Məhkəmə qərarları › İş №2(005)-2774/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2774/2023

07.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2774/2023 07.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qızının “nikahın qeydə alınması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs kimi cəlb etməklə məhkəməyə müraciət edərək, Ermənistan SSR Kalinin rayonu İltazlı kənd sovetində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1967-ci il tarixdə aparılmış 2 nömrəli nikah akt qeydinin bərpa edilməsi, xx.xx.1967ci il tarixdə aparılmış 2 nömrəli nikahın qeyd edilməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1967-ci il tarixdə rəsmi nikaha girərək evlənib ailə qurmuşlar və Ermənistan SSR Kalinin rayonu İltazlı kənd sovetində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1967-ci il tarixdə 2 nömrəli akt qeydləri aparılmaqla nikah haqqında şəhadətnamə verilmişdir. Nikah şəhadətnaməsinin doğum tarixi hissəsində Ərizəçi1ovun səhv olaraq xx.xx.1943-cü il yazılmışdır. Halbuki, onun doğum tarixi xx.xx.1943-cü ildir. Həmçinin nikah şəhadətnaməsində Ərizəçi2 doğum tarixi səhvən xx.xx.1948-ci il göstərilmişdir, halbuki, doğum tarixi xx.xx.1948-ci ildir. Nikah şəhadətnaməsində təvəllüdün düzgün qeyd edilməməsi səbəbindən onların hüquqlarının həyata keçirilməsində müəyyən məhdudiyyətlər yaranır, hüquqlarını həyata keçirə bilmirlər. Nikah haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı ərizə ilə Nərimanov Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişlər. Lakin ərizənin icraatından imtina edilmişdir. Akt qeydləri düzgün tərtib edilməmişdir və onlara məxsus nikah şəhadətnaməsində doğum tarixləri digər sənədlərlə uyğunsuzluq təşkil edir. Akt qeydləri Ermənistanda aparıldığından hər hansı bir arayış və məlumat əldə edilməsi mümkün deyildir. Ona görə də, bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Qeyd edilənlərdən görünür ki, onların orqandan nikahın bağlanması haqqında akt qeydinin bərpa edilməsi və dublikatının əldə edilməsi mümkün deyildir. Nikahın qeyd edilməsi faktının təsdiq edilməsi və akt qeydlərinin bərpa edilməsi onların sosial hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə müraciət edərək, işlərinin çox olması ilə əlaqədar məhkəmə iclaslarında iştirak etmək imkanlarının olmadığı üçün işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1948-ci il tarixdə verilmiş, İ-ЗЖ № 794782 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Hüseynova (Nəsibova) Bahar Sədrəddin qızı xx.xx.1948-ci il tarixdə Ermənistan SSR Kalinin rayonu İltazlı kəndində doğulmuş, bu barədə doğum haqqında vətəndaş vəziyyəti aktları qeydiyyatı kitabında xx.xx.1948-ci il tarixində qeyd aparılmışdır. X1, anası isə X2. İş materiallarında olan xx.xx.1967-ci il tarixdə verilmiş, İ-ЗЖ № 208274 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1943-cü il tarixdə Ermənistan SSR Kalinin rayonu İltazlı kəndində doğulmuş, bu barədə doğum haqqında vətəndaş vəziyyəti aktları qeydiyyatı kitabında xx.xx.1948-ci il tarixində 02 nömrəli qeyd aparılmışdır. Atası Ərizəçi1, anası isə Ərizəçi2C. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi1 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 6884/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Ermənistan SSR Kalinin rayonu İltazlı kənd sovetində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikah haqqında təsdiqləyici müvafiq sənəddə yanlışlığa yol verilmişdir. Ərizəçilər həmin yanlışlığın düzəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər, lakin həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6884/2023 saylı qərardadı ilə müəyyən edilmişdir ki, akt qeydinə dəyişiklik üçün ilk növbədə həmin akt qeydinin mövcud olması zəruridir, itmiş akt qeydi isə bərpa olunmalıdır. Ərizəçilər nikahda olmaları barədə akt qeydinin mövcudluğu faktını təsdiq edən sənədi (nikah haqqında şəhadətnaməni) təqdim etsələr də hazırda, həmin akt qeydini digər qaydada əldə edə bilmir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə nikahın qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2020-ci il tarixli Plenum Qərarının 4.5-ci bəndinə əsasən, nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ər-arvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir. 5-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə əsasən faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi üçün zəruri şərtlər ondan ibarətdir ki, faktiki nikah münasibətində olan kişi və ya qadın ölmüş olur; faktiki nikah münasibətində olan kişi və ya qadının ölməsi səbəbindən nikah vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alına bilmir. 5.1-ci bəndinə əsasən, məhkəmələrə izah olunur ki, faktiki nikah münasibətində olma faktının müəyyən edilməsi hüquqi nəticələrə səbəb olacağı təqdirdə məhkəmə tərəfindən həmin fakt müəyyən edilə bilər. Bu o, deməkdir ki, faktiki nikah yalnız vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında qeydə alınan nikaha bərabər tutulduğu hallarda, hüquqi nəticələrə (şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına) səbəb ola bilər. Faktiki nikah münasibətində olma faktı SSRİ X6 Heyətinin 08 iyul 1944-cü il tarixlə Fərmanının qəbul edilməsinədək dövlət orqanlarında qeydə alınan nikaha bərabər tutulur. Həmin tarixdən sonra faktiki nikah münasibətində olma faktı heç bir hüquqi nəticəyə səbəb olmur. Bu tarixdən sonra yaranmış faktiki nikah münasibətində olma faktının Azərbaycan Respublikası MPM-nin 307.2.4-cü maddəsinə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməsi yolverilməzdir. Çünki, həmin maddədə nəzərdə tutulan “qanunla müəyyən edilmiş hallarda” ifadəsi əslində ərizəçilərin 08 iyul 1944-cü il tarixədək yaranan faktiki nikah münasibətində olma faktının müəyyən edilməsini ehtiva edir. Beləliklə, məhkəmə hesab edir ki, ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsi mümkündür. Bu səbəbdən də məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 arasında xx.xx.1967-ci il tarixdə Ermənistan SSR Kalinin rayonu İltazlı kənd sovetində nikahın qeydə alınması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməli, bu barədə onlara nikah haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nikahın qeydə alınması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi”nə dair ərizəsi təmin edilməli və ərizəçilər tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər xx.xx.1943-cü il təvəllüdlü Ərizəçi1 və xx.xx.1948-ci il təvəllüdlü Ərizəçi2 arasında xx.xx.1967-ci il tarixində Ermənistan SSR Kalinin rayonu İltazlı kənd sovetində nikahın qeydə alınması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Bu barədə onlara nikah haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar