Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2765/2020 18.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment, əlavə xərclərin tutulması və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment, əlavə xərclərin tutulması və pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan korlanmış və faktiki ayrılmışlar. Aralarında bağlanmış nikah pozulmasa da, cavabdeh lazımi səviyyədə uşağa baxmır, onun maddi tələbatlarını ödəmir. Uşağı tək saxlayıb böyütmək ona çətinlik törədir. Uşağı anadan gəlmə xəstədir. Uşaq, doğulandan xəstəxanalarda qalmışdır. Cavabdehlə münasibətlərinin pozulması səbəbi də uşağın xəstə olmasıdır. Uşağın xəstəliyi ilə əlaqədar pul lazım olduğundan xxxxxxxxxxxxdan 3250 manat məbləğində kredit götürmüşdür. Cavabdeh söz vermişdir ki, həmin krediti birgə ödəyəcəklər. Lakin artıq xeyli müddətdir ki, cavabdeh onları alıb gedib, ondan heç bir xəbər yoxdur. Uşağın xəstəliyi bir tərəfdən, kreditin ödənilməsi bir tərəfdən onu çox sıxır, gəliri də olmadığından həmin kreditin üstünə faiz gəlir. İddiaçı hal-hazırda işləmir və xəstə uşağı böyütməklə məşğuldur. Maddi köməkliyə ehtiyacını var. Lakin buna baxmayaraq cavabdeh qanunvericiliyə uyğun olaraq ona maddi cəhətdən köməklik göstərmir. Bundan başqa birgə nikahda anadan olmuş xx.xx.2017-ei il təvəllüdlü X1 Ensefalopatiya xəstəliyindən əziyyət çəkir. Onun müalicəsi üçün xeyli miqdarda vəsait tələb olunur və maddi durumu çətin olduqundan iddiaçı onun müalicəsini aparmaq və dərmanlarını vaxtı vaxtıda ala bilmir. Krediti uşağın xəstəliyi ilə əlaqədar götürdüyündən, hazırda da uşağın xəstəliyinə görə cavabdehi əlavə xərclərə cəlb edilməsi barədə iddia qaldırdığından hesab edir ki, bu iki tələb bir biri ilə əlaqədar olduğundan bir iddia ərizəsində verilməsi mümkündür. Qeyd edilənləri nəzərə alaraq, birgə nikahdan anadan olmuş 28.12.2C 17-ci il təvəllüdlü X5 görə hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması, xx.xx.2017-ci il təvəllüdlü X4 Hipoksik Ensefalopatiya xəstəliyinin müalicəsi üçün hər ay 200 manat sabit pul məbləğində əlavə xərclərin cavabdehdən tutulması, uşağın xəstəliyi ilə bağlı olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə qaytarmalı olduğu 4530 manatın yarısı 2265 manatının cavabdehdən tutulması barədə qətnamə edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X3 ayrı-ayrılıqda iddia ərizəsinin təmin edilməsini xahiş etdilər. Cavabdeh baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 4 saylı Bakı “Asan Xidmət Mərkəzi” qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİ 145846 №-li nikahın haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə 1229 N-li akt qeydi ilə Cavabdeh və İddiaçı nikahı qeydə alınmışdır. İş materiallarında olan 4 saylı Bakı “Asan Xidmət Mərkəzi” qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İş materiallarında olan “X9” MMC-nin epikrizlərindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X5 ekspressiv nitq pozğunluğu, sinir reflektor oyanıqlığı diaqnozu qoyulmuşdur. İş materiallarında olan “xxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X8 xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək mütəmadi olaraq müalicə almışdır. İş materiallarında olan “xxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli CC/32504/71/14 saylı Kredit sazişi müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 23% ödəmək şərti ilə 3250 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş tibb müəssisələrinin ödəniş qəbzlərindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X4 müalicəsi üçün mütəmadi olaraq ödənişlər edilmişdir. 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. İddiaçının digər tələbi xx.xx.2017-ci il təvəllüdlü X4 müalicəsi üçün hər ay 200 manat və bank kreditinin ödənilməsi üçün 2265 manat əlavə xərclərin cavabdehdən onun xeyrinə tutulmasıdır. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X4 əlavə xərcləri üçün hər ay 100 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Kreditin ödənilməsi hissəsində isə məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki, qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün o özü məsuliyyət daşıyır. Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə,şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə belə qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumu 30 manat iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər 170 manat məbləğində aliment və 100 manat məbləğində əlavə xərc İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu 30 manat iddiaçının özünə aid edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2765/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2765/2020
18.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver