Məhkəmə qərarları › İş №2(005)-274/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-274/2022

07.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-274/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən mənzili və onun açaralarını İddiaçı təhvil verilməsini cavabdeh "xxxx" MMC-yə həvalə edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh "xxxx" MMC ilə 02 sentyabr 2011-ci il tarixində “Mənzil tikintisinə və Satışına dair” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin 5-ci mərtəbəsində ümumi sahəsi 69 kv.m olan 1 (bir) otaqlı mənzilin tikintisini cavabdeh öhdəsinə götürmüşdür. Həmin işlərin dəyəri iddiaçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş qaydada tam ödənilmiş və bu barədə maliyyə arayışı mövcuddur. Həmin mənzilə yeni qaydalara əsasən AZ 1008 ünvan 3 ünvanı verilmişdir. Lakin binanın tikilib tam layihə gücünə çatdırılmasına, mənzilin tam hazır olmasına və iddiaçının həmin mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına baxmayaraq, həmin mənzil və onun açarları yəni podratın nəticələri iddiaçıya təhvil verilməmiş və məlum olmuşdur ki, həmin mənzilə kimsə qanunsuz daxil olub orada yaşayır. İddiaçı mənzilin təhvil verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, həmin müraciətlərə cavab olaraq bildirmişdir ki, onların mənzili 6-cı mərtəbədə yerləşir və həmin mənzil təhvil verilə bilər. Halbuki, müqaviləyə əsasən iddiaçı tərəfindən məhz 5-ci mərtəbədə mənzil alınmış və məhz 5-ci mərtəbədə olan mənzilə iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, İddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-dən, əvəzi tam ödənilərək satın alınmış, iddiaçının mülkiyyət hüquqları **********88-05301-093001 daşınmaz əmlakın reyestr və ********** qeydiyyat nömrləri ilə dövlət qeydiyyatına alınmış, Bakı ş., Nərimanov r-nu, Gülarə Qədirbəyova küçəsi 18, mərtəbə 5, mənzil 2 (köhnə qaydalara əsasən: ünvan 4 ünvanında yerləşən mənzilin boşaldılmasını və iddiaçının mənzildən sərbəst istifdəsinə maneələrin aradan qaldırılması, həmin mənzilin açarları İddiaçı təhvil verilərək, mənzilin onun maneəsiz istifadəsinə verilməsini "xxxx" MMC-yə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməmiş və ekspert rəyində göstərilənlərlə razı olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “İcraçı” Cavabdeh MMC ilə “Sifarişli” İddiaçı arasında bağlanmış Mənzilin tikintisinə və satışına dair 02.09.2011-ci il tarixli müqavilədən görünür ki, Bu müqavilənin şərtlərinə əsasən «Sifarişçi» sifariş edir, «İcraçı» isə ünvan 5 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasının 3 (üç)-cü giriş 5 (beş)-ci mərtəbəsində yerləşən ümumi sahəsi 69,0 m2 olan 1 (bir) otaqlı mənzili 24 (iyirmi dörd) ay müddətində tikib «Sifarişçi»yə təhvil verməyi öhdəsinə götürmüşdür. «Sifarişçi» ilkin olaraq ümumi müqavilə qiymətindən 0 ABŞ dolları avans ödəyir və növbəti 12 ay ərzində qalan pulu 41 400 (qirx bir min dörd yüz) ABŞ dolları ilə hər ay 3 450 (üç min dörd yüz əlli) ABŞ dolları “İcracıya “ ödəyəcəkdir Cavabdeh MMC-nin 13 noyabr 2012-ci il tarixli Maliyyə Arayışından görünür ki, Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Həmin binanın 3-cü qiriş 5 (beş)-ci mərtəbəsində ümumi sahəsi 69 m2 olan 1 (bir) otaqlı mənzilin İddiaçınm maliyyə borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, 841-842 məhəllə, ev 5A, mənzil 10, giriş 3 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, 18, Mərtəbə 5, mənzil 2) İddiaçı adına 13.07.2021-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.04.2022-ci il tarixli, 10/6731 saylı ekspertiza rəyindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 18, M5, mənzil 2 ümumi sahəsi 69 kv.m olan 1 (bir) otaqlı mənzil "xxxx" MMC tərəfindən (baxış zamanı) təqdim olunmuş və tərəflər arasında bağlanan 02.09.2011-ci il tarixli müqaviləyə uyğun mərtəbədə yerləşdiyi müəyyən olunur. İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 18, M5, mənzil 2 ümumi sahəsi 69 kv.m olan 1 (bir) otaqlı mənzil layihəyə əsasən binanın ümumi mərtəbəsinin 5-ci mərtəbəsində, yaçayış mərtəbəsinin 3-cü mərtəbəsində yerləşdiyi müəyyən olunmuşdur. ünvan 2 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasında lahiyəyə uyğun mənzillər binanın 3-cü mərtəbəsindən başlayır. ünvan 2 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasında lahiyəyə uyğun 0,00 nöqtəsindən 2 mərtəbə qeyri-yaşayış sahəsi yerləşir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 139.1.6-cı maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh MMC arasında 02.09.2011-ci il tarixdə “mənzil tikintisinə və satışına” dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən ünvan 2 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin 5-ci mərtəbəsində ümumi sahəsi 69 kv.m olan 1 (bir) otaqlı mənzilin tikintisini MMC öz üzərinə götürmüşdür. Həmçinin iş materiallarında olan maliyyə arayışı ilə sübuta yetirilmişdir ki, ünvan 2 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasının 3-cü girişinin 5-ci mərtəbəsində ümumi sahəsi 69 kv.m olan 1 (bir) otaqlı mənzilə dair İddiaçı Cavabdeh MMC-yə heç bir borcu yoxdur və mənzil İddiaçı məxsusdur. Qeyd edilən hal 13.07.2021-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrindən alınmış çıxarışla da müəyyən edilmişdir. Hazırda iddiaçı məhkəmə müraciət edərək cavabdeh tərəfindən müqavilə öhdəliklərinin tam həcmdə yerinə yetirilməməsini bildirərək məhkəmədən Bakı ş., Nərimanov r-nu, Gülarə Qədirbəyova küçəsi 18, mərtəbə 5, mənzil 2 (köhnə qaydalara əsasən: ünvan 4 ünvanında yerləşən mənzilin boşaldılmasını və iddiaçının mənzildən sərbəst istifdəsinə maneələrin aradan qaldırılması, həmin mənzilin açarları İddiaçı təhvil verilərək, mənzilin onun maneəsiz istifadəsinə verilməsini "xxxx" MMC-yə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, iddiaçı ona verilmiş mənzilin binanın 5-ci mərtəbəsində deyil, digər aşağı mərtəbədə yerləşən mənzilin təklif edildiyini bildiri. Mülki işin araşdırılması zamanı ekspert rəyi alınmış və həmin rəyə əsasən müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 18, M5, mənzil 2 ümumi sahəsi 69 kv.m olan 1 (bir) otaqlı mənzil "xxxx" MMC tərəfindən (baxış zamanı) təqdim olunmuş və tərəflər arasında bağlanan 02.09.2011-ci il tarixli müqaviləyə uyğun mərtəbədə yerləşdiyi müəyyən olunur. İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 18, M5, mənzil 2 ümumi sahəsi 69 kv.m olan 1 (bir) otaqlı mənzil layihəyə əsasən binanın ümumi mərtəbəsinin 5-ci mərtəbəsində, yaçayış mərtəbəsinin 3-cü mərtəbəsində yerləşdiyi müəyyən olunmuşdur. ünvan 2 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasında lahiyəyə uyğun mənzillər binanın 3-cü mərtəbəsindən başlayır. ünvan 2 ünvanında tikiləcək yüksək mərtəbəli yaşayış binasında lahiyəyə uyğun 0,00 nöqtəsindən 2 mərtəbə qeyri-yaşayış sahəsi yerləşir. Məhkəmənin qənaətinə əsasən İddiaçı 02.09.2011-ci il tarixli müqavilə ilə razılaşdırılmış mənzil təhvl verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-dən, əvəzi tam ödənilərək satın alınmış, iddiaçının mülkiyyət hüquqları **********88-05301-093001 daşınmaz əmlakın reyestr və ********** qeydiyyat nömrləri ilə dövlət qeydiyyatına alınmış, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi 18, mərtəbə 5, mənzil 2 (köhnə qaydalara əsasən: ünvan 4 ünvanında yerləşən mənzil boşaldılmalı və iddiaçının mənzildən sərbəst istifdəsinə maneələrin aradan qaldırılması, həmin mənzilin açarlarının İddiaçı təhvil verilərək mənzilin onun maneəsiz istifadəsinə verilməsi öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-dən, əvəzi tam ödənilərək satın alınmış, iddiaçının mülkiyyət hüquqları **********88-05301-093001 daşınmaz əmlakın reyestr və ********** qeydiyyat nömrləri ilə dövlət qeydiyyatına alınmış, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi 18, mərtəbə 5, mənzil 2 (köhnə qaydalara əsasən: ünvan 4 ünvanında yerləşən mənzil boşaldılsın və iddiaçının mənzildən sərbəst istifdəsinə maneələrin aradan qaldırılması, həmin mənzilin açarlarının İddiaçı təhvil verilərək mənzilin onun maneəsiz istifadəsinə verilməsi öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar