10 ildən çox olduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən doqquz təqvim həftəsi əvvəl rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulmuşdur. Onunla bağlanmış əmək müqaviləsi xx xxxxxxxx 2020ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəkdir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində bir gün (işəgötürənlə razılaşma əsasında) əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması ilə əlaqədar o, əmək funksiyalarının icrasından azad edilmişdir. Eyni zamanda, əmək müqaviləsi ləğv edilən zaman qanunla ona verilmiş təminatlara tam əməl olunacaqdır. Xəbərdarlıq müddəti zamanı ondan şirkətin daxili intizam qaydalarına əməl etmək tələb olunmuşdur; “Azərbaycan Beynəlxalq Bankı” X13 Nərimanov filialının Cavabdeh baş direktoru Süleyman Məmmədova ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli 1139 nömrəli məktubunun məzmunundan görünür ki, Cavabdeh tərəfindən İddiaçı əmək haqqı kart hesabına 2020-ci il iyun ayında 657,77 (altı yüz əlli yeddi manat yetmiş yeddi qəpik) manat, iyul ayında 707,48 (yeddi yüz yeddi manat qırx səkkiz qəpik) manat, avqust ayında 959,37 (doqquz yüz əlli doqquz manat otuz yeddi qəpik) manat məbləğində vəsait köçürülmüşdür; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixli teleqramla İddiaçı və Cavabdeh 4 nəfər işçisi cəmiyyətin rəhbərinə teleqram vuraraq, xx xxxxx 2020-ci il tarixdən bu günə qədər işlədikləri Cavabdehnə buraxılmadıqlarını, əmək haqqlarının əmək müqaviləsinə əsasən tam şəkildə ödənilmədiyini qeyd edərək, iş rejiminə əmək müqaviləsinə uyğun olaraq yaradılan maneələri aradan qaldırmaqla üzərlərinə düşən əmək funksiyalarının yerinə yetirilməsi üçün şərait yaradılması barədə müraciət etmişdilər. Cavabdeh İddiaçı xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubu ilə müraciət edərək, bildirilmişdir ki, Cavabdehndə iş həcminin azalması ilə əlaqədar olaraq, müəssisədə işçilərin sayının azaldılması və ştatların ixtisar olunması qərara alınmış, ona təklif oluna bilən başqa heç bir vakansiya iş yeri mövcud deyildir. Bu səbəbdən, Cavabdeh Həmkarlar İttifaqının razılığı ilə, işçi kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar olunmuşdur. Onun cəmiyyətdə əmək stajı 10 ildən çox olduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77ci maddəsinə əsasən doqquz təqvim həftəsi əvvəl rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulmuşdur. Onunla bağlanmış əmək müqaviləsi xx xxxxxxxx 2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəkdir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində bir gün (işəgötürənlə razılaşma əsasında) əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması ilə əlaqədar o, əmək funksiyalarının icrasından azad edilmişdir. Eyni zamanda, əmək müqaviləsi ləğv edilən zaman qanunla ona verilmiş təminatlara tam əməl olunacaqdır. İddiaçı bununla razılaşmayaraq, Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi və mənəvi ziyana görə pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun işdən çıxarılmağı barəsində əmrinin ləğv edilməsi, Cavabdehndə onun işə bərpa edilməyi və həmin müddətin əmək stajına aid edilməsi, 2002-ci ilin iyun ayından hazırki günə qədər, həmçinin məhkəmə qətnaməsi qüvvəyə minən vaxta qədər olan müddət ərzində əmək haqqının hesablanaraq ona ödənilməsi, işdən azad edilməyi ilə əlaqədar ona vurulmuş 5.000 (beş min) manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, “Azərbaycan Beynəlxalq Bankı” X13 Nərimanov filialının Cavabdeh baş direktoru Süleyman Məmmədova ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli 1139 nömrəli məktubundan müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən İddiaçı əmək haqqı kart hesabına 2020-ci il iyun ayında 657,77 (altı yüz əlli yeddi manat yetmiş yeddi qəpik) manat, iyul ayında 707,48 (yeddi yüz yeddi manat qırx səkkiz qəpik) manat, avqust ayında 959,37 (doqquz yüz əlli doqquz manat otuz yeddi qəpik) manat məbləğində vəsait köçürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz; 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 47-ci maddəsində qeyd edilir ki, əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda əmək müqaviləsi müddətli bağlanıla bilər; 56.2-ci maddəsinə əsasən məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir; 62-ci maddəsinə əsasən, “İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər”; 70-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları: əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda; 146-cı maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin təqsiri üzündən istehsalın, axm xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir; 169-cu maddəsinin 1-ci hissəsinə əsasən - boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir; 195-ci maddəsinin ə) bəndində (əmək müqaviləsi ləsv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşası səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən disər məlumatlar yaydığına sörə isə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda) işçi vurulan mənəvi ziyana görə işəgötürənin maddi məsuliyyətinin müəyyən edilməsi üçün konkret hal göstərilmişdir; 290-cı maddəsinin 3-cü hissəsinə əsasən İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, isin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir; 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmçinin “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Plenumunun xx xxxxxx 1993-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən işdən çıxarma məsələləri üzrə işçi məhkəməyə əmrin surətinin təqdim edildiyi gündən, əmr təqdim edilmədikdə isə, əmək müqaviləsinə xitam verilməsi əsaslarının qeyd olunduğu əmək kitabçasının təqdim edildiyi gündən, yaxud işçinin işdən çıxarma haqqında əmri və ya əmək kitabçasını almaqdan imtina etdiyi gündən etibarən bir ay ərzində müraciət edə bilər. Göründüyü kimi, İddiaçı iddia ərizəsində əmrin ləğv edilməsi və işə bərpa edilməsini məhkəmədən xahiş etsə də, cavabdeh təşkilat olan Cavabdeh iddiaçı ilə bağlı hər hansı qaydada tərəflər arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair əmr çıxarılmamışdır. Cavabdeh təşkilat olan Cavabdeh İddiaçı ünvanladığı xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubu ilə iddiaçı şəxsin cavabdeh təşkilatda iş həcminin azalması ilə əlaqədar olaraq, müəssisədə işçilərin sayının azaldılması və ştatların ixtisar olunması ilə bağlı qərar verildiyini və ona təklif oluna bilən başqa heç bir vakansiya iş yerinin mövcud olmadığı diqqətinə çatdırılmış, cəmiyyətin Həmkarlar İttifaqının razılığı ilə, işçi kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar olunduğu, onun cəmiyyətdə əmək stajının 10 ildən çox olduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən doqquz təqvim həftəsi əvvəl rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulduğundan, onunla bağlanmış əmək müqaviləsinin xx xxxxxxxx 2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcəyi barədə məlumat verilmişdir. Həmçinin qeyd edilmişdir ki, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində bir gün (işəgötürənlə razılaşma əsasında) əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması ilə əlaqədar onun əmək funksiyalarının icrasından azad edilməsi və əmək müqaviləsi ləğv edilən zaman qanunla ona verilmiş təminatlara tam əməl olunacağı bir daha diqqətinə çatdırılmışdır. İddiaçı şəxs iddia ərizəsində məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsini məhkəmədən xahiş etsə də, məhkəmə həmin tələbi də əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı “Azərbaycan Beynəlxalq Bankı” X13 Nərimanov filialının Cavabdeh baş direktoru Süleyman Məmmədova ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli 1139 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən İddiaçı əmək haqqı kart hesabına 2020-ci il iyun ayında 657,77 (altı yüz əlli yeddi manat yetmiş yeddi qəpik) manat, iyul ayında 707,48 (yeddi yüz yeddi manat qırx səkkiz qəpik) manat, avqust ayında 959,37 (doqquz yüz əlli doqquz manat otuz yeddi qəpik) manat məbləğində vəsait köçürülmüşdür. Məhkəmə İddiaçı 5.000 (beş min) manat məbləğində mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X15 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X15 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və X15 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, iddia tələbi üzrə cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissəsində də təmin olunmamalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi və mənəvi ziyana görə pul tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi və mənəvi ziyana görə pul tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar