Məhkəmə qərarları › İş №2(005)-2752/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2752/2023

24.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2752/2023 24.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş maddi zərər görə 8770 manat, mənəvi zərərə görə 8000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-yǝ xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən səhnə quraşdıran fəhlə kimi işə qəbul edilmişdir. “Haulett Qucik UP 11” 450 kq ağırlığında olan qaldırıcı qurğunun nasaz olması səbəbindən təmir olunması üçün servisə göndǝrilməsi məqsədi ilə cavabdehin bina və park sahəsinin inzibati və istismar xidmətləri üzrə nəzarətçisi X7 xx.xx.2021-ci il tarixdə qaldırıcı səbət kranın təmirə gedəcəyini bildirilmişdir. Ona, Elşən və Çingiz adlı digər iki işçiyə qaldırıcı qurğunu, kranı yerə endirməklə avtokara yüklənməsinə dair göstəriş verilmişdir. Baxmayaraq ki, bu onun əmək funksiyasına daxil olmamış, Aslan Nuriyev ona kranın ön tərəfindən, Elşən və Çingizə isə kranın arxa tərəfindən tutaraq endirməyi tapşırmışdır. Həmin qurğunun çəkisini nəzərə alsaq üç nəfər işçinin həmin qurğunun digər qurğunun üzərinə yükləməsi fiziki gücü xaricində olmuş və qaldırıcı qurğunun ağırlığına nəzarət edə bilmədikləri üçün onlar kranı qaldırmaq istədikdə Elşən və Çingiz adlı şəxs fiziki cəhətdən zəif olduqları üçün kranın əsas ağırlığı onun üzərinə düşmüş, bu zaman ağırlığa tab gətirə bilmədiyi üçün, kran onun üzərinə aşmış, nəticədə boğaz və diz nahiyəsindən xəsarət almışdır. "xxxx" MMC tərəfindən “istehsalatda bədbəxt hadisə haqqında” 01 saylı akt tərtib edilmişdir. Cavabdeh tərəfindən əməyin mühafizəsi normaları və qaydalarını müəyyən edən qanunvericilik pozulmuşdur. Baş vermiş hadisə nəticəsində xəsarətlər almış, Travmatologiya İnstitutuna aparılmış, ona sağ diz oynağında ön çarpaz bağın qopması diaqnozu qoyulmuş, 4 həftə həkim nəzarətində olmağı tövsiyə edilməklə evə buraxılmışdır. Lakin dizində ağırlaşma halı olduğu üçün xx.xx.2022-ci il tarixdə “Oksigen” klinikasında müayinədə olmuş, dizi MRT müayinə olunmuş və dizində medial menisk arxa buynuzunda horizontal yırtığı olduğu müəyyən edilmiş və əməliyyat olunmaq tövsiyə edilmişdir. xx.xx.2022-ci il tarixdə “Ege hospitala” da sağ diz oynağının menisk yırtığı diaqnozu ilə əməliyyat olunmuş və xx.xx.2022-ci ildə evə buraxılmışdır. Əməliyyatdan sonra dizində ağrılar keçməmiş, yenidən MRT müayinə olunmuş, dizində ön çarpaz bağın qopması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə “Olimp” hospitalında əməliyyat olunmuş və dizinə implant qoyulmuşdur. Bu əməliyyata 1500 manat pul ödəmişdir. Cavabdeh dəymiş zərərin əvəzini ödəməmiş, hazırda dizində ağrılar olduğu üçün müalicə olunmalıdır, lakin maddi imkanı olmadığı səbəbindən müalicə oluna bilmir. Qeyd olunanlara əsasən dizində olunan əməliyyatlara bağlı 3000 manat, 25 gün Reabilitasiya xərci olaraq, bir seansın dəyəri 70 manatdan ümumilikdə 1750 manat, dizinə implantın qoyulması ilə bağlı əməliyyata 1500 manat, 3 dəfə MRT müayinə olmuş, ümumi dəyəri 450 manat və diz korset dəyəri 150 manat. Müalicə müayinə və əməliyyatlara 6850 manat məbləğində pul ödənilmişdir. Həmçinin cavabdeh tərəfindən mükafat və iki aydır əmək haqqı ödənilmir. İki aylıq əmək haqqı 1280 manat edir və mükafat olaraq 640 manat cavabdehdən tutulmalıdır. Həmin vaxtdan uzun müddətli müalicələrdə olmuş, iş qabiliyyətini itirmiş və həmin vaxtdan da işsizdir, işləyə bilmir. Müalicələr hazırda da davam edir. Artıq uzun müddətdir bu xəsarətin fəsadlarından əziyyət çəkir. Bütün bunlara baxmayaraq cavabdeh ona heç bir maddi yardım göstərməmiş, bu hadisə nəticəsində iş qabiliyyətimi itirmiş, işsizdir və ömrü boyu işləmək qabiliyyətindən məhrum olmuş, külli miqdarda maddi zərərə məruz qalmışdır. Cavabdeh tərəfindən ona vurulmuş maddi ziyan 8770 manat təşkil edir və bu məbləğ cavabdehdən tutulmalıdır. Həmçinin bu vəziyyətə düşməyi, iş qabiliyyətini itirməyi, maddi zǝrǝrǝ məruz qalmağı dəfələrlə stress keçirməyinə səbəb olmuş və bu səbəblərdən də mənəvi zərərə məruz qalmış, psixologiyasına ciddi şəkildə təsir etmiş, sağlamlığı pozulmuşdur. Hadisə baş verərkən öləcəyi qorxusu onun şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Cavabdeh ona vurulmuş mənəvi zərəri 8000 manat məbləğində dəyərləndirir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçının əməliyyatı icbari tibbi sığorta ilə ödənilmişdir, həmçinin bu halı iddiaçı etiraf edir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə müvafiq qərar ilə də müəyyən edilir ki, hadisə iddiaçının ehtiyatsızlığından baş vermişdir. Bundan əlavə iddiaçı işdə olmadığı halda cavabdeh tərəfindən ona mükafatlar ödənilmişdir. Həmçinin iddiaçı dəfələrlə işə çağırılsa da, iddiaçı işə üzrsüz səbəblərdən cari ilin mart ayından iyul kimi işə gəlməmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd etmişdir ki, iddiaçı 2 dəfə icbari tibbi sığorta hesabına əməliyyat olunmuş, bundan əlavə iddiaçı işə çıxmasa da ona 2 dəfə mükafat verilmiş, 1 dəfə isə maddi yardım edilmişdir. Bu yardımları iddiaçı işə çıxmasa da iddiaçının qeyd etdiyi 1500 manat ödənişin əvəzi olaraq edilmişdir. İddiaçının xəstəlik vərəqəsi bağlandıqdan sonra işə çağırılmış, lakin iddiaçı qərəzli şəkildə işə gəlməkdən imtina etmişdir. İddia etdiyi və maddi zərər hesab etdiyi digər xərclərlə bağlı hər hansı ödəniş qəbzləri təqdim etməmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materialları və tərəflərin təqdim etdiyi sübutlar ilə məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları aşağıdakı kimidir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, K-101/2023 saylı əmrdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə açılmış son xəstəlik vərəqəsinin 6 ay müddəti bitdiyi zaman İddiaçı tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə Tibbi-sosial ekspertiza həkim məsləhət komissiyasının müraciət etməsini və xx.xx.2023-cü il tarixdə imtina aktı almasını, həmçinin "xxxx" MMC-nin direktor müavini, İnsan Resursları üzrə mütəxəssis, binanın inzibati və istismar işləri üzrə koordinatoru və Hüquqşunas tərəfindən imzalanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il il tarixli aktlarda öz əksini tapan, işçi İddiaçı daimi olaraq heç bir üzrlü səbəb təqdim etmədən xx.xx.2023-cü il tarixdən bu günədək işə çıxmaması halını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən sorğuya verilmiş cavabı, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini və 72-ci maddəsinin “a” bəndini rəhbər tutaraq İddiaçı ilə xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin tarixdə əmrlə tanış edilmiş və müvafiq imza etmişdir; "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, BKM-04/03-90 saylı xəbərdarlıq məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə açılmış son xəstəlik vərəqəsi Tibbi-sosial ekspertiza komissiyası tərəfindən imtina aktı alandan sonra xx.xx.2023-cü il tarixdə bağlanmışdır. İddiaçı sözügedən xəstəlik vərəqəsini "xxxx" MMC-yə martın 28-i edərək həmin vərəqənin ona gec verildiyini bildirdiyini, ona şifahi müraciət olunmuş və artıq işə çıxmağını bildirmişlər. Lakin, İddiaçı xx.xx.2023-cü il tarixdən sonra heç bir üzrlü səbəb gətirmədən işə gəlməmiş və bununla bağlı heç bir məlumat təqdim etməmişdir. İddiaçı işə gəlməməyi səbəbləri barədə (müvafiq arayış və ya hüquqverici sənədlər əlavə olunmaqla) ən tez zamanda rəsmi məlumat verilməsini xahiş etmişdir; "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 3-23-70/2-196/2023 saylı xəbərdarlıq məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq o, heç bir üzrlü səbəb göstərmədən işə gəlməməkdə davam etdiyi bildirilmişdir. Onun üzrlü səbəb gətirmədən işə gəlməməyi davam etdirdiyi halda əmək qanunvericiliyinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir; "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli aktından görünür ki, İddiaçı işə gəlməməsi üçün hüquq verən hər hansı bir sənədin təqdim edilmədiyi halda xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işə gəlməməsi onun barəsində inzibati hərəkətlərin edilməsi üçün əsas yaradır; "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli aktından görünür ki, İddiaçı üzrlü səbəb olmadan işə gəlməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq işçi qeyd olunan tarixdən xx.xx.2023-cü il tarixinə qədər heç bir üzrlü səbəb göstərmədən iş yerinə gəlməməsini imzaları ilə təsdiq edirlər; "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli aktından görünür ki, İddiaçı üzrlü səbəb olmadan işə gəlməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq işçi qeyd olunan tarixdən xx.xx.2023-cü il tarixinə qədər heç bir üzrlü səbəb göstərmədən iş yerinə gəlməməsini imzaları ilə təsdiq edirlər; İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə ünvanlandığı ərizədən görünür ki, onun iş qüvvəsi olmadığı üçün işə çıxa bilmədiyini bildirmişdir; "xxxx" MMC-nin 1 nömrəli istehsalatda bədbəxt hadisə barədə xx.xx.2023-cü il tarixli aktından görünür ki, Bədbəxt hadisənin təfsilatına görə MMC-nin fəhləsi İddiaçı xx.xx.2021-ci il tarixdə saat 11:00-da MMC-nin ünvan 2 ünvanında yerləşən mərkəzə işə gəlmiş və soyunub-geyinmə otağında iş paltarlarını geyinmişdir. Daha sonra binanın və park sahəsinin inzibati və istismar xidmətləri üzrə nəzarətçi X7 İddiaçıa və digər fəhlələrə görəcəkləri işlər barədə tapşırıqlar vermiş və həmin işlərin xüsusiyyətinə uyğun olaraq onları əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair şifahi talimatlandıraraq, iş vaxtı ehtiyatlı olmalarını, əməyin mühafizəsi qaydalarına riayət etmələrini tapşırmışdır. Aparılmış iş bölgüsü zamanı nəzarətçi Aslan Nuriyev fəhlələr İddiaçı, X2 və digərlərinə “X10 11” modeli səbət tipli qaldırış qurğunu təmirə göndərmək məqsədi ilə yük məntəqəsinə aparmalarını tapşırmışdır. Tapşırığına uyğun olaraq İddiaçı və digər fəhlələr “X11 11” modeli səbət tipli qaldirici qurğunu yük məntəqəsinə gətirmişlər. Orada qurğu üfüqi vəziyyətə gətirildikdən sonra qurğu çəngəlli avtoyükləyici vasitəsi ilə yük avtomobilinə yüklənərək təmirə göndərməli idi. Təxminan saat 11:00 radələrində "xxxx" MMC-nin yük məntəqəsində fəhlələr “X10 11” modeli səbət tipli qaldırıcı qurğunu üfüqi vəziyyətə gətirən zaman, İddiaçı qurğunun yan tərəfində deyil, ön tərəfində dayanmış, iş yoldaşları ilə birlikdə qurğunu qaldıran zaman İddiaçı qurğunu özünə tərəf çəkməsi səbəbindən qurğu onun üzərinə aşmışdır. Nəticədə İddiaçı sağ çiynindən va sağ ayağından xəsarətlər almışdır. Binanın və park sahəsinin inzibati və istismar xidmətləri üzrə nəzarətçisi A.Nuriyev zərərçəkmiş İddiaçıa ilkin yardım göstərmiş və hadisə barədə təcili tibbi yardıma məlumat vermişdir. Hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadası İddiaçı “Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstutu” publik hüquqi şəxsinə aparmışdır. "xxxx" MMC-nin “Fəhlə vəzifə təlimatı”nın vəzifə öhdəlikləri bölməsinin 7-ci bəndinin (əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar gigiyena və mülki müdafiə qaydalarına riayət edilməlidir) tələblərinə riayət edilməməsi və "xxxx" MMC ilə binanın və park sahəsinin inzibati və istismar xidmətləri üzrə nəzarətçisi X7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin “Əməyin mühafizəsi” bölməsinin 4.9-cu bəndinin (işçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl etməyə borcludur) tələblərinə riayət edilməməsi bədbəxt hadisənin səbəbidir. İddiaçı ehtiyatsızlığı və X4 nəzarətsizliyi nəticəsində əmək qanunvericiliyinin pozuntusuna yol verilmişdir; Nərimanov rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas Elvin Məmmədlinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə iş yerində ehtiyatsızlıqdan az ağır xəsarət alması faktında cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi müxtəlif məbləğlərdə 12 dəfə əmək haqqı, 5 dəfə mükafat, 1 dəfə maddi yardım, 1 dəfə son haqq hesab, 1 dəfə isə xəstəlik vərəqəsi təyinatı ilə ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixli qaimə fakturadan görünür ki, İddiaçı iki adda implant üçün 1500 manat ödəniş etməsi nəzərdə tutulmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarına istinad edir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə görə hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 215-ci maddəsinə görə müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; işçilərə lazımi sanitariyaməişət və müalicə-profilaktik xidmətinin təşkilini; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; normal əmək və istirahət rejiminə riayət edilməsini; işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini. 216-cı maddəsinə əsasən əməyin mühafizəsi üzrə işçilərin vəzifələrinə aşağıdakılar daxildir: əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək; əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək; verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək; əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək; müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq; əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək. 219.5-ci maddəsinə əsasən zərərli, ağır istehsalatlardakı iş yerlərinə, peşələrə (vəzifələrə) və yüksək təhlükə mənbəyi olan maşın, mexanizmlərdə, avadanlıqlarda işləmək üçün işə götürülən işçilərin qabaqcadan əməyin mühafizəsi üzrə təlimatlandırılması keçirilmədən əmək funksiyasının icrasına başlamasına yol verilmir. İşəgötürən bu təlimatlandırmaların xüsusi jurnallarda qeydiyyatını və onların uçotunu aparmağa borcludur. 239.1-ci maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 239.2-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 239.5-ci maddəsinə əsasən bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir...Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü hər iki tərəfin üzərinə düşür. Bu mübahisədə sübutetmə vəzifəsinin bölüşdürülməsi məqsədəmüvafiqdir. Hər iki tərəf çəkişmə prinsipi baxımından iddialarını və etirazlarını sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, istehsalatda baş vermiş bədbəxt hadisədə işəgötürən əməyin mühafizəsi ilə bağlı qanunvericiliyin müddəalarına riayət olunmuşdur. Bununla bağlı sübutlar məhkəməyə təqdim edilmiş və cavabdehin izahatında bildirdiyi hallar iş materialları ilə təsdiq olunmuşdur. İddiaçının mübahisələndirdiyi hallar barədə məhkəmə qeyd edir ki, iddiaçı ona istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ümumilikdə 8770 manat maddi zərər vurulduğunu bildirir. İddiaçı məhkəmə araşdırması zamanı bildirmişdir ki, gələcəkdə dizində olunacaq əməliyyatlarla bağlı 3000 manat, 25 gün Reabilitasiya xərci olaraq, bir seansın dəyəri 70 manatdan ümumilikdə 1750 manat maddi ziyan vurulacaqdır. İddiaçı qeyd edir ki, o, xx.xx.2022-ci il tarixdə “Olimp” hospitalında əməliyyat olunmuş və dizinə implant qoyulmuşdur. Bu əməliyyata 1500 manat pul ödəmişdir. Məhkəmə iclasında iddiaçı işə çıxmasa da, ona iki dəfə mükafat, bir dəfə isə maddi yardım verildiyini etiraf etsə də, ödənilən məbləğ hazırki tələb məbləğlinə aid deyil. İddiaçı müayinə və əməliyyatlara 6850 manat məbləğində pul ödənildiyini bildirsə də, məhkəmə iclasında bu məbləğin ona ödənilməmiş əmək haqqı və iddia ərizəsində ona ödənilməli olan məbləğin cəmi olduğunu qeyd etmişdir. İddiaçı 3 dəfə MRT müayinə olunduğunu, bunun ümumi dəyərinin 450 manat olduğunu və diz korset dəyəri 150 manat olduğunu bildirmiş, lakin bununla bağlı ödəniş qəbzlərini məhkəməyə təqdim etməmişdir. İddiaçı mübahisələndirdiyi halları sübut edə bilməmiş, məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Məhkəmə iddianın iki aylıq əmək haqqı 1280 manat və mükafat 640 manat hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçı öz izahatında da etiraf etmişdir ki, işləmədiyi aylar üçün əmək haqqı və mükafat tələb edir. Belə olan halda həmin aylar üzrə əmək haqqı və mükafatın tələb edilməsi yolverilməzdir. Həmçinin məhkəmə araşdırması zamanı tədqiq edilmiş və mübahisələndirilməyən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın əsaslandırıcı hissəsində göstərilir ki, material üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1387 nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı almış olduğu xəsarətlər-sağ diz oynağının iç menskinin yırtığı (menskoektomiya-cərrahi əməliyyatdan sonraki vəziyyət), sağ diz oynağının ön çarpaz bağının qopmasının bərpası (cərrahi əməliyyatdan sonraki vəziyyət), boynun sağ yan səthinin və dizin əzilməsi küt əşyanın (syaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qararda qeyd olunan xx.xx.2021-ci il tarixə uyğun gələ bilər. Ümumilikdə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla daimi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İddiaçı boynun sağ yan səthində və sağ diz oynağında olan xəsarətlərdən başqa digər xəsarətlə aşkar edilməmişdir. Material üzrə təyin edilmiş məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2023-ci il tarixli, 10/475 saylı rəyində qeyd edilmişdir ki, yükqaldırıcı qurğunun yerdəyişməsi müvafiq talimatın tələblərinə uyğun yerinə yetirilməməsi qurğunun tarazlığının pozularaq aşmasına gətirib çıxarmışdır ki, bu da hadisənin bilavasitə texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" MMC-də “fəhlə”nin vəzifə təlimatının 7-ci bəndinin və qaldırıcı qurğuya aid “Operatorların talimatı”nın 5.5-ci bəndinin tələbləri pozulmuşdur. "xxxx" MMC-də fəhlə vəzifəsində işləyən, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair təlimatlandırılıb bilikləri yoxlanılaraq iş buraxılmış İddiaçı cəmiyyətin ərazisində yükqaldırıcı qurğunun yerdəyişməsini müvafiq talimatın tələblərinə uyğun, yani qaldırıcı va tutucu mexanizmlərdən istifadə edilməklə yerinə yetirmədiyinə görə, onun tərəfindən vəzifə talimatının 7-ci bəndinin və qaldırıcı qurğuya aid “Operatorların talimatı”nın 5.5-ci bəndinin tələbləri pozulmuşdur. Beləliklə araşdırma materiallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin ərazisində olan təkərli qaldırıcı qurğunun yerdəyişməsinin həyata keçirərkən “fəhlə”nin vəzifə təlimatının 7-ci bəndinin va qaldırıcı qurğuya aid "Operatorların talimatı"nın 5.5-ci bəndinin tələblərini pozmuş, nəticədə həmin qurğu onun üzərinə aşması zamanı ehtiyatsızlıqdan boynun sağ yan səthindən və sağ diz oynağından az ağır xəsarət almışdır. Göründüyü kimi iddiaçının bildirdiyinin əskinə olaraq özünün ehtiyatsızlığından istehsalatda bədbəxt hadisə baş vermiş, iradə ifadəsinə zidd əməyin istismarı faktı, eləcə də onun formal təlimatlandırılması və s. hallar öz təsdiqini tapmamış, məhkəmə araşdırması zamanı bunun təsdiq edən əsaslarlar müəyyən olunmamışdır. İddiaçı işdə "xxxx" MMC tərəfindən onun işdən azad edilməsi ilə bağlı əmri mübahisələndirməmiş, yalnız baş vermiş bədbəxt hadisəni əsas göstərək, əmək haqqının ödənişlərinin ödənilməyən hissəsinin ödənilməsi, sağlamlığının itirilməsi ilə bağlı çəkdiyi xərclərin və s. tələbi ilə MMC-yə qarşı tələb irəli sürmüşdür. Lakin, iddiaçının "xxxx" MMCnin ona əmək haqqı ödəməməsinə, həmçinin əmək müqaviləsi qüvvədə olduğu müddətdə ona sağlamlığının bərpası ilə bağlı maddi yardım etməməsinə dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir və belə bir sübut iş materiallarında yoxdur. Üstəlik məhkəmə təkrar vurğulayır ki, "xxxx" MMC-nin istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı hər hansı təqsiri müəyyən edilməmiş, bunlar iddiaçının əmək funksiyalarını yerinə yetirən zaman özünün ehtiyatsızlığından irəli gəlmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, habelə əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, məhkəmə iddia ərizəsindəki dəlilləri əsassız hesab edir. Həmin dəlillər məhkəmə tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Məhkəmə iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə mübahisələndirilən iddia tələbi üzrə digər hissələrdə əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə uyğun hesab edir. Qeyd olunanlara əsasən, məhkəmə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasını əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar