Məhkəmə qərarları › İş №2(005)-2740/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2740/2021

30.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2740/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Cavabdeh2 və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi X1rşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Cavabdeh2 və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi X1rşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirinin 26.02.2021-ci il tarixli, K-199 saylı əmrinin ləğv edilməsi və iddiaçının Kəlbəcər Rayon 2 saylı Tam orta məktəbinin direktoru vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1990-cı ildən ixtisası üzrə Kəlbəcər rayon Bağırlı kənd orta məktəbində ixtisası üzrə müəllim qəbul olunmuş, 1993-cü ilin aprel ayına qədər həmin məktəbdə, 1993-cü ildən sonra Kəlbəcər rayon 32 saylı orta məktəbində, 1994 - 1999-cu illərdə Kəlbəcər rayon 111 saylı orta məktəbində, 1999-cu ildən 2005-ci ilə qədər Kəlbəcər rayon 2 saylı orta məktəbində müəllim və 2005-ci ildən 2021-ci ilin fevral ayının 26-na qədər isə həmin məktəbin direktoru vəzifəsində işləməklə 33 illik pedaqoji staja malikdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşması Mərkəzində baş mühasib olan İlhamə Muradova həmin vəzifəyə gələndən sonra mütəmadi olaraq İddiaçı psixoloji təsir etmiş və nəticədə ərizə yazaraq özünün direktor vəzifəsindən azad edilməsini xahiş etmişdir. Bundan dərhal sonra Təhsil Nazirinin adına ərizə ünvanlayaraq qeyd olunan ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. Buna baxmayaraq Təhsil Nazirinin 26.02.2021-ci il tarixli, K-199 saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı qeyd olunan ərizənin psixoloji təsir altında yazıldığını, ona görə də ərizənin etibarsız hesab edilməsini xahiş etsə də, Azərbaycan Respublikası Təhsil Nazirliyi İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırovun imzası ilə İddiaçı ünvanlanmış 17.03.2021-ci il tarixli, O-3950/0934 saylı məktubda 26.02.2021-ci il tarixdə işdən azad edilmə barədə yazılmış ərizənin etibarsız hesab olunması ilə bağlı müraciətə baxıldığı qeyd olunmuş, lakin həmin ərizənin nəticəsi barədə heç bir məlumat verilməmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil 30 iyun 2021-ci il tarixli məhkəmə iclasında iştirak edərək, iddia tələbinə uyğun ayrı-ayrılıqda izahat verərək tələbin təmin edilməsi barədə qətnamə qəbul ediləməsini xahiş etdilər. İddaçı İddiaçı 28 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etməmişdir və öz nümayəndəsi və vəkilinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 30 iyun 2021-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Sosial şəbəkələrdə video görüntülər paylaşıldığından Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşması Mərkəzinin əməkdaşları araydırma apararaq həm arayış, həm də akt tərtib etmişlər. Arayışda əksini tapan faktlara əsasən, qanunsuz olaraq sinif komplektlərinin açıldığı müəyyən edilmişdir. İddiaçı oğu araşdırma aparmaq üçün gedən əməkdaşları təhqir etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi və vəkili Vəkil deyilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan 26.02.2021-ci il tarixli İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı 26 fevral 2021-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan 26.02.2021-ci il tarixli, K-199 №-li əmrdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 26 fevral 2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 17 mart 2021-ci il tarixdə verilmiş Ə-3950/0924 nömrəli məktubdan görünür ki, 26.02.2021-ci il tarixdə işdən azad edilməyi barədə İddiaçı yazdığı ərizənin etibarsız hesab olunması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxil olmuş İddiaçı oğlunun müraciətinə (04.03.2021-ci il tarixli, Ə-3950 nömrəli) baxılmışdır. İddiaçı 26.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət edərək 26.02.2021-ci il tarixdən Kəlbəcər rayonu 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad edilməyinizi xahiş etmişdir. Müraciət nəzərə alınaraq, Azərbaycan Respublikasının Təhsil nazirinin 26.02.2021-ci il tarixli, K-199 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68- ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı işdən azad edilməsi barədə etdiyi müraciətdə onunla bağlanmış əmək müqaviləsinə 26 fevral 2021-ci il tarixdən xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 26.02.2021-ci il tarixli, K-199 №-li əmrdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 26 fevral 2021-ci il tarixdə xitam verilmişdir. Məhkəmə iddia tələbinin işə qəbul olunması hissəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zərurir hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər: Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69.4-cü maddəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69.5-ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qanunun mənasından göründüyü kimi, əmək müqaviləsini ləğv etmək məqsədi ilə işçi tərəfindən verilmiş ərizədə onun işdən azad edilməsi barədə gün göstərilmişdirsə, xəbərdarlıq müddəti gözlənilmir. Yəni belə halda işçinin öz ərizəsini etibarsız hesab etməklə onu əvvəlki vəzifəyə qaytarılması hüququ saxlanılmır. İddiaçının məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, onunla bağlanmış əmək müqaviləsinə 26 fevral 2021-ci il tarixdən xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının ərizəsinin etibarsız hesab edilməsi varədə xahişini təmin etməməklə qanun pozuntusuna yol verməmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə iddianı əsassız hesab edir və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Cavabdeh2 və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi X1rşı işə bərpa tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar