Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2776/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi tələbi”nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 70 saylı mənzildən yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdən ünvan 2 ünvanda yerləşən, üır.umi sahəsi 15,0 kvm təşkil edən 1 otaqlı 70 saylı 28 noyabr 2017-ci il tarixli mənzili alqı-satqı yolu ilə almışdır. Aldığı mənzilə dair sənədləri qanunvericilikdə nəzərdə tutulduğu qaydada AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmiş və həmin qurum tərəfindən 12.02.2018-ci il tarixdə iddiaçının adına mülkiyyət hüququna dair ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Mənzilə dair alqı-satqı müqaviləsi imzalanarkən iddiaçı həmin mənzildə qeydiyyatda olanlardan xahiş etmişdir ki, 1 ay müddətinə mənzildən pasport qeydiyyatından çıxsınlar. Ancaq iddiaçı məlum olmayan səbəb üzündən Cavabdeh pasport qeydiyyatından çıxmamışdır. Onun olduğu yer iddiaçıya məlum deyildir. Həmin şəxsin iddiaçının xüsusi mülkiyyət hüququ ilə məxsus olan mənzilində qeydiyyatda olmağı iddiaçıya əlavə problemlər yaradır. Belə ki, iddiaçı ona görə əlavə kommunal xərcləri ödəyir. Bu da bir vətəndaş kimi iddiaçının hüquqlarını pozur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 30.04.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Bakı şəhəri 21 saylı notariat kontoru tərəfindən tərtib edilmiş AN-İ №0661475 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 1-ci bəndinin surətindən görünür ki, satıcı X5 ilə alıcı İddiaçı arasında ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 15 kv.m yaşayış sahəsi, 15 kv.m olan 1 otaqlı mənzili tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəsini “alıcının” mülkiyyətinə verir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin ********** nömrəli 08.01.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, ev 27/177 X2 mülkiyyətində olub. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin ********** nömrəli 12.02.2018-ci il tarixli çıxarışın notarial təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 69 mənzil 70 İddiaçı mülkiyyətindədir. Nərimanov RPİ tərəfindən verilmiş 21.05.2005-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, İddiaçı XX.XX.1947-ci ildə Ağdam rayonu, Gülaplı kəndində anadan olmuş və Bakı şəhəri, Ağdam ray, Axundov küç, ev.64 qeydiyyatdadır. Nərimanov RPİ tərəfindən verilmiş 29.11.2010-cu il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 08709448 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, X5 29.07.1960-cı ildə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuş və Bakı şəhəri, Ağdam ray, Axundov küç, ev.64 qeydiyyatdadır. 9 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 116 saylı mənzilkommunal istismar sahəsinin 05.03.2021-ci il tarixli 259 saylı arayışdan görünür ki,İddiaçı Ağa Neymətulla küçəsi (prospekti) 69 saylı evin 70 li mənzilində yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 01.04.2021-ci il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı və Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Nərimanov rayonu Mənzil-X6 20 saylı Mənzil-X9 012268 nömrəli arayışından görünür ki, İddiaçı F.X.Xoyski küçəsi 113 nömrəli evin 51 nömrəli mənzilində pasport qeydiyyatsız Ağdam rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Daxili İşlər Nazirlyi Nərimanov rayon polis idarəsinin İddiaçı 30.04.2021-ci il tarixdə 078-10438C-3221 nömrəli məktubundan görünür ki, “yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə əsasən vətəndaşların qeydiyyatdan çıxarılma məsələləri onların səlahiyyətləri daxilində olmadığından Cavabdeh pasport qeydiyyatından çıxarılması mümkün deyildir. 30.05.2006-cı il tarixli ******* nömrəli çıxarışn surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 70 nömrəli mənzil X3 mülkiyyətində olubdur. Bakı şəhəri 21 saylı notariat kontorunda 27.11.2017-ci il tarixdə X5 tərəfindən tərtib edilmiş ərizənin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 30.05.2006-cı il tarixdə verilmiş **********34-05101-093001 reyestr və ********* qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətdə olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 69 ünvanda yerləşən ümumi sahəsi 15 kv. m olan 70 sayı mənzilin satılması məqsədi ilə həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakn dövlət reyestrindən əldə edilməsinin təmin edilməsi xahiş edilmişdir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrinə dair arayışdan görünür ki, mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 6503 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri 21 saylı Notariat X1 tərəfindən tərtib edilmiş ərizənin surətindən görünür ki, ər-arvadın ümumi əmlakındakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə almış, aralarında nikah müqaviləsi və ya əmlakla bağlı ayrı qayda müəyyən edən razılaşma (saziş) bağlanmamışdır. Birgə nikah dövründə əldə edilmiş əri X4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 69 ünvanında yerləşən ümumi sahəsi 15 kv.m yaşayış sahəsi 15 kv. metr olan 1 (bir) otaqlı 70 saylı mənzilin satılmasına və mənzildən istifadə hüququnun xitam verilməsinə razıdır, habelə alqı-satqı müqaviləsi rəsimləşdirildikdən sonra və müqavilədə göstərilən müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Bakı şəhəri 21 saylı notariat kontorunda X8 tərəfindən tərtib edilmiş ərizənin surətindən görünür ki, X4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 69 ünvanında yerləşən ümumi sahəsi 15 kv.m yaşayış sahəsi 15 kv metr olan 1 (bir) otaqlı 70 saylı mənzilin satılmasına razıdır, habelə alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra və müqavilədə göstərilən müddət ərzində qeydiyyatdab çıxmağı öhdəsinə götürür. Bakı şəhəri 21 saylı notariat kontorunda imzalanmış ərizənin surətindən görünür ki, X5 ilə İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilin 10000 manat 00 qəpik (on min manat sıfır qəpik) qiymətə satılması barədə razılığa gəlmişlər. Bakı şəhəri 21 saylı notariat kontorunun 707 nömrəli 27 noyabr 2017-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı ilə təsdiq ediləcək mənzilin alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 10000 AZN (bir on min man 00 qəpik) manat müvafiq müqavilə təsdiq edildikdən sonra məktub əsasında ünvan 6 ünvanında qeydiyyatda olan X4 verilməsi üçün bankda olan AZ89MUGA**********01430AZM10 nömrəli depozit hesabına qəbul edilməsini və satıcıya verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 28 noyabr 2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 ona məxsus olan əmlakı Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev 69, 70 nömrəli mənzili İddiaçı 10.000 manata satmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən müvafiq mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestrdə qeydiyyata alınmışdır. Cavabdeh hal-hazırda mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan başqa, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1- ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 01.04.2021-ci il tarixli ******* nömrəli arayışından da aydın olur ki, Cavabdeh ünvan 7 ünvanında qeydiyyatdadır. Odur ki, iddia təmin edilməli, Cavabdeh həmin mənzildə istifadə hüququna xitam verilməli, bu qətnamə pasport qeydiyyatından çıxarıılma üçün əsas olmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh ünvan 3 saylı yaşayış sahəsində istifadə hüquqları itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Bu qətnamə Cavabdeh ünvan 3-dən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2776/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2776/2021
31.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver