Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2728/2022 24.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi “hüquqi faktın müəyyən edilməsi”nə dair (maraqlı şəxs qismində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1987-ci il tarixindən Azərbaycan Respublikasının ərazisində yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci il tarixdə Ermənistan SSR, Krasnoselsk rayonunda doğulmuşdur. Ərizəçi xx.xx.1985-ci ildə SSRİ-nin vətəndaşlıq pasportunu əldə etmişdir.1987-1992-ci illər ərzində M.Ə.Rəsulzadə adına BDU-da təhsil almışdır.xx.xx.1990-cı ildən AZ SSR Bakı şəhəri Oktyabr (Yasamal) rayonunda qeydiyyata düşmüş, xx.xx.1992-ci ildə qeydiyyatdan çıxaraq, Bakı şəhər, Nərimanov rayonu, Təbriz küçəsi, 100A, mənzil 34-də yaşamağa başlamışdır.xx.xx.1992-ci ildə X3 ilə Bakı şəhəri, Nizami rayonu, qeydiyyat şöbəsində (528 nömrəli) nikaha daxil olmuşdur.Bu nikahdan xx.xx.1992-ci ildə X4, xx.xx.1998-ci ildə isə X2 dünyaya gəlmişdir.Bundan başqa xx.xx.1987-ci ildən BDU-nun mexanika-riyaziyyat fakültəsinin 1-ci kursuna qəbul edilmiş, xx.xx.1992-ci ildə kursu tam bitirmişdir.Həmin dövrdə bir sıra sənədləri itirmiş və bunun nəticəsində Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini əldə edə bilməmişdir.Sonradan dəfələrlə müraciət etsə də, şəxsiyyət vəsiqəsi əldə edə bilməmişdir. Ərizəçi müvafiq məsələ ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, sonuncu isə öz növbəsində xx.xx.2021-ci il tarixli məktubla “Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubluğunun araşdırıldığını və müvafiq qanuna əsasən AR vətəndaşı olmamasının müəyyən edildiyini, “Azərbaycan Respublikasının Vətəndaşlığı Haqqında” xx.xx.1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vermiş olduğu ərizənin dəlillərinə uyğun şəkildə çıxış etmiş göstərilənlərin nəzərə alınmasını və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: X-SL seriyalı № 576134 nömrəli, xx.xx.1985-ci il tarixli SSRİ pasportunun surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə doğulmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci ildə X3 ilə nikaha daxil olmuş, nikah Bakı şəhəri, Nizami rayonu VVADQ-da 528 nömrə ilə qeydə alınmışdır Bakı şəhəri Qaradağ rayonu VVADQ tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş № 332132 seriyalı, 47 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X4 27 oktyabr 1992-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası – X3, anası – Ərizəçidır; Bakı şəhəri Qaradağ rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 527558 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X2 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası – X3, anası – Ərizəçidır; ÜV seriyalı №831960 saylı Ərizəçi məxsus Bakı Dövlət Universitetinin diplomundan görünür ki, o, 1987-ci ildən 1992-ci ilə qədər universitetin riyaziyyat fakültəsində oxumuşdur. № ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci ildən BDUnun mexanika-riyaziyyat fakültəsinin 1-ci kursuna qəbul edilmiş, xx.xx.1992-ci ildə kursu bitirmişdir.xx.xx.1992-ci ildə Rayonlarası İstehsalat Təmir Tikinti Birliyi 1 nömrəli Rayonlararası İstehsalat Təmir Tikinti Trestində mühasib vəzifəsinə təyin edilmiş və xx.xx.1993-cü ildə müvafiq vəzifədən azad edilmişdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci tarixli məktubunun surətinə əsasən “Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubluğunun araşdırıldığını və müvafiq qanuna əsasən AR vətəndaşı olmamasının müəyyən edildiyini, “Azərbaycan Respublikasının Vətəndaşlığı Haqqında” xx.xx.1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Hüquqi aktın müəyyən edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. xx.xx.2022-ci il tarixli qəbzə əsasən ərizəçinin vəkili Vəkil tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.10-1-ci maddəsinə görə məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” 30 sentyabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddədə göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Qanunun 14-cü maddəsinin tələbinə görə Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Ermənistanın Krasnoselsk rayonunda doğulmuşdur. Ərizəçi hazırda Bakı şəhəri, Nərimanov rayonunda yaşayır. Şəxsiyyətini təsdiq edən sənədi yoxdur. İş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Ərizəçi 1987-ci ildən Azərbaycan Respublikasında yaşamış, təhsil almış, nikaha daxil olmuş, birgə nikahdan övladları vardır. Ölkədə daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına məxsus olmamasına dair hüquqi aktın müəyyən edilməsi üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin hüquqi aktın müəyyən edilməsi üçün zəruri sənədlər olmadığından hüquqi aktın müəyyən edilməsindən imtina etmişdir. Göründüyü kimi ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə ala bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə sənədləşdirilmə və bir sıra hüquqi məsələlərin həlli üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Azərbaycan Respublikasında 1987-ci il tarixindən daima yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir.. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Azərbaycan Respublikasında 1987-ci il tarixindən daima yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2728/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2728/2022
24.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver