Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2732/2025 12.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, Ərizəçi Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi”nə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Vəliyev X7 rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi”nə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Məhəmməd-zadə X9, mənim atam X5 xalasıdır. O, 17 may 1929-cu ildə Salyan rayonunda anadan olmuşdur. Məhəmməd-zadə X9 ilk nikaha daxil olduqdan sonra ata soyadı olan Nəzirovadan Tağıyeva soyadına keçmişdir, onun ilk nikahı ilə bağlı hər hansı sübut olmasa da, bunu onun ikinci nikah şəhadətaməsi də təsdiq edir. Belə ki, həmin şəhadətnamədən görünür ki, X9 nikaha daxil olarkən, Tağıyeva soyadında olmuş, sonra isə Məhəmməd-zadə soyadını götürmüşdür. Buradan belə qənaətə gəlmək mümkündür ki, X1 birinci nikahından əldə etmişdir.Nikah şəhadətnaməsindən də göründüyü kimi, Tağıyeva (Nəzirova) X9 12 mart 1970-ci ildə Məhəmməd-zadə X12 ilə nikah münasibətlərinə daxil olmuşdur. 299942 nömrəli ölüm haqqında şəhadətnamədən də göründüyü kimi əri Məhəmməd- zadə X12 1985-ci il 24 fevral tarixində vəfat etmişdir.Məhəmməd-zadə X9 1994-cü il 21 iyul tarixində Xİ Bakı Notariat Kontorunda Bakı şəhər, Nərimanov rayon, F.X.Xoyski küç.,ev.98A, mən.89 ünvanında yerləşən və onun xüsusi mülkiyyətində olan evi ona vəsiyyət etmişdir. AZ-İİ 422353 nömrəli ölüm haqqında şəhadətnamədən də aydın olur ki, Məhəmməd-zadə X9 2024-cü ilin 19 martında vəfat etmişdir. Ərizəçi qeyd edir ki,vəfatından sonra mirasın açılması üçün çalışsa da, onun doğum haqqında şəhadətnaməsi olmadığından buna nail ola bilməmişdir. xx.xx.2025-ci ildo 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə Ədliyyə Nazirliyinin Notariat Ofisinə etdiyi Bakı şəhər, Nərimanov rayonu, F.X.Xoyski küç.,ev 98A, mən.89 ünvanında yerləşən daşınmaz əmlaka dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciətə cavab olaraq, M.A. Yəhəmmədzadənin doğum akt qeydinin aşkar edilmədiyi bildirilmişdir. Müraciətə cavabda həmçinin göstərilir ki, Dövlət Arxivinə sorğu göndərilmiş, lakin doğum faktını təsdiq edən sənədlər Salyan rayonu üzrə doğum haqqında qeydiyyat kitabının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən Dövlət Arxivində tapılmamışdır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarırının icrasını təmin etmək məqsədi ilə məcburi miras payı olan vərəsələrin dairəsinin müəyyən edilməsi və onların adlarının vərəsəlik hüququq haqqında şəhadətnaməyə daxil olunması üçün mərhum M.A.Məhəmməd-zadənin (Nəzirova) doğum akt qeydinin notariat ofisinə təqdim olunması zərurəti yaranmışdır və doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.Məsələ ilə bağlı 1 saylı Bakı “ ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciətlər edilsə də, müraciətim heç bir nəticə doğurmadı. Belə ki, Məhəmməd-zadə Minaxanım ilə yanaşı atasının anası X4 doğum faktının araşdırlması ilə bağlı həmin qurumlara etdikləri müraciətdə onun doğum tarixi qeyd olunsa belə, Məhəmməd-zadə Minaxammın doğumu ilə bağlı hər hansı bir qeyd tapılmamış və məlumat aşkarlanmamışdır. 1 saylı Bakı ASAN xidmət” mərkəzinin Azərbaycan Respublikasınbın Milli Arxiv İdarəsinə göndərdiyi müraciətlərə də 10 fevral 2025-ci ildə cavab olaraq, X8 rayon qeydiyyat Şöbəsinin arxiv məlumatlarında Nəzirova(ata soyadı ilə) Minaxanım Ağabala qızının 1929-cu ilə aid doğum tarixi aşkar edilə bilmədiyi qeyd olunmuşdur.Sözügedən orqanlar məsələ ilə bağlı məhkəməyə müraciət edilməyini tövsiyə etmişdirlər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarı: 1.6. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır.
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Ərizədən və ona əlavə edilən sənədlərdən görünü ki, ərizəçi mərhumə xalası Məhəmməd-zadə X6 doğum faktının müəyyən edilməsini xahiş edir. Məhkəməyə müraciət etməzdən əvvəl qeydiyyat orqanına müraciət etməsinin təsdiqedici sənədini təqdim etməmişdir. Yuxarıda istinad edilən prosessual normaların və Ali Məhkəməsi Plenumunun Qərarının tələblərindən görünür ki, hazırki ərizənin icraata götürülməsi mümkün deyil. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbul edilməsindən Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 114, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
Ərizəçi Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Mülki iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (qəbz tarixi: xx.xx.2025; no: **********8) Ərizəçi qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Mehriban Əfəndizadə