Məhkəmə qərarları › İş №2(005)-2749/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2749/2020

28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2749/2020 28.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı “xxxxxxxxxxx” X1 Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” X3 Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********54408 olan Samsung Galaxy J8 markalı telefon üçün 248 (iki yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd)manatcərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Elari NanoPods qulaqcıq üçün 98 (doxsan səkkiz) manat ödənilməmiş hissə, 9 (doqquz) manatcərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, panasonic markalı üz qırxan üçün 192 (yüz doxsan iki) manat ödənilməmiş hissə, 19 (on doqquz)manatcərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********33591 olan Samsung Galaxy A7 markalı telefon üçün 544 (beş yüz qırx dörd) manat ödənilməmiş hissə, 54 (əlli dörd) manatcərimə; ümumilikdə 1.188 (bir min yüz səksən səkkiz) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.218 (bir min iki yüz on səkkiz) manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” X2 ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxx” X3 kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2019-cu xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********33591 olan Samsung Galaxy J8 və Samsung Galaxy A7 markalı telefon, Elari NanoPods qulaqcıq və panasonic markalı üz qırxan almış və nəticədə 1.188 (bir min yüz səksən səkkiz,) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 744 (yeddi yüz qırx dörd) manat (12 ay x 62 manat +0 manat ilkin ödəniş) İMEİ kodu **********54408 olan Samsung Galaxy J8 markalı telefon üçün ümumilikdə, 272 (iki yüz yetmiş iki)manat olmaqla ondan, 248 (iki yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 74 manat cərimə (120 gün x 0.62 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 24 (iyirmi dörd)manatcərimə miqdarında borc, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 168 (yüz altmış səkkiz)manat(12 ay x 14 manat + 0 manat ilkin ödəniş)Elari NanoPods qulaqcıq üçün ümumilikdə, 107 (yüz yeddi) manat olmaqla ondan, 98 (doxsan səkkiz)manat ödənilməmiş hissə, 29 manat cərimə (210 gün x14 manat)hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 9 (doqquz)manat cərimə miqdarında borc, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 352 (üç yüz əlli iki) manat (11 ay x 32 manat + 0 manat ilkin ödəniş) panasonic markalı üz qırxan üçün ümumilikdə, 211 (iki yüz on bir)manat olmaqla ondan, 192 (yüz doxsan iki) manat ödənilməmiş hissə, 57manat cərimə (180 gün x 0.32 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 19 (on doqquz)manat cərimə miqdarında borc, xx.xx.2019-cu iltarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 816 (səkkiz yüz on altı)manat(12 ay x 68 manat + 0 manat ilkin ödəniş)İMEİ KODU **********33591 olan Samsung Galaxy A7 markalı telefonüçün ümumilikdə, 598 (beş yüz doxsan səkkiz) manat olmaqla ondan, 544 (beş yüz qırx dörd)manat ödənilməmiş hissə, 163 manat cərimə (240 gün x 0.68 manat)hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 54 (əlli dörd)manat cərimə miqdarında borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 998 manat təşkil edir.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********33591 olan Samsung Galaxy J8 və Samsung Galaxy A7 markalı telefon, Elari NanoPods qulaqcıq və panasonic markalı üz qırxan almış və nəticədə 1.188 (bir min yüz səksən səkkiz,) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 744 (yeddi yüz qırx dörd) manat (12 ay x 62 manat +0 manat ilkin ödəniş) İMEİ kodu **********54408 olan Samsung Galaxy J8 markalı telefon üçün ümumilikdə, 272 (iki yüz yetmiş iki)manat olmaqla ondan, 248 (iki yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 74 manat cərimə (120 gün x 0.62 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 24 (iyirmi dörd)manatcərimə miqdarında borc, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 168 (yüz altmış səkkiz)manat(12 ay x 14 manat + 0 manat ilkin ödəniş)Elari NanoPods qulaqcıq üçün ümumilikdə, 107 (yüz yeddi) manat olmaqla ondan, 98 (doxsan səkkiz)manat ödənilməmiş hissə, 29 manat cərimə (210 gün x14 manat)hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 9 (doqquz)manat cərimə miqdarında borc, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 352 (üç yüz əlli iki) manat (11 ay x 32 manat + 0 manat ilkin ödəniş) panasonic markalı üz qırxan üçün ümumilikdə, 211 (iki yüz on bir)manat olmaqla ondan, 192 (yüz doxsan iki) manat ödənilməmiş hissə, 57manat cərimə (180 gün x 0.32 manat) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 19 (on doqquz)manat cərimə miqdarında borc, xx.xx.2019-cu iltarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 816 (səkkiz yüz on altı)manat(12 ay x 68 manat + 0 manat ilkin ödəniş)İMEİ KODU **********33591 olan Samsung Galaxy A7 markalı telefonüçün ümumilikdə, 598 (beş yüz doxsan səkkiz) manat olmaqla ondan, 544 (beş yüz qırx dörd)manat ödənilməmiş hissə, 163 manat cərimə (240 gün x 0.68 manat)hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 54 (əlli dörd)manat cərimə miqdarında borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 998 manat təşkil edir. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, qısa müddətə ödəniş etməyəcəyi təqdirdə iddiaçı məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. Beləliklə, müəyyən olundu ki, “xxxxxxxxxxx” X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********33591 olan Samsung Galaxy J8 və Samsung Galaxy A7 markalı telefon, Elari NanoPods qulaqcıq və panasonic markalı üz qırxan almış və nəticədə 1.188 (bir min yüz səksən səkkiz,) manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1.188 (bir min yüz səksən səkkiz) manat məbləğində ödənilməmiş borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla,cəmi1.218(bir min iki yüz on səkkiz) manat borc tutularaq “xxxxxxxxxxx” X2 ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar