Məhkəmə qərarları › İş №2(005)-2736/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2736/2020

04.08.2020 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2736/2020 04.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi Əlili Gülnar Yadulla qızının katibliyi ilə, İddiaçı Mirbagır oğlunun cavabdehlər “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2 Sıgorta Şirkəti ASC-yə və “Cavabdeh3 Sığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı “həyat sığortası müqaviləsinin baglanması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Mirbagır oğlu cavabdehlər “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2 Sıgorta Şirkəti ASC-yə və “Cavabdeh3 Sığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı “həyat sığortası müqaviləsinin baglanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, vergi ödəyicilərinin məlumatlarının elektron çıxarışının surətindən görünür ki, cavabdehlərdən “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı ünvan 1 ünvanıdır. Digər cavabdehlər Cavabdeh2 Sıgorta Şirkəti ASC-nin və “Cavabdeh3 Sığorta” Açıq Səhmdar Cəmiyyətinin ünvanı iddia ərizəsində Yasamal rayonu göstərilmişdir. Göründüyü kimi, cavabdehlərin hüquqi və qeydiyyat ünvanı başqa rayon aidiyyəti olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı şəxslərə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd edir ki, cavabdeh “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı ünvan 1 oldugundan İddiaçı Mirbagır oğlunun iddiasına ərazi aidiyyəti baxımından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Mirbagır oğlunun cavabdehlər “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2 Sıgorta Şirkəti ASC-yə və “Cavabdeh3 Sığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı “həyat sığortası müqaviləsinin baglanması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Mirbagır oğlunun cavabdehlər “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh2 Sıgorta Şirkəti ASC-yə və “Cavabdeh3 Sığorta” Açıq Səhmdar Cəmiyyətinə qarşı “həyat sığortası müqaviləsinin baglanması” tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı Mirbagır oğluna aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar