Məhkəmə qərarları › İş №2(005)-2732/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2732/2021

25.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2732/2021 25.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa, əmək haqqı və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa, əmək haqqı və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə “Cavabdeh“ Şirkətinin 01.04.2021-ci il tarixli 123K №li əmrinin ləğv olunması, onun “Cavabdeh" Şirkətində əvvəlki işinə (vəzifəsinə) bərpa olunmağı, 30.11.2020-ci il tarixdən etibarən ona ödənilməmiş və işə bərpa olunan günədək məcburi iş buraxma müddəti də daxil olmaqla aylıq 400 (dörd yüz) manat olan əmək haqqının, hər gecikdirilmiş gün üçün ödənilməmiş əmək haqqı məbləğinin azı iki faizi məbləğində ödənc tutularaq ona ödənilməsi və ona vurulmuş mənəvi ziyan məbləği olaraq 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıiddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 21.02.2017-ci ilin tarixindən "Cavabdeh” Şirkətinin satış təmsilçisi kimi əmək fəaliyyətini başlamışdır. 21 fevral 2017-ci ildən 30.11.2020-ci il tarixədək adı çəkilən müəssisədə hər hansı müqavilə olmadan işləmişdir. 30.11.2020-ci il tarixdə müəssisənin kadr və audit şöbəsinin rəhbərləri onu qanunsuz olaraq işə buraxmamışdır. Səbəb olaraq isə guya o, müəssisənin əmlakını mənimsəmişdir. 5 aydan çox onu işə buraxmamaqla yanaşı, onun işdən çıxarılmağına dair əmri və əmək kitabçasını da ona təqdim etməmişlər. Yalnız 01.04.2021-ci il tarixində ona aydın olmuşdur ki, Cavabdeh rəhbərliyi tərəfindən o, qanunsuz şəkildə işdən azad etmiş və guya onun vəzifə öhdəliklərini kobud şəkildə pozmağı kimi rəsmiləşdirmişdir. Halbuki, o, işdən azad olmağına səbəb olacaq hər hansı bir pozuntu etməmişdir. O, bir neçə gün bundan öncə cavabdeh təşkilatdan əmək kitabçasını tələb etdikdə görmüşdür ki, onun işdən çıxarılma barədə əmri 01.04.2021-ci il tarixindən verilmiş və onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin ”ç" bəndinə əsasən xitam verilmişdir. Əmrin surətinin qanunvericiliyə uyğun olaraq ona verilməli olduğunu bildirərək həmin əmrin surətini cavabdeh müəssisədən tələb etsə də əmrin surətini ona veməkdən imtina etmişlər. Göründüyü kimi, ’’Cavabdeh” Şirkəti qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla, vəzifə səlahiyyətlərini aşaraq onun hüquqlarını pozmaqla aşkar qanunsuzluğa yol vermişdir. Onu da qeyd edir ki, cavabdeh təşkilat 30.11.2021-ci il tarixindən onun əmək haqqını verməmiş, onunla sonuncu haqq-hesab edilməmişdir. Əmək hüquqlarının kobud pozulması səbəbindən qanunçuluğun keşiyində duran və ədalət mühakiməsini həyata keçirən bir orqan olaraq məhkəməyə iddia ərizəsi ilə müraciət edərək pozulmuş hüququnun müdafiə olunmasını xahiş etmək məcburyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbinin dəlillərinə uyğun şəkildə izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 iddianı qəbul etməyib iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 066253 nömrəli əmək kitabçasının məzmunundan və surətindən görünür ki, İddiaçı 21 fevral 2017-ci il tarili 33K nömrəli əmrlə Cavabdehnə topdan və pərakəndə satış şöbəsinin satış təmsilçisi vəzifəsinə təyin edilmiş, 01.04.2021-ci il tarixli 123 K nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması ilə əlaqədar) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir; Cavabdeh tərəfindən 18.03.2021-ci il tarixdə İddiaçı ünvanlanmış MA-02/116 nömrəli məktubun məzmunundan görünür ki, “Mətanət A şirkətində salış təmsilçisi vəzifəsində çalışdığınız dövrdə tərəfinizdən öz, vəzifə səlahiyyətlərinizdən sui-istifadə edilərək 16090.73 AZN (on altı min doxsan manat, yetmiş üç qəpik) mənimsənilmiş, şirkətə xeyli miqdarda ziyan vurulmuşdur. Tərəfinizdən mənimsənilən 16090,73 AZN məbləğində dəymiş ziyanın "Mətanət A" şirkətinə 5 (beş) gün müddətində geri qaytarılmasını sizdən tələb edirik. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən, mənimsəmə və israfctıııə mülkiyyət əleyhinə olan cinayətlər fəslinə daxil edilməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə —iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Nəzərə alın ki, pul vəsaiti qeyd olunan tarixdə qaytarıİmayacağı təqdirdə, mənimsənilən pulun qaytarılması və hərəkətlərinizə hüquqi qiymət verilərək barənizdə məsuliyyət tədbirlərinin görülməsi üçün şirkətimiz tərəfindən prokurorluq və məhkəmə orqanlarına müraciət ediləcəkdir. Sərbəst auditor X4 03.06.2021-ci il tarixli 2HJTg7gV0e №-li müstəqil Auditor hesabatından görünür ki, İddiaçı Cavabdehndə işlədiyi dövr ərzində 43 müştəriyə çatası olan bonuslar 16443,08 manat məbləğində nağd pul vəsaitini şirkətdən götürmüş, lakin müştərilərə verməmişdir. 123 K №-li 01.04.2021-ci il tarixli əmrdən görünür ki, 01.04.2021-ci il tarixdən Cavabdeh Topdan və Pərakəndə Satış şöbəsinin satış təmsilçisi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması bəndinə əsasən xitam verilməsi, 21.02.2017-ci il tarxdən 01.04.2021-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş 2(iki) təqvim günü əsas məzuniyyətə görə pul əvəzi ödənilməsi qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş və öz imzası ilə təsdiq edilmiş 01.11.2020-ci il tarixli izahatının məzmunundan görünür ki, İddiaçı 2000 manata yaxın yeyintii ola biləcəyini və qaydaları pozmaqla qayda pozuntusu etdiyini etiraf etmişdir. İş materiallarında olan əmək haqqı üzrə çıxarışdan görünür ki, İddiaçı hesabına son haqqhesab kimi 25,30 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdehnə 21 fevral 2017ci il tarixli əmək müqaviləsi üzrə Topdan və Pərakəndə Satış şöbəsinin satış təmsilçisi vəzifəsinə işə götürülmüşdür. İşəgötürən Cavabdeh İddiaçı işlədiyi dövr ərzində yol verdiyi pozuntulara görə ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əsası ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Belə ki, İddiaçı əmək fəaliyyətinin yoxlanması məqsədilə Sərbəst auditor rəyi alınmış və nəticədə İddiaçı Cavabdehndə işlədiyi dövr ərzində 43 müştəriyə çatası olan bonusları- 16443,08 manat məbləğində nağd pul vəsaitini şirkətdən götürdüyü, lakin müştərilərə vermədiyi müəyyən edilmişdir. Həmçinin İddiaçı işlədiyi dövr ərzində pozuntulara yol verdiyini öz imzası ilə təsdiq etdiyi izahatla etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı öz hüquqazidd əməllərinə görə təqsirli olduğundan Cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsassız hesab edilə bilməz. Belə ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) səbəbindən xitam verilmişdir. Mülki işin araşdırılmış halları ilə İddiaçı işlədiyi dövr ərzində Cavabdehnə maddi zərər vurması halı mötəbər sübutlarla sübuta yetirilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz; 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 47-ci maddəsində qeyd edilir ki, əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda əmək müqaviləsi müddətli bağlanıla bilər; 56.2-ci maddəsinə əsasən məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir; 62-ci maddəsinə əsasən, “İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər”; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları: Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmçinin “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Plenumunun 23 dekabr 1993-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən işdən çıxarma məsələləri üzrə işçi məhkəməyə əmrin surətinin təqdim edildiyi gündən, əmr təqdim edilmədikdə isə, əmək müqaviləsinə xitam verilməsi əsaslarının qeyd olunduğu əmək kitabçasının təqdim edildiyi gündən, yaxud işçinin işdən çıxarma haqqında əmri və ya əmək kitabçasını almaqdan imtina etdiyi gündən etibarən bir ay ərzində müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində tələb etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı şəxs cavabdehə maddi zərər vurduğundan əmək müqaviləsinə xitam verilmiş, bu səbəbdən də işə bərpa edilməsini tələb etməkdə haqlı olmamışdır. Həmçinin cavabdeh tərəfindən işdən çıxarkən İddiaçı son haqqhesab məbləği ödənilmiş iddia bu hissədə əsasını tapmamışdır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddia ərizəsinin mənəvi zərərin tutulması tələbi əsas iddia tələbinin törəmə tələbi olduğundan, əsas tələb təmin edilmədiyindən, ondan törənmiş tələb də təmin edilə bilməz. Ona görə də, İddiaçı mənəvi zərər kimi ona vurulmuş mənəvi ziyana görə 50.000 (əlli min) manat məbləğində pulun Cavabdehndən tutulması tələbi də təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa, əmək haqqı və mənəvi ziyan” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa, əmək haqqı və mənəvi ziyan” tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar